Тёмный
No video :(

Eks-nazir müəllimlərin sertifikasiya imtahanlarının əleyhinədir | Misir Mərdanov | Qara-Qırmızı 

Demədi Demə
Подписаться 968 тыс.
Просмотров 41 тыс.
50% 1

Jurnalist Bahadur Seyidov və yazıçı Cəlil Cavanşir "Qara-Qırmızı" adlı yeni verilişini izləyicilərə təqdim edir. Verilişin budəfəki qonağı AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun direktoru, Azərbaycanın sabiq Təhsil naziri, fizika-riyaziyyat elmləri doktoru, professor Misir Mərdanov oldu. Verilişidə bir-çox təhsil problemlərinə işıq tutmağa çalışmışıq.
Misir Mərdanov 1946-cı il oktyabrın 3-də Ermənistanın Göyərçin kəndində ziyalı ailəsində anadan olmuşdur. Yeddiillik təhsilini Salah kənd məktəbində, on illik təhsilini isə 1964-cü ilin martına qədər qonşu Polad kənd orta məktəbində almışdır. 1964-cü ilin martında Bakı şəhərinə gəlib eksternat qaydası ilə indiki Səbail rayon 49 nömrəli orta məktəbini bitirmişdir. Azərbaycan Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinin riyaziyyat şöbəsinə qəbul olunmuş, 1969-cu ildə həmin fakültəni fərqlənmə diploma ilə bitirmiş və təyinatla Həsən bəy Zərdabi adına Gəncə Dövlət Pedaqoji İnstitutunda əmək fəaliyyətinə başlamışdır. Həmin ilin noyabrında Azərbaycan Dövlət Universitetinə yəni aspiranturasına qəbul edilmişdir. 1973-cü ildən ADUnun Həndəsə kafedrasında assistant kimi fəaliyyətə başlamışdır. 1973-cü ilin mayında Mexanika-riyaziyyat fakültəsinin müdafiə şurasında "İnteqro-diferensial tənliklər sistemi üçün optimal idarəetmə nəzəriyyəsinin bəzi məsələləri" mövzusunda namizədlik dissertasiyası müdafiə etmiş, 1973-cü il 28 sentyabr SSRİ Nazirlər Soveti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsinə layiq görülmüş, 1973-1980-ci illərdə mexanika-riyaziyyat fakültəsinin Həndəsə kafedrasında assistent, baş müəllim kimi analitik həndəsə və diferensial həndəsə fənlərindən məşğələ dərsləri aparmış, mühazirə oxumuş və eyni zamanda Diferensial tənliklər kafedrasında ixtisas kursundan mühazirələr aparmışdır.
1978-1989-cu illərdə Mexanika-riyaziyyat fakültəsinin dekan müavini, 1980-1989-cu illərdə Diferensial tənliklər kafedrasının dosenti kimi "Optimal idarəetmənin riyazi üsulları və variasiya hesabının əsasları" fənnindən mühazirə oxumuş və ixtisas kursları aparmışdır.
1981-ci il 25 noyabr SSRİ Nazirlər Soveti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə dosent elmi adını almışdır.
1989-cu iliyun ayının 6-da Ukrayna Elmlər Akademiyası Riyaziyyat İnstitutunun ixtisaslaşdırılmış Dissertasiya Şurasında "Gecikmələri və məhdudiyyətləri olan optimal proseslərin tədqiqi" mövzusunda doktorluq dissertasiyası müdafiə edib, 1989-cu il 3 noyabr SSRİ Nazirlər Soveti yanında Ali Attestasiya komissiyasının qərarı ilə fizika-riyaziyyat elmləri doktoru elmi dərəcəsinə layiq görülmüşdür.
1997-2001-ci illərdə Bakı Dövlət Universitetində Riyaziyyat üzrə ixtisaslaşdırılmış Dissertasiya Şurasının sədri olmuşdur.
2017-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasına riyaziyyat üzrə müxbir üzv seçilmişdir. Həmçinin klassik variasiya məsələlərində güclü ekstremum üçün yeni zəruri (birinci və ikinci tərtib) və kafi şərtlər almışdır. Bu zəruri şərtləri mümkün funksiyaya yeni tip variasiya verərək, kafi şərtləri isə funksionalın invariant qalmasının yeni variantını tətbiq edərək isbat etmişdir. MisirMərdanov "Azərbaycan təhsil tarixi" fundamental dördcildliyin, "1920-ci ilədək ali məktəblərdə oxumuş azərbaycanlılar" adlı fundamental çoxcildliyin, təhsillə bağlı 10 kitabın və 120 məqalənin müəllifidir. Misir Mərdanov riyaziyyata aid beş monoqrafiyanın, 150 məqalənin (onlardan 40-ı Clarivateanalyticsin siyahısında olan jurnallarda çap olunub), orta məktəblər üçün 20 dərslik və dərs vəsaitinin, ölkənin görkəmli şəxsiyyətləri ilə bağlı 64 məqalənin müəllifidir.
Ailəlidir, 3 övladı var.
Müəllimlərin sertifikasiya imtahanlarını sərt tənqid etdi! | Misir Mərdanov | Qara-Qırmız

Опубликовано:

 

27 авг 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 357   
@nezakethasanova2176
@nezakethasanova2176 Месяц назад
Möhtərəm Misir Mərdanovun qardaşı Əli Mərdanov da ləyaqətli insandı Allah qorusun Amin Allah
@Logman_Mustafayev
@Logman_Mustafayev Месяц назад
Əli Mərdanov Novxanida qonşu olmuşuq övladlariyla uşaqlıgımız bir yerde olub ama çox heyifki artiq 23 ildirki elaqem yoxdu Cox isterdim olarla elaqem olsun
@Cemilmusayev-oy2hv
@Cemilmusayev-oy2hv Месяц назад
Əli mərdanov bizim şabran rayon polis rəisi olub sonra qubaya gedib hansısa vəzifəyə
@AysenSuleymanova-wg9bo
@AysenSuleymanova-wg9bo Месяц назад
Misir müəllim allah can sağlığı versin gözəl insan
@azeerbaycan401
@azeerbaycan401 Месяц назад
Hicab dusmenu😊
@revanemuradova5908
@revanemuradova5908 Месяц назад
Müəllimə müəllim dəyər verə bilər!Misir müəllimdə o insanlardandır..
@nrminsuleymanli24
@nrminsuleymanli24 Месяц назад
Mənasız imtahan idi.Cavabları hazır verirdilər köçürən köçürənə idi.
@user-ov7gn6jq9e
@user-ov7gn6jq9e Месяц назад
Feysbookda amma leyla mlmeni gözum cixdiya saldilar bu soze göre
@azadquliyeva5209
@azadquliyeva5209 Месяц назад
ÇOX hörmətli Mısır Mərdanov əsl ziyalı mövqeyındən çıxış edir.Xalqın hər kateqoriyadan olan nümayəndələrinin hamısının fikrini ıfadə edır. Çox sağ olun,hörmətli Misir müəllim!
@faileteymurova6197
@faileteymurova6197 Месяц назад
İnsan qulaq asdıqca sevinir .Çox sağ olun ki belə bir gorüş keçirdiniz Misir müəllimi xalqımız sevir və sevəcək.Onunla söhbət çox dəyərlidir
@user-jm5lq2in2c
@user-jm5lq2in2c Месяц назад
Salam cox hörmətli vicdanlı millətini sevən müəllimlərə dəyər verın Misir Mərdanov Allah sizi var eləsin sizin kimi dəyərli humanist ziyalılara coox ehtiyavımız var 👍🙏
@sevincbulacova5594
@sevincbulacova5594 Месяц назад
Misir müəllim, Siz Azərbaycana çox lazımsınız. Sizsiz təhsilimiz düşdüyü çuxurdan çıxa bilməyəcək.
@maharramof
@maharramof Месяц назад
Misir Mərdanov bəlkə də yaxşı pedaqoqdur, hətta yaxşı insan olması kimi də mülahizənin yeri var. Amma çox, həddən çox pis idarəçiliyi var. 2007-ci ildə ailəmlə St.peterburqdan Bakıya köç etdim. Oglum Sankt-Peterburq iqtisad mühəndisləri universitetinin (Anatoliy Çubaysın və milyarder, Severstal-ın sahibi A.Mordaşovun oxuduqları ali məktəb) 1-ci kursunu tamamlamışdı. Və 2007-ci ildə, sonra isə 2008-ci ildə nazır Misir Mərdanova ərizə ilə müraciət etdim oğlumu Bakıının profil institularından birinə bərpa üçün. 2008-ci ildə qəbul otağına kimi gedim çıxdım. Qəbul otağında referenti mənim "Prezidentə müraciət edəcəyəm" cümləmə "hara müraciət edirsən et" cavabı aldım. Kim mənə bunu danışsa idi fikirləşərdim şisirdilmiş bir şey danışır. Təəsüf ki, bunu həyatımda yaşamışam. Ərizələrim bəlkə də Mərdanovun vaxtı ilə başçılıq etdiyi nazirliyin arxivlərində durur. Oradan-buradan dedilər ki, mənim məsələmin həlli 15000 manata bağlıdır. Əmin deyiləm bu belədir. Amma Mərdanovun vaxtı ilə "burada mənəm, Bağdadda kor xəlifə" prinsipinə söykəndiyi təkzibsizdir. İndi isə yastı-yastı danışır, ekspertlik edir, əxlaq dərsi keçir. Utanmasan oynamağa nə var.... 2009-cu ildə Peterburqa gəldim, İNJEKON universitetinin prorektorunun qəbuluna düşdüm və uşağı universitetə bərpa edilməsini xahiş etdim. Sağ olsun, rus professor, prorektor bərpa ərizəmə müsbət dərkənar qoydu və uşaq həmin universiteti oxuyub bitirdi. Həmin bu Misirdə o rus professor və prorektorun vicdanın dörddən biri yoxdur, mənim aləmimdə. Reklam etməyin bu cür insanları - üz və astarlı adamları.
@RahibeTeymurova
@RahibeTeymurova 22 дня назад
Həmin müəllimlərə diplomları kim vermişdi bəş?
@ruftsdullayev5143
@ruftsdullayev5143 Месяц назад
❗❗ MİSİR MÜƏLLİM , sizi yenidən Nazir görmək istəyirik ❗
@user-sq3jg5mk9m
@user-sq3jg5mk9m Месяц назад
Misir müəllim əsil ziyalıdır
@EzizovaGulnar
@EzizovaGulnar Месяц назад
Salam. Emin Əmirlayev təsili pisgünə quydu. Elə elədiki biz müəllimlər cölə cıxmağa utanır. Uıu öndərimizin müəllimə verdiyi qiyməti yerə vurdu. Sizdən xahiş edirik hörmətli Misir Mərdanov cənabları bu damğanı müəllimlərin ustundən göturulsun.
@teranemesimova1742
@teranemesimova1742 Месяц назад
😅😅
@gulnazbabatova5887
@gulnazbabatova5887 Месяц назад
Misir m. ALLAH sizdən razı olsun.Allah ömür versin.
@ulduzemrahova2947
@ulduzemrahova2947 Месяц назад
Hörmətli Misir müəllim.Allah sizi qorusun.Rus dili müəllimləri üçün sertifikasiya imtahanı olduqca çətin oldu.
@user-xr4on5hb4t
@user-xr4on5hb4t Месяц назад
Cunki onun dovrunle pulla kim ne istiyirdi edirdi. Diplom satilirdi. Buna gore sağol misir merdenov
@BaharMahmudova-du6sf
@BaharMahmudova-du6sf Месяц назад
Rus dili muellimlerine qarşı böyük bir haqsızlıq etdiler!Müellimlerin haqqı bərpa olunsun!Bu cinayətì törədənlər İNŞALLAH tezliklə cəzasını alsın!
@user-ue1me3ry9c
@user-ue1me3ry9c Месяц назад
Cox sagolun Mısır muellim.tehsil sistemini tam şekilde ifade edirsiz
@user-xe2tn8fc6v
@user-xe2tn8fc6v Месяц назад
Tehsilde özbaşnaliq. Sertifkasiya bilyi qiymətləndrmek deyil qerəzli olaraq 4500 yaxin müellimi yox orta hesabla 13500 nəfərin acliğa məhkum edilməsdi, insanlarin böyuk hissəsin dövletə qarşi nifrət oyatmaq ücün təşkil edilmiş oyundur
@ayslava3062
@ayslava3062 Месяц назад
Təhsil sistemi kökündən dəyişməsə şagird də, müəllim də dəyişməyəcək.
@Ezize-yy1fu
@Ezize-yy1fu Месяц назад
MARAQLI VIDEODIR ÇOX SAĞOLUN
@ulkreyvazova5410
@ulkreyvazova5410 Месяц назад
Çoxhörmətli Misir müəllim, var olasız. Xahiş edurəm rus dili müəllimlərinin sertifikasiya imtahanından aglaya aglaya çıxmalarının səbəbi ilə də maraqlanasız.
@androidandroid4017
@androidandroid4017 Месяц назад
Emin Əmrullayevin tapşırıgı olub,onun əli var bu işdə,birmənalı!!!
@nusabeeskerova4122
@nusabeeskerova4122 Месяц назад
61 yaşında mən harda işləməliyəm. İki universitet bitirmişəm. Ne etməliyəm mən bir dəfə də şansımı istəyirəm. 61 yasında könüllü nə qədər dedimse direktor dedi getməlisən. Mendə gedib 29 bal topladım mənə elə gəldiki 35 yazdım niyə 29 çıxdı bilmədim. Hara şikayət elədimsə xeyri olmadı. Özümdə Emin Əmirullayevin müellimi olan Qərib Mürşüdovla bir oxumuşam. Sovet vaxtında Qərib müəllimlə birlikdə olimpiyadalarda iştirak etmişəm. İndi bu yaşımda bir bala görə çox pis olmuşam.Yaşamaq belə istəmirəm. Bu yaşıma qədər çox əzizlərimi itirdim amma ayaq üstə durmagı bacardım. İndi bir bal məni o qədər
@androidandroid4017
@androidandroid4017 Месяц назад
Direktor qanunu pozub,siz direktoru məhkəməyə verin.60+könüllülük prinsipi ilə sertifikasiyaya getməli idi.😮
@nurlanquliyev2049
@nurlanquliyev2049 Месяц назад
Təhsil sistemində hələ indikk qədər, düzgünlük olmayıb. Həmişə rüşvətxorluq baş alıb gedərdi. Ən çox da məktəb tikintilərinin aparılması zamanı. İndiki dövrdə ən nöqsanlı vəziyyət bağçalardakı baxımsızlıq , yeyinti, naşı adamların bu müəssisələrə rəhbər təyin olunması ıvə nazirlik tərəfindən olara nəzarətsizlik. Sonra repitoturluğun aparılması uşaqların məktəbdən yayınmasına səbəb olur, peşə məktəblərinin düzğün təşkkl olunmaması və ora səriştəsiz rəhbərlərin təyin olunması. İmtahanların düzgqn aparılmaması(proqram məktəblə uyğun deyil, əslində repititorluğa dəstək etməkdir). çox uşaqların məktəbdən yayşlması halları baş verir, uşağı axtaran da yoxdur, nə qədər məktəblərimiz uçuq- sökük yerlərdə fəaliyyət göstərirlər və s(nənə)
@zaminaasadova187
@zaminaasadova187 Месяц назад
Son illər diqqətlə qulaq asdığım ən maraqlı müsahibə oldu. Əziyyəti olan hər kəsə, xüsusilə Misir müəllimə təşəkkürlər.
@rafigbakirov2425
@rafigbakirov2425 Месяц назад
Misir müəllimə əvvəla möhkəm can sağlığı arzu edirəm, uzun ömür arzulayıram . Bu günkü fikirləri çox qiymətlidir. Həqiqətən o əsl təhsil işçisidir. Maşallah çox doğru danışır . Bax bu təhsil naziridir . Təcrübəsi ilə maraqlanıb istifadə etsələr çox xeyirli olar
@NezaketRejimova-gh1jz
@NezaketRejimova-gh1jz Месяц назад
Hörmətli aparıcılar! Rus dili müəllimlərinə böyük hörmətsizlik və ədalətsizlik olmuşdur Sert. İmtahanlarıda çərçivə sənəd və sınaq imtahanlarından qat -qat çətin , qərəzli, savadsız suallar qoymaqla müəllimlərə böyük haqsızlıq edilmişdir,suallar hələ də ortaya çıxarılmamışdır. Xaiş edirik ,bu məsələni işıqlandırasız.. Axı müəllimə tələ qurub , mənasız labirint sullarla ,vaxtı nəzərə almayaraq, bir - iki suala görə müəllimə savadsız damgası vurub ,,heç nəsiz çölə atmaq,, , ölkəmizin bu çətin dövründə işziz insanların sayını artırmaq nə deməkdir?....
@zeynebhesenli2691
@zeynebhesenli2691 Месяц назад
Misir müəllim gəlmiş keçmiş təhsil nazirlərinin ən əlasıdırMisir müəllimhəmdə gözəl insan gözəl müəllimdir
@NezaketRejimova-gh1jz
@NezaketRejimova-gh1jz Месяц назад
Mən özüm rus dili müəllimiyəm Rusiyadan gələn uşaqlar arasıda dilimizi, azərbaycanımızı sevmək üçün həmişə uşaqlarla söhbət aparıram , onların əksəriyyəti özlərini rus hesab edir , mən onlara azərbaycanlı olduqlarını başa salıram ,və deyirəm ki, sən harada yaşamagından asılı olmayaraq, Azərbaycanlısan .. Bəli, sag olun Misir m müəllimə verdiyiniz dəyərə görə ,insanlıgınıza görə, imanlı oldugunuza görə...bəli, imansız elm heç nəyə yaramaz , eləcə də elmsiz iman...çox sag olun..
@elradababayeva3408
@elradababayeva3408 Месяц назад
Sagolun .gencler zovq aldim bu sohbetden
@userusser6666
@userusser6666 Месяц назад
Almaniyada 3-milyona qədər Türkiyəli Türk yaşayır,həmin Türklər Alman təhsil müəssələrində Alman dilində təhsil alır,ancaq demək olarki,hamısı öz ailələrində,məişətlərində,öz aləmlərində yalnız Ana dilində Türkcə danışırlar.Ancaq Azərbaycanda müəyyən ailələr öz övladını Rus dilli məktəbə qoymağa maraqlı olur,ailələrdə Rusca danışmağı özlərinə fəxarət hesab edir.
@mrdanbilalzad4909
@mrdanbilalzad4909 Месяц назад
Ruslarda Fransizcani ele bilirler mahniya qulaq asirsan altinda ruslar doluşur:))
@rasul4563
@rasul4563 Месяц назад
Əksər rus təhsili alan uşaqlar Azərbaycan dilində təhsil alan uşaqlara yuxarıdan aşağı baxır, rus dilində danışır Azərbaycan dilində danışa bildiyi halda, harasa girdiyində rus dilində salamlaşıb, ilk öncə milli hisslər aşılanmalıdı.Bir də mən özüm rus sektorunda riyaziyyat fənni müəllimlərinin necə aşağı səviyyədə təhsilli olduğunu şahidiyəm, mən də rus dilli təhsil almışam, riyaziyyat müəllimiyəm, heç kim inciməsin təhsil inkişaf etməlidir, təbii ki əsl profesional müəllimlərə diqqət var olacaq, uşaqlara savadlı müəllimlər dərs verməlidir
@dilarememmedova7243
@dilarememmedova7243 Месяц назад
Müəllimə dəyər verənə Allah dəyər versin.Müəllim hərtərəfli tapdalanır.
@OrxanNagiyev-t3m
@OrxanNagiyev-t3m Месяц назад
Salam. Halaldır szə. Allah sizə can sağlığı versin. Sizlə çox görüşmək istərdim. Xahiş edirəm ki, vaxt tapıb mənlə görüşün. Özümü xöşbəxt sanardım. Sizə təşəkkürümü bildirirəm.
@ulduzcabbarl7907
@ulduzcabbarl7907 Месяц назад
Düz deyirsiniz Misir müəllim allah sizi qorusun .Təki bütün təhsil nazirləri sizin kimi düşünəydi kaş ki yenə təhsil naziri olaydınız .Yoxsa ki az sektorda rus dili dərsi deyən müəllimlərə hansı ki həftədə bir dəfə dərs keçirilir rus sektotu ilə eyni imtahan sualları salındı və buna görə çox çətin suallar və mətnlər salınfı ,xeyli müəllim az sektorda işləyən az bal yığdı .Təhsil naziri də deyir ki onların imtahannan keçməməsu məndə maraq kəsb etmir bu nə deməkdi ?60 yaşlı müəllim niyə kəsilməlidi?bəs onların ahından qorxmursunuzki əvvəlki təhsil və siz Misir müəllim yəxşı idi nəinki indi nə qədər müəllimlərin xeyrinə danışırsınız .Allah sizi həmişə öz pənahında saxlasın var olun
@Ornektir1233
@Ornektir1233 Месяц назад
Rus dili muellimleri oz uzreinde islemir
@AidaRustamova-nl2sl
@AidaRustamova-nl2sl Месяц назад
Misir müəllim vicdanı,savadı, mədəniyyəti,humanistliyi və düzgünlüyü ilə seçilən əsil ziyalıdı.Heyif....
@user-gg3pn8yf9p
@user-gg3pn8yf9p Месяц назад
Bir sensen bir misirdi vicdanli...
@user-rk3jl5hr5q
@user-rk3jl5hr5q Месяц назад
Ölkəni məhv elədi savadın nə olduğunu bilmir onun dövrundə oxuyanlar
@user-rk3jl5hr5q
@user-rk3jl5hr5q Месяц назад
Artist kimi duz deyir ,artist kimi ...... artıq gecdir hər şey .....
@user-cu4hp7kp5b
@user-cu4hp7kp5b Месяц назад
Ele tehsilin evini yixan bawindan misir oldu.
@AidaRustamova-nl2sl
@AidaRustamova-nl2sl Месяц назад
@@user-cu4hp7kp5b Səhv düşünürsən
@ulviyyamammadova1666
@ulviyyamammadova1666 Месяц назад
Təhsil sistemi kökündən dəyişilsin.Yoxsa gələcək nəsil bundan da çox pisləşəcək.Yaxşı ki bunları deyən yalnız bir nəfər Misir
@qetibeesgerova4176
@qetibeesgerova4176 Месяц назад
Misir Mərdanov Allah sizden razi olsun❤
@tarananuriyeva9907
@tarananuriyeva9907 Месяц назад
Var olun Misir müəllim, dəyərli fikirləriniz üçün 👏
@Yay-h1w
@Yay-h1w Месяц назад
Cox hörmətli Misir müəllim . Qayıdın nazir vəzifəsinə . Bezdik da . Emin bizi utandırdı . Bizi sındırdı . 25 ya 30 iıin müəllimi savadsız ola bilməz .şəkər və təziq xəsdəsiyəm . Ona görə uğur qazana bilmədim . Amma elə savadsız müəllimlər kecdiki . Bizə acıq verirlər . Bu qədər alcalmaqmı olar . Əmək təlumi müəllimi sinif götürür . Bağca müəlliminə sinif verirlər . Rəsim müəlliminə sinif verirlər .hecnədə bilmirlər . Amma özləri deyir köməklik olundu imtahandan kecdik . İnanın Misir müəllim işlədiyimiz drektorlardı bizi xəsdə salan . Cox saxdakar rüşşvətxordular . Məktəbləri piyvəxanaya ədəbsiz xanaya cevirib ey . Onlar niyə işdən cıxmır ? Xəsdəlik baxımından 3 balın oduna salıb cıxardırlar . 😢
@nuridsuleymanova554
@nuridsuleymanova554 Месяц назад
Ən düzgün güvənilir işləyən dim dir.kölgə salmaq istiyir.
@memmedovarovshana
@memmedovarovshana Месяц назад
Öz dediyinə özün inanirsan?
@gulnarxallayeva6637
@gulnarxallayeva6637 Месяц назад
Tam doğru.Mən DİM imtahan suallarından çox razıyam.İmtahan ele olmalidır.MİQ-i də DİM etsə,əla olacaq.
@ngarabdullayeva7256
@ngarabdullayeva7256 14 дней назад
@@gulnarxallayeva6637duzdu, onların sayesınde unıverstetlere gırdık
@nusabeeskerova4122
@nusabeeskerova4122 Месяц назад
Misir müəllum məni eyni 29 sualnan 30 illik işimdən azad etdilər. Hara şikayət etdimsə dedilər nazirin qərarıdır. 61 yaşımda məni məcburi göndərdilər. Hemişə imtahan vermisik yüksək bal toplamışam. Dioqnostikdəndə yüksək toplamışam
@maviyehuseynova4350
@maviyehuseynova4350 Месяц назад
Cox sag ol Misir muellim hemise muellimlerin movqeyinden cixis edirsiniz
@vahidhuseynov9986
@vahidhuseynov9986 Месяц назад
Esil nazir savad budur👍👍
@user-gg9wz4gs3t
@user-gg9wz4gs3t Месяц назад
Allah sizi qorusun inşaallah
@aliyrhimli6465
@aliyrhimli6465 28 дней назад
Əsl müəllim ..,əsil insan var olun .Sizin kimi ziyalılarımız çox olsa yaxşıdır.
@ulduzcabbarl7907
@ulduzcabbarl7907 Месяц назад
İnanın ki Misir müəllimi dinlədikcə nə qədər müəllim ona dualar edir alqışlar deyir jurnalistlər də sağ olsun həqiqətə uyğun sözlər deyirlər imtahan suallarını tərtib edənlər həmişə belə çətin suallarla rastlaşıb çətinliyə düşəsuniz rus dili imtahanında nə qədər müəllim şok yaşadı allah sizə şok yaşatsın ay təhsildən bixəbər insanlar
@alikhesenov5127
@alikhesenov5127 Месяц назад
Amin,muellimler hele de şok yasayir, depresiyadadir, niye esitmezlikden gəlirlər?
@user-ll3jt2nj2e
@user-ll3jt2nj2e Месяц назад
Misir müəllimə allah can sağlığı versin çox maraqlı söhbət edir adam bir anlığa özünü öz doğulduğu Qərbi Azərbaycanda hiss edir (mən özüm orada doğulmuşam)
@ruftsdullayev5143
@ruftsdullayev5143 Месяц назад
Rus dili müəllimlərini xüsusi düşünülmüş labirintə saldılar. Soyqırım etdilər..Heç kim də günahı üzərinə götürmür. Ermınilər kimi....
@Teacher_Jalil
@Teacher_Jalil Месяц назад
Rusca olacagi cercivede yazilmisdi. Bunu kurikulum tedris eden telimciler demeliydi.
@natiqsuleymanzade2593
@natiqsuleymanzade2593 Месяц назад
Misir müəllimin vaxtında da nənfi hallar az deyildi. Lakin Misir müəəlim ziyalı adam kimi hörmətə layiq adamdı. Və doğru qeyd edir ki, bir çox müəllimlər sadəcə bu sahəyə təsadüfən gəlmiş adamlardılar. Ən nəhayəti sertifikasiya və digər imtahanlarda praktik əhəmiyyətli suallarla müraciət olunmalıdır. Filan ədədi sözlə ifadə et və s faydalı müəllim yaradacaq sual deyil.
@efqanhuseynov2036
@efqanhuseynov2036 Месяц назад
DIM ümumiyyətlə legv edilsin,imtahanlar tehsil nazirliyine hevale edilsin.
@oleqibrahimov2150
@oleqibrahimov2150 Месяц назад
Salam Azərbaycan Respublikasının prezidentinin sərəncamı ilə DİM yaradılıb, mənə elə gəlir ki, MİQ və sertifikasiya imtahanlarını DİM- ə vermək lazımdır, çünki bütün resursların MİQ- n və sertifikasiyanın tək əldə cəmlənməsi sizə elə gəlmirmi ki, bu neqativ hallara gətirib çıxara bilər, yaxşı Respublikada bütün imtahanları DİM keçirdiyi halda elm və təhsil nazirliyi həmin imtahanları DİM- ə vermir, məntiqi cəhətdən maraqları var, ikinci halda müsahibə mərhələsi mənə elə gəlir ki, psixoterapevtlərin və psixoloqların iişidir
@mursalnasirov7032
@mursalnasirov7032 Месяц назад
Tamamilə doğrudur
@lallsgrova4047
@lallsgrova4047 Месяц назад
Tehsil nazirliyi miq imtahaninin suallarini düz əməlli tərtib edə bilmir qalmişdi abiturient🤦🏻‍♀️
@gulnarxallayeva6637
@gulnarxallayeva6637 Месяц назад
DİM şəffaf imtahan keçirir Sevinin ki,DİM buraxılış imtahani goturur.Gərək Mİq imtahanıni da DİM ə verilsin.
@mehribanxaspoladova9817
@mehribanxaspoladova9817 Месяц назад
Misir m kaşki sizin kimi savadlı işi bacaran insana qiymət verən kadrlarımız çox olardı .
@qrnfilaslanova8607
@qrnfilaslanova8607 Месяц назад
Misir müəllimin əleyhinə yazanlar yadınıza salın Misir m heç vaxt müəllimi nüfuzdan salmayıb,1 aydı imtahan bitib hələ də yaşlı müəllimlər yaza bilmədi , deyə bütün günü danışırlar.
@user-rk3jl5hr5q
@user-rk3jl5hr5q Месяц назад
Savadsız muəllim yetişdirməyi nufuzdan salmaq yox məhv etməkdir
@qrnfilaslanova8607
@qrnfilaslanova8607 Месяц назад
@@user-rk3jl5hr5q 4 min müəllimin içərsində savadlı olan olmadı? Yaşlı müəllimlər K -lə işləməyi bacarmır, guya başqa sahələrdə hamı işin çox yaxşı bilir bəs onları niyə müzakirə etmirlər
@user-gk9ld9fg2o
@user-gk9ld9fg2o Месяц назад
Salam Misir müəllim sizə cansağlığı arzulayıram kəlamlı sözlərinizə qabaqgörən ziyalı müəllimə dəyər verən bir şəxsiyyət kimi təşəkür edirəm
@LAZZY_gaming77
@LAZZY_gaming77 Месяц назад
Çox gözəl danışırsınız miq imtahanında çox kətin suallar salınır .
@user-rk3jl5hr5q
@user-rk3jl5hr5q Месяц назад
Kəsilən muəllimlərdə onu tərifləyir və nazir kimi onu istəyirrlər ,o ,neqativ hallar sizin dövrunuzdə başladı ,duz söz acı olur butun bunları özunuz cox gözəl bilirsiniz ......
@vusalerzayeva2431
@vusalerzayeva2431 Месяц назад
Rus dili müəllimlərinə qarşı ədalətsizlik edilib 24iyun sertifikasiya imtahanında
@jafarjafarov4891
@jafarjafarov4891 Месяц назад
Ведущих самих надо воспитывать, слушайте этого умного человека, в этом плане вам повезло, Мисир Марданов супер.
@Rayon583
@Rayon583 Месяц назад
Ay Misir müəllim qayıt Nazir vəzifəsinə .Biz sizi Nazir kimi görmək isdiyir . Bu Eminin əlində qoyma bizi . 2 ya 3 balın oduna salıb bizi atdılar cölə . Cəmiyyətdə biabır etdilər . Utandığımızdan cölə cıxa bilmirik 😢
@ilhamismayilov8490
@ilhamismayilov8490 Месяц назад
Siz nəyə görə utanmalısızki təhsili bu günə qoyan utansın
@Rayon583
@Rayon583 Месяц назад
@@ilhamismayilov8490 ALLAH SİZDƏN RAZI OLSUN İNANIN PİS GÜNDƏYƏM . 46 YAŞIM VAR HƏLƏ BU YAŞACAN UTANMAMIŞDIM
@aybenizquliyeva3157
@aybenizquliyeva3157 Месяц назад
İmtahan verə bilməyən müəllimin təhsil verdiyi ovladlarimiz hansi imtahani verə bilərki ? Hamsi imtahani tələb edə bilər dövlət?
@kananmustafayev4384
@kananmustafayev4384 Месяц назад
Soruşmaq imkanımız varsa soruşaq o zaman Misir Mərdanovdan ki, bu danışdıqları niyə zamanında, özü bu postda, vəzifədə olarkən tətbiq etmirdi ki? İndi uzaqdan baxana dava asan gəlir...
@IntiqamIbrahimli
@IntiqamIbrahimli Месяц назад
Müdaxile etdi ki,işinden oldu
@yaqubsemedov1836
@yaqubsemedov1836 Месяц назад
Siz nazirlikdə vəzifədə işləmirsiniz ki,... Belə qərəzli yazmısan ona görə deyirəm.
@zerifeismayilova2022
@zerifeismayilova2022 Месяц назад
Salam.Sizə çox təşəkkür edirəm Misir müəllimi dəvət etmisiniz.
@maryamvahidova5848
@maryamvahidova5848 Месяц назад
Çox hörmət etdiyim Möhtərəm Dahi eks nazirimiz Misir müəllim,var olun,sağlıqlı yaşayın,Sizin bu sözlərinizi diqqətlə dinlədim,çox təsirləndim,kaş yenə əvvəlki sistem olaydı.Sertifikasiyaya çox gözəl izahat verdiz,bəlkə sizi dinləsələr bir nəticə çıxaralar,ümid edirəm...
@sevdagashimova6714
@sevdagashimova6714 Месяц назад
Çox hörmətli Misir Müəllim, Allah sizə can sağlığı versin! Sizin kimi nazir olmamışdı Azərbaycanda! Var olun!
@leyliehmedli8738
@leyliehmedli8738 Месяц назад
Jurnalistlər nə yaxşı insanlardır diqqətlə dinləyirlər
@XuramanTarverdiyeva
@XuramanTarverdiyeva Месяц назад
Misir müəllim çox obyektiv insandı
@nzaktqaralova9691
@nzaktqaralova9691 Месяц назад
tanımırsız danışmayın. rüşvəti bu dərəcədə olması misirin vaxtında olub.45 illik təhsildə çalışmışam
@XuramanTarverdiyeva
@XuramanTarverdiyeva Месяц назад
@@nzaktqaralova9691 Tanımasam ,danışmaram . Onun düzgünlüyü sayəsində mən BDU ya qəbul olmuşam.
@user-rk3jl5hr5q
@user-rk3jl5hr5q Месяц назад
Kəsilənlər onun dövrundə oxuyanlardı savadlıları kəsdilər savadsızları yerli qohum tanış ruşvət xod gedirdi.....hec olmasa utanın
@user-cu4hp7kp5b
@user-cu4hp7kp5b Месяц назад
Tehsili ele olu veziyyete misir salmiwdi, emin yixdi. Her ikisi bu olkenin tehsiline qenim kesildi.
@pakizamammadzada5733
@pakizamammadzada5733 Месяц назад
Hörmətli keçmiş nazirimizi böyük ehtiramla salamlayıram. Məni maraqlandıran bir suala, düşünürəm ki, hörmətli Misir müəllim səhih cavab verəcək. Ali məktəbin diplomunu almış şəxsin sertifikasiyadan keçməsinə lüzum varmı? Beşillik ali təhsilin verdiyi diplom, veriləcək sertifikatdan dəyərsizdirmi?
@yaqubsemedov1836
@yaqubsemedov1836 Месяц назад
Sertifikasiyaya ehtiyac var. Bu müəllimin məsuliyyətini artırır. Ancaq bu qərəzli olmamalıdır. Ən əsası keçirilən dərsliklərdən kənara çıxmamalıdır.
@khuramankhalilova3166
@khuramankhalilova3166 Месяц назад
Mən 21 ildir işləyirəm məni 10 -11 ə yaxın buraxmırlar öz adamlarına verirlər mən sertifikasiyada iştirak edə bilmədim könüllü oldum Amma iştirak etmək istəyirdim özüm də qeydiyyatdan keçmişdim yəqin başa düşdüz nə demək istəyirəm
@FerideSirinova-xt2dd
@FerideSirinova-xt2dd 28 дней назад
Çox gözəl verliş alınıb.Çox savadlı maraqlı və faydalı söhbətdir.Göz görə görə tehsilin məhvini izleyirik.əyər ali tehsilli genclerin sayinin azalmağını isdeyirlerse onda genclere işcilik qabiliyyetini inkişaf etdirilmesi üçün şerait yaratsinlar ve iş ilə təmin etsinlər.
@leyliehmedli8738
@leyliehmedli8738 Месяц назад
Nazir belə olar ziyalı belə olar nə dediyini insan anlayır.Eminin danışığını heç özü anlamır o ki qaldı insanlar anlaya..Mən O nazirə qulaq asanda tez bezirəm və heç baxmıram ancaq bu insana nitqinə və insanlığına əhsən 👏👍🙏
@AytenMammadova-db9zy
@AytenMammadova-db9zy Месяц назад
Rus dili müəllimlərinə çox çətin programından kanar və vaxta uyğun olmuyan suallar verilmişdi.Cox xahiş edirəm bu.mesele baxilain
@НюнельПро
@НюнельПро Месяц назад
Çox sağ olun ki müəllimlərə diggət verib belə verliş hazırlamısız
@sahibmmmdov6081
@sahibmmmdov6081 Месяц назад
Çox doğru buyurur cənab Misir Mərdanov. Məktəb rəhbərlərinin maaşı yüksək olmalıdır. Əgər, bu məktəb direktoru pedaqoji təhsilli deyilsə, onun bütün qeyri-pedaqoji davranışları himayə edilirsə və bu hal davamlı olaraq sürətlə artmaqdadırsa, onda necə olar?
@user-nl3zr7gd6q
@user-nl3zr7gd6q Месяц назад
Kurikuium sertifikasiya ləğv olunmalıdır savadsızlığa gedən yoldur müəllimin hüquq vəimtiyazları əlindən alınıb
@nurlanmammadli5593
@nurlanmammadli5593 Месяц назад
Hec imtahan obyektiv de olmaylb o qeder pulla kecen oldu ki bu da faktdl
@mehdimehdizade3103
@mehdimehdizade3103 Месяц назад
Misir müəl.❤
@playmarketplaymarket4030
@playmarketplaymarket4030 Месяц назад
Ğözəl insan❤
@EsmiraCavadova_
@EsmiraCavadova_ Месяц назад
Nece gözel danışırsız ,her şeyi düz deyirsiz👍bizim dövrümüzün Misir müellim.imtahanıda duz deyir 👍2 fenn
@shahmarjafarov8904
@shahmarjafarov8904 Месяц назад
Zabuxdan Misir müəllimə salamlar. Müəllim Verter effektindən maraqlı danışdı. Təbliğat tələb yaradır.
@Naib-ix3hj
@Naib-ix3hj Месяц назад
Zəhmət olmasa, təhsil problemlərini həll etmək ücün ağır vəziyyət yaşayan müəllimləri qurban verməyin. Əgər təhsildə keyfiyyət istəyirsinizsə müəllimlərin maddi və mənəvi durumunu yaxşılaşdırın. Siz isə əksinə 50 bal toplayan müəllimə və 30 bal toplayan müəllimə eyni 10%maaş artımı şamil etdiniz. Müəllim niyə əziyyət cəkib 50 bal toplamalıdı? 50bal 84%nəticə yüksək nəticədir və biz 35%artımı tələb edirik. Haqqımız var cünki ən azından 22 iyun səhər smen ingilis dilində 2 sual səhv idi(48,49)
@Müəllim
@Müəllim Месяц назад
Misir müəllim deputatlığa namizədliyi ver. Sizi Milli Məclisdə görmək iatəyirik.
@xuramanmemmedova2353
@xuramanmemmedova2353 Месяц назад
Doqru
@NatavanAsgerova
@NatavanAsgerova Месяц назад
Misir müəllim biz müəllimlər kömək edin 29 bal yığan müəllim kəsib 50 yaşım var mən harda işləyim nə yeyim bizi bu gönə qoyan insanlar Allah nələt edsin 1 tikə çörəyə möhtac olsun inşalla amin😂😂😂
@user-ho7fm4hq5z
@user-ho7fm4hq5z 28 дней назад
Əsil nazir Allah sağlıqlı ömür versin. Çox maraqla izlədim.
@sahibqurbanli3778
@sahibqurbanli3778 Месяц назад
Orta məktəbi bitirən şagirdin test imtahanındakı sualları düzgün cavablandırmasına baxmayaraq,5-6 düzgün sualları səhv dəyərləndirirlər.Apellyasiya müraciətindən sonra 1-2 sualın balını düzəldirlər.Bir sözlə Məleykə adına layiq iş görmür.Elə bil bu insanların düşmənidir.
@ElgunMustafayev-fm8fi
@ElgunMustafayev-fm8fi Месяц назад
Salam var olun vicdanli müəllim
@user-mw5zs5un4v
@user-mw5zs5un4v Месяц назад
Salam. Çox sağ olun bu verliş üçün. Haminin ezizi çox deyerli en yükseksözlere layiq bir böyüyümüz. Çox düzgün vurğuladi Misir müellim.tehsil sistemi berbad veziyyetdedir. Uşaqlarin beyni boş boş mentiqsiz derslerden bir de ki imtahanlardan tormozlanir. Allah elesin ki bu sistem tez bir zamanda yaxşiliğa doğru düzelsin. Bele verlişlerin sayi da çox olsun .Çox sağ olun.
@user-rk3jl5hr5q
@user-rk3jl5hr5q Месяц назад
Savadlı muəllimlərin nufuzu bir qədərdə qalxdı
@MelisaBayramova
@MelisaBayramova Месяц назад
Dəyərli Misir müəllim, o qədər səmimi və dürüst idiniz ki ,çox yorğun olsam da bu saatda ayrıla bilməyib sona qədər izlədim sizi,hər biriniz çox sağ olun ki, biz müəllimlərin ən böyük problemlərini müzakirə etdiz.Allah hər birinizdən razı olsun
@gulnarxallayeva6637
@gulnarxallayeva6637 Месяц назад
Sertifikasiya və MİQ imtahanını Təhsil Nazirliyi təşkil edir.DİM-in təşkil etməsi lap yaxşı olar.
@turkanaslanova1843
@turkanaslanova1843 Месяц назад
Misir müəllim,Allah size ömür versin Menim size cox boyuk hormetim var Hər dəqiqəni diqqətlə dinlədim.Mohtəsəm musahibə❤
@dilarsxliyeva1362
@dilarsxliyeva1362 Месяц назад
Hörmətli Misir müəllim, Allah sizə uzun ömür və can sağlığı versin 🤲
@aynurbabayeva9599
@aynurbabayeva9599 Месяц назад
Hormetli Misir Merdenov.Meni 30 illik staji olaraq 29 bala isden cixartdilar
@Rayon583
@Rayon583 Месяц назад
Misir müəllim inanın vurmanı bilmiyən müəllimləri kecirtdilər özləridə rüşvətlə kecdiklərini deyirlər . Diaqnostik qiymətləndirmənidə nəzərə alardılar . Sertifkasiyada işdən cıxmanı ortaya atıblar deyə həyəcandan yaza bilmədim . Mənim şagirdlərimin səsi Ali məktəblərdən gəlir
@user-dg2sl4io2o
@user-dg2sl4io2o Месяц назад
Biz bir gəlin Təhsil institutunun binasına və onların aldığı 400-450 səhər saat 9-dan, axşam saat 6 -da işdən çıxırdın.400 manat indi 40 deyil, 4 manatdır.4manat maaş alan vətəndaş necə keyfiyyətli işləyə bilər.2, 3 işiğ pulu keçirə bilməyəndə fikir qalır evdə işıqçı gəlib işığı söndürəcək.Fikir evdə problemlərində qalanda keyfiyyətli iş olar?
@xaqanmardanzade7587
@xaqanmardanzade7587 Месяц назад
Qardaş xahiş edirəm hazırlıqlara son qoyulsun, imkanımız yoxdur övladlarımızı oxudaq
@zakirqasmov2659
@zakirqasmov2659 27 дней назад
Sìze can saqliqi arzulayiram.
@nezakethasanova2176
@nezakethasanova2176 Месяц назад
Misir Mərdanov əsl ziyalıdır
@ResmiyyeZeynalova-v1e
@ResmiyyeZeynalova-v1e Месяц назад
Savadlı,yüksək insani xüsusiyyətə malik olan Misir müəllim ,Allah sizə can sağlığı versin,tamamilə doğru fikirlərdi .
@gulnarseyidova5194
@gulnarseyidova5194 Месяц назад
👍👍
@Ramilduman
@Ramilduman Месяц назад
Var olun Misir müəllim. Var olun! Müstəqillik dövrümüzün ən yaxşı təhsil naziri. Yeraz oldu, amma nazirıikdə bit yeraz təyin etmədi
@MenzereMemmedova
@MenzereMemmedova Месяц назад
Misir müəllim çox sağolun ❤Elimizin nufuzlu şəxsiyyəti
@LL789-y7s
@LL789-y7s Месяц назад
Rus dili (az bolmesi) etibarliliq prinsipi tamamilə pozulmuşdu! Niye buna açıqlama vermirlər?
@Rose0809-o2e
@Rose0809-o2e Месяц назад
Misir müəllim allah sizə ömür versin çox haqlı danışırsız👏🙏
@user-io5bx2xe6y
@user-io5bx2xe6y Месяц назад
Bu kişini bərpa edin yazıx müəllimin əmrullayevdən canı gutarsın bu kişi müəlimləri sevir imtahan etsədə heç kimi işdən çıxarıb yolçu günə goymaz uzağı yenə imtahan edər müəllim keçənə kimi imtahandan
@user-kd8cr3gk6k
@user-kd8cr3gk6k 27 дней назад
Sertifikasiya nəticə vermir! Təhsil çox zəifdir! Müəllim bütün sertifikasiyalardan keçər. Biliyi var! Amma biliklə bölüşmə-zəifdir! Bu isə-metodikaya aid olan məsələdir! Müəllim-bu ilahi vergisidir! Müəllimlər üçün tanınmış xalq artistlərlə seminar-görüşlər, toplu şəkildə proektlər təşkil olunmalıdır, müəllimlər müsabiqələri olmalıdır. Bu sertifikasiyalar əvəzi,hər məktəbdə dayanmamış tədris prosesi yoxlamalar olmalıdır. Məktəblərdə uşaqların hüquqlarını müdafiə edənlər,məktəbə aid olmayan,hər 10gündən bir dəyişən komissiya olmalıdır. Azərbaycanda məktəb bitir 14iyun. Amma mənim övladlarım oxuyan məktəblardə apreldən dərs yoxdur! Bu isə təhsil. Bu dövrün bir çox müəllimləri uşaqları asıblar valideynlərin çiyninə asıblar. Budur təhsil. Məktəbə girən birinci gündən bir refren gedir: repetitor,repetitor,repetitor... Birinci sinifdə 29 nəfər riyaziyyatdan 2 alıb , repetitor məsələsi yox! Müəllim problemi həll olunmalı idi! Amma ortaya mənfi danışan valideyn çıxdı. Uşaqların məktəb əfsanələrini danışsam... Amma müəllim haqqında nəticəvi fikir üçüncü sinifdə tamamladım. Bülbül adına məktəbinin 3-cü sinif uşaqlarını Fəxri xiyabanda Üzeyir Hacıbəylinin üst daşına otuzdurub,şəkil paylaşması-bu böyük tədrisdir! Mən arzu edirəm ki, mənim övladlarım hansı məktəbdə olur-olsun!amma intelekti yüksək olan müəlimlərin əllərində olsunlar! Mənim kecmiş ərim İkinci Fəxri xiyabanda atasınin qəbri üstunə aparıb, deyib: "Bir bax! Mənim atam kimdir!" Ardınca,getdik mənim anamın qəbri üstünə. Yol boyu:anon heç kimdir! Qulaqlarımı doldurdu ki,doldurdu. Mən susdum. Allah özü cavab verdi! Yaxınlaşdıq anamın qəbrinə. Yaxınlaşan qoca molla dedi:"A!Bu xanım-ƏSL İCTİMAİ XADİM idi! Lökbatanda ən tanınmış musiqi müəllimi olub! Hər uşagı öz övladı kimi öyrədib. Allah rəhmət eləsin"! Belə-belə işlər!
@iradadadashova
@iradadadashova 24 дня назад
Misir m., təhsil sistemini cox yaxşı bilir, təhsildə belə adamların məsləhətlərindən və təcrübəsindən istifadə edilməlidir ki, narazılıq yaranmasın, əsas təhsilin problemləri, müəllimlərin nüfuzunu aşağı salan bir çox problemlər aradan qaldırılsın.
Далее
Bu Şəhərdə - Misir Merdanov Toyda (Hamilə, 2019)
6:44
ФОТОГРАФИЯ ЦЕНОЙ ЖИЗНИ
32:38
Просмотров 1,6 млн
나랑 아빠가 아이스크림 먹을 때
00:15
Просмотров 1,7 млн
Музыкальные пародии
00:28
Просмотров 22 тыс.
СЕРЕГА ПИРАТ - TEAM SPIRIT
02:37
Просмотров 292 тыс.
Otaq 9 - #10 Misir Mərdanov
43:28
Просмотров 3 тыс.
Şirin Serialı - 1.Bölüm
1:02:00
Просмотров 1,9 млн
ФОТОГРАФИЯ ЦЕНОЙ ЖИЗНИ
32:38
Просмотров 1,6 млн