Тёмный

Daşaltıda 31 il əvvəl şəhid olan Xaçmaz sakini bu gün dəfn olunub - APA TV 

APA TV
Подписаться 348 тыс.
Просмотров 5 тыс.
50% 1

#APATV #xaçmaz #şehid #dəfn #apaxeber #apaxəbər #apatvxəbər #apaxeberler #xeberler #sonxeberler #gundemxeberler #xəbərlər #sonxəbərlər #xəbərlərbugün #xəbərlərdəbugün #gününxəbərləri #xəbərləryeni #sondeqiqe #gününəsasxəbərləri #sonxeberlerbugun2023
Daşaltıda 31 il əvvəl şəhid olan Xaçmaz sakini bu gün dəfn olunub - APA TV
Kütləvi məzarlıqlarda qalıqları tapılan Adil Niftəliyevin qalıqları dəfn olunmaq üçün anadan olduğu Xaçmaz rayonuna aparılıb.
Şəhidlə doğulduğu Kiçik Baraxum kəndində vida mərasimi keçirilib. Mərasimə şəhidin ailə üzvləri, Xaçmaz Rayon İcra Hakimiyyətinin rəhbərliyi, rayon ictimaiyyəti, idarə və müəssisə rəhbərləri qatılıb. Daha sonra şəhidin qalıqları Kiçik Baraxum kəndinin qəbiristanlığında torpağa tapşırılıb.
Niftəliyev Adil Kamal oğlu 24 iyul 1966-cı ildə Xaçmazın Kiçik Baraxum kəndində doğulub. Birinci Qarabağ müharibəsi başlayanda könüllü cəbhəyə gedib. Malıbəyli, Kərkicahan, Kosalar kəndləri uğrunda gedən döyüşlərdə iştirak edib. 1992-ci il yanvarın 26-da Daşaltı əməliyyatı zamanı itkin düşüb. Ondan sonra ailəsi Adil haqqında heç bir xəbər almayıb.
Qeyd edək ki, bir qədər əvvəl kütləvi məzarlıqlarda tapılan qalıqlar üzərində aparılan tədqiqatlar nəticəsində şəxsiyyəti müəyyən edilən itkin düşənlərin siyahısı açıqlanıb. 15 nəfər itkin düşmüş şəxsin aqibətinə aydınlıq gətirilib.
Onların 11 nəfəri hərbçi, 4 nəfəri mülki şəxsdir.
Vəli Turan, Rizvan Hacıyev, APA TV
✅ Rəsmi saytımız: apa.tv
✅ Rəsmi facebook səhifəmiz: / tvapaxeber
✅ Rəsmi instagram səhifəmiz: / apatvresmi
✅ Rəsmi twitter səhifəmiz: / apatvofficial
✅ Rəsmi teleqram səhifəmiz: t.me/apa_tv
✅ Rəsmi youtube kanalımız: www.youtube.co...
Copyright © APA TV
Videolarda yazılan rəylərə görə kanal rəhbərliyi məsuliyyət daşımır.
REKLAM TƏKLİFİ ÜÇÜN (Contact) info@apa.tv

Опубликовано:

 

12 сен 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 9   
@feridecerullayeva8418
@feridecerullayeva8418 Год назад
Allah Bütün Şəhidlərə Rəhmət Ruhları Şad Olsun .
@yazar668
@yazar668 Год назад
orda işdirak edib şüar seslendirmek menim üçün böyük bir qurur idi Məkanı cənnər olsun amin
@arzuzekili2446
@arzuzekili2446 Год назад
Allah rəhmət eləsin can Əmi. Allah səbr versin əzizlərinə Əmi .
@user-oj1ei9th9d
@user-oj1ei9th9d Год назад
Allah rehmet elesin
@user-qb1tg5vy4c
@user-qb1tg5vy4c Год назад
Ruhlari sad olsun🙏🥲
@mehemmedebdurrehmanov1489
@mehemmedebdurrehmanov1489 Год назад
Allah rəhmət eləsin.
@VusalQndliyeva-pw7yn
@VusalQndliyeva-pw7yn Год назад
Şükür qovuşduran Rəbbimə
@mahirquliyev769
@mahirquliyev769 Год назад
Allah rəhmət eləsin məkanı cənnət olsun
@user-eb4hd9km1w
@user-eb4hd9km1w Год назад
Şəhidi mömin kimi dəfin etmək lazımdır siyonis adətiylə yox əl-İLLƏH rəhmət eləsin.
Далее
Китайка и Зеленый Слайм😂😆
00:20
To mahh too🫰🍅 #abirzkitchen #tomato
01:00
Просмотров 6 млн
А ВЫ ЛЮБИТЕ ШКОЛУ?? #shorts
00:20
Просмотров 2,8 млн
ŞƏHİD HACIYEV DAVUD ( XAÇMAZ ) HD
13:03
Просмотров 1,4 тыс.
Китайка и Зеленый Слайм😂😆
00:20