Elvin Nasir-in ifa etdiyi "Sən Yoxsan" adlı parçası artıq onlayndır!
Elvin Nasir-ə RU-vid-da abunə ol :
Söz:Elvin Nasir
Beat:Rashad RC beat
Səsyazma:Ecaz Studio
Mix mastering : Fərhad Tağıyev
Elvin Nasir-i sosial şəbəkələrdə izlə :
Instagram - l24.im/6GI
Elvin Nasir-i rəqəmsal platformalarda dinlə :
Spotify - l24.im/h3tV8yI
Apple Music -
Sözlər :
Sən yoxsan
Azalır ümidlərim çoxalır dərdi kədər
Sən yoxsan
İçdiyim sular acı yediyim yeməy zəhər
Sən yoxsan
Bu neçənci addımdır sən nə cür yorulmamısan
Sən yoxsan
Bəlkə heç olmamısan
O mavi gözlərində itdi getdi mavi şəhər
Torpağ ətirli yağış sağlığına duaçıdı
Şəhərin rəngi itib xəzərin suyu çəkilib
Ya sən heç olmamısan ya şəhər yalançıdı
O qədər pintiləşmişəm ki inan sən gedəndən
Dağınıq saçım saqqalım otağım zir zibilli
Rəsmini axtaranda dağıtmışam sirmələri
Yenə tərs bağlamışam köynəyimin düymələrin
Sən yoxsan
Bu neçənci addımdır sən nə cür yorulmamısan
Sən yoxsan
Bəlkə heç olmamısan
Yağışlı bir səhərdə başlamışdı hekayəmiz
Gözlərin eyni qalır baxışlarınsa itir
Axı hardan bilim ki əvvəli xoşbəxtlik olan
Bütün nağıllar və hekayələr sonda qəmlə bitir
Sən yoxsan
İtirmişəm solumu itirmişəm sağımı
Sənin ovcunda çiçəkləyən həsrətin çiçəyin
Gözümnən axan yaşla suvarmışam torpağını
Sən yoxsan
Bu evdə cüt nə varsa itirmişəm bir tayını
Bəlkə də hər şey var bəlkə mən görmürəm nələr
Əslində mən yox olmuşam və bir də xatirələr
Sən yoxsan
Bu sətirlərdə varam,bəlkə də səndə yoxam
Bu şeir yazılmayıb,bu mahnı oxunmayıb
Bu sətirlər də yoxdu,bəlkə də mən də yoxam
Bütün müəllif hüquqları “Musics of Azerbaijan” tərəfindən qorunur. © 2023
Etiketlər :
#SənYoxsan #ElvinNasir #MusicsofAzerbaijan
27 авг 2024