Тёмный

Cabir Novruz "Sağlığında qiymət verin insanlara..." Emin Turan İmamoğlu 

Просмотров 25 тыс.
% 703

#eminturanimamoglu
Bir arzum var, ay adamlar, qoyun deyim,
Sağlığında qiymət verin insanlara,
Yaxşılara sağlığında yaxşı deyin,
Sağlığında yaman deyin yamanlara.
Yalnız, yalnız sağ olanda,
Hər kəs əsl qiymətini bilər onda,
Bu sözlərim düz olmasa töhmət edin.
Sizdən rica eləyirəm milyon kərə,
Şairlərə sağlığında hörmət edin,
Sağlığında heykəl qoyun ölməzlərə...
Gələcəyə çox da ümid bağlamayın,
Sözünüzü sonralara saxlamayın.
Zəhləm gedir sonralardan,
Vaxtsız ötən zurnalardan,
Boşboğazdan, avaradan,
Toydan sonra nağaradan.
Sağlığında sevindirin təmizləri,
Siz həyatda bu amalla addımlayın.
Sağlığında ifşa edin xəbisləri,
Satqınlara sağlığında satqın deyin,
Tülkü deyin tülkülərə, aslan deyin aslanlara.
Sağlığında qiymət verin insanlara...
Hər kəs bilsin öz yerini necə sağdır,
Bu, pislərin həyatını qısaltmaqdır,
Yaxşıların həyatını uzatmaqdır...
Bu nədəndir ölən kimi,
Qəlbimizdə adamlara sevgi, hörmət aşıb-daşır.
Ölən kimi yaxşılar da yaxşılaşır,
Yamanlar da yaxşılaşır...
Çirkinlər də təmiz olur ölən kimi...
Yadlar belə əziz olur ölən kimi...
Xatirələr söyləyirik, nekroloqlar qollayırıq,
Hamısını ucdantutma yaxşı deyib o dünyaya yollayırıq.
Bu gecikmiş xeyir-dua kimə gərək?
Bundan məzar böyüyəcək, ya ölənmi diriləcək?
Xoşum gəlmir bu köhnəlmiş adətlərdən, xoşum gəlmir...
Bu sərdaba sevgilərdən, hörmətlərdən xoşum gəlmir.
İstəmirəm vaxt-vədəsiz şöhrəti mən,
Bir an ömrü milyon qızıl ölüm gələ, dəyişmərəm...
Diri üçün iynə boyda hörməti mən
Ölü üçün min heykələ dəyişmərəm...
Düz deməsəm, onda məni bağışlayın,
Üz tutaram uşaqlara, qocalara, cavanlara,
Sağlığında qiymət verin insanlara,
Yaxşılara sağ olanda yaxşı deyin,
Sağlığında yaman deyin yamanlara...

Видеоклипы

Опубликовано:

 

7 апр 2020

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 28   
@MnsurXocali
@MnsurXocali 5 месяцев назад
Allah sənə rəhmət eləsin sənətkar , torpağın behist olsun!!!
@alsumrahl9967
@alsumrahl9967 2 года назад
Bu şeirden dərs çıxaranlar olsa kaş
@seadetio8889
@seadetio8889 10 месяцев назад
Atam düşdü yadma heçkim gəlmir dadmaAnam düşdü yadma❤❤❤❤❤
@qlncqlnc28
@qlncqlnc28 Год назад
Cabir Novruzun ən çox sevdiyim şerlərindən biri👍
@R....30
@R....30 Год назад
Sağlığında qiymət verin insanlara...😔
@gulbnizhsimli435
@gulbnizhsimli435 Год назад
👍
@vugarsalimov1053
@vugarsalimov1053 Год назад
Ne olcaqki onsuzda ne bu dunyada nede o dunyada hec kim yerini tapmayacaq.. bu deqiqdi.
@terlankerimov8487
@terlankerimov8487 2 года назад
Kərimova . Zöhrə. Sağ ol . Doğrudan da sağlığında qiymət verin insanlara, öləndən sonra yox. Allah səni rəhmət eləsin. Amin.
@Пунхангасанов-д2ч
@Пунхангасанов-д2ч 2 года назад
Чох чох сах олун чохдан ахтарырдым бу Шери урейимден хебер вердиз Аллах сизе комек олсун
@MehribanDadasova-vs3vu
@MehribanDadasova-vs3vu 8 месяцев назад
Çox gözəl şeirdir🙏🥹
@gul3534
@gul3534 4 года назад
Çox gözəl şeirdi bəli öləndən sonra yoxx👏👏👏👍❤🤗
@Cickliyeva-1988
@Cickliyeva-1988 Год назад
Təşəkkür edirəm 🙏😔
@vuqarbxtiyarov5842
@vuqarbxtiyarov5842 3 года назад
Çabir məlim dahi şair allah sizi rəhmət eləsin təşəkürlər sizə elədə olmalıdı sağlığında deyimən sözləri eşidən insan rahad olur quşkimi ruhu ucur vəsalam
@sabireshahveledova8405
@sabireshahveledova8405 4 года назад
Gözəl ifadır! Təşəkkür edirəm!!!
@huaweimobas1639
@huaweimobas1639 4 года назад
Cox deyerli serdir, onu ifa eden muellif de cox gozel ifa edir
@Leyla-kz5dm
@Leyla-kz5dm 2 года назад
Ureyinize sagliq
@iradaabdulla9052
@iradaabdulla9052 4 года назад
Chox beyendim🙏❤
@qismetkerimovkerimov7078
@qismetkerimovkerimov7078 2 года назад
👍👍👍👍✋✋
@vuqarmamedov9071
@vuqarmamedov9071 3 года назад
Ən xoşum gələn şeir.
@deyerlisetirler
@deyerlisetirler 3 года назад
Sagol şair👏👍👍səsınızə saglıq gözəl səsləndırmısız
@eminturanimamoglu
@eminturanimamoglu 3 года назад
Təşəkkür edirəm.Var olun!
@fuadkerimbeyli1650
@fuadkerimbeyli1650 4 года назад
Misilsizdi bey,var ol.
@ДиляраЗакарьяева
@ДиляраЗакарьяева 3 года назад
DUZ DANIWAN INSANI XOWLARMIRLAR. BELE ADAMLAR HER VAXT TEZIGLERE MEHYUS OLURLAR.
@pubgyasar7426
@pubgyasar7426 Год назад
Qiymət verməyə qoysalar.
@sevincderya8149
@sevincderya8149 4 года назад
@leylaveliyeva7979
@leylaveliyeva7979 2 года назад
💦👍
@РамизАбдулгасанов
Гозелдир
@Leyla-kz5dm
@Leyla-kz5dm 2 года назад
Ureyinize sagliq