Тёмный

Dua...Hər birimizə qəbul olan gözəl bir qulluq həyatı yaşamağı müvəffəq et...  

Ustad Kəlamları
Подписаться 3,1 тыс.
Просмотров 431
50% 1

#allah #sevgi #tasavvuf #aşk #tasavvufsohbetleri #dua #eşq #allahdua #zikir
Ey ucalar Ucası Allahım! Şərəf, İzzət, güc, qüvvət, qüdrət və bütün Uca Sifətlər Sənə aiddir. Bizlər məxluq olaraq Sənin o incə sənətini və hüdudsuz dərin əxlaqını necə idrak edə bilərik!? Kərəm et, lütf et bəsirət pəncərəmiz açılsın və nəsibimizə görə səni dünyada ikən anlaya bilək.
Allahım! Sənə olan sevgimizi artır ki, Sənin sayəndə qulluğumuzu böyük bir şövq və ədəb içində ifa edə bilək. Kamillik Sənin,
nöqsanlıq isə bizim sifətimizdir. Bizləri bağışla, xətalarımız səbəbiylə
əzab etmə! Ancaq Sənin əfvinə, mərhəmətinə, lütfünə sığınırıq! Qiyamət günü
bizləri lütfün və mərhəmətinlə hesaba çək!
Yə Rabbəl Aləmin! Bu fani aləmin min bir iztirab və imtahanında üzərimizə səbr və səbat yağdır! Xəstələrə, yaralanmış qazilərə şəfa, dərdlilərə dəva, borclulara əda ehsan elə! Allahım! Bu günümüzü, sabahımızı və gələcəyimizi xeyirli və bərəkətli elə!
Allahım! Nəfəs, nəfəs bütün bir ömrü ancaq Sənin rizan istiqamətində, məhəbbətullah və mərifətullah yolunda yaşamağı cümləmizə nəsib elə! Bütün işlərimizi Sənin rizana uyğun tutmağı bizə nəsib et, Sənin razı olmadığın işlərdən, əməllərdən bizi uzaq et! Amin!
Ey Uca Allahım! Qəlblərimizi rizan və hidayətin yolunda daim et! Bizi yenə bizdən, yəni nəfsimizin şərrindən qoru! Bizə güclü iman, gözəl əxlaq və faydalı elm nəsib et!
Hər birimizə qəbul olan gözəl bir qulluq həyatı yaşamağı müvəffəq et!
Ey Uca Rəbbimiz! Bizi ibadətlərin dərininə enə bilən, mənasını dərk edən və batinini yaşaya bilən bəxtəvər bəndələrindən et!
Yə Rabbi! Bizlərə yardım et! Səndən gələcək hər bir xeyirə möhtacıq. Bizlərə oyanıq qəlblər ver! Amin!
Musiqi:Piano Turca

Опубликовано:

 

6 окт 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 2   
@Aliyeva_0207
@Aliyeva_0207 4 месяца назад
Uca Yaradana həmd olsun🌹
@ustad_kalamlari
@ustad_kalamlari 4 месяца назад
🌹🌹🌹
Далее
Women’s Celebrations + Men’s 😮‍💨
00:20
bu duayı evde açın dinleyin
22:04
Просмотров 61 тыс.
Women’s Celebrations + Men’s 😮‍💨
00:20