Xosenin bu albomunu böyük həvəslə və həsrətlə gözləyirdim. Çıxan kimi də aldım. 2000-ci ildə 12 yaşım vardı. Bütün treklerini əzbərləmişdim. Bir gün Yasamala, bizim məhəlləyə qonşu olan məhəlləyə (Malbronun arxasına) gəlmişdi. Təsadüfən gördüm. Sevincimin həddi yox idi. Qara BMW-də idi. Ondan avtoqraf aldım. O vaxt çətin idi. İndiki kimi internet, disk, fləşkart yox idi. Həm də Xose efirə çox nadir hallarda çıxırdı. Çox gözəl günlər idi. Əsl fanat belə olur yəqin. P. S. Məncə, bu, Xosenin ən yaxşı replərindəndi. Xose özünü rusca daha yaxşı ifadə edirdi. Bu, Xosenin ilk albomudu. Bu treki ses rejissoru Sergi ilə oxuyub, səhv etmirəmsə. İndi bu söhbətlərin üstündən 24 il keçib. 🙂