Тёмный

Dialektika nədir? 

Подписаться
Просмотров 3 тыс.
% 380

#Dialektika
Dünya görüşünün elmi nəzəri forması fəlsəfədir.
Əgər fəlsəfə tarixinə müraciət etsək onda görərik dünyanı dərk etmək və ondan məqsədyönlü istifadə etmək üçün ki iki əsas idrak metodu bir-biri ilə qarşılıqlı surətdə əks olan iki təfəkkür üsulu -dialektika və metofizika.
Dialektika yunan sözü olub(yun. Διαλεκτική dialeqo - mübahisə etmək) - maddi dünyanın mövcudluğunu daimi dəyişiklik, hərəkət, mübarizə və inkişafla izah olunması üsuludur.
-qədim mütəfəkkirlər dialektika deyərkən elə bir söhbət mübahisə üsulu nəzərdə tuturdularlar ki bunun vasitəsilə müsahibin mühakimələrində olan ziddiyyətlər aşkara çıxarılır, həqiqət aydınlaşdırılır və anlayışlar dəqiqləşdirilir. Sonralar dialektika deyərkən fəlsəfi metodu, yəni ətrafdakı aləmin dərk edilməsi üçün, ümumi qayda və vasitələri məlum predmetin öyrənilməsində təfəkkürün istifadə etdiyi üsulu nəzərdə tutmağa başladılar. Dialektika dünyanı vahid rabitəli bir tam kimi nəzərdən keçirilir. Dialektika bunu əsas tutur ki bütün şeylər habelə bunların fikirdə inikası olan anlayışlarımız bir-biri ilə qarşılıqlı əlaqədədır. Arası kəsilməyən bir hərəkət və ziddiyyətli inkişaf halındadır.
təbiət, insan cəmiyyəti və təfəkkürün hərəkət, dəyişmə, təzələnmə və inkişafının ümumi qanunlarından bəhs edən elmdir.
Dialektika ideyaları fəlsəfənin bütün tarixi ərzində inkişaf etmişdir.
Kortəbii dialektika özünün daha aydın və tam ifadəsini qədim Yunanıstanda Heraklitin fəlsəfəsində tapmışdı. Heraklit , dünyanın əbədi hərəkətdə, dəyişmə və inkişafda olmasına baxaraq göstərirdi ki, hər şey mövcuddur, eyni zamanda mövcud deyildir, hər şey əbədi axın, yaranma və yox olma halındadır. Heraklitə görə, mövcud olan bütün şeylər əksliklərdən ibarətdir və həmin əksliklər arasında gedən əbədi mübarizə onların inkişafının mənbəyi, daxili səbəbidir.
Yunan filosoflarının kortəbii dialektikası dünyaya bütöv, tam halında yanaşmaqla onu əksliklərin vəhdətində, qarşılıqlı əlaqə, hərəkət, dəyişmə və inkişafda götürsə də, bütöv halında götürdükləri dünyanı hissələrinə bölərək öyrənmir, konkret tədqiqatın nəticələrinə əsaslanmırdı. Bu çatışmazlığı üzündən o, öz yerini sonralar digər fəlsəfi metod olan metafizikaya tərk etdi
Metofizika yunan sözü olub qədim zamanlarda bu söz bütün mövcudatın başlanğıcları haqqında təlim demək idi. Sonralar metofizika deyərkən elə bir təfəkkür üsulu nəzərdə tutmağa başladılar ki burada predmetlər və hadisələr öz qarşılıqlı əlaqəsindən kənarda hərəkətsiz həmişəlik daxili ziddiyyətlərdən məhrum halda nəzərdən keçirilir. Müasir metofiziklər bir qayda olaraq ən ümumi əlaqənin xarakterini və inkişafını mahiyyətini bəsit şəkildə başa düşürdü. Onlar hərəkət və inkişafın əsl mənbəyi məsələsini kölgədə buraxaraq ya bunu qeyri maddi qüvvələrin təsirində ya da dərk edilməz elan edirdilər. Beləliklə metofizika idealizm və aqnostizm ilə qovuşur.
Metafizik metod dünyaya aralarında heç bir qarşılıqlı əlaqənin və təsirin olmadığı, bir-birlərindən təcrid olunmuş halda mövcud olan predmet və hadisələrin mexaniki toplusu kimi baxır. O, predmet və hadisələri daxili fəallıqdan məhrum, hərəkətsiz və dəyişməz, donuq bir şey kimi nəzərdən keçirir, fakt qarşısında dəyişmə və inkişafı qəbul etməli olduqda isə onun mənbəyini şeylərdən kənarda, xaricdən verilmiş «ilkin təkanda» görür. O, inkişafa ancaq kəmiyyətcə artıb-azalma, böyüyüb-kiçilmə kimi baxaraq inkişafda yeni keyfiyyətin yaranmasını görmür. Bir sözlə, metafizika gerçəkliyə onun həqiqi vəziyyətinə adekvat olmayan yanaşma metodudur.
Dialektikanın sonrakı inkişaf dövrü Georg Vilhelm Fridrix Hegel adı ilə bağlıdır.
Hegelin dialektikası idealist dialektika olmaqla dialektikanın ikinci mühüm tarixi formasını təşkil etmişdir Hegelə görə dialektika bir-birinə zidd olan bir prosesdir yəni tezis və antitezadır. Bu nə deməkdir. Hegel dialektikası inkişaf və təməldən ibarətdir - bu tezis-dir , əks və ya əks tərəflərin kəsilməsini yaradan isə : antiteza-dir. . Ziddiyyətli görünən bu məsələlərin barışması üçün yeni bir konsepsiya üzərində irəliləyiş əldə edilir bu da sintez-dir. .
K.Marks və F.Engels tərəfindən yaradılan dialektika dialektikanın üçüncü tarixi formasını təşkil edir.
Bu da materialist dialektika kimi də tanınır .dialektik materializm əsasında maddə dayanır. Yəni düşüncələrin və bütün gerçəkliyin substratı kimi. Bu şəkildə maddə şüurdan müstəqildir
Beləliklə,qeyd edilirdi ki dünya öz təbiəti etibarı ilə maddidir,bütün mövcudat materiyanın müxtəlif formaları və növləridir.Lakin materiya süst, donub qalmış bir şey deyildir. O, məkan və zaman daxilində davam edən daimi hərəkətdədir. Hərəkət , məkan və zaman materiyanın varlığının əsas formalarıdır.
Bununla belə dialektikanın müxtəlif variantları da ola bilər.

Опубликовано:

 

26 сен 2020

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 14   
@nedirisakov9018
@nedirisakov9018 3 года назад
Tələbələr ücün mükəmməl materialdır.
@turkrtagsoy1035
@turkrtagsoy1035 3 года назад
Əsənliklər,sizin kanalı yeni buldum;həmişə Türkiyəli adminlərin fəlsəfə kanallarına baxırdım,indi isə sizi tapdım. Dialektika mənə də qaranlıq qalan mövzuydu,izah üçün təşəkkür👍
@sadiqmirze5693
@sadiqmirze5693 3 года назад
Cox maraqlı bir mövzudur dialektika. Sağ olun belə saə dildə bizə başa saldığınız ücün.
@nicatkerimli4497
@nicatkerimli4497 3 года назад
Cox böyük maraqla dinlədim.
@tofighalilov6363
@tofighalilov6363 3 года назад
Sadə lakin anlaşılan bir dilldə izah etdiz.Təşəkkür.
@omrislamov5522
@omrislamov5522 3 года назад
Təşəkkürlər Yeganə müəllimə😇❤
@mirzefos6977
@mirzefos6977 3 года назад
Əhəmiyyətli bir mövzuya toxunmusuz.Bəyəndim.
@No_name__798
@No_name__798 Год назад
Təşəkkürlər🌹
@baratazizov3612
@baratazizov3612 3 года назад
Dialektika həyatın özüdür.
@mehbalibali2290
@mehbalibali2290 3 года назад
Zəhmət olmasa İdrak haqqındada məlumat verərdiz.
@cavidrasimli96
@cavidrasimli96 2 года назад
Kitab cümlələrinə nə ehtiyac var!?
@nazimwukurov1610
@nazimwukurov1610 Год назад
Salam inkar anlayışı haqqında da danışa bilərsiz zəhmət olmasa, öncədən təşəkkür edirem
@mezinuriyev8862
@mezinuriyev8862 3 года назад
Lazımlı bir mövzudur.
@aytajkarimli2096
@aytajkarimli2096 2 года назад
Neye lazimdir SSR den qalmaq meqale oxumaqiniz!