Тёмный

Camaat Band - Bir Salama Dəymədi (Bəxtiyar Vahabzadə) | Folk Indie Rock 

Camaat Band
Подписаться 144
Просмотров 3,2 тыс.
50% 1

Camaat Band 2024-cü ildə Bakı şəhərində yaradılıb. Qrupun əsas fəaliyyət istiqaməti xalq mahnılarımızı və digər yerli musiqilərimizi yeni nəsilə uyğun pop rok, folk rok, alternativ rok və digər musiqi janrlarında ifa etməkdən ibarətdir.
Camaat Band Bəxtiyar Vahabzadənin "Bir salama dəymədi" şeirinə əsasən, ilk dəfə olaraq özünəxas janrda yeni bir parça hazırlayıb.
SÖZLƏRİ:
Bu gün mən səni gördüm,
Salam vermək istədim,
Üzünü yana tutdun.
Söylə, illərdən bəri
Qəlbimizin bir duyub
bir vurduğu illəri,
Axı, nə tez unutdun?
Beş ildə gözümüzdən axan o qanlı sellər,
Bir salama dəymədi?
Heç üzümə baxmadan yanımdan necə keçdin?
Sən eşqin salamını qorxuyamı dəyişdin?
Yoxsa sən öz əhdinə, ilqarına ağ oldun?
O qədər yaxın ikən, bu qədər uzaq oldun.
Şirin gülüşlərimiz, acı fəğanlarımız
Bir salama dəymədi?
Qayğılı anlarımız, qayğısız anlarımız
Bir salama dəymədi?
Sən neylədin, bir düşün!
Yalnız indi anladım; ah, sən daha mənimçün
Əlçatmaz bir çiçəksən,
Yaşanmış günlərim tək geri dönməyəcəksən!...
Qop ey tufan, əs ey yel! Xəzəl olum, tökülüm
Düz beş il ürəyimdə
Bəslədiyim məhəbbət, bir salama dəymədi.
Bir günlük həsrətimə dözə bilməyən gülüm,
Bəs nə oldu? Bu həsrət bir salama dəymədi?
Getdin, dalınca baxdım, can ayrıldı canımdan,
Sən necə etinasız ötə bildin yanımdan?
Ah çəkdim, başım üstə yarpaqlar əsdi, gülüm,
Sənin qəlbin əsmədi.
Arxana da baxmadın!
Niyə sənin yolunu məhəbbətin kesmədi?...
Qazancımız de, bumu?
Deyilməmiş o salam əlvidamız oldumu?
Sən mənə zülm eylədin, mənə zülm yaraşır.
Bir salama dəyməyən eşqə ölüm yaraşır!
bir salama deymedi, Bir salama dəymədi, bir salama, bir, salama, deymedi, yerli rock, azeri rock, azeri indie rock, yeni mahnilar
#CamaatBand #birsalamadeymedi #FolkRok

Видеоклипы

Опубликовано:

 

21 май 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 10   
@barca5099
@barca5099 День назад
Ela
@Tunzala7598
@Tunzala7598 2 месяца назад
Trend olacaq⚡️
@ogtayshixmammadov7043
@ogtayshixmammadov7043 2 месяца назад
Bu cür əsəri daha gözəl musiqi ilə bəzətmək olardı
@user-rh8gs8hh7f
@user-rh8gs8hh7f Месяц назад
Super alınıb. İnşallah səsləri dahada yuxarılardan ewidilsin. Ugurlar
@lema.serinsehrind8083
@lema.serinsehrind8083 24 дня назад
Salama da dəyir,bir ürəkdən sağola da.Çooooox sağolun,gozel ifaya
@senanaliyev6496
@senanaliyev6496 Месяц назад
əladır. əllərinə sağlıq.
@hacinnagiyev9870
@hacinnagiyev9870 2 месяца назад
This is Azerbaijani Literature. 🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿💙💙💙💙💙🍁🍁🍁🍁
@xanlarheydarov5336
@xanlarheydarov5336 2 месяца назад
👍👍
@lema.serinsehrind8083
@lema.serinsehrind8083 26 дней назад
❤Cox möhtəşəmsiniz. Такой прекрасной группе не соответствует название,по моему следует поменять название группы.Дервиш банд есть ,а это звучит как похожее,хотя исполнения неординарные.
Далее
Camaat Band - Qayıt (Əli Kərim) | Folk Indie Rock
3:05
Чистка пляжа с золотом
00:49
Просмотров 245 тыс.
Zuzu & Elza Seyidcahan "Mən Aktyoram"
5:04
Просмотров 245 тыс.
Bir salama deymedi - Emine Yusifqizi
1:53
Просмотров 16 тыс.
Azad Shabanov - Bir Əsər (Rəsmi Musiqi Videosu)
4:18
VUDOO - Пьяная луна (Official Video)
2:11
Просмотров 97 тыс.
Scally Milano, uglystephan - Сутенер
2:01
Просмотров 180 тыс.
СЛОТ - С.М.Г.О.  (Official Music Video)
4:01
Просмотров 212 тыс.