Тёмный
No video :(

Dəm qazının ŞOK Səbəbi - İran peçləri niyə dəm qazına səbəb olur??? 

Demədi Demə
Подписаться 967 тыс.
Просмотров 21 тыс.
50% 1

Qış mövsümünün gəlişi ilə bağlı dəm qazından zəhərlənmə halları da artmağa başlayıb. Hələ ki, rəsmi statistika açıqlanmasa da, istilik sistemləri işə düşəndən bəri həftədə, ən azı, iki dəfə kiminsə dəm qazından boğularaq həyatını itirməsi barədə məlumat yayılır. Səbəblər sırasında “İran peçi”, tüstü bacaları və ventilyasiya qurğuları da var. Yox, adı çəkilənlərin heç biri insan ölümünün birbaşa günahkarı deyil. Sadəcə, insanların çoxu sobaların, tüstü bacalarının necə quraşdırılması, ventilyasiya sisteminin necə işləməsi haqqında heç bir məlumata sahib deyillər...
“Azəriqaz” İB-dən şöbə rəisi İlkin Behbudov yanlış fikirlərin də insan həyatına son qoya bildiyini deyir.
Məlumatsızlıqdan əlavə, vəziyyətdən çıxış yolu kimi, yanlış və heç bir əsası olmayan tədbirlərə üz tutulması da insan həyatı üçün təhlükədir. İlkin Behbudov bu mövzuya da aydınlıq gətirib.
“Azəriqaz” İB-dən şöbə rəisi İlkin Behbudov meydana çıxan “Bəs, bu kimi halların qarşısını almaq üçün neyləmək lazımdır?” sualına da cavab verib:
Mənzillərdə dəm qazını aşkarlayan cihazların quraşdırılmasının vacibliyini vurğulayan “Azəriqaz” rəsmisi qeyri-peşəkar işin təhlükəli olmasını bir daha xatırladıb.
Dəm qazından ölüm hallarının ildən-ildə dəyişən, təəssüf ki, artan göstəricilərinə nəzər salarkən hamam otağında baş verən ölümlərin mövsümdən asılı olmadığı qənaətinə gəlmək olur. Müsahibimiz bunun səbəblərindən də danışıb.
İlkin Behbudov dəm qazından zəhərlənmə hallarının səbəbləri sırasında tüstü bacalarının nəzarətsiz qalmasının, təmizlənməməsinin olduğunu da deyib.
Soyuq qış ayları boyunca sağlamlığımızı qorumaq naminə üz tutduğumuz isinmə tədbirlərinin həyatımıza son qoymaması üçün istilik sistemlərinin, qızdırıcıların quraşdırılmasını peşəkarlara həvalə etməli, bütün hallarda standartlaşdırılmış qaydaları nəzərə almalıyıq.

Опубликовано:

 

22 авг 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 46   
@Haci_Mammadov
@Haci_Mammadov Год назад
Çox faydalı məlumatlar idi. Təşəkkür edirəm.
@ayla9780
@ayla9780 Год назад
Canimnan can aparirdi dem qazi Allah bize rehm etdi balami qurtara bildik
@Yunesko24
@Yunesko24 Год назад
Hamamda çimərkən pəncərəni bir balaca açıq qoysanız heç vaxtı dəm qazı olmaz,yaxşı üsul su qızdırıcı istər kalonka istər pitiminutka çöldə quraşdırılsa daha təhlükəsizli olar
@zizseyidova8103
@zizseyidova8103 Год назад
Faydalı məlumatdır çox sağ olun
@gulnarseyidova5194
@gulnarseyidova5194 Год назад
Çox sağolun.
@xazangulasadova2613
@xazangulasadova2613 6 месяцев назад
İstər hamamda istər otaqda hava çəkən bir balaca yer mütləq olmalıdı
@shaxnazbayramova3950
@shaxnazbayramova3950 Год назад
Dəm qazı. Qazın çirkli olmasından əmələ gəlir.Təmiz qaz verilmir
@AS-hd1tp
@AS-hd1tp Год назад
Düzdü rusiyada bütün evlərdə pitiminutka var orda nəyə görə bu qədər zəhərlənmə olmur. Mətbəx qazının yanma alovu da bizimkindən fərqlidir
@AS-hd1tp
@AS-hd1tp Год назад
Mətbəx qazında alov mavi olmalıdı bizdə isə bəzən ən yuxarısında qırmızı da olur ki bu da zəhərlənməyə gətirib çıxarır
@user-qe7vc9uv3z
@user-qe7vc9uv3z Год назад
@@AS-hd1tp duz
@musadiltagiyev2633
@musadiltagiyev2633 Год назад
Düzgün fikir deyil .bir sual verim yemək bişirilən yemək qaz pletkası yanır niyə zəhərlənmə verimir ?
@linagyev4166
@linagyev4166 5 месяцев назад
Bu qədər təbliğat aparılır və hətta hər hansi peclərin necə quraşdırılması barədə məsləhətlər verilir yenədə bu məlumatlardan ya məlumatları olmayanlar yada məlumatı olub qanmamazliq edənlər elə bil ki bu dunyanin adamları deyillər,,,,,
@yasarsukurov2651
@yasarsukurov2651 Год назад
Limit məf elədi bizi
@ilk178
@ilk178 Год назад
Cox sag olun Allah sizden razi olsun cox,savadli mutexesis danıŝdi bu gune qeder dem qazi barede bele savadli baṣa duṣulen gōz açan vidyo gormemiṣdim bizdede iran peçidir indi mutleq pencereni açiq qoymaq lazimdirki ev oksigensiz qalmasin .
@elnurismaylov6311
@elnurismaylov6311 7 месяцев назад
Boş söhbətdi bacanı açığ qoy qapını aç ölmüşdüm güclə dirildim uqar öldürmüşdü məni nə axmağ şey imiş mütləq bağlı yerlərdə pitminutkanı birləşdirməyin hamamın içinə qoymayın 3 dəyqiyə adamı öldürər
@yasarsukurov2651
@yasarsukurov2651 Год назад
Belədə soyuğdan ölürük
@Cema-cu1nk
@Cema-cu1nk Год назад
🙏🤲
@PubgMobile-zz4vw
@PubgMobile-zz4vw 8 месяцев назад
dem.qazina qarwi siqnal veren cihaz hardan ala bilerem?
@yasarsukurov2651
@yasarsukurov2651 Год назад
Day bunu heçkim bilmirdi day
@user-qe7vc9uv3z
@user-qe7vc9uv3z Год назад
Nece yani
@yasarsukurov2651
@yasarsukurov2651 Год назад
İran peçi indi pslənir niyə
@mvdeyi
@mvdeyi Год назад
İran peçlərini küləkli havada işlətmək olarmı? Külək olan kimi tüstü borusu soyuyur
@yasarsukurov2651
@yasarsukurov2651 Год назад
Noldu ki
@vusalpenahli3339
@vusalpenahli3339 Год назад
Videonu başlığındanda görünürki qardaş baxış yığmaq üçün dəxlisiz yerə iranın adın çəkib 😂 millət iran peçi alırki dəm qazı olmasın
@yasohuseynli3490
@yasohuseynli3490 Год назад
Camaat iran peçi alır dəm qazına səbəb olmur deyə niyə yalan danışırsız?
@Haci_Mammadov
@Haci_Mammadov Год назад
Düzgün quraşdırılma prosesi getmirsə, istiyir ingilis peçi olsa fərq eləmir, dəm qazına səbəb ola bilər. Videodakı əsas məqsəd odur ki, hər işi əhlinə həvalə etmək lazımdı. İndi hər yoldan keçən deyir başım çıxır.
@yasohuseynli3490
@yasohuseynli3490 Год назад
@@Haci_Mammadov ola bilər ama onu deyimki mən dəqiq bilirəm iran peçi həqiqətən keyfiyyətlidi sadəcə bu günlərdə nəfəs darlığı olan adamda deyur İran hava vermir, hamısını iran edir😄
@Haci_Mammadov
@Haci_Mammadov Год назад
@@yasohuseynli3490 düzdü, amma iranın da ölkəmizə və millətimizə verdiyi zərəri heç bir dəm qazı verə bilməz.
@yasohuseynli3490
@yasohuseynli3490 Год назад
@@Haci_Mammadov o sizə elə gəlir yaxşı araşdırın
@Haci_Mammadov
@Haci_Mammadov Год назад
@@yasohuseynli3490 həm dini, həm də dünyəvi cəhətdən bu danılmaz faktdır ki, İran çox böyük zərərlər vurub və vurmaqdadır.
@yasarsukurov2651
@yasarsukurov2651 Год назад
Qazı aşağı salsınlaree
Далее
Construction site video BEST.99
01:00
Просмотров 341 тыс.
Bir qadını studiyadan qovmaq olmaz
12:10
Просмотров 60 тыс.
NİZAMİ RƏMZİNİN QIZI NƏLƏRİ ETİRAF ELƏDİ..
3:42
Günvurma zamanı ilk tibbi yardım necə olmalıdır?
9:14