Тёмный
No video :(

Elcin Hemidov Alin yazisi ANS 29 01 2013 

This is YAXSHİ
Подписаться 2,4 тыс.
Просмотров 71 тыс.
50% 1

Опубликовано:

 

5 сен 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 45   
@nihadmemmedli7252
@nihadmemmedli7252 10 лет назад
Uzax qohum yaxwidi yoxsa yaxin qonsu en sirin sozler mehz senne cixir Allah sene qeni qeni rehmet elesin Elcin Hemidov ruhun sad olsun
@skymemmedova2692
@skymemmedova2692 4 года назад
Nihad Memmedli sen deme ozu haqqinda deyirmis
@elmddindadasov2671
@elmddindadasov2671 11 лет назад
Ruhun şad olsun Eziz Elçin Hemidov bu mədəniyyət yaşadiqca sen yaşayacaqsan.Sen her kes üçün Sevimli olaraq da qalacaqsan.
@elvartrustamov3100
@elvartrustamov3100 5 лет назад
Allah rəhmət eləsin gözlərim doldu çox ağır və acınacaqlı taleyi olub...
@elmddindadasov2671
@elmddindadasov2671 9 лет назад
O, hər bir rolu ilə tamaşaçıya gülüş, sevinc bəxş etməyə çalışırdı. Bunun üçün Elçin Həmidova epizodik olsa belə, səhnədə, televiziya ekranında görünmək kifayət edirdi. Tanınmış sənətçiləri parodiya etməyi isə başqa bir aləm idi. Tamaşaçı Elçin Həmidovu gözləyirdi. Hamı bilirdi ki, istedadlı aktyor həmişə olduğu kimi, yenə güldürə-güldürə düşündürəcək. O, bunu yaxşı bacarırdı. Amma səhnədə, ekranda komik obrazlar yaradan bu aktyorun həyatda necə böyük faciələrlə üz-üzə qaldığını çox az adam bilirdi. O, təkcə güldürməyi yox, həyatda bir-birinin ardınca aldığı zərbələrə dözməyi də bacarırdı. Elçinin yaxşı tanıdığı Məzi... Bu yazıda Əməkdar artist Elçin Həmidovun oynadığı rollar barədə yeri düşdükcə söhbət açacağıq. Aktyorun yaratdığı Məzi obrazı isə yəqin ki, çoxlarının yaxşı yadındadır. " Planet Parni iz Baku" KVN Teatrının "Məhəllə"sindəki Məzi... Uşaq yaşlarından valideynlərini itirən, qonşuları tərəfdən hər addımbaşı aşağılanan və sonda öz müdrik sözləri ilə hamını heyrətləndirən Məzi... İstedadlı aktyor Elçin Həmidovun son dərəcə təbii boyalarla yaratdığı Məzi... Yazıya niyə məhz aktyorun oynadığı bu obrazla başladıq? Elçin Həmidov bir insan kimi Məzini yaxşı tanıyırdı, çünki... 1958-ci il iyunun 29-da Bakıda sadə şəhərli ailəsində dünyaya göz açan Elçin Həmidov körpə yaşlarından taleyin amansız zərbələri ilə üz-üzə qalır. Əvvəlcə atasını, sonra isə anasını itirir. Əmisi Elçin də daxil olmaqla digər qardaşı uşaqlarını himayəyə götürür. Amma gələcəyin istedadlı aktyorunu hələ qarşıda daha böyük çətinliklər gözləyir. Əmisinin evində də əziyyətli günlər keçirən, valideynlərinin itkisindən özünə gəlməyə macal tapmayan Elçinin əvvəlcə bacısı, sonra isə qardaşları vəfat edir. Bir-birinin ardınca doğmalarını itirən gənc sınmır, ayaqda qalmağa, özünü sübut etməyə çalışır. 1977-ci ildə İncəsənət İnstitutunun Dram-kino aktyoru fakültəsinə daxil olur. 1983-cü ildə Azərbaycan Dövlət Musiqili Komediya Teatrında işə düzəlir. Lakin istedadlı gəncin səhnəyə gəlişi də asan olmur. İndi Dövlət Musiqili Teatrı adlanan bu kollektivdə əvvəlcə işıqçı kimi çalışmağa başlayır, daha sonra isə onu artist-vokalist ştatına keçirilər. Dövlət Musiqili Teatrının aparıcı aktrisalarından biri, Əməkdar artist Nahidə Orucova əziz dostu Elçini belə xatırlayır "Mən tələbə olanda Elçin institutun yuxarı kursunda oxuyurdu. Tez-tez konsertlərə, tədbirlərə dəvət olunurdu. Bacım Xalq artisti İslam Rzayevin ansamblında kamança çalırdı və məni özü ilə konsertlərə aparırdı. Elçinlə ilk dəfə belə tədbirlərin birində tanış oldum və tanışlıq dostluğa çevrildi. Ali məktəbi bitirəndən sonra Sumqayıt Dram Teatrında çalışsam da Elçinlə əlaqə saxlayır, bir-birimizlə maraqlanırdıq. Sonra tale elə gətirdi ki, 1993-cü ildə Dövlət Musiqili Komediya Teatrına dəvət olundum və Elçinlə eyni teatrda birgə işlədik, dostluğumuz daha da möhkəmləndi. Bir-birimizin evinə gedib-gəlməyə başladıq, ümumi dostlarımızla tez-tez ya bizə, ya da Elçingilə yığışırdıq. Elçin belə məclislərdə Zeki Mürenin səsi ilə mahnılar oxuyurdu. Maraqlı, maraqlı olduğu qədər də çox istedadlı aktyor idi. Tanınmış sənət adamlarını parodiya edəndə hamının xoşuna gəlirdi, çünki Elçində bu çox gözəl alınırdı. Elə bunun özü Elçinin istedadından xəbər verirdi. Çünki hər aktyor parodiyanı bacarmır. Elçin həmişə deyirdi ki, Nahidə, sən qardaşını, mən də bacımı itirmişəm, ona görə də biz bacı-qardaşıq, dərd ortağıyıq. Mənin və qohumlarımın bir şad məclisi Elçinsiz keçmirdi. İndi də belə məclislərdə gözüm onu axtarır. Vəfatından dörd il keçməsinə baxmayaraq, hələ də onun yoxluğuna inana bilmirəm..." Rza bəy, Nadir, Mustafa... Elçin Həmidov doğma teatrın səhnəsində bir-birindən maraqlı obrazlar yaratmaqla tamaşaçı rəğbətini qazanır. İkram ("Boşanaq, evlənərik"), Nadir ("Beş manatlıq gəlin"), Miriş ("Özümüz bilərik"), Mayıl ("Subaylarınızdan görəsiniz"), Mustafa ("Nəğməli Könül"), Rza bəy ("O olmasın, bu olsun"), Dilənçi ("Mən dəyərəm min cavana"), Esfraqon ("İddialı qaraçı)... Bu siyahını uzatmaq da olar. Elçin Həmidovun oynadığı Yaiçnitça ("Evlənmə") rolu barədə isə bir azdan söhbət açacağıq. İstedadlı estrada aktyoru kimi isə Elçin tədbirlərdə və konsertlərdə Flora Kərimovanı, İlhamə Quliyevanı, Əminə Yusifqızını, Gülşən Qurbanovanı, Elza Seyidcahanı parodiya edirdi. Uzun illər Elçin Həmidovla yaradıcılıq əlaqələri saxlayan rejissor Yusif Əkbərov mərhum aktyoru belə anır: "Elçin Həmidov Musiqili Teatrın ən aparıcı aktyorlarından biri idi, bu teatrda tamaşa hazırlayan hər bir rejissor yeni quruluş verəcəyi səhnə əsərində onunla birgə çalışmaq istəyirdi. Şəxsən mən özüm Elçinlə həvəslə işləyirdim, çünki yaradıcılığına, tapşırılan rola məsuliyyətlə yanaşırdı, oynadığı obrazlarda təkrarçılıqdan qaçırdı, hər dəfə yeni nəsə tapırdı. O, səhnə üçün doğulan insanlardan idi, Elçini başqa sənətdə heç cür təsəvvür edə bilmirəm. Gözəl və səmimi dost idi, zarafatlaşmağı, deyib-gülməyi xoşlayardı, amma bəzən özü bizim zarafatlardan inciyərdi. Vəfatından bir müddət əvvəl iş prosesində aramızda anlaşılmazlıq oldu. Bilirdim ki, tez inciyən, həssas adamdı, ona görə özümü yaman narahat hiss etdim. İnanın ki, bütün gecəni gözümə yuxu getmədi, səhər tezdən Elçinə zəng edib könlünü aldım. Kollektivin iştirak etdiyi məclislərdə onun yeri başqa idi. Biz hamımız onun xətrini çox istəyirdik, ona görə də çalışdığı teatrda Elçinin hər bir kəsin ürəyində yeri var. Onun yoxluğuna inanmaq çətindir". "Evlənmə" və ya sonuncu rol İstedadlı aktyorun uzun illər çalışdığı doğma teatrdakı sonuncu rolu Qoqolun "Evlənmə" tamaşasındakı Yaiçnitça obrazı olur. Əməkdar incəsənət xadimi Bəhram Osmanovun quruluş verdiyi bu tamaşa müasir teatrımızın tarixində bir neçə ilklərlə yadda qalır və sənət hadisəsi kimi qarşılanır. Tamaşa Mədəniyyət və Turizm Nazirliyinin "Zirvə" mükafatına layiq görülür, bu uğurda Elçin Həmidovun da payı var idi. Mərhum aktyorun ən yaxın dostlarından biri, Dövlət Musiqili Teatrında rejissor assistenti kimi çalışan Elməddin Dadaşov Elçin Həmidovun "Evlənmə"dəki son rolundan danışır: "Tamaşanın məşqlərində hədindən artıq istəkli idi, həvəslə çalışırdı. Hər epizodu məşq edib səhnə arxasına keçəndə Bəhram Osmanovu mənə göstərib deyirdi ki, Elməddin, rejissor belə olar, illərdir məhz belə bir rejissorla çalışmaq istəmişəm. Tamaşa üzərində çalışan yaradıcı qrupun bütün üzvləri Elçinin Yaiçnitça obrazına üzərində necə ürəklə yanaşdığını görürdük. "Evlənmə"nin premyerasında Elçin Həmidov möhtəşəm bir oyun sərgilədi, teatr ictimaiyyəti, tamaşaçılar onun ifasına heyran qaldı. Dostluğumuz başlayan gündən onunla etdiyimiz ürək söhbətləri, məşqlərdə, tamaşalarda müşahidələrim yadıma düşür, İran İslam Respublikasında qastrolumuzu xatırlayıram. Çəkinmədən deyə bilərəm ki, "Evlənmə"dəki Yaiçnitça Elçinin şah rolu idi. Sanki ürəyinə dammışdı ki, bu onun həm də sonuncu rolu olacaq..." Taleyin ağır zərbələri ilə üz-üzə qalan, çox çətinliklər görən Elçin Həmidov 52 yaşına çatsa da ailə qurmamışdı. İş yoldaşları, dostları bu barədə söhbət açanda Elçin həmin mövzuda çox danışmağı sevməzmiş. Bircə cavabı varmış: "Ölüb gedəcəm, yazıq qız tək qalacaq, ona görə evlənmək istəmirəm. Mən tənhalığı sevirəm". Dostlarının sözlərinə görə, aktyor paytaxtın Heydər Əliyev prospektindəki mənzilini də hələ sağlığında bacısı oğluna bağışlayıb. Deyib ki, mən öləndə qoy evim sahibsiz qalmasın. Tənha ölüm Bir-birindən fərqli obrazlar yaradan aktyor bir sənətkar həssaslığı ilə ölümün soyuq nəfəsini hiss edirmiş yəqin. Dost məclislərində son vaxtlar deyirmiş ki, bizim ailədə heç kim 50-ə çata bilmədi, mən isə bu səddi keçdim. Tənha öləcəyi barədə dediklərini isə dostlar zarafat kimi qəbul edirmişlər. Elməddin Dadaşovu dinləyək: "2011-ci il martın 4-ü səhər teatrda "Hərənin öz ulduzu" tamaşasının orkestrlə məşqi idi. Elçin isə gəlib çıxmırdı. Məşqə, tamaşaya heç vaxt gecikməyi sevməzdi, buna görə də hamıya təəccüblü gəldi. Truppa müdiri Vidadi Həsənov mobil telefonuna zəng vurdu, telefon açıq olsa da cavab vermədi. Vidadi ilə Elçinin evinə getməyi qərara aldıq, ümid edirdik ki, qapı açılacaq, dostumuz yenə gülərüzlə qarşımıza çıxacaq. Təəssüf ki, bu dəfə belə olmadı. İçəridən televizorun səsi gəlirdi, bu bizim narahatlığımızı daha da artırdı. Elçinin həmkarlarından bir neçəsi də artıq gəlib çıxdı, əraziyə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri çağırıldı. Onların köməyi ilə mənzilin qapısı açılanda ürəkağrıdan bir həyat tablosu gördük. Dəhlizdə uzanan Elçin Həmidov artıq keçinmişdi. Bu mənzərəni görmək çox mənim üçün çox ağır idi, inanın ki, neçə gün özümə gələ bilmədim. Çünki ən yaxın dostlarımdan, sirdaşlarımdan birini itirmişdim. Məlum oldu ki, irsi ürək xəstəliyindən əziyyət çəkən aktyor duş qəbul edəndə halı pisləşib, hamamdan çıxıb divardan tuta-tuta otağa keçmək istəyəndə əli boşluqda qalıb və yerə yıxılıb. Elçin bu dünyada bir kimsənin ürəyini qırmadı, səhnəmizdə isə özünəməxsus bir iz qoyub getdi, ruhun şad olsun, Elçin Qəzənfər oğlu Həmidov!" Oynadığı obrazlarla tamaşaçıların yaddaşında qalan Elçin Həmidov sonuncu dəfə dostları ilə zarafat eləmədi, 52 yaşında tənha öldü. Ailə qurmasa da, özündən sonra bu dünyada övladları qalmasa da, Elçin Həmidov bir istedadlı aktyor, sadiq dost kimi xatırlanır. Yəqin ki, hələ çox xatırlanacaq. İyunun 29-da mərhum aktyorun növbəti doğum günüdür.
@perimemmedova7958
@perimemmedova7958 4 года назад
ALLAH REHMET ETSİN
@tariyelmemmedli9652
@tariyelmemmedli9652 9 лет назад
ALLAH rehmet elesin ruhu sad olsun
@user-ef3ei4zg3p
@user-ef3ei4zg3p 5 лет назад
алаh гени гени реhмет елесин йери меканы ценет олсун амин
@AlessPro
@AlessPro 11 лет назад
ALLAH REHMET elesin
@skymemmedova2692
@skymemmedova2692 4 года назад
ans tv deyerli verilisleri. heyif baglandi
@aqilkerimov4455
@aqilkerimov4455 9 лет назад
Allah rəhmət eləsin böyük istedad sahibi Elçin Həmidova, yeri Behişt olsun, AMİN!!!
@Erlan4777
@Erlan4777 11 месяцев назад
Allah Qəni Rəhmət Eləsin Elçin Həmidovu
@user-pz4vs5so7p
@user-pz4vs5so7p 11 лет назад
allah rehmet elesin gozel insaniydin cox kovreldim ruhun cennetdik olsun qebrin nurla dolsun inwallah ..!!
@malikaliyev3102
@malikaliyev3102 11 лет назад
Allahin meeselli ela Muhemmedin ve Ali Muhemmed.Eccil Ferecuhum Ya Zehra...
@ilfermemishov1298
@ilfermemishov1298 11 лет назад
ALLAH qeni qeni rehme elesin...!
@ulviyyealiyeva3708
@ulviyyealiyeva3708 5 лет назад
ALLAH REHMET ELESİN
@Gunelia_iva
@Gunelia_iva Год назад
Allah Rehmet Elesin😔🤲
@Yadiigar
@Yadiigar Месяц назад
Allah rəhmət eləsin 🙏
@askasafarova9461
@askasafarova9461 4 года назад
Allah rehmet elesin yeri cennet olsun
@Aktiyorparodyac
@Aktiyorparodyac 10 лет назад
Allah rehmet elesin amin=(
@selshattincakr5331
@selshattincakr5331 Год назад
Allah rahmet etsin
@husniyyepoladova6975
@husniyyepoladova6975 5 лет назад
Allah rəhmət eləsin ruhu şad olsun
@nazrinbabayeva6830
@nazrinbabayeva6830 2 года назад
Allah rehmet elesin mekanı cennet olsun... Chox tesir edicidir...
@askasafarova9461
@askasafarova9461 4 года назад
Onu döyübler skoru gelib ve deyibler desen biz doymuşuk sene pis olacaq en çox o söz tesir eledi.
@user-ze9hs5cf5t
@user-ze9hs5cf5t 2 года назад
Allah rehmet elasin gözel aktyor idi
@emazade.7000
@emazade.7000 4 года назад
Allah rehmet eləsin
@gulnarazizova2383
@gulnarazizova2383 11 лет назад
allah rehmet elesein
@prstpccat8336
@prstpccat8336 11 лет назад
amin inwallah
@lemanmmmdova5759
@lemanmmmdova5759 3 года назад
Allah rəhmət eləsin😞😔Əmiyə hələ,dogma qardaş balasina yaşatdiqlarini Aılah götürməz
@prstpccat8336
@prstpccat8336 11 лет назад
allah rehmet elesin
@prstpccat8336
@prstpccat8336 11 лет назад
yerin cennet olsun
@alekberaliyev
@alekberaliyev 8 месяцев назад
😢😢😢
@mahireliyev5880
@mahireliyev5880 4 года назад
Rəhmətlik necə sevmiyəydi ki tərifi, yazığın ailəsi rəhmətə gedib əzazil insanlar arasında qalmışdı.🙁
@amazonmastera
@amazonmastera 10 лет назад
Allah rəhmət eləsin, Amin. . . Bu necə alın yazısı idi belə ay Allah?
@ayxand9639
@ayxand9639 3 года назад
ALLAH rehmet etsin
@97kohnbaki.47
@97kohnbaki.47 5 лет назад
İlhamə, Flora, Gülşən obrazları🤣🤣🤣
@cavidqurbanov77
@cavidqurbanov77 2 года назад
Salam Alekum qardas vidadi berdelinin alin yazisi ceklisini yuklesez super olar
@pilot116a
@pilot116a 11 лет назад
allah rehmet elesn/ruhu sad olsun /yeri gorunur/
@yusifgahramanov2300
@yusifgahramanov2300 4 года назад
Talehsiz insan
@turaneahmedzade8884
@turaneahmedzade8884 4 года назад
İnsanın gərək anadan olandan naxışı olsun...Əvvəldən gətirmedise gətirmir....
@zaurrehimov9105
@zaurrehimov9105 Год назад
Diliş çox dəyişmisən
@user-jq5ix6zu4c
@user-jq5ix6zu4c 2 года назад
Meken cenet elasin
@xyalfrzliyev9580
@xyalfrzliyev9580 4 месяца назад
Alın yazısı ifadəsi düzgün deyil
Далее
PRIMADONNA ILHAME QULIYEVA (Elcin Hemidov)
19:45
Просмотров 76 тыс.
Alın yazısı Doktor Cavid Hemisheyev
42:30
Просмотров 10 тыс.
Taleh Haciyev   Alin yazisi  ANS  05 02 2012
43:42
Просмотров 55 тыс.
Mehelle 1 - Planet Parni iz Baku ( KVN 2000)
23:26
Просмотров 2,8 млн
Ejder Hesenov ALIN YAZISI
36:50
Просмотров 2,7 тыс.
Baharın 7 anı - Planet Parni iz Baku (2008, Tam versiya)
2:25:21
Həmkarları Elçin Həmidovdan danışdı - Bu qeder
23:47