Тёмный

Dəlixanadan buraxılan Aqil Hümbətov yenidən saxlanıldı 

Portağal Media
Подписаться 58 тыс.
Просмотров 9 тыс.
50% 1

Azərbaycan Xalq Cəbhəsinin Partiyasının fəalı yenidən saxlanılıb. Axşam saat 5 radələrində Hümbətovun həyat yoldaşı Aygün Hümbətova AzadlıqRadiosuna bildirib ki, cəbhəçi fəalı yenə iki nəfər aparıb. AXCP Xəzər rayon şöbəsinin üzvü, martın 30-da Maştağadakı 1 saylı Psixiatriya Xəstəxanasına salınan Aqil Hümbətov aprelin 1-də oradan buraxılıb.
Hümbətov deyib ki, onu Zirə qəsəbəsində işlədiyi yerdə - başqa fəhlələrlə birlikdə yolların kənarından zibilləri toplayarkən polislər gəlib aparıblar.
AXCP fəalının sözlərinə görə, onu öncə Xəzər rayonu 1-ci polis bölməsinə aparıblar. Orada təxminən 2 saat saxlayandan sonra Təcili Tibbi Yardım gəlib və onu Maştağaya aparıblar.
Aprelin 1-də A.Hümbətov haqqında daha bir məhkəmə qərarı çıxarılıb və onun əsasında o, buraxılıb.
Küçələrdən plastik qablar, karton və s. tullantılar toplayıb təhvil verməklə üç azyaşlı uşağını dolandırdığını vurğulayan A.Hümbətov hesab edir ki, onu martın 29-da Facebook səhifəsində səsləndirdiyi fikirlərə görə tutub aparmışdılar.
A.Hümbətova ötən ilin martında da 30-günlük inzibati həbs cəzası verilmişdi. O zaman o, polisə müqavimətdə təqsirləndirilsə də, özü deyirdi ki, yalandır, həbsinin səbəbi iki gün öncə prezidenti tənqid etməsidir.
A.Hümbətov bu il martın 29-da canlı yayımda da uşaqlarının aclıqdan əziyyət çəkdiyini, övladı xəstə olduğu halda, onun müalicəsinə pul tapa bilmədiyini vurğulayaraq, bütün bunlara görə prezident və komandasını tənqid etmişdi.
Azərbaycan rəsmiləri isə ölkədə heç kimin tənqidi fikirlərinə görə təqib olunmadığını iddia edir.
"Portağal Media" ölkədəki insan haqları pozuntularını qərəzsiz şəkildə ictiamiyyətə çatdıran media qrupudur.
Bizi digər sosial şəbəkələrdən də izləyə bilərsiniz:
/ portagalmedia
/ portagalmedia
/ portagalmedia

Опубликовано:

 

5 окт 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 8   
@ruslanlizad1425
@ruslanlizad1425 4 года назад
Kasıblara maddi kömək etməyin vaxtıdır, yoxsa Allah bizi bağışlamaz.
@azerbaycanlivtndas6365
@azerbaycanlivtndas6365 4 года назад
Herrr MENEM MENEM DEYEN KİWİ BUNUN DEDİYİN DEYE BİLMEZ VALLA
@Hud-Hudu-wt5oe
@Hud-Hudu-wt5oe 4 года назад
Günahdır yazıqdır ,Allahdan qorxmursuz .
@sebileaygun4601
@sebileaygun4601 4 года назад
Buraxın günahsız insanları
@qalaxsisamsun6989
@qalaxsisamsun6989 4 года назад
YAZIQ UŞAQ QORXUDAN NƏ ÜRƏYİ QALDI UŞAQNAN İŞİNİZ OLMASIN HEYFİNİ UŞAQDAN ÇIXIR MİLLƏTƏ UŞAQ PULU VERİN ALLAH BƏLANIZI VERSİN NƏ QƏDƏR ZÜLÜM ÇƏKƏN AİLƏLƏR VAR.
@tahirxasaddinov3801
@tahirxasaddinov3801 4 года назад
Delixana versiyasi moddadir. 😆😆🤔
@edaleteyvazov4205
@edaleteyvazov4205 4 года назад
Sayın İlham Əliyev pis rəisinə göstəriş ver bu adama Maddi yardım etsin ya sosial kanal axın adama bir manat yiqib belə adamlara cəmiyyət olaraq dəstək olaq tutmaq çıxış yolu deyil. Yixilanin qolundan tutmaq kazimdir
@mahmudnagyev8043
@mahmudnagyev8043 4 года назад
Ay yetim özüvü dolandira bilmirsən neynəyirsə bebelə uşaqlarl clxartmlsan.Əli Kərimliyə belə adamlar sərf edir qalmaqal yaratmaga.
Далее
Mcdonalds cups and ball trick 🤯🥤 #shorts
00:25
Просмотров 354 тыс.
Mcdonalds cups and ball trick 🤯🥤 #shorts
00:25
Просмотров 354 тыс.