Тёмный

Epilepsiya nedir? Dr. Sevinc Memmedova Nevroloq EEQ, ENMQ mutexessis 

MedplusTV
Подписаться 78 тыс.
Просмотров 18 тыс.
50% 1

Epilepsiya nedir? Dr. Sevinc Memmedova Nevroloq EEQ, ENMQ mutexessis #HekimleElaqe 0557541166
#MedplusTV #0557541166
▶Videoları qaçırmamaq üçün - goo.gl/13lTXN
▶Sosial Hesablar:
Vebsayt #MedplusTV - medplus.az/
İnstagram #MedplusTV - bit.ly/2XkoCZh
Facebook #Medplyus - bit.ly/3eGLYxQ
İxtisaslara görə playlistlər:
▶ Ginekologiya - goo.gl/Lcjboz
▶ Urologiya - goo.gl/CGiDbX
▶ Andrologya - goo.gl/4GRfj9
▶ Pediatriya - goo.gl/jiAiEe
▶ Cərrahiyə - goo.gl/KF5LTk
▶ Endokrinologiya- goo.gl/Zv076m
▶ Qastroenterologiya - goo.gl/TfxpIm
▶ LOR Rinoplastika - goo.gl/DbRMRl
▶ Oftalmologiya - goo.gl/mg2ctT
▶ Hepatologiya - goo.gl/oS6Jga
▶ Proktologiya - goo.gl/yPUmJ6
▶ Nevrologiya - goo.gl/eD23Qj
▶ Kosmetologiya - goo.gl/IHVFgZ
▶ Flebologiya - goo.gl/BDyf3a
▶ Psixologiya - goo.gl/e4KSZa
Medplus TV © 2020
#medplustv #alodoktor #DoctorsofAzerbaijan #medtubebaku #instamedbaku #tibbplustv
🔑 AÇAR SÖZLƏR
medplus,medplustv,medplastv,MEDPLYUSTV,epilepsiya,epilepsya,epilepsiyanin mualicesi,epilepsiya xesteliyi,usaqlarda epilepsiya,Epilepsiya xəstəliyi nədən yaranır,Epilepsiya xəstəliyi nədir,əlamətləri və müalicəsi,nevroloq sevinc,doktor sevinc,sevinc memmedova,sevinc məmmədova,medera
Epilepsiya xəstəliyi nədir, əlamətləri və müalicəsi
Epilepsiya nədir?
Epilepsiya xəstəliyi beyindəki neyronların anidən və nəzarətsiz şəkildə boşalmasına deyilir. Bunun nəticəsində xəstədə qeyri-iradi qıcolmalar, duyğu dəyişiklikləri və şüurda dəyişikliklərə rast gəlinir. Bu xəstəlik tutmalar şəklində baş verir. Bu tip tutmalar arasındakı müddətdə isə xəstə sağlam bir insandır. Nəzərə almaq lazımdır ki, şəxsin həyatında yalnızca bir dəfə tutma keçirməsi onun epilepsiya xəstəsi olduğu anlamına gəlmir.
Epilepsiya xəstəliyi nədən yaranır?
Xəstəlik zamanı onun yaranma səbəbi dəqiq müəyyənləşdirilə bilinmir. Doğuş travmaları, keçirilən qəzalar və bədbəxt hadisələrə bağlı kəllə-beyin travmaları, çətin doğum, daha yuxarı yaşlarda beyin damarlarında rast gəlinən anomaliyalar, şişlər, beyin iltihabları və alkoqol təsdiq olunmuş səbəblər arasında yer almaqdadır. Bu xəstəlik uşaqlıqdan etibarən istənilən yaşda meydana gələ bilər.
Epilepsiya neden yaranir
Epilepsiya xəstəliyinin əlamətləri nələrdir və hansı növləri var?
Epilepsiyanın bir çox tutma tipi vardır. Qısa göz dalmaları absans tutmalar adlandırılır. Və ya vücudun hər hansı bir hissəsində qıcolma formasında tutmalar olursa, bunlara fokal tutmalar deyilir. Tutma keçirərkən bütün bədən boyu spazmlar meydana gəlirsə, xəstə sidiyini qaçırırsa və ağız köpüklənirsə, bu yayğın tutmalar adlandırılır. Yayğın tutmalar zamanı beynin böyük bir hissəsindəki neyronlarda boşalma baş verir. Fokal tutmalar zamanı şüur açıq və ya qapalı ola bilər. Tonik tutmalar tipində vücudun təsirlənmiş nahiyələrində tez-tez, qüvvətli və şiddətli qıcolmalar baş verir. Klonik tutmalar vaxtı isə təsirə məruz qalan əzələr davamlı olaraq yığılır və boşalır. Absans tipli tutmalar zamanı şəxs hissizləşir, baxışları heç bir məna ifadə etmir, bir nöqtəyə baxaraq ilişib qalırlar və qısamüddətli yaddaş itkisi keçirirlər. Bu tip tutmalar uşaqlarda daha çox görünür. Dodaq şappırdatma, çeynəmə, əmmə, əlləri bir-birinə sürtmə, gözlərdə titrəmə müşahidə oluna bilər. Bunlarla yanaşı digər növ epilepsiya tutmaları da mövcuddur.
Epilepsiyanın diaqnozu necə qoyulur?
Diaqnoz qoymaq üçün tutmaların dəqiq təsviri müəyyən edilməlidir. Bu səbəbdən xəstə müayinəsi zamanı tutmaları müşahidə edən şəxslərin verdiyi məlumatlar da önəmlidir. Xəstəlik nevroloq (nevropatoloq) həkimlər tərəfindən təyin edilir və nəzarətə alınır. Diaqnozu təsdiqləmək üçün EEQ, MRT, Kompyuter tomoqrafiyası kimi əlavə diaqnostik üsullardan da istifadə oluna bilər.
☑ Abone ol goo.gl/13lTXN

Опубликовано:

 

7 сен 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 68   
@royasukur4194
@royasukur4194 Год назад
Uzun müddət epilepsiyadan əziyyət çəkən bir insan olaraq bilirəm ilk yardım necə olunur neçə illər həkim axtarışından sonra Allah qarşımıza sözün əsl mənasında savadlı həkim çıxartdı və yanına getdiyimiz digər həkimlərin etmədiyi və dediyi" bu çox risqli və əməlyatı mümkünsüzdür"bu fikrin tam əksi olaraq həmin həkim bizə dedi bu tam da əməlyatlıqdı və 5 ildir əməliyyat olunmuşam tam dərmansız yaşıyıram Allah bu cür savadlı həkimləri daima qorusun və dayaq olsun amin
@user-wi9em1kd5k
@user-wi9em1kd5k Год назад
Salam hansi hekimdi zehmet olmasa deyerdiz
@royasukur4194
@royasukur4194 Год назад
@@user-wi9em1kd5k Salam.Məni əməliyyat edən həkim beyin cərrahı Dr Tural Rəhimli və əməliyyatdan sonra dərmanları tərgitmək üçün Tural Dr bizi yönləndirdiyi müalicə həkimim isə Dr Kamran Salayevdir
@raminaaleskerova7563
@raminaaleskerova7563 Год назад
Salam Röya xanım mene hekimin nömresini yaza bilersiniz
@raminaaleskerova7563
@raminaaleskerova7563 Год назад
Allah kömeyiniz olsun❤
@AzadliGshh-qk6kb
@AzadliGshh-qk6kb Год назад
​@@royasukur4194Salam,cox xahis edirem o hekimlerin nomresin mene de yazin,evvelceden tesekkurler
@ehmdehmedov4771
@ehmdehmedov4771 2 года назад
Bos bos seylere qulaq asmaqdan day bezdimmmmmmmmmmmmmm yardimmi hami bilirdee. Nece etmey lazimdiiii bos bos besdidre danisdizzz gormedimki bir hekim temiz duzgun malice elesinnn
@boyukxanmqasimova3859
@boyukxanmqasimova3859 9 месяцев назад
Vallah hekim axtariram 11 ildi uwağma göre
@ruhinsuleymanov5150
@ruhinsuleymanov5150 8 месяцев назад
Bəli. Hami yardım an danışır. Amma xəstəliyə müalicə etməyə bawlari yoxdu.
@VusaleAllahverdiyeva-nk8yh
@VusaleAllahverdiyeva-nk8yh 23 дня назад
Azerbaycanda bu xesdeliyi saģaldan hekim yoxdur boş şeydir
@guneybagirova1790
@guneybagirova1790 14 часов назад
Mənim oğlumda da, bu xəstəlik var 8 aylığından bəri. Qohumdada var o artığ bilir ki, tutacaq onu deyirki ilk bütün səslər kəsilir heçnə eşidilmir bilirəmki tutacaq deyir və yer tapıb əyləşir tutur, əvvələr hündür yerdən və sükan arxasında belə çox olurdu yaralanırdı indi hiss edir bilirki necə gəlir tutmadan əvvəl əsəri.😢
@celilquliyev1527
@celilquliyev1527 2 года назад
Özüm 20 ildir epilepsiya xəstəsiyəm bu qızdan yaxşı bilirəm ilkin yardımı. Bunun həkim olmağına çox var
@samilalizade9212
@samilalizade9212 Год назад
İlkin yardım üçün nə etmək lazımdır qardaş? Müalicəsi var mı?
@newworld8303
@newworld8303 Год назад
Salam.Allah köməyiniz olsun.Zəhmət olmasa yazın bizdə öyrənək.
@clilquliyev9387
@clilquliyev9387 10 месяцев назад
​@@samilalizade9212həmin anda sağa ya sola çöndərmək lazımdır ki, dil getməsin. Üzə su vurmaq lazımdır və boyun arxasını yüngül ovxalamaq. 30dan çox növü var epilepsin.
@clilquliyev9387
@clilquliyev9387 10 месяцев назад
Azərbaycanda səhv edib xeyli həkimlərə getdim. Ən sonuncusunda həyatım ilə sağollaşırdım. O vaxtdan sonra İrana getdim. İndi yollar bağlanıb deyə gedə bilmirəm. Ancaq yazılan dərmanı atıb özüm özümə baxıram. Burda güvənmirəm heç kimə.
@ruhinsuleymanov5150
@ruhinsuleymanov5150 8 месяцев назад
​@@clilquliyev9387Salam qardas Allah şəfa versin. İranda hansı xəstəxanaya getdiz?
@RomanSerdarov-nl5ox
@RomanSerdarov-nl5ox 8 месяцев назад
Salam menim qardawim o xesteliyi dawyir on nece sizin yanza getire bilerem
@vusalmirzeyev8100
@vusalmirzeyev8100 Год назад
Ən yaxşı yolu əməliyyatdır. Uzun müddət müalicənin nəticəsi olmadıqda əməliyyat olunması məsləhətdir. Çox vaxt relanium vurulurki bədən boşalsın. Amma səhv metoddur bu.
@gncliyoongimnimmandalinim9102
@gncliyoongimnimmandalinim9102 11 месяцев назад
Salam sizdə bu xəstəlikdən əziyyət çəkirsiz? Mənim rəfiqəm var ama dəqiq bilmir əgər məlumatlısızsa kömək edə bilərsizmi suallarım var
@vusalmirzeyev8100
@vusalmirzeyev8100 11 месяцев назад
@@gncliyoongimnimmandalinim9102 Və aləykum salam. Bəli 23 il bu xəstəlikdən əziyyət çəkmişəm. Şükür Allaha 4 ildi əməliyyat olunmuşam hər şey öz qaydasına düşüb
@zohrbudaqova7509
@zohrbudaqova7509 Месяц назад
Oglum agir epilepsiyadur.elə olurki 1 günə 20,25 defe tutmaları olur.relanium dahada agirlaşdirir onu.dermankarin köməyi yoxdur
@vusalmirzeyev8100
@vusalmirzeyev8100 Месяц назад
@@zohrbudaqova7509 İmkanınız varsa aparın İstanbul şəhərinə. Professor Çiğdem Özkaranın qəbuluna. Burda da epileptoloqlar var. Kamran Salayev, Zeyneb doktor. Əməliyyatı Tural Rəhimli edir
@rahibxudiyev6714
@rahibxudiyev6714 Год назад
Salam hərvaxdiniz xeyir olsun doktor uşağin 7 yaşi var oğlan uşağidir gecə tutur yuxuda ağlayir əsir bədəni tərləyir bu nədir bunun müalicəsi varmi
@kamilmamedov459
@kamilmamedov459 Год назад
Salam menim 25 yasim var qorxanda heyacan kecirendə eseblesende ozumden gedirem hemin an husum ustumde olur sadece basim uyusur ve yixiliram biraz ozume gelenden sora ayaga qalxmaq isteyirem bu defe de ayagim tutmur bu xesteliyin adi tam olaraq nedi ? Tutmalarda cox az cekir ayagimda elimde yungul uyusma qicolma olur xahis edirəm cavablandirasiz
@resulmemmedov6209
@resulmemmedov6209 Год назад
Mende seninkimiyem Epilepsinin bu yungul formasidi
@ritanovruzova1077
@ritanovruzova1077 2 года назад
Epilepsiya xəstəsinə Ali məktəbə tələb olunan sağlamlıq kağızını həkim verə bilərmi?Verərsə həkim məsuliyyət daşıyırmı?
@user-fr2st6sn7x
@user-fr2st6sn7x Год назад
Neden emele gelir?
@poladkerimli7328
@poladkerimli7328 3 года назад
Salam Həkim,mənim bacım sizin dediklərinizi bacımda müşahitə olunur.
@ehmdehmedov4771
@ehmdehmedov4771 2 года назад
Gunde biri oxuyub cixir ortaaaayaaaki men hekimem mende biliremde bunlari niyee danisirsizzzzzzzzzzzzzzzzz basi boslarrrrrrrrr
@baxtiyaraxmedov9401
@baxtiyaraxmedov9401 Год назад
Salam siz epilepsiya xestesisiz.sizi bawa duşurem sizinla neca elaga saxlamag olar qadanalim
@sbuhilkbrov837
@sbuhilkbrov837 2 года назад
Salam hekim sizinle nece elaqe saxlamaq olar bizim xestemiz var
@gulsenceferova4084
@gulsenceferova4084 Год назад
Relanium ampulanin zereri varmi insana??
@user-zf1gf7si2s
@user-zf1gf7si2s 10 месяцев назад
Menim qizim ozununitirir anlaqsiz olur bilmrem yox deyir qisqirir az
@EhmedEhmedov-gm5xq
@EhmedEhmedov-gm5xq Год назад
Bunnan olan həkim nə olacaqee
@alisa18huseyinli86
@alisa18huseyinli86 2 года назад
Məndə huş itmə yoxdu, absans tutmalar bir də hallusinasiyalar olur
@adiyevaulker6865
@adiyevaulker6865 2 месяца назад
Absansın hansı növudur sizdə?bizdə absansın tık növudur depakin xrono içirik.sizde neçə muddetdi bu xestelik var?həkimlər nə deyir sizə mualicəsi varmı?
@yaallah1785
@yaallah1785 2 года назад
Salam sudurğa tutması zamanı ilk yardım haqqında məlumatı olan varsa yazsın da zəhmət olmasa
@sebinesahbaova5652
@sebinesahbaova5652 2 года назад
salam baqiwlayin narahat edirem men 6ildi eziyet cekirdim getdim mawdaqada delixana var ordan meni harasa gondererler orda bir dindar hekim dedi gedin montinde nevraloji xesdexanaya orda Nadir Eliyev prafessor var bizde getdik ne uzi ne rengene saldi ozu dedi nevar ne yox dedi boynuma goturecem seni 15gune saqalacaqsan ama 50m her giriwi 12gundu getmiwem yanina kecen aydan hele birdefede olsun meni sudurqa tutmuyub Allah onnan razi olsun cox gozel hekimdi.
@celilquliyev1527
@celilquliyev1527 2 года назад
Üzünə su vurmaq və böyrü üstə uzatmaq ya da başını sağa ya sola çevirmək
@user-vq6jq1tm8t
@user-vq6jq1tm8t 6 месяцев назад
Sudurqa deyanda imenno epilepsi sudurqasini nezerde tutursuzsa bawin,bedenin harasa deyib zeda almaginin qarwisini almaginiz kifayetdir.3,4 maksimum 5 deyqaya dayanacaq.Esas agzina nesa salib yaralamiyin dilini.Agizdan galan köpük, renginin beyazlawmasi sizi qorcutmasin.Bunlar normaldi.Allah kömayiniz olsun.Tezlikla wefasini versin InwAllah 🤲
@sebineveliyeva6735
@sebineveliyeva6735 2 года назад
Menim yoldasim da 10ildi epilepsiyadi iran baki gezdirmediyim yer olmadi😭
@vusalaabbasova6447
@vusalaabbasova6447 2 года назад
Salam sizin uwaginiz olub hamilelik nece kecir?
@yeganenebiyeva7854
@yeganenebiyeva7854 2 года назад
@@vusalaabbasova6447 salam xanim bacim indi hamiledi siz nece kecirmiz yazardiz
@vusalaabbasova6447
@vusalaabbasova6447 2 года назад
@@yeganenebiyeva7854 Men 1uwagimi 4 ayliq itirdim problemli hamilelik idi o hamileliyimde 2 ayinda 1 defe olmuwdu ozumnen getmiwdim indi yene hamileyem yene 2 ay olmamiw 1 defe kecirdim indi 2 ay yarimligdi halim tez tez pislewir ama uzaniram tez yada otururam ozume gelirem ama men derman istifade elemirem sizin baciviz nece aylig hamiledi?
@yeganenebiyeva7854
@yeganenebiyeva7854 2 года назад
@@vusalaabbasova6447 bacim 2 ayliq hamiledi dermanlar isdifade edir
@vusalaabbasova6447
@vusalaabbasova6447 2 года назад
@@yeganenebiyeva7854 He inwAllah yaxwi olar hersey🙏
@gulsenceferova9913
@gulsenceferova9913 2 года назад
Relanium kime lazimdisa yazsin epilepsiya zamani vurulur
@namiqrehimli1174
@namiqrehimli1174 2 года назад
O nədir ki ?
@talsnshifsi5229
@talsnshifsi5229 2 года назад
Sizle nece elaq saxlamaq olar?
@EhmedEhmedov-gm5xq
@EhmedEhmedov-gm5xq Год назад
Varyoxun skim hami kilent yiqireee bas acmaq olmurrr yerinnen duran ozun tərifleyir bulari bos bos nec donqulduyursan bilirikdr bizdeəə
@ulvikazimi8583
@ulvikazimi8583 Год назад
Hekim ulvi
@elcinorcov3786
@elcinorcov3786 2 года назад
nenim yoldawm her gun diwi tutur
@gjfbhnjgnk8595
@gjfbhnjgnk8595 10 месяцев назад
Qızdırmadan
@alisa18huseyinli86
@alisa18huseyinli86 2 года назад
Birdə əlimdə ayagimda diksinmələr
@inarexaliqova4322
@inarexaliqova4322 Год назад
12 yawndan mende epilepsiya xesdeliyi tapdim evvel evvel lap cox olurdu agizdan kopuk gelme huwumu itirme ama indi axr vaxdlar siz deyen kimi oluram sora ozume gelib yuxuya gedrem
Далее
Epilepsiya xəstəliyinin düzgün müalicəsi
24:44
Просмотров 17 тыс.
İlk Yardım - Epilepsi (Sara Krizi) - 01 10 2018
15:23
OG Buda - Сабака (A.D.H.D)
02:19
Просмотров 116 тыс.
Friends
00:32
Просмотров 865 тыс.
Çocuklarda Epilepsi Hastalığı ve Belirtileri
21:38
Просмотров 2,5 тыс.
Epilepsiya xəstəliyi #ArtıqGüvəndəsiniz
5:50
Просмотров 11 тыс.
Epilepsiya xəstəsinin dərman problemi
4:17