Тёмный

Erməni satıcını qovdu - sənətə tövbə etdi - fəxri xiyabana qoymadılar - bir məqamda aciz qaldı 

1000 Production
Подписаться 155 тыс.
Просмотров 88 тыс.
50% 1

Bir qalanın sirri"nə baxmısınız yəqin ki... Orada hər kəsin nifrət etdiyi hir obraz var. Simnar xan... Ya da. Uzaq sahillərdəyə baxmısınız? Hər kəsin sevdiyi bir obraz obraz. Mixaylo . Bax o səsin sahibi. Biri var idi. Xalq artisti Əli Zeynalov.
Əli Yusif oğlu Zeynalov 4 aprel 1913-cü ildə Salyanda anadan olub. Anası Püstəxanımı çox erkən yaşda itirib. Öz dövrünün tanınmış maarifçilərindən olan atası Yusif Zeynalov ilk əlifba kitabının müəllifidir. Uzun illər pedaqoji fəaliyyətlə məşğul olub. Əli Zeynalov da onun yolunu davam etdirib. Pedaqoji təhsil alıb. Ancaq aktyorluğa marağı böyük olduğundan paralel olaraq atasının etirazlarına rəğmən müxtəlif dərnəklərə üz tutub.
1928-ci ildə Biləsuvar kənd cavanlarının hazırladığı "Şeyda" tamaşasındakı baş rolu ilə çoxlarının rəğbətini qazanıb. Bakı Pedaqoji və Teatr Texnikumlarını bitirdikdən sonra o, bir müddət Moskva teatrlarında istehsalat təcrübəsi keçib, geri döndükdən sonra Şəki Dövlət Dram Teatrında, İrəvan Teatrında işləyib. 1945-ci ildən 1975-ci ilə qədər Akademik Milli Dram Teatrında çalışıb. “Antonio və Kleopatra”, “Sən həmişə mənimləsən”, “Oqtay Eloğlu”, “Od gəlini”, “Qəribə adam”, “İpək naxışlar” tamaşasında müxtəlif rollar ifa edib.
"Eşq və intiqam" tamaşasında iştirak edərkən Əli Zeynalov Qəmər obrazını canlandıran, tərəf müqabili aktrisa Mirvari Novruzova ilə rastlaşıb. Bu rol aktrisanın səhnədə ilk rolu olub. Tamaşa zamanı aktrisa ilə Əli Zeynalov arasında isti münasibət yaranıb. Həyat yoldaşını ağır xəstəlikdən yenicə itirmiş Əli Zeynalovla aktrisa ailə qurublar. Bu evlilik Mirvari xanmın da ikinci evliliyi olub. Onun da ilk evlilikdən iki övladı olub. Əli Zeynalovla evliliyindən isə onların Sədaqət adlı bir qızı dünyaya gəlib. Bu cütlük 40 il birlikdə ömür sürüblər.
“Uzaq sahillərdə” əsəri əvvəllər teatr tamaşası kimi səhnəyə qoyulub. Əli Zeynalov tamaşada Mixaylo obrazını canlandırıb. İllər sonra "Uzaq sahillərdə" filmi ekranlaşanda Mehdi Hüseynzadə obrazını Nodar Şaşıqoğlu ifa edib. Amma onu Əli Zeynalov səsləndirib. Sonralar verdiyi müsahibələrdə Nodar Şaşıqoğlu Əli Zeynalovun onun obrazını səsləndirməsindən çox xoşbəxt olduğunu deyib. Bundan sonra Əli Zeynalov Şaşıqoğlu çəkilən bütün filmləri özü səsləndirib.
Kommunist Partiyasının dövründə dindən, Allahdan danışmaq yasaq olunmuşdu. Amma yaxınlarının dediyinə görə aktyorun dilindən Allah kəlməsi düşməyib. Hətta "Od gəlini" tamaşasında Elxan rolunda "Allah yoxdur, mənəm Allah" monoloqunu deyəndə o, ürəyində tövbə edərək "Allah, keç günahımdan, məni bağışla" deyibmiş. Bu sözü sonralar həyat yoldaşı Mirvari xanım da təsdiq edib. Hətta Mirvari xanım bir dəfə ona deyib ki, "Ay Əli, birdən tamaşa vaxtı, çaşıb ürəyində dediklərini yüksək səslə dilə gətirərsən".
Əli Zeynalov "İki ömrüm olsaydı..." kitabının müəllifidir. O, 1939-cu ildə Ermənistanın əməkdar artisti, 1964-cü ildə isə Azərbaycan xalq artisti adını alıb. Aktyorun heç vaxt dublyoru olmayıb. Bir dəfə tamaşaya iki saat qalmış üst dişi düşüb. Tez teatra xəbər verib ki, belə vəziyyətdə gəlib, tamaşanı oynaya bilmərəm. Həmin vaxt televiziya ilə elan veriblər ki, tamaşa bir neçə gündən sonra nümayiş olunacaq.
Aktyor İrəvan teatrında işlədiyi üçün erməni dilini çox yaxşı bilib. Bir dəfə Ermənistana qastrol səfərinə gedəndə uşaqlarını da özü ilə aparıb. Yay ayı olduğundan aktyor dondurma almaq üçün qızını mehmanxananın qarşısına göndərib. Qızı erməni dilini bilmədiyinə görə, dondurma satana rus dilində müraciət edib. Bunu eşidən erməni kişi ona acıqlanıb deyir "Sən ermənisən, niyə öz dilində danışmırsan? Niyə istəyini rus dilində bildirirsən?” Səs-küyü eşidən Əli Zeynalov eyvana çıxıb erməni dilində erməniyə nə isə deyib. Dondurma satan kişi arabasını götürüb qaçıb.
Əli Zeynalov işlədiyi teatrdan bir neçə dəfə uzaqlaşıb. İlk inciklik evlə bağlı olub. O, böyük ailəsi ilə birotaqlı evdə yaşayıb. Ancaq ona ev verilməyib. Sonradan onu geri qaytarsalar da, yenə də ev ala bilməyib. Amma yoldaşı Mirvari xanım 3 otaqlı ev ala bilib. Bir neçə il teatrdan ayrı düşən aktyor geri qayıdanda “Namus” tamaşasında Seyran obrazında çıxış edib.
Teatrdan növbəti incik gedişi isə həmişəlik olub. O zamankı teatrın direktoru onu yanına çağırıb, ““Vaqif” dramını yenidən bərpa edəcəyik. Vaqif rolunu sizə tapşırırıq” deyib. O, isə bildirib ki, “Mən Ələsgər Ələkbərovun Vaqifindən sonra bu rolu oynamaq istəmirəm”. Aktyorun bu cavabından sonra ona tamaşada Vaqifi görməyə gələn kəndlilərdən birinin rolunu ifa etmək təklif ediblər. Bu söz ona çox pis təsir edib və həmin dəqiqə ərizəsini yazıb, teatrdan ayrılıb.
Bütün həmkarları ilə yaxşı münasibətləri olan, dostcanlı, evcanlı insan Əli Zeynalov sonralar tənhalığa çəkilib özünə qapanıb. Ailə üzvləri onun bu halını xəstəliyi ilə əlaqələndiriblər. Belə ki, aktyor bir neçə dəfə ard-arda infarkt keçirib. 1988-ci il yanvarın 4-də isə 75 yaşında müalicə olunduğu xəstəxanada qəzet oxuduğu yerdə ürəktutmasından dünyasını dəyişib. Fəxri xiyabanda dəfni mümkün olmayan aktyoru Yasamal qəbiristanlığında dəfn ediblər.

Опубликовано:

 

26 сен 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 127   
@latifaahmedova2852
@latifaahmedova2852 10 месяцев назад
Səsi və siması bir birini tamamlayan, abidəsi qoyulacaq bir aktyor olub Əli Zeynalov! Allah rəhmət eləsin.🤲
@F...KAMRAN
@F...KAMRAN 10 месяцев назад
Allah qəni-qəni rəhmət eləsin. Əli müəllimin oynadığı rollar bir aləm, dublyajda səsləndirdiyi səslər başqa bir aləmdir.
@teraneibrahimova6221
@teraneibrahimova6221 10 месяцев назад
Allah rehmet elesin qebri nurla dolsun, daha bir korifey senetkarimizin heyat hekayesini dinledik teşekkürler
@inspiration9114
@inspiration9114 10 месяцев назад
Təkrar olunmaz gözəl sənətkar .Allah rəhmət eləsin.Ruhi şad olsun məkanı cənnət olsun !
@meleklerim2338
@meleklerim2338 10 месяцев назад
Allah rəhmət eləsin. Bildəyimiz məlumatlara görə sizə təşəkkürlər
@Kanal37
@Kanal37 10 месяцев назад
Gözəl səsi olub. Məkanı cənnət olsun
@IslamBabayev-vt2jr
@IslamBabayev-vt2jr 10 месяцев назад
Cox gözəl unudulmayan və seçilən səsə sahib Əli Zeynalov Allah rəhmət eləsin Çox sağolun bu gözəl sənətkarı yad etdiyiniz üçün
@patriot3701
@patriot3701 10 месяцев назад
Allah rəhmət eləsin!! Azərbaycan səhnəsində üç ,,SƏS,, dən biri Əli Zeynalov !!!
@leylaleyla5965
@leylaleyla5965 10 месяцев назад
Məncə qalan ikisi Həsən Turabov və Şahmar Ələkbərov idi.
@kasbpisik4322
@kasbpisik4322 9 месяцев назад
​@@leylaleyla5965düz geyd eləmisiz amma bu siyahını uzatmag olar həsən əbluc məlik dadaşov yusif vəzirov
@suleymanilyasov5702
@suleymanilyasov5702 10 месяцев назад
Allah rəhmət eləsin . Qəbri nurla dolsun . Yeri Cənnət - Behişt olsun . Ən çox sevilən , yaddaşlardan silinməyən gözəl sənətkar .
@pakizzizova2330
@pakizzizova2330 10 месяцев назад
ALLAH RƏHMƏT ETSİN HƏR 2 Sənətkara.Məkanları CƏNNƏT olsun.🤲
@mehrabtagiyev2002
@mehrabtagiyev2002 10 месяцев назад
Mixaylo .Bu səs necə gözəl yaraşıq verib Allah rəhmət eləsin. Uzun illər bundan qabaq bir televizrumuz var idi Aelita o vaxtlar görmüşəm . Allah rəhmət eləsin
@Sisi-xn5nb
@Sisi-xn5nb 10 месяцев назад
O vaxtları xatırladım. Bizim də televizorumuz AELİTA İDİ
@sefevi.6219
@sefevi.6219 10 месяцев назад
Allah rəhmət eləsin gözəl səsli, vüqarlı aktyorumuza. Xanım xatın, gözəl Mirvari xanımın da yeri behişt olsun.
@mahirasari8702
@mahirasari8702 7 месяцев назад
Amin
@seslikitab2023
@seslikitab2023 10 месяцев назад
Ən çox sevdiyim səs. Allah rəhmət eləsin,ruhu şad olsun əziz aktyorumuzun.
@qoshqaraliyev541
@qoshqaraliyev541 10 месяцев назад
Əli Zeynalov çox idtedadlı,profesional həm də ağayana aktyor idi.ALLAH Qəni Qəni rəhmət eləsin.
@xalidvliyeva9089
@xalidvliyeva9089 10 месяцев назад
Allah rəhmət eləsin hər ikisinə.Həmişə səsinə qulaq asmışam.
@cavansirmovsumov2770
@cavansirmovsumov2770 10 месяцев назад
ƏLI ZEYNALOV ECAZKAR SƏSLI AKTYOR OLUB.ALLAH RƏHMƏT ETSIN.AMIN.🎉🎉🎉
@ilahhmdova1131
@ilahhmdova1131 10 месяцев назад
Əsil şəxsiyyət gözəl sənətkar Allah sizə rəhmət eləsin
@gulnazbabayeva2070
@gulnazbabayeva2070 10 месяцев назад
Hərtərəfli gözəl aktyor....eçazkar səsə malik. Allah rəhmət eləsin
@afaqqasimova021
@afaqqasimova021 10 месяцев назад
Gözel Senetkar , ecazkar sesli Əli Zeynalov .💖 Mekanin cennet olsun 🥀🥀🥀
@bestiagayeva6459
@bestiagayeva6459 10 месяцев назад
Allah qüdrətli sənıtkara qəni qəni rəhmət eləsin.Həqiqətən də filmdə Mixaylonu buzə bu qədər sevdirən Əli Zeynalovun səsidir.Məkanı cənnıt ruhu şad olsun
@maqamaqa6617
@maqamaqa6617 10 месяцев назад
Allah qeni- qeni rehmet elesin gözəl senetkarımıza! Yeri cennet olsun!
@janeeyre4265
@janeeyre4265 10 месяцев назад
Necə gözəl insan olub indi belə insana rast gəlmək olarmı kaşki bütün kişilər belə olardı Yəqin Allaha bağlı insan olduğu üçün həmişə yaxşı insanlarla qarşılaşıb
@aideeliyeva2251
@aideeliyeva2251 10 месяцев назад
Sesi ozu boyuk senetkar olub allah rehmet eylesin
@yasarcabbarov383
@yasarcabbarov383 10 месяцев назад
Ən gözəl səs sahibi olub
@jonnkadi5288
@jonnkadi5288 10 месяцев назад
Onun səsi hələdə qulaqlarımızda səslənir.Çox gözəl diqtəsi ,düzgüz tələfüzü və təsirli rolları hamını heyran edirdi.O çox rolları səsləndirib.Hətta dublyaj olunan sovet filimlərinidə.Allah sizə rəhmət eləsin Əli müəllim.
@IntiqamMuhmmd-bp5cp
@IntiqamMuhmmd-bp5cp 10 месяцев назад
Çox gözəl insan, gözəl aktyor. Ehhh.Bu dünya bir pəncərədir, hər gələn ,baxır gedir.
@janeeyre4265
@janeeyre4265 10 месяцев назад
Allah rəhmət eləsin özünə rəhmət qazana bilib məkanı cənnət olsun
@leylaxankisiyeva4733
@leylaxankisiyeva4733 10 месяцев назад
Əli Zeynalov -indi belə səsi , sənəti olan aktyoru çıragnan axtarsan tapmazan !!!
@sedaqetekberova1647
@sedaqetekberova1647 10 месяцев назад
Səsin gözəlliyi
@afidabayram1993
@afidabayram1993 10 месяцев назад
Sesini çok sevirdim... Allah rəhmət eləsin,Amiiiin...
@QadirSerifov-yx2fg
@QadirSerifov-yx2fg 10 месяцев назад
🤝Məlumata görə cox sağ olun. Allah rəhmət eləsin. Dahi sənətkar idi.
@xatirememmedzade729
@xatirememmedzade729 10 месяцев назад
Gözəl diksiyasi gözəl səsli aktyor.Allah rəhmət.esn
@ТаджаханумДжаббарова
@ТаджаханумДжаббарова 10 месяцев назад
Allah rəhmət eləsin,indi belə aktyorlar yoxdur,yəgin olmuyacag,çox sevərdik.
@gioulzarkassoumova5678
@gioulzarkassoumova5678 10 месяцев назад
ALLAH Rehmet elesin Boyuk Senetkarlarimiza! Mekanlari Cennet olsun!Ruhlari shad olsun! Amin Ya Rebbim!!!!! 🤲🤲🤲🤲🤲🇦🇿🇹🇷🇵🇰🇦🇺
@taranamaharramova2382
@taranamaharramova2382 10 месяцев назад
Heyif ki ,indi belə səviyyəli sənətkarlar çox azdı,çox təəssüf.Ozamanın sənətkarları sənət üçün yaşayırdılar ,indikilər isə ancaq pul qazanmaq üçün
@mirzagamemmedli6520
@mirzagamemmedli6520 10 месяцев назад
Kamil Qubuşov,Mūxlis Cənizadə,Mustafa Sūleymanov
@qulyaqulya6357
@qulyaqulya6357 10 месяцев назад
Allah rəhmət eləsin sənətkara.
@SəyidəƏliyeva
@SəyidəƏliyeva 6 месяцев назад
Əli Zeynalov unikal aktyor idi. Səsi,boy _ buxunu, qiraəti tamamilə fərqli bir gözəlliyə malik idi. Həmişə televiziyada onun çıxışlarını izləyərdim. Allah rəhmət eləsin,ruhu şad olsun böyük insan, möhtəşəm, mükəmməl insan. Sizlərdən bir daha gəlməyəcək 🙏
@nailbaxishli7529
@nailbaxishli7529 10 месяцев назад
Ən çox sevdiyim senetineheyran olduğum aktyor Allah rəhmət elesin
@ХафизГусейнов-о4ц
@ХафизГусейнов-о4ц 10 месяцев назад
Xatırlatdığız üçün sağ olun! Məlumatlarınızı dolgunlasdirin, lütfən.Rəhmətlik çox maraqlı "Odlar yurdu"adlanan televiziyaverilişinində aparıcısı idi.Necə gözəl şeirlər soylərdi...AlLLAH ona necə gözəl,əzəmətli səs vermişdi.Muəllimlərinə, özünə UCA ALLAHDAN RƏHMƏT diləyirəm.Sizə isə təşəkkürlər edərək uğurlar arzulayıram!
@ayyildiz3787
@ayyildiz3787 10 месяцев назад
Allah rəhmət eləsin böyük sənətkarımıza ...
@xanim28
@xanim28 10 месяцев назад
Ən çox sevdiyim aktyor və aktrisalardan , Allah rəhmət eləsin ruhları şad olsun 🤲🏼
@ИсмаилРагимов-р9ю
@ИсмаилРагимов-р9ю 10 месяцев назад
ALLAH rəhmət eləsin dahi sənətkarımız və onunla çiyin- çiyinə teatr sənətini yüksək pillələrə galdıran ƏLİ ZEYNALOV və onun həyat yoldaşı olan MİRVARİ xanım da sevimli aktyorun da böyük xidmətləri olub!Məzarları nurla dolsun!AMİN ALLAH🤲🏻🤲🏻🤲🏻🇦🇿❤️🇦🇿Dərin hüzünlə Moskva vilayəti,Domodedovo şəhəri 77 yaşlı İsmail müəllim Rəhimov! Aparıcı ğəncimizə də öz təçəkkürimi bildirərək marifçiliyimi(paylaşmag məgsədilə)davam etdirəcəyəm!🙌🎭
@Zeyyneb2
@Zeyyneb2 10 месяцев назад
Mixaylonun dublyaj səsi..❤🥀
@sevdamamedova2981
@sevdamamedova2981 10 месяцев назад
Allah rəhmət eyləsin Əli bəy. Çox gözəl sənətkar idi. Məkanı cənnət olsun. Qızı Dildar müəllimə bizim rus dili müəlliməmiz olub. Çox tərbiyyəli xanım olub qızıda. Allah
@nushabaqahtamanli6212
@nushabaqahtamanli6212 10 месяцев назад
Mənim də meəlliməm olub 1- saylı orta məktəb
@nushabaqahtamanli6212
@nushabaqahtamanli6212 10 месяцев назад
Qısa tünd qırmızı saçı vardı
@اللهأكبر-ل6ر2ل
@اللهأكبر-ل6ر2ل 10 месяцев назад
Аллах Рахмат етсин гозал инсан гозал санаткар ⭐🌙☝️🇦🇿🇹🇷🇹🇲🇺🇿🇵🇼🇵🇰🇧🇭🙏
@arzuqedimova8044
@arzuqedimova8044 10 месяцев назад
Salam . Cox minnetdaram size.
@cavansirqehramanov7985
@cavansirqehramanov7985 10 месяцев назад
Əli Zeynalovun cox hözəı səsi vardı belə səs yoxdur mən onun səsini cox sevirdim cox məlahətli idi allah rəhmət etsin
@hevvamammadova
@hevvamammadova 10 месяцев назад
Baxmiwiq uwaq vaxti ,gozel rol oynayirdi.
@Azizalovelemon
@Azizalovelemon 10 месяцев назад
Allah rəhmət eləsin, ecazkar səsli aktyor! ,
@GoldenTelecom-bp9lq
@GoldenTelecom-bp9lq 10 месяцев назад
Allah rahmat elasin gozal sanatkar qirat ustasi onun sasi avaz olunmazdi
@mehebbetresulova
@mehebbetresulova 10 месяцев назад
Allah rəhmət eləsin.Ən çox sevdiyim,sənətinə,səsinə heyran olduğum aktyor idi.Heyif...Onun kimi sənətkarlar bir də səhnəmizə gələcəkmi?!
@faizeabbasova6891
@faizeabbasova6891 10 месяцев назад
Salyanin qaymaqlarindan biri. Fexrimiz. Allah rehmet elesin
@MilaMila-ru6ne
@MilaMila-ru6ne 10 месяцев назад
Sehirli ses shibi
@ZulfiyyeXankisiyeva-xz9pw
@ZulfiyyeXankisiyeva-xz9pw 10 месяцев назад
Gizil fonda du$mu$ 3-4sesden bir Nodar $a$iglunun oynadigi butun rollarda dublaj Ali Zeynalovun sesi olub. Bu gozel ses iki boyuk senetkari xalga sevdirib Allah her iki senetkara rehmet elesin.
@qarabagazrbaycandr3185
@qarabagazrbaycandr3185 10 месяцев назад
Heyif bu cur aktyorlar daha yoxdu
@leyla2543
@leyla2543 10 месяцев назад
Allah hər iki sənətkara rəhmət eləsin.Əli Zeynalova və Mirvari xanıma.
@АсадАсадов-в8ф
@АсадАсадов-в8ф 10 месяцев назад
ALLAH RƏHMƏT ELƏSİN❤❤❤❤AMİN
@fikretshixeliyev6418
@fikretshixeliyev6418 10 месяцев назад
Yuksek seviyyeli aktyor olub.Allah rehmet elesin.
@errorexe1313
@errorexe1313 10 месяцев назад
Аллах рехмет етсн ❤
@imperatoragcebedi1056
@imperatoragcebedi1056 10 месяцев назад
Hanı indi belə kişilər,belə aktyorlar,ƏSİL istedadlar, indi yoxdu bunlardan
@nara5935
@nara5935 10 месяцев назад
Evezsiz sesin sahibi Eli müellım haqda cekdiyiniz bu verliş ücün size teşekür edirem.
@arifhuseynov43
@arifhuseynov43 10 месяцев назад
ALLAH rəhmət eləsin,məkanı cənnət olsun.
@StandardUser-zh9bt
@StandardUser-zh9bt 10 месяцев назад
Allah rəhmət eləsin
@aygunbesirova6954
@aygunbesirova6954 10 месяцев назад
Allah rehnet elüsunnn
@xaqanimuradli129
@xaqanimuradli129 10 месяцев назад
Allah c.c rəhmət eləsin məkanları cənnət olsun amin
@Xabarman123
@Xabarman123 10 месяцев назад
Allah Rəhmət eləsin
@qubadaliyev4178
@qubadaliyev4178 10 месяцев назад
Allah rəhmət eləsin🤲🥀🥀
@GANE743
@GANE743 10 месяцев назад
Səhnəmizin və kinomuzin gözəl sənətkarı ! Ecaskar səsli sənətkarımız . Ümumiyyətlə Azərbaycan artist və aktrisalarından bir daha gəlməyəcək .
@yalcinhesenov5431
@yalcinhesenov5431 7 месяцев назад
Mukemmel sese malik Eli Zeynalov
@istrsnbax2046
@istrsnbax2046 10 месяцев назад
Mənim ən çox sevdiyim aktyorlar olublar.Allah hər ikisinin məkanını cənnət etsin.Amin.
@mehebbetahmadova-po8hd
@mehebbetahmadova-po8hd 10 месяцев назад
Əzizlərinə heç yer tapmasınlar. Utanmaz utanmaz sonra deyirlər bizim görkəmli xalq artistimiz. HEYİF
@nazilesalmanova1720
@nazilesalmanova1720 10 месяцев назад
Gozel kisi aktyorumuz seside ozude gozel❤❤❤❤
@samirabaku8309
@samirabaku8309 10 месяцев назад
Allah rehmet elesin.Mezari nurla dolsun.🙏🙏🙏
@gulzardeniz8842
@gulzardeniz8842 10 месяцев назад
Əıi Zeynalov çoox sevdiyim aktyor olub Radio tamaşalarından tutnuş kino teatr tamaşalarını filmlərini çoox sevmişəm. Hətta irta məktəb illərində tədbirlərdə şeir deyərkən çalışardım ki aktyor kimi əzəmətli şeir söyləyim. Bir sözlə aktyorun vuröunu idim. Allah rəhmət eləsin. Çox nadir səs tembrina malik sənətkar idi Əli Zeynalov. Ruhu şad olsun. Çix təşəkkür edirəm aktyor haqüında bekə geniş və maraqlı məlumar verən müəllifə. Minmnədaram sizə zülmət işığa minnətdar olan kımı.
@Кадуци
@Кадуци 10 месяцев назад
Ен сох севдийим истедадлы Ели муеллим инанын онун тимсалында сенедоерими Инчесен Университете вердим ченубумузун миравриси ейифсонралар Б Д У нин брфактына гебул олдум едлия забити олдум векилем Русияла Аллах рехмет еласин
@SadaSada-oi3nc
@SadaSada-oi3nc 10 месяцев назад
Allah rəhməteyləsin gözəl səsli sənətkar
@oooo-jz5jw
@oooo-jz5jw 10 месяцев назад
Elmlerde 558 ci kvartalda JEK in heyetinde yawiyirdi.Demek olar ki, her gun gorurduk onlari. Allah rehmet elesin.
@ШовкатАгаева
@ШовкатАгаева 10 месяцев назад
Çox istedadlı,nadir sesli aktyor.Allah rəhmət eləsin.
@rimmaseyranova3189
@rimmaseyranova3189 10 месяцев назад
ALLAH RЕНМЕТ ЕYLЕSИN!❤ АМIN! АМiN! АМIN! ❤ ❤ ❤
@nigarquliyeva5535
@nigarquliyeva5535 10 месяцев назад
Dublyajda hec kəs ona catnagı. Snayper deyərdilər ona.1 dəfəyə yazılardı səsi.
@tagiyevanurengiz9311
@tagiyevanurengiz9311 10 месяцев назад
GÖZƏL SƏNƏTKAR ƏLİ ZEYNALOV MƏNƏ GƏLİR Kİ O YADDAN ÇIXAN AKTYORLARDAN DEYİL ÇÜNKİ GÖZƏL SƏSƏ DƏ MALİK İDİ.INDİ BELƏ AKTYORLARIMIZ YOXDUR .
@elsevereliyev2303
@elsevereliyev2303 9 месяцев назад
Məkanı cənnət olsun 🤲🤲🤲
@cavidanbabayev4110
@cavidanbabayev4110 10 месяцев назад
Allah rehmet elesin.
@nigarquliyeva5535
@nigarquliyeva5535 10 месяцев назад
HƏQİQƏTƏN DƏ "VAQİFİN " 2 Cİ BƏRPASI BİYABIRCILIQ İDİ..XUSUSİYLƏ AKTYOR BAXIMINDAN..... ŞAH QACARI MƏLİK DADAŞOV DƏLİ KİMİ OYNAYIRDI.
@nerimanzulfugarov6128
@nerimanzulfugarov6128 5 месяцев назад
Gözəl və ifadəli səsə malik Əli Zeynalovu məhəbbətlə yad edən yaradıcı heyyətə təşəkkürlər ! Əli Zeynalovu səhnədə görüb onun ifasından təsirlənərək estetik həzz almaq mənə nəsib olub. O xoş xatirələri yenidən yaşamaq necə də xoşdur. Sənətdə unudulmaz iz qoymuş, mənəvi sərvətlərimizi zənginləşdirmiş aktyorlarımızdan biri olan Əli Zeynalov həmişə hörmət və məhəbbətlə yad ediləcək !!!❤❤❤
@tahirhasmova5553
@tahirhasmova5553 10 месяцев назад
Allah rəhmər eləsin
@saibakasimova7823
@saibakasimova7823 10 месяцев назад
Allah rəhmət eləsin mənim sevdiyim aktyor idi
@Шах-ф4щ
@Шах-ф4щ 6 месяцев назад
Əli Zeynalov aktyorların şahı olub. Allah rəhmət eləsin. 💯♥️🥀
@rasimmamedov7870
@rasimmamedov7870 10 месяцев назад
Vaxtı ilə Azərbaycan Dövlət Akademik Dram Teatrında çalışmış bir aktyor var idi. Adı Kamil Ququşov. Onun barəsində heç danışılmır. Yaxşı olar ki, 1000 Production kanalında bu barədə məlumat vermədi.
@vahidsirinov1842
@vahidsirinov1842 10 месяцев назад
Ququşov yox,Qubuşov.
@periselimova5590
@periselimova5590 10 месяцев назад
Hər iki sənətkarımıza rəhmət eləsin Məkanları cənnət olsun
@MilaMila-ru6ne
@MilaMila-ru6ne 10 месяцев назад
MEKANİN CENNET OLSUN ELİ MUELLİM
@Turgut2022
@Turgut2022 10 месяцев назад
Yalnız bu gün bildim bu ecazkar səsin sahibi kimdir 🙏 Əli Zeynalov.
@mayileorucova7467
@mayileorucova7467 10 месяцев назад
Allah rehmet elesin . Mekani cennet olsun
@aideeliyeva2251
@aideeliyeva2251 10 месяцев назад
Gozel insanlar gunler olub heyr o gunler
@elnarafatih1739
@elnarafatih1739 10 месяцев назад
O vaxti meshur aktyor ve aktrisalarin heyati olub 😊
@babekmiriyev_2017
@babekmiriyev_2017 4 месяца назад
Anılarına sonsuz sayqılar
@aygunabdullayeva138
@aygunabdullayeva138 6 месяцев назад
Ailəmiz adından hamıya təşəkkür edirəm
@SəyidəƏliyeva
@SəyidəƏliyeva 6 месяцев назад
Xanım,bu dahi, möhtəşəm insan sizin nəyiniz olub. ? ❤❤❤❤❤❤
@alienplace9468
@alienplace9468 10 месяцев назад
Ay aparici,siz ne danisirsiz,ailenin qohumu olaraq deyirem,Sedaqet Mirvari xanimin 1ci evliliyindendi
@StarsIlka
@StarsIlka 10 месяцев назад
Allah rəhmət edsin
@sahinliyev7670
@sahinliyev7670 7 месяцев назад
Allah qəni-qəni rəhmət etsin.Məkanı cənnət olsun.
Далее
Help Me Celebrate! 😍🙏
00:35
Просмотров 13 млн
Help Me Celebrate! 😍🙏
00:35
Просмотров 13 млн