Тёмный

Dom Feyzulla bomba prinesom.mp4 (Evlenmek isteyirem filminden bir parcha) 

ToloshiSado
Подписаться 66 тыс.
Просмотров 49 тыс.
50% 1

Evlənmək istəyirəm (1983) filminden bir parcha. A.Haqverdiyevin BOMBA hekayesi sujeti esasinda chekilib. Mezmunu:
Bomba
Əbdürrəhimbəy Haqverdiyev.
Qorodovoy Kərbəlayi Zal iyirmi beş ildən artıq idi polis idarəsində xidmət edirdi. Onun arvadı hərdənbir deyərdi:
- A kişi, sənin saqqalına nə şaşka yaraşır, nə də şapka. Gəl sən bu qorodovoyluqdan əl çək! Bir balaca alış-verişə yapış. Bir baqqal dükanı aç!
Kərbəlayi Zal cavab verərdi:
- Arvad, sən hökümətin ləzzətini anlamırsan. Əgər səni qorodovoy eyləyələr, min il qulluqdan çıxmazsan; bir də, mən iyirmi beş ildən artıqdır ki, polis qulluğundayam. Bir-iki ildən sonra pensiyam çıxacaq. Ondan sonra rahat əyləşib pensiyəni yeyərik.
Belə danışıqdan sonra arvad həmişə sakit olardı.
- Nə deyirəm, kişi, özün bil!
Bu dəfə Kərbəlayi Zalın ovqatı təlx idi. Dəftərxanada pristav çağırıb demişdi:
- Kərbəlayi Zal, səndən narazıyam. Sən köhnə, dünya görmüş qorodovoysan. Bununla belə, dünən Rusiyadan gəlmiş qorodovoy, görürsən, bomba tapır, tüfəng tapır, patron tapır... Həm ağasının üzünü ağ eləyir, həm özünün. Amma sən indiyədək bir sınıq balta da tapmayıbsan. Görünür, sən də rüşvət alırsan, yainki qocalıb zay olubsan. Əgər belə getsə, bizim bir yerdə qulluq eləməyimiz tutmayacaq.
Bu sözlər bir ox olub, Kərbəlayi Zalın bu tərəfindən dəyib, o biri tərəfindən çıxdı. Axşam bikef gəldi evə. Arvad soruşdu:
- Nə var?
Dedi:
- Heç, bir az başım ağrıyır.
Arvad abgüşt bişirmişdi. Gətirib qoydu kişinin qabağına. Bir-iki tikə alıb, "iştahım yoxdu" deyib yatmaq istədi. Nə qədər etdisə gözünə yuxu gəlmədi. Axır durub, bir stəkan çay içib getdi qarovula.
Kərbəlayi Zal "Qanlı küçə" ilə "Zavallı" küçənin küncündə durub pristavın sözlərini fikir edirdi. Gecə yarısından bir xeyli keçmiş Kərbəlayi Zal gördü ki, usta Feyzulla nalbəndin qapısında bir kişi dayandı. Yedəyində də bir at, atın üstündə bir cüt çuval və çuvalın içində bir növ girdə şeylər. At sahibi ilə ev sahibi çuvalları atın üstündən ehmallıca alıb apardılar və sonra atı içəri çəkib qapını bağladılar.
Kərbəlayi Zal bu keyfiyyəti görüb öz-özünə dedi: "Daha baxtımın ulduzu parıldadı. Gecənin bu vaxtında gələn girdə şey xatalı şey ola".
O saat fit çaldı, yaxındakı qorodovoy Patap gəldi.
- Vot Patap, bomba rabatay!
- Qde?
- Dom Feyzulla bomba pirnesom.
Patap -- İvana xəbər elədi, İvan -- oqolodoçniyə, oqolodoçin -- pristava, pristav -- qalabəyinə, qalabəyi -- jandarmlar rəisinə. Yarım saatdan sonra usta Feyzullanın evini qazaq, saldat, qorodovoy bürüdü.
Qapını döydülər.
Usta Feyzulla çıxdı, xəbər aldı:
- Kimsən?
Dedilər:
- Aç qapını.
Qapını açan tək binəvanın dili tutuldu. Bir təhər soruşdu ki, "bəs niyə buyurubsunuz?" Dedilər:
- Danışma, gərək sənin evin axtarılsın!
Gecə yarısı Feyzullanın arvadını, uşaqlarını ürəkqopma azarına salıb, evin altını üstünə çevirdilər. Heç zad tapa bilmədilər. Axırda otaqların birinə girib gördülər küncə iki çuval qoyulub.
Kərbəlayi Zal çuvalları görən tək qışqırdı:
- Barin, vot, vot bomba!
Camaat çuvalları əhatə etdi, amma yaxın getməyə heç kəs cürət etmirdi. Deyirdilər: "İndi açılar, hamını qırar".
Yazıq Feyzulla da, qolları bağlı, bir kənarda saxlamışdılar. Feyzulla, evində bir şey tapılmadığını cürətləndi və birdən səsləndi:
- Ay ağalar, o çuvalların nəyindən qorxursunuz?
İzin verin qollarımı açsınlar, o çuvalların içindəkini bir-bir çıxarıb sizə göstərim.
Feyzullanın qolunu açdılar. Gəlib çuvalların ağzını açıb içindən beş dənə qarpız çıxartdı.
O biri çuvalda da qarpızdan başqa bir şey yox idi.
Səhər Kərbəlayi Zalı qulluqdan xaric etdilər.

Видеоклипы

Опубликовано:

 

20 мар 2011

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 42   
@Levi-xb2dy
@Levi-xb2dy 3 года назад
3cü quruplara salam!
@knanmirov3191
@knanmirov3191 Год назад
Əleykum
@umiddadasov546
@umiddadasov546 Год назад
Aleykuma
@darknight8627
@darknight8627 Год назад
Əleykum salam
@leonorge
@leonorge Год назад
Əbdürrəhim bəy Haqverdiyev novellası
@ceyhunkazimov
@ceyhunkazimov Год назад
Dunyasini Deyişenleri Allah rehmet elesin.Ruhunuz şad olsun. Amin.Xatrreleede yaşayacaqdir iller outside. Eliaqa Aqayev.Sizlerde çox Saqolun paylaşdiniz..TOLISE Sedo.26 12 2022.
@yadiigar
@yadiigar 2 года назад
Azərbaycan tarixi kinolarımız ürəkdi 😍😘🤗
@evezevezxanli9353
@evezevezxanli9353 4 года назад
2020 də izləyənlər layik atsin
@imanovv_002
@imanovv_002 3 года назад
2021
@naringullicanova7677
@naringullicanova7677 2 года назад
2022
@isimsiz1099
@isimsiz1099 Год назад
2023
@tuqayvenihatkardesler1857
@tuqayvenihatkardesler1857 3 месяца назад
2024
@azeronny09
@azeronny09 3 года назад
2021 izeleyn varsa like atsin😉
@allahyarhemidov9644
@allahyarhemidov9644 6 лет назад
Superr
@evezevezxanli9353
@evezevezxanli9353 4 года назад
kişiyə yazığım gəldi
@bozkardinal.1581
@bozkardinal.1581 3 месяца назад
Mən isə kövrəldim..😐
@yeganerecebova
@yeganerecebova 2 месяца назад
Menimde 😢 məncə kişinin günahı yox idi
@muvvahidturk8735
@muvvahidturk8735 6 лет назад
O dəmirçi feyzulladı nədi. qarpız boşaldan. Azərbaycan səhnəsində ondan bazburutlu aktyor yoxdur. gərək Koroğlu. Beyrək. bu adam çəkiləydi
@kamranibrahimov2582
@kamranibrahimov2582 4 года назад
onun;a uz ua dayanan aktyor boyca balacadir, ona gora ela gorsanir
@nigarm763
@nigarm763 2 года назад
Aktyorun adı nədir?
@montaana99
@montaana99 Год назад
👍👍👍
@Sahib16
@Sahib16 3 года назад
Qaraşdan gələnlər +1
@pervincimbom8533
@pervincimbom8533 8 лет назад
👏👍
@sevdabagirova6577
@sevdabagirova6577 3 года назад
Əla
@temleyxaquluzade9009
@temleyxaquluzade9009 8 лет назад
ela super
@elshanqasimov5850
@elshanqasimov5850 7 лет назад
Temleyxa Quluzade superdi nagaraq
@BS96480
@BS96480 3 месяца назад
Biz bunu sehneciyinn eliyecik
@ayselseferova9206
@ayselseferova9206 2 года назад
Eseyive sukur illahi 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
@Seyfiyeffa
@Seyfiyeffa Год назад
3 cü qruplar 👇
@nasibyusifov6403
@nasibyusifov6403 4 года назад
Mence bu papaq filmindendi
@retroradiofm1988
@retroradiofm1988 4 года назад
nasib yusifov hər iki ad da işlənir
@nasibyusifov6403
@nasibyusifov6403 4 года назад
@@retroradiofm1988 ola biler qaqas. Men papaq filmi kimi taniyiram
@mehemmedzerbiyev4727
@mehemmedzerbiyev4727 Месяц назад
Öldüm e gülməkdən, yazıq
@Mysterious1_27
@Mysterious1_27 2 месяца назад
3cü qruplar ses edin ❤
@Linabestreal
@Linabestreal 2 месяца назад
Mənn❤
@Alizade_14
@Alizade_14 Год назад
2023-İzləyənlər yoruma😂👉
@muradrzayev2889
@muradrzayev2889 2 месяца назад
3 cü qruplar 😂??
@alimammadoglu4743
@alimammadoglu4743 2 года назад
Bu millət elə əzəldən belə gıjdıllaq olub
@rehab.safaraliyev7188
@rehab.safaraliyev7188 6 лет назад
LCuzExhaler
@akifdadasovgame5238
@akifdadasovgame5238 6 лет назад
Rehab. Safaraliyev bu emi yoxluyub gorub istiyir
@pervincimbom8533
@pervincimbom8533 8 лет назад
👏👍
Далее
POÇT QUTUSU
14:08
Просмотров 60 тыс.
Evlənmək istəyirəm (1983)
1:04:42
Просмотров 39 тыс.
Amazing weight loss transformation !! 😱😱
00:24
"Bomba " Əbdürrəhim bəy Haqverdiyev
5:59
Просмотров 2,3 тыс.
Evlənmək istəyirəm filmindən bir parça
4:42
Просмотров 41 тыс.
azərbaycan əhər xiyav yolu
1:22
Просмотров 2,2 тыс.
qemlo
4:02
Просмотров 239 тыс.
Ə.Haqverdiyev- Bomba
10:13
Просмотров 12 тыс.
Nəsimi: "Mən kövrək deyiləm dərviş, sınmaram"
3:04
Abdulla Şaiqin "KÖÇ"əsəri və təhlili
15:51
Просмотров 14 тыс.
Nizami Gəncəvi ilə Xaqani Şirvaninin görüşməsi
8:22
OG Buda - Сделай Мне Приятно Щас
2:24
Miyagi & Эндшпиль - RudeBoys (Official Audio)
3:16
MACAN, A.V.G - Привыкаю
2:55
Просмотров 153 тыс.