Тёмный

Cəlil Məmmədquluzadə - Hamballar 

BUKSAVAD
Подписаться 1,1 тыс.
Просмотров 105
50% 1

Cəlil Məmmədquluzadə - Hamballar
Cəlil Məmmədquluzadə 10 fevral 1869-cu ildə Naxçıvan şəhərində kiçik tacir ailəsində anadan olmuşdur. Bəzi mənbələrdə ədibin doğum tarixi 1866-cı il olaraq göstərilmişdir. Lakin son illərdə aparılmış tədqiqatlar Cəlil Məmmədquluzadənin 1869-cu ildə anadan olduğunu müəyyən etmişdir. Ədibin babası daşyonan, bənna Məşədi Hüseynqulu İran Azərbaycanın Xoy şəhərindən olub, sonralar Naxçıvana köçmüşdür. Atası Məmmədqulu Məşədi Hüseynqulu oğlu (1840-1905) ibtidai səviyyədə savadı olan dindar biri olmuşdur. O, ömrünü yoxsulluqla keçirmiş, elmə, maarifə rəğbət bəsləmişdir.
Məşədi Məmmədqulu XIX əsrin ikinci yarısında Naxçıvan şəhərində yerli sahibkarlardan olan Canpoladovların duz anbarlarında çalışmış, burada duz, ot və saman satmış, həmçinin ailəsini dolandırmaq üçün Şahab məhəlləsində baqqal dükanı işlətmişdi. 1877-ci il müharibəsi zamanı Naxçıvan duz mədənlərinin məşhur icarədarları olan Canpoladov qardaşları Məşədi Məmmədquluya podrat duz buraxmışlar. Bununla da onun maddi vəziyyəti bir qədər yaxşılaşmışdı.
Məşədi Məmmədqulu təxminən 1860-cı ildə öz həmyerlisi dirrikçi Məşədi Babanın qızı Sara Babayeva ilə evlənmiş, onların 4 oğlu və 1 qızı olmuşdu. M. Məmmədqulunun böyük oğlu Mirzə Yusif saatsaz idi, fars dilini mükəmməl bilirdi. O, cavan yaşlarında vəfat etmişdi. Kiçik oğlu Xəlil də çox erkən - 1904-cü ildə dünyasını dəyişmişdi. Məşədi Məmmədqulu yalnız iki oğlunu - Ələkbəri, Cəlili və qızı Səkinəni böyüdüb, onlara tərbiyə verə bilmişdi.
Onun üçüncü oğlu Mirzə Ələkbər (1872-1922) 1906-1911-ci illərdə İran Azərbaycanındakı milli-azadlıq hərəkatının fəal iştirakçılarından biri olmuşdur. O, Səttar xanın yaxın silahdaşlarından idi. Qızı Səkinə isə 1900-cü ildə Məmmədqulu bəy Kəngərliyə, sonra isə onun qohumu Əsgər ağa Kəngərliyə ərə getmiş, 1913-cü ildə vəfat etmişdi. Onun Teymur və Cəlal adlı iki oğlu, Pakizə adlı bir qızı qalmışdır. Onlar Mirzə Cəlilin himayəsində böyümüşdü. Ədibin valideynləri 1905-ci ilin əvvəllərində Naxçıvanda vəfat etmişlər.
#rafatnajafov #celilmemmedquluzade #librarytalkstv

Опубликовано:

 

14 окт 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 3   
@buksavad
@buksavad 8 месяцев назад
Hörmətli Dinləyicilər! Zəhmət olmasa videoları bəyənib və kanala abunə olmağı unutmayın. Eyni zamanda video səsləndirmədə olan problemlərlə bağlı tənqidi rəylərinizi görmək daha da mükəmməlləşməyimizə yardımçı olacaq. Diqqətinizə görə təşəkkür edirik!
@maryamabdullayeva2142
@maryamabdullayeva2142 8 месяцев назад
Azərbaycan ədəbiyyatına gəncləri cəlb etmək üçün yaxşı fikirdir.Hələ nəzərə alsaq ki, İnternetdə bizim ədəbiyyatımız çox azdır.Amma hərflər düzgun tələffüz olunmur.Belə bir səhifə üçün böyük qüsurdur.
@buksavad
@buksavad 8 месяцев назад
Rəyiniz üçün təşəkkür edirik! Yaxın zamanlarda bu kimi problemlərin də aradan qaldırılmasına çalışacağıq. Yeni mikrofon ilə tez bir zamanda bu kimi problemlər düzələcək.
Далее
Cool Parenting Gadget Against Mosquitos! 🦟👶
00:21
Cəlil Məmmədquluzadə - Qəza Müxbiri
10:24
ŞAİR TOFİQ HƏSƏNLİ
3:52
Просмотров 14 тыс.
Qədim Roma. Abituriyent, MİQ və Sertifikasiya.
21:42