Bugün BDU Dövlət və ictimai münasibətlər fakultəsinə düşdüyümü öyrəndim amma heç yerdə bu haqda məlumat ala bilmədim sizin videonuza rast gəldim yaxşı ki.. Çox sağ olun, əlinizə sağlıq çox faydalı oldu :)
Çətinlik deyildə,yeni mühitə alışmaq biraz zaman alır,dərslər isə məktəbdən elədə çox fərqlənmir,hər şeydə müəllimlər edə bildikləri qədər kömək edirlər.Dərslər isə hamısı yaza bilməyəcəm çox dərslər var,sadəcə siyasi fənnlərdi,Sosiologiya,Politologiya və s. Kimi
@@AysuAzim aha aydındı..Bir də A almaq o qədər çətin deyil" dediniz.. Yəni BDU haqqında çox vaxt işlənən mənfi rəylər "müəllimlər bal kəsir, rüşvət alır" falan idi. Sizin fakultədə belə hallar var? Yəni həqiqətən çalışsam A almaq çətin bir şey deyil,
Xeyir,qətiyyən belə hallarla rastlaşmamışam,həqiqən çalışan əziyyət çəkib fənni həqiqətən öyrənən savadlı tələbənin balı kəsilmir,layiq olduğu qiymət verilir.
Çox sağ olun,məlumatlarınız üçün.Mən də bu il 3-cü qrup üzrə 674,4 bal topladım.İlk əvvəl iki universitet arasında qaldım.BDU və ADA.Və bəzi səbəblərə görə ADA-dan uzaqlaşdım.BDU-da da yenə 2 seçim:hüquqşünaslıq və dövlət və ictimai münasibətlər.Amma ən yüksək keçid balı hüquqda olduğu üçün birinci onu yazdım kodlaşdırmada.(tədris dili ingilis dilində)İkinci isə sizin fakültənizi (dövlət və ictimai münasibətlər ingilis dilində)
@@Aliya_Xalidova Salam. Tarixdən Anar İsayevin oxumaq üçün olan kitabları, Dim'in test topluları, Ədəbiyyatdan sinif kitabları və Dim'in test toplusu, Azərbaycan dili, Riyaziyyat, İngilis dilindən də yenə də Dim'in test topluları..Vaxtımı bölüşdürmək haqqında belə deyim. Məktəbdən gələndən sonra maksimum 1 ya 2 saat dincəlir, daha sonra öncə məktəb dərsləri sonra isə hazırlıq dərslərimi edirdim. Gecə də çox gec saatlara kimi oxumurdum. Çünki gecə yuxusunun əvəzini heç nə vermir. Maksimum 12-də yatırdım. Amma səhər tezdən çox vaxt oyanıb tarix, ədəbiyyat təkrarlayırdım. Belə..Siz də ,yəqin ki, abituriyentsiniz. Uğurlar arzu edirəm! İnşAllah istədiyiniz balla, arzuladığınız universitetə qəbul olarsız!
Salam Aysu xahis edirem mene komek et .Valideynlerim huquq secmeyim ucun cox israr eliyirler . Men burani istiyirem deyirlerki huquq oxusan isin hazırdi falan nufusuna gore meni ora yonlendirirler .Sen nece meslehet gorursen Men buranin az dilinde oxusam Amma dil kursuna getsem qabaga gede bilerem? Men cox yaradici kreativ insanam huquqda bu yonlerimi itirmek istemirem . Xahis edirem cavab yaz
Salam. Bu ixtisası bitirib yaxşı bir iş tapan varmı? Kim bu ixtisası bitiribsə öz təəssüratlarını paylaşa bilər? Hansı ixtisası seçəcəyimi dəqiqləşdirmək istəyirəm
@@chunli5275 Bugünə qədər aralarındakı fərqi çox araşdırmışam, amma lazımi məlumat tapa bilməmişəm və arada qalırdım ya beynelxalq münasibətlər oxuyacağdım yada DİM. İndi isə hansını istədiyimə qərar verdim. Yazdıqlarınız çox faydalı oldu. Təşəkkür edirəm🙏 Həyatda uğurlar💙🦋
Salam, dövlət və ictimai münasibətlər ixtisasını daha çox məsləhət görərdim, səbəbi isə daha geniş olmasıdır. Politologiya sırf siyasət haqqında elmdir və siz siyasətə, politoloqluğa yönəlirsiniz. Digər tərəfdən dövlət və ictima münasibətlər ixtisasında siz həm siyasət, həm idarəetmə həm də az da olsa iqtisadi biliklərə yiələnə bilir, sonradan yönəlmək üçün bir neçə sahəniz olur.
13:22 elə menim indiki veziyyetim 11cu sinifi bitirmişem gelen il gebul imtahanı vermek isteyirem ama helede ağlımda ne inistut nede ixtisas seçimi var.helede seçmemişem ve nece seçim heç bilmirem bele mene yardımçı ola bilecek kimsede yoxdu çevrəmdə internetden araşdırarkende çox dexlisiz şeyler çıxır qabağıma hansı membeden araşdırım bilmirem
Siz hər ixtisasla maraqlanın,hər bir ixtisasın adını yazıb haralarada işləyə biləcəyinizi,necə sahə olduğuna baxın,və özünüzü orda görürsünüz mü,o sahədə sevərək işləyə biləcəksiniz mi kimi suallara cavab axtarın,ixtisaslar isə google-da ən çox seçilən,yüksək maaşlı ixtisaslae kimi axtarışlar etsəniz tapacağınıza əminəm,əlavə olaraq,abituriyent jurnalına baxaraq hər bir ixtisası da araşdıra bilərsiniz ki,bu daha gözəl versiya olar məncə,Uğurlar♥️
@@aydanhuseynova2525 iləridə xaricə getmək fikriniz varsa dövlət və ictimai münasibətlər ama Azərbaycan da qalacaqsınızsa Hüquqşünaslıq daha yaxşıdır :)
@@Nurayyy-l4wsən yox siz birincisi İkincisidəki bu ixtisası bitirməsəm bu qədər əminliklə fikir bildirmərəm və bu ixtisası 80 nəfər tələbə bitirmişdi mənimlə birlikdə hal hazırda da onların çox az bir qismi iş tapa bilib. Çox sadə bir misal çəkim Emas.sosial.gov.az portalında məzunların məşğulluq reytinqi bölməsində bu ixtisası seçib axtarış edib baxa bilərsiz vəziyyətin nə qədər acınacaqlı olduğuna)
@@nofrmmmdov67987 bu nə hüquq sevgisidir vaxtında səhv etdiyinizi düşünüb təhsil almadığınız bir ixtisası başqalarına necə bu qədər əminliklə tövsiyə edirsiz? insanları həvəsdən salmayın. Hüquqa həvəsi olmayan biri sırf iş imkanlarına görə oxumaq məcburiyyətində deyil. Universitetdə hansı ixtisas üzrə təhsil alırsınız alın əsas məsələ öz üzərinizdə çalışmağınızdır. Hər ixtisasın öz prestiji, iş imkanları var. Özünüzü inkişaf etdursəniz,aktiv olsanız hər hansı bir ixtisas üzrə iş tapmaq mümkündür. Ən prestijli ixtisaslardan olan hüquq ixtisasını bitirdikdən sonra da iş tapmaq asan deyil həmçinin. Özünüzü hansı sahədə görürsünüzsə onu oxuyun.
Salam.Sizcə niyə hər il bu ixtisasda keçid balı daha da aşağı düşür?Məsələn əvvəl 667 sonra 609 keçən il 592.Siz necə düşünürsünüz bu il də düşəcək?Mən 602 bal toplamışam bu balla pulsuz eng sectora düşmə ehtimalım sizcə təxmini neçə faiz olar.Cavablandırsanız sevinərəm,bu arada videolarınız əladır yenilərini gözləyirik🤩
Balların düşmə səbəbi ilk illər yeni idi və tələbatın çox ya da az olacağını bilmirdilər, əlavə olaraq isə balları tələbələri nəzərə alaraq tənzimləyirlər. İldən ilə yüksək bal toplayan tələbə sayı da azalır, bunu da nəzərə alarsaq, balların düşməsi normaldı. Sizin düşmə ehtimalınız zənnimcə var, amma siz yenə də işinizi şansa buraxmayın, hər şeyi nəzərə alaraq düzgün kodlaşdırma edin. Təşəkkürlər bu arada, sizə də Uğurlar💕
@@aydanhuseynova2525Salam aradan 1 il keçib ama yenədə cavab verəcəyinizi ümid edirəm qəbul olduğunuz ixtisas haqqında məlumat verə bilərsiniz BDU da dərslər hansı vəziyyətdədir nəsə öyrənə bilirsiniz? Sizcə seçməyə dəyər bir ixtisasdır?
Təhsilin pillələri var:Bakalavr(4 il universitet),Magistratura(2 il),Doktorantura(2 il).Oxuduğunuz ixtisasda daha da möhkəmləşmək,və ya bəzən ixtisas dəyişmək üçün də oxuyurlar.Başqa sualınız olara buyurun.
Melumat ucun cox tesekkurler mende bu ixtisasi secmek isteyirem lakin bir nece suallarim var ingilis sektoru ile azerbaycan sektorunun ferqi nedi? Ve 4cu kursda praktika harda olur?
Salam,ingilis sektorunda bütün dərslər ingilis dilində keçirilir, keçirilən bəzi fənnlərdə və yaxud fənnlər eyni olsa belə mövzularında fərqliliklər olur. Praktikanın harda olduğu haqqda isə təəssüf ki məlumatım yoxdur.
Salam, hüquq təhsili almıram, amma belə bir şey demək istəyirəm ki, hal hazırda kim hansı ixtisasda oxuyursa, oxusun ən az 1 dəfə iş "iş tapa bilməyəcəksən" sözünü eşidib, mən daxil. Hüquq da elə bir sahədir ki, özünü çox yaxşı inkişaf etdirmiş peşəkarlara hal-hazırda ehtiyac var. Siz təhsiliniz müddətində öz üzərinizdə işləsəniz, təcrübə, könüllülük proqramlarına qoşulsanız, dil səviyyənizi inkişaf etdirsəniz hətta yeni bil dil öyrənsəniz, təhsilinizi bitirdikdən sonra iş tapmanız o dərəcədə də çətin bir proses olmayacaq. Heç kimi dinləmədən sadəcə öz üzərinizdə işləməyə fokuslanın, xəyalınızdakı işin peşəkarı olub iş taparaq bu fikirlərin nə dərəcədə yanlış olduğunu sübut edin. Uğurlar sizə.
@@AysuAzim Tamamilə sizinlə razıyam. İndi ki, dövrümüzdə ən vacib şərtlərdən biri ingilis dili və komputeri bilməkdir. Uniyə qəbul olandan sonra iş karyeram üçün özümü inkişaf etdirəcəm, və göstərəcəm ki, "SAVADLI KADIR"a hər yerdə iş var.👑
@@AysuAzim çox sağ olun Mən də dovlet ve ictimai munasibetlerle filologiya arasinda qalmişam. Bilmirəm hansini seçim😂🤦🏻♀️. Bir də dediz ki bezi unilerde baxilmir. Bes BDUda baxilir? Orani isdəyirəm ona gore soruşdum❤🙏
İstədiyiniz ixtisaslar arasında bal fərqi olduğu üçün siz əsas balınızı toplayın, kodlaşdırma vaxtı balınıza əsasən yüksəkdən aşağıya doğru kodlaşdırarsınız. Dediyim kimi çox nadir hallarda baxılır, bunu dəqiq deyə bilməyəcəm təəsüf ki. Uğurlar❤
Salam. Əvvəla təşəkkür edirəm aydın izah üçün. Sizcə, 464 balla keçidi 473 bal olan Dövlət və ictimai münasibətlər ixtisasına qəbul olma ehtimalım neçədir?
Salam xanım, riyaziyyatımnan maksimum 40 45 falan bal gözdüyürəm, riyaziyyatım çox zəifdi.Minimum 70 bal toplamalıyam, mənə nə məsləhət verə bilərsiz? Buraxılışa 4-5 ay qalıb artığ.4-5 aya düzəldə bilərəm riyaziyyatı sizcə?
Salam,riyaziyyat düzəlməsi çətin fənndir, mən də çox əziyyət çəkmişəm,imtahana 4 5 ay qalmış bütün günü testlər işləyirdim.Digər mövzulara nisbətən daha yaxşı bildiyiniz mövzuları tez-tez təkrarlayıb, bacardığınız qədər yeni mövzular öyrənib,işlədiyiniz testləri təkrar işləməyiniz sizə çox kömək göstərəcək. Təkrar sualları işləmək sizə sualları əzbərlədəcək,oxşar sualların düşmə ehtimalı çox olduğu üçün bu mənə görə ən əlverişli yoldur. Uğurlar
Salam, 4cü kursun sonunda müəyyən yerlərə nazirliklər də daxil olmaqla praktikaya göndərir universitet. Özünüzü yüksək səviyyədə göstərsəniz müraciət edib işləyə bilərsiniz. Bu ixtisası bitirdikdən sonra da bəli nazirliklərdə işləmək mümkündür.
Salam,bildiyim qədəri ilə Filologiya,Xarici dil müəllimliyi(istənilən dil),dil və ədəbiyyat müəllimliyi(istənilən dil) ixtisaslarında magistratura üzrə oxuya bilərsiniz.Daha dəqiq məlumat üçün daha çox araşdırmağını və universitetinizdən soruşmağı məsləhət görərdim.♥️
Salam Aysu xanım ilk öncə təşəkkür edirəm məlumatlar üçün sizədə uğurlar arzulayıram.Məndə bu il bu ixtisasa qəbul oldum amma bir iki sualım var.Mən bu ixtisası bitirib diplomat,səfir ola bilərəm? Əlbəttəki magistatura oxuduqdan sonra.İndidən təşəkkürlər
Salam mən 9-cu sinifdə oxuyuram 3-cü qrupa vermək istəyirəm. Amma deyirlərki burda yüksək balla qəbul olanlar belə çöldə qalır, qəbul olunmur. Sizcə bu nə dərəcədə doğrudur?
Salam,3cü qrup digər qruplara nisbətən çətindi. Elə deməklərindəki səbəb: 1 və 2ci qrupda 400-dən aşağı toplasanız belə yaza biləcəyiniz ixtisas var, 3cü qrupda da var əslində amma necə deyərlər istənməyən yerlərdir. Əgər sizin seçmək istədiyiniz ixtisas 3-cü qrupdadırsa, o zaman seçin, qarşınızda yetəri qədər hazırlaşacağınız uzun müddət var. Sadəcə çox çalışın bu qədər. Uğurlar♥️
Mən 10cu sinifəm və narahat olma mənə də deyirlər və mən özümdən 600dən yuxarı bal gözlədiyim üçün narahat olmuram onlara fikir vermə özünə güvən💜öz potensialı aşağı olan insanlar başqalarının da potensialını aşağı görür
1sualım var.Bu ixtisasi Azerbaycan bölmesinde bitirenler magistr(xaricde)oxuya bilmez??.Birdəki nitqinizde "C"hərfinin teleffuzune diqqet yetirseniz çox yaxşi olar.Bu Qulağa xoş gelmir.Qalan her şey əla.Ugurlar🎀
Salam,oxuya bilərsiniz videoda da dediyim kimi magistr oxuyaraq bu sahəni daha da genişləndirib,istədiyiniz hər bir sahədə işləmə imkanınız olur.Təşəkkürlər❤
ixtisasın 4cü kurs tələbəsi olaraq bir iki önəmli faktı qeyd edim 1.ixtisası araşdırmaq üçün ilk növbədə ingiliscə axtarışlar etmək lazımdır 2.Public affairs, public relations və public administration anlayışlarını dərindən anlamaq və mahiyyətini dərk etmək lazımdır(hətta məcburidir) 3.Siyasətin bir qolu olan ictimai siyasət haqqında məlumatlar əldə etsinlər 4.Dövlət qulluğuna maraqlı olsunlar, ixtisasın gələcəyi dq-la bağlıdı 5.Azərbaycanda tamamilə düzgün qurulmamış QHT və ictimai birliklərin fəaliyyəti haqqında məlumatlı olsunlar 6.Nazirliklərdə və komitələrdə iş tapmaq təkcə ixtisasla bağlı bişey deyil. Bununla yanaşı dil bilgiləri ve çox spesifik biliklər lazımdı(nümunə kimi iqtisadi inkişaf) 📌Video üçün çox təşəkkürlər, əla alınıb👍
@@liheydrhacyev8938Salam. Bilmək olar siz indi oxuduğunuz yerdən razısız? Gələcəkdə hara işləmək istiyirsiz? Və sizcə bu ixtisası seçməyə dəyər? Cavablandırsanız çoox sevinərəm☺
Salam Aysu ❤️ Necəsiz? Ümid edirəm yaxşı olarsınız. Bir sual verəcəm icazənizlə. Bakı Dövlət Universitetində İptidai sinif müəlimliyinin peşəsi var. Biraz Arazdırdım, Qazax filalı galan. Onları anlamadım. Əgər bu filaltda oxusan Bakı Dövlət Universiteti olacaq, Yoxsa Qazax? Sualımı cavablandır xahiş edirəm, Çünki səni Çoxxxxx sevirəm 💜 ~2022ci il Tələbəsi 🌺
Salam, çox sağolun siz yaxşı olasınız. Qazax filialı Qazaxdadı,siz universiteti bitirəndə diplomunuzda Bakı Dövlət Universiteti Qazax filialı yazılacaq sadəcə olaraq. Gözəl sözlərini, üçün də təşəkkürlər, Uğurlar❤
Salam men 9 a keçəcəm İnşAllah bu il.Hem 9un atestat imtahanindan qorxuram hemde universitet🙄😕🙁Hec bilmirəm hansi fakültəyə, neçənci qrupa verecem.3 qrup haqqinda bie sual soruşmaq isteyirem zəhmət deyilse Tarixim yaxsi deyil yeni heç bilgim yoxdu 9 dan tarixi oxumaga başlasam gire bileremmi? Yeni nəsə yaza bilərəm tarixden😕🙁Bu arada 3 cü qrup üçün ingilis dili müəllimliyi istiyirəm amma bilmirem belke 3 cu qrupda yox .Çox qorxuram bilmirem hansi qrup. 3 cu qrupa girmək üçün hansi fenlerden ve neçənci sinifden hazirliqa getmek lazımdır?
Salam,qətiyyən gecikməmisiz,9 çox gözəldi,sadəcə olaraq tarix bilginiz yoxdusa gərək çox çalışasınız,bir də qrup seçə bilmirsinizsə,işləmək istədiyiniz ixtisası düşünün,hansı ixtisas sizə uyğundu,harda görürsünüz özünüzü,o zaman tapacaqsınız qrupunuzu.3cü qrup üçün Azərbaycan dili,Riyaziyyat,İngilis dili(buraxılış),Tarix,Ədəbiyyat və Azərbaycan dili(blok) fənnlərindən hazırlıqlara getməli,xüsusilədə Azərbaycan dili və Tarixi yaxşı oxumalısınız.Qarşınızda hələ 3 il var,müntəzəm olaraq məşğələlərə getsəniz,çox çalışsanız,edə bilərsiniz.Uğurlar♥️
@@AysuAzim yha çox sağolun ♥️ Bu məsgelelerden riyaziyyata bu il gedecem ve atestata yaxin Azərbaycan diline.İngilis diline ise 3 ildiki geidrem ve artiq 11 in bilgilərini bilirem yeni çox qabagdayam şükür Allaha ingilis dilinede axıra kimi gedecem Tarixə isə geldikde ise 10 dan hazırlıqa getsem yeqin ki uyğundur bes sizce? Bu arada mende Sumqayıtda yaşayıram ♥️🤗
O biri fənnlərini belə yaxşıdısa,Tarixə 9dan başlasaz daha gözəl olar məncə,daha yaxşı nəticə almaq üçün,1 il baza,növbəti il öyrənmə,3cü sonuncu il isə Möhkəmləndirmə ili olaraq ayrılır mənə görə.Təbii ki yenə də siz bilən məsləhətdi.Sumqayıtda qalmağınız daha xoş😊Təhsilinizdə sizə Uğurlar♥️
@@Education0623 peşman olmaq və ya olmamaq təbii ki sizin fikirlərinizdən asılıdır. Dövlət daxili orqanlarda işləmək istəyirsinizsə, bəli çox yaxşı ixtisasdır, səfirlik və xarici işlər nazirliyi üçün biraz çətindi çünki orda daha çox beynəlxalq münasibətlər ixtisasını bitirənlər gedir, amma mümkünsüz deyil. İş tapmaq ümumiyyətlə tələbələrin özləri üzərində nə dərəcədə işləməsindən və şəxsi bacarıqlarından asılıdır, məsələsn, universiteti bitirmə dərəcəniz, dil bilgisi, kompüter bacarıqları, könüllülük fəaliyyəti kimi. Nə qədər sosial aktiv tələbəlik keçirsəniz o qədər çox qarşınıza yeni şanslar çıxacaq.
Salam. İxtisas seçiminə az qalmış mən də hələ qərarsızam bu ixtisasla bağlı. Zəhmət olmasa dərslər barədə də məlumat verə bilərsiz ? Dərslərin çətinlik dərəcəsi filan. Hüquq tələbələri deyir əgər hüquqa həvəsin yoxdursa, seçmə çünki xüsusi həvəsi olanlar dərslərin öhdəsindən gələr ancaq. Bu DİM də də belədir?
Salam, ixtisas seçimi çox vacib bir mövzudur və əgər həvəsiniz olmayan, istəmədiyiniz hər hansısa bir ixtisasda oxusanız istər-istəməz dərslər sizə maraqsız və çətin gələcək. Bundan əlavə bu sizin təhsil alacağınız bölmədən də asılıdır, mən ingilis dilində təhsil alıram və azərbaycan bölmələrinə nisbətən daha çətindir, fənnlər isə məktəbdə olduğu kimi fərqli olduğu üçün çətin də olan var asan olan da. Əsas olan ixtisası sevməyimdir ki, bu mənə fənnləri oxumağı daha rahat edir. Sizə də məsləhətim balınız kifayət qədərdisə, nə istədiyinizi, özünüzü harda gördüyünüzü tapın və ona görə qərar verin. Uğurlar.
@@AysuAzim İxtisas haqqında düşünürəm lakin valideynlərim narahatdır ki, gələcəkdə yaxşı iş tapa bilməyim. Bir də bu ixtisas üzrə bakalavrı bitirib, magistr oxumadan işləmək mümkündür ? Və ya harada işləmək olar ?
@@khanim1143 magistr təhsili Azərbaycanda almağı düşünürsünüzsə, onsuzda tövsiyə görmərəm çünki yalnızca ictimai siyasət adlı ixtisasda təhsil ala bilərsiniz. O da elə də önəm daşımayacaq. İş yerləri isə sizin təhsil aldığınız müddətdə öz üzərinizdə işləməyinizdən asılıdır. 4 il müddətində könüllü təşkilatlarında, müxtəlif təcrübə proüramalarında həm özünüzü inkişaf etdirə, həm sosiallaşa, həm də müəyyən səviyyəli işlərlə tanış olub seçimlər edə bilərsiniz. Eyni zamanda müxtəlif dillər də öyrənməyi əsasən ingilis dili unutmayın.
Salam məndə bu il bu fakültəni yazmaq istəyirəm .İnşallah bu fakültəni yazıb sonra ODTU yada Hacettepe de magistr oxusam özümü inkişaf elətdirsəm qabağa gedə bilərəm ?
@@AysuAzim Men sadece Ukraynanin 11 ci sagirdiyem. Ve Azerbaycanda gelib bu ixtisas uzre oxumag istiyirem ve riyaziyyatim zeif oldugu ucun sorusmag istiyirdim siz riyaziyyat dersi kecirsiz yeni cox yaxsi bilmek lazimdir?
Məlumatlandırıcı video idi. Təşəkkürlər😊. Bir sualım var ancaq: heç ingilis dilindən əlavə kursa getməyinizə ehtiyac oldumu? Və yaxud da qrup yoldaşlarınızdan kimsə getdimi kursa?
Bağışlıyın sizidə narahat edirəm amma birşeydə eşitmişəm ki tələbə xərci deyilən birşey var 750 man verməliyik doğrudur bu?(dəqiq məlumat verərdinizdə vacibdir mənim üçün)
Deməli bildiyim qədəri ilə ADA-da qaçqın statusu olanlardan tələbə xərci(student fee) alırlar,bununsa səbəbi qaçqın statusu olanlar ödəniş etmədikləri üçün sadəcə yeməkxana və başqa xərcləri ödəmək üçün tələbə xərci deyilən ödəniş(750 azn) alırlar.Bu sadəcə ADA-a aiddir mən bilən.
SALAM QİZİM MENİM QİZİM TURKİYENİN İSDANBUL ESKİ ŞEHER OSMAN QAZİ UNVERİSTETİN BEYNELXALQ MUNASİBETLER İXTİSASİNA QEBUL OLUB BU İXTİSAS YAXŞİDİMİ BU İXTİSASİ BİTİRDİKDEN SONRA NE İŞLEYE BİLER VE İŞ İMKANLARİ GENİŞDİMİ ÇOX XAİŞ EDİREM MENE CAVAB YAZARSİZMİ ÇOX XAİŞ EDİREM
Salam, ixtisas hal-hazırda bir çox tələbənin xəyalı olan ixtisasdır. İnternetdə beynəlxalq münasibətlər ixtisası formasında araşdıraraq ətraflı məlumat əldə edə bilərsiniz. Qısaca, istər özəl, istərsə də dövlət sektorlarında rahatca iş tapa biləcəyi bir ixtisasdır ( Xarici işlər nazirliyi, diplomatik nümayəndəliklər, beynəlxalq təşkilatlar, xarici şirkətlər, xarici və dövlət daxili qeyri-hökümət təşkilatları) .
Salam. BDU-da Dövlət və İctimai Münasibətlər ixtisasında mikro/makroiqtisadiyyat,marketing, menecment falan dərsləri keçirilir mi? Bir də ki, bu ixtisası bitirdikdən sonra magistraturanı nələr üzrə oxumaq olar? Zəhmət olmasa cavablandırardınız🙏
Salam, mikro/makro deyil də, ümumi iqtisadiyyat keçirik. Daha çox iqtisadi əlaqələr, iqtisadi inkişafla əlaqəli fənnlər keçirilir. Marketing və management adlı yox amma onların siyasətlə əlaqəli hissələri keçirilir. Magistratura isə harda oxumaq istəməyinizdən asılıdır, Azərbaycan daxili seçimlər azdı, amma bu ildən-ilə dəyişə bilir. Xaricdə isə ölkədən asılı olaraq seçim şansınız çoxala və ya azala bilər.
Mənə görə ikisi də yaxşıdı,sadəcə olaraq seçimimdən də anlamış ola bilərsiniz ki,DİM-i daha mənə uyğun olduğu və ingilis dilində olduğu üçün seçmişəm.Siz də hansı sahədə özünüzü görmək istədiyinizə baxaraq qərar verə bilərsiniz.Uğurlar❤
Salam xanım.Mən 10 cu sinifdə oxuyuram.2 ci qrupa vermək istəyirəm.Universitetə girmək üçün hansı plandan istifadə etdiz və Neçə saat dərs oxuyurdunuz gündə bu suallara cavab versəniz sevinərəm.1 -2 məsləhət versəniz əla olar :)
Salam,Gündəlik məşğələlərə tam hazırqlı gedirdim,köhnə dərsləri müntəzəm olaraq təkrar edirdim.Buraxılış imtahanına qədər hər gün tezdən 4də durar riyaziyyat işləyirdim(zəif olduğumu düşünürdüm).Bir də uşaqlardan məndən dərslərin izahını istəməyini istəmişdim.Kiməsə dərs izah edəndə daha yaxşı yadımda qalırdı dərslər.Sizə məsləhətim isə ən zəif olduğunuz fənnin üzərinə çox düşün,gündəlik məşğələlərə tam hazır olun və oxumaqdan çox test işləyin.Uğurlar😊
Zəhmət olmasa deyə bilərsiniz bu ixtisasın siyasətlə bağlılığı çoxdur? P.S:Daha lazım olmadı artıq qəbul olmuşam ixtisasa, Daha özüm aydın şəkildə görəcəm 😁
@@aydanhuseynova2525 salam nece bal toplamisdiniz? indide razisiz ixtisasinizdan?ve hansi unidesiz ingilisce tedris edilir? ixtisas secimimime cox az qalib bilmirem ne edim
Aysu xanım salam, mən artıq imtahanı verdim, 632 bal yığdım DİM-in ingilis dili bölməsinə girəcəm. Bir sualım olardı ki, gündəlik dərslərinizə təxmini nə qədər vaxt ayırırsınız?( bəzi işlərə qoşulmuşam, vaxt məsələsindən arrange eləmək üçün maraqlanırdım) Təşəkkürlər:))
Salam,çox sevindim adınıza,dərslərdən asılı olurdu əslində ayırdığım vaxt,amma universitet dərslərinə 3 saatdan çox vaxt sərf etdiyimi xatırlamıram.Uğurlar♥️
çox çalışsanız Yığa bilərsiniz mənim qardaşım 2 ci qrup üzrə bir il hazırlaşdı və 330bal yığdı.2 il isə çox uzun müddətdi tutarlı məqsədiniz olsa əlbəttəki hər şey mümkündür
Salam,sosil işdə oxumadığım üçün geniş məlumatım yoxdu,sadəcə belə deyə bilərəm ki,son zamanlarda çox tələb görən bir sahədi və iş sahəsidə genişdi.İnsanlarla əlaqəli olan sahələrdə(notariat və başqa)işləyə bilərsiniz.Maaş isə sahədən asılı olaraq dəyişir.