Тёмный

CƏMŞİD NAXÇIVANSKİ ADINA HƏRBİ LİSEYİNDƏ KURSANTLAR VƏTƏNPƏRVƏRLİK RUHUNDA TƏHSİL ALIR 

CBC TV Azerbaijan
Подписаться 1 млн
Просмотров 120 тыс.
50% 1

Bu gənclərin hər biri fərqlidir. Müxtəlif taleləri, arzu və məqsədləri var. Lakin onları birləşdirən dəyər eynidir - bu gənclər qürurla Cəmşid Naxçıvanski adına Hərbi Liseyin kursantları adını daşıyır. Kursant həyatı ciddi hazırlıq prosesindən başlayır. Bura təzə gələn 14 yaşlı yeniyetmələrə ilkin olaraq baza bilgiləri, yəni, düzgün və ardıcıl addımlamaq öyrədilir.
Bu hərbi liseydə qayda-qanuna ciddi riayət olunur. Kursantlar hər gün səhər saat 6-da oyanırlar. İdman edir, üst-başlarını səliqəyə salırlar. Onlar hər gün sanki hərbi qaydalarla bağlı kiçik bir imtahan verirlər. İlk gündən kursantlara məsuliyyətli və nizam-intizamlı olmağı öyrədən zabit-müəllimlər onların gündəlik zəruri tapşırıqları necə yerinə yetirməsinə nəzarət edirlər.
Nizam-intizam qaydalarını pozan kursantları bal silmək şəklində ciddi cərimələr gözləyir. 60 bal məhdudiyyətini keçən şagird hərbi liseydən xaric edilə bilər. Bu qaydalar 1971-ci ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə milli zabit kadrlarının yetişdirilməsi məqsədilə yaratdılan liseydə ilk gündən həyata keçirilir. Heydər Əliyevin kursantlara göstərdiyi ata qayğısı, doğma münasibəti illər keçsə də, unudulmayıb. O, burada təhsil alan bütün şagirdləri öz dəyərli övladları adlandırırdı.
Heydər Əliyev kursantların həyatının hər detalı ilə maraqlanırdı. Onların yaxşı qidalanmasına çalışırdı. Elə bu gün də burada verilən nahar əsl ev xörəklərini xatırladır. Kursantlar gün ərzində 4 dəfə yemək yeyir. Ümumiyyətlə, burada şagirdlər tam qayğı ilə əhatə olunub. Amma istər dərs zamanı, istərsə də nizam-intizam məsələlərində onların qarşısında yüksək tələbkarlıq qoyulub. Hərbi liseyin kursantı olmaq hər şeydə nümunəvi olmaq deməkdir.
Hərbi liseyə qəbul olmaq istəyənlər orta məktəbin 8-ci sinfini bitirməlidir. Onlar 4 fənn üzrə - fizika, kimya, riyaziyyat və Azərbaycan dilindən imtahan verməlidir. Yalnız yüksək bal toplayanlar kursant ola bilər. Burada təhsil müddəti 3 ildir. Bu müddət ərzində kursantlara Təhsil Nazirliyinin təsdiqlədiyi tədris planına əsasən 21 fənn keçilir. Onlar bu fənləri öyrənməklə yanaşı, hərbi hazırlıq və idman dərslərində də imkanlarını inkişaf etdirirlər.
Azərbaycan müstəqillik əldə etdikdən sonra Cəmşid Naxçıvanski adına Hərbi Liseyin məzunları milli ordumuzun qurulmasında, vətənimizin ərazi bütövlüyünün qorunması uğrunda mübarizədə həmişə ön cəbhədə olublar. Bu məktəbin Silahlı Qüvvələr üçün zabit kadrlarının hazırlanmasında rolu əvəzsizdir. Liseyin yetirmələri bu gün Silahlı Qüvvələrdə və digər güc strukturlarında şərəf və ləyaqətlə xidmət edir. Məzunlar arasında müdafiə naziri, general-polkovnik Zakir Həsənov da daxil olmaqla, 10 general və iki admiral var. Liseyin 100 yetirməsi göstərdiyi qəhrəmanlığa görə orden və medallarla təltif edilib. Məzunlar liseydə öyrəndiklərini heç zaman unutmurlar. Ələlxüsus da, səmimi və sadiq dost olmağı.
Bu gün Azərbaycan ordusu ölkənin müstəqilliyinin təminatçısı olmaqla bərabər, həm də dövlətin hərtərəfli inkişafının qarantıdır. Hərbi məktəbdə təhsil alan kursantlar regionun ən güclü ordusunda xidmət etməyi arzulayırlar. Bu gənclər aldıqları təhsilin hər zaman onların köməyinə çatacağına, doğma torpaqlarını erməni işğalçılarından azad etmək üçün savadlı, bacarıqlı bir zabit kimi yetişməyin vacib olduğuna əmindir. Kursantlar Vətən, dövlət, xalq qarşısında üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirəcəklərinə söz verirlər.

Опубликовано:

 

13 ноя 2017

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии    
Далее
🎙СТРИМ на 4 МИЛЛИОНА🍋
3:12:45
Просмотров 1,3 млн
ЭТОТ ПЕНЁК ИЗ PLANTS VS ZOMBIES - ИМБА!
00:48
Поём вместе с CLEXXD🥵 | WICSUR #shorts
01:00
Hərbi Liseyin kursantları məzun oldular
3:55
Просмотров 1,1 тыс.
🎙СТРИМ на 4 МИЛЛИОНА🍋
3:12:45
Просмотров 1,3 млн