Тёмный

Ermənilər nənəsini gözləri önündə güllələyib, özünü 3 il əsir saxladılar - REPORTAJ 

APA TV
Подписаться 334 тыс.
Просмотров 124 тыс.
50% 1

Ermənilər onu Kəlbəcərdə əsir götürəndə 15 yaşı var idi. Düşmən əsgərləri nənəsinin yalvarışlarına, fəryadına məhəl qoymadan yeniyetmə oğlanı tankın üstünə mindirib özləri ilə aparmışdılar. Buna etiraz edən nənəsini isə gözünün qabağında güllələmişdilər.
Kəlbəcərli Zabil Səfərov bu dəhşətli hadisəni 1993-cü ilin aprel ayında yaşayıb. Üç ilə yaxın əsirlikdə olan Zabil hazırda Xaçmaz rayonunun Nabran istirahət zonasında yerləşən turizm mərkəzlərindən birinin ərazisində məskunlaşıb. 42 yaşlı Zabil Səfərovunun iki övladı var. Onunla bərabər Nabranda 40-dan çox kəlbəcərli ailə yaşayır.
Zabil Səfərovun əsir götürülmə anları erməni terrorçuları tərəfindən lentə alınıb. Həmin videokadrlara internetdə baxmaq olar. Zabil bildirir ki, ermənilər çəkiliş apardıqdan sonra nənəsini güllələyib, özünü isə vəhşicəsinə döyərək özləri ilə aparıblar: “Mən özüm Zivel kəndində doğulmuşam. Amma 8 yaşımdan Çıraq kəndində nənəmlə yaşamışam. 1993-cü ilin mart ayının son günlərində ermənilər Kəlbəcərə girməyə başladı. Bizim kənddən hamı çıxdı, mən isə yaşlı nənəmlə qaldım. Aprel ayının 4-də kəndimizi mühasirəyə aldılar. Bir gün sonra isə biz ermənilərə əsir düşdük. Nənəm tanka minə bilmədiyi üçün məni tək aparırdılar. Ahıl qadın yalvarıb-yaxardı ki, əmanət uşaqdır, onu məndən ayırmayın. Amma ermənilər nənəmin ah-naləsinə baxmadılar. Bundan sonra nənəmi bir kəlmənin üstündə öldürdülər. O dedi ki, onsuz da gec-tez bizim əsgərlər buranı sizdən azad edəcəklər, bu torpaqlar sizdə qalmayacaq. Məni tanka mindirdikdən sonra nənəmi güllələdilər. Məni isə avtomatın qundağı ilə döyüb, işgəncə verdilər”.
Bundan sonra Z.Səfərovun 2 il 9 aylıq dözülməz işgəncələrlə dolu əsirlik həyatı başlayıb. Uzun müddət Xankəndidə və Ağdərədə əsir düşərgələrində, eləcə də Şuşa həbsxanasında saxlanılan Zabil uzun illər yaddaşından silinməyəcək sarsıntılar keçirib: “Bizi qul kimi işlədirdilər. Gözümün qabağında yaşlı-cavan demədən kimi istəsələr, olmazın işgəncələrə məruz qoyaraq öldürürdülər. Mənə gücüm çatmayan işləri gördürürdülər, yemək vermirdilər. Yay gələndə sevinirdik ki, işləməyə gedəndə ağaclardan meyvə yeyib qarnımızı doyuracağıq. Valideynlərimdən xəbərim yox idi. Bilmirdim salamatdırlar, ya yox. Bir ildən sonra Beynəlxalq Qırmızı Xaç Təşkilatının vasitəçiliyi ilə dayımla əlaqə saxladım. Danışıqlardan sonra bizi 1996-cı ilin yanvar ayında Azərbaycanda olan mülki ermənilərlə dəyişdilər. Mən Bakıya gələndə gözlərimə inana bilmirdim. Ermənilər doğma dilimizdə danışmağa icazə vermədiklərindən, Azərbaycan dili artıq mənə qəribə gəlirdi. O qədər sarsılmışdım ki, dayıma deyirdim ki, Azərbaycan dilində danışmayaq bizi eşidərlər. Sonra Xaçmaza valideynlərimin yanına gəldim. Yalnız ailə qurandan sonra həyat yoldaşımın dəstəyi ilə psixoloji vəziyyətim normallaşmağa başladı. Gecələr daim qarabasmalarım olurdu. Elə bilirdim yenə əsirlikdəyəm”.
Həmsöhbətimiz bu günə kimi Kəlbəcər həsrəti ilə yaşadığını, həmişə doğma yurduna qayıdacaqlarına inandığını bildirib: “Müharibə dövründə Ali Baş Komandan İlham Əliyevin hər çıxışını diqqətlə izləyirdik. Əmin idik ki, torpaqlarımız alınacaq. Mənim övladlarım o torpaqları görməyib. Amma Kəlbəcər üçün məndən çox sevinirlər. Günü elə bu gün ora qayıtmağa hazırıq. Prezidentimiz desin ki, torpaqlarımıza qayıdırıq, hamıdan qabaq gedəcəyəm. Mən Kəlbəcərə gedən kimi ilk növbədə nənəmin öldürüldüyü yerə baş çəkəcəyəm. Sonra 5 ay zülm çəkdiyim Şuşa həbsxanasında olmaq istəyirəm. Biz kəlbəcərlilər bir an da olsa, doğma torpaqlarımıza dönəcəyimizə şübhə ilə yanaşmadıq. Yurd həsrəti bizi üzsə də, Vətənimizin düşməndən azad olunacağına inamımız hər keçən gün daha da artdı. Uşaqlarımla birgə doğma kəndimə köçüb təsərrüfatla məşğul olacağam”.
✅ Rəsmi facebook səhifəmiz: / tvapaxeber
✅ Rəsmi instagram səhifəmiz: / apatvresmi
✅ Rəsmi twitter səhifəmiz: / apatvofficial
✅ Rəsmi teleqram səhifəmiz: t.me/apa_tv
apa tv apa group apa xeber apa xeberler xeberler son xeberler gundem gundem xeberler en son xeberler Xəbərlər son xəbərlər ən son xəbərlər yeni sərəncam xəbərlər bugün xəbərlərdə bugün günün xəbərləri xəbərlər yeni xeberler son deqiqe ən son xəbər son dəqiqə son deqiqe xeber xəbər xeberler yeni yeni xəbərlər bugünkü xəbərlər ən yeni xəbər son xeberler 2021 son xeberler bugun son xeberler bugun 2021 günün əsas xəbərləri azerbaijan azerbaycan siyaset baku baki bakı баку азербайджан новости xəbərlər ilham əliyev ilham aliyev mehriban əliyeva mehriban aliyeva xeberler cebhe dtx mtn prezident xalq azerbaycan xeberleri en yeni xeberler azerbaycanda neler bas verir cebheden xeberler qarabag azerbaycan qarabag azerbaycan en son xeberleri gunun xeberleri karabakh qarabağ əsirlər erməni əsir qarabağ döyüşləri qazi xtq xüsusi təyinatlı əsir şəhid bolgeler dunya olke olkeden xeberler hadise hadisə hadisələr iqtisadiyyat gundem canli birbasha
#apatv #apaxeber #apacanli

Опубликовано:

 

31 дек 2020

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 123   
@rhmanhuseynzad1998
@rhmanhuseynzad1998 3 года назад
Ayda o kadirlara her defe baxanda deyirdim goresen ne oldu bunlarin aqibeti can qardasim😢
@romaagalarov4568
@romaagalarov4568 2 года назад
Ianan mende
@orxanrecebli7967
@orxanrecebli7967 2 года назад
Vallah men de qardaw ((((((( werefsizder, paylarini aldilar ✊✊✊✊
@riwadkazmoc6072
@riwadkazmoc6072 Год назад
İnan Allaha hə baxanda nənənin səsinə ağlayırdım 🥺
@mehmetbeydogan3898
@mehmetbeydogan3898 Год назад
ba x anda yerine ba k anda yazmak çok mu zor,devlet alfabeyi düzgün hale getirmeli
@sbuhi9268
@sbuhi9268 8 месяцев назад
Mende 😢
@bhruziskndrov8485
@bhruziskndrov8485 2 года назад
Canım qardaşım 14 yaşında ermənilərin sənə çəkdirdiyi zül qalmadı canım nənəm qanın yerdə qalmadı 😭😭🥺🥺😭😭
@user-bh3gf1ck8k
@user-bh3gf1ck8k 9 месяцев назад
Nenem cennetten gülümsüyordur inşallah. Öcün alındı nenem😢
@salihklnc8419
@salihklnc8419 Год назад
Nenem doğru söylemiş evlatları aldı topraklarını ruhu şad olsun tüm Şehitlerimizin
@savalansavalan614
@savalansavalan614 2 года назад
Allah bu qardasa can saligi versin amin va insallah.
@talehsukurov7219
@talehsukurov7219 Год назад
Mən ŞƏHİDLƏRİMİZİN ruhu qarşısında baş əyirəm və onların ana və atalarının əllərinən öpürəm bu günümüzə şükür
@LOKUMsiyam
@LOKUMsiyam Год назад
Büyükannenize Allah rahmet eylesin. Size de geçmiş olsun. Çok üzücü
@Mirzaga_Kurdemirli
@Mirzaga_Kurdemirli 3 года назад
Can Qardaş Allah Seni Qorusun Saxlasin Nenede Allah Rehmet Etsin
@ugurhoca39
@ugurhoca39 Год назад
Biz Türkiye Türkleri o zaman zayıf ve acizdik şimdi öyle birşey olsa ölümüne yanınızdayız kardeşler.Bu bilinç artık hepimizde var her zaman yanınızdayız sonsuza dek
@NailNabiyeva-ls2kd
@NailNabiyeva-ls2kd Месяц назад
CAN...❤❤❤❤
@edaletqurbanov84
@edaletqurbanov84 Год назад
YAŞASİN QALİB AZƏRBAYCAN ORDUSU ALLAH BÜTÜN ŞƏHİDLƏRİMİZƏ RƏHMƏT ELƏSİN QİSASİMİZ QİYAMƏTƏ QALMADİ
@dalgal5346
@dalgal5346 2 года назад
Şükür ki sağ salamatsan sənin taleyin hamının dünyasını qaraltmışdı
@rafaelmemmedov3590
@rafaelmemmedov3590 2 года назад
Sənə gurban gardaş, allah ermənilərin nəslin kəssin, adam təsəvvür edirki, sən nələr çəkmisən,ancag bizim pəleng kimi ogullarımız sizin əvəzinizi 1000 gat çıxıarag, o it iyisi veren vəhşi eşşək dıgalarını milçek kimi gırdılar, ürəyin bus kimi olsun, nənənədə allah rəhmət eləsin
@sabinaceferova2422
@sabinaceferova2422 Год назад
Nenesi deyirdi onu aparmayin onu mene emanet eliyibler😭😭😭
@baxtiyariskenderov1574
@baxtiyariskenderov1574 3 года назад
Gözünüz aydın
@ramilesgerov8005
@ramilesgerov8005 8 дней назад
Onu yalan dedin ki nənəm dedi gec tez Azərbaycan ordusu bu torpaqları alacaq Allah rəhmət eləsin nənənə
@vahidaazayeva
@vahidaazayeva 9 месяцев назад
Dəhşət. Allah nənəyə də, bütün şəhidlərimizə də rəhmət etsin. Çox şükür, haqq-ədalət yerini tapdı. Qarabağ Azərbaycandır!
@ericdal710
@ericdal710 Год назад
Vatan sagolsun kardeslerimiz var olsun, kinimiz diridir.
@bhruziskndrov8485
@bhruziskndrov8485 2 года назад
Canım ❤ qardaşım yaxşı ki varsan
@elsekilimanmebel40
@elsekilimanmebel40 2 года назад
Halal olsun esgerlermize Sehid evladlarmiza torpaqlari aldilar
@sevilia.m.1078
@sevilia.m.1078 4 месяца назад
Can nənə, can qsrdaş.100il qala, inanmaram ki, ermənilərin də içinde yaxşısı var.
@museyibceferov8302
@museyibceferov8302 2 года назад
Bu vidyoya o vaxt baxanda hamı bu cavan oglanın taleyi haqqında düwünürdüler göresen hara apardılar? demek zülümlü ölüm bunun alnına yazılmayıb wükür salamatdır neneyede Allah rehmet elesin
@user-eg9kt1vk1u
@user-eg9kt1vk1u 2 года назад
Дунйада ан алчах миллат ерманиди
@a.s.a.l.a7790
@a.s.a.l.a7790 2 года назад
Əhəmiyyətli olan kəmiyyət deyil, keyfiyyətdir. Biz balacayıq, amma ağıllıyıq, siz isə çoxsunuz, amma siz ölmək üzrə olan qorxaqsınız. 😂🇦🇿⚰
@VIXXII97
@VIXXII97 Год назад
Can ay qaqa can Allah balalarıvı xoşbəxt eləsin 🤲🏼
@renav1757
@renav1757 9 месяцев назад
Övladların xoşbəxt olsun ❤️🇦🇿❤️
@frruxsfrov
@frruxsfrov 8 месяцев назад
Allah şəhidlərimizə rəhmət eləsin Qazilerimize can sağlığı versin Amin
@NailNabiyeva-ls2kd
@NailNabiyeva-ls2kd Месяц назад
CAN NƏNƏ... NECƏ DEDİN ... ELƏ DƏ ETDİ İGİDLƏRİMİZ... ALLAH SƏNƏ RƏHMƏT ELƏSİN... CAN NƏNƏ...
@museyibceferov8302
@museyibceferov8302 2 года назад
İngilis ve rus dillerinde tercümesi mütleq lazımdır
@refigaresulova8476
@refigaresulova8476 Год назад
Ele bu işin içinde Rus ve Avropalilar varda onlar her şeyi bilirler amma işlerine gelmir
@esmiravahabova6787
@esmiravahabova6787 2 года назад
QARDAWIM SIZ ORDA VAHIDOV NIYAZI ADLI ESIR GORMEDINIZ
@_gunay1030
@_gunay1030 4 месяца назад
Mana hala bu qadar tasir edan bir video olmamışdı😢😢
@cavidverdiyev3509
@cavidverdiyev3509 9 месяцев назад
Kəlbəcər ❤
@qabbar.3000
@qabbar.3000 2 года назад
Görəsən Qisasın alıbmı Nənənin?
@senandaglofficall2562
@senandaglofficall2562 2 года назад
Cox sukur sagsan🙏😢
@fizuliweheri.5678
@fizuliweheri.5678 2 года назад
goz yawlarimla izledim. xalqimin zulumlu faciyyevi gunleri .
@muradmemmedov582
@muradmemmedov582 2 года назад
Аллах нене рехмет елесин бахдыгча дозе билмирем 😢😢😢😢
@Ema____83
@Ema____83 9 месяцев назад
😢ureyim yandi Allahim ezab ceken milletim😢
@fuadrustemov7342
@fuadrustemov7342 Год назад
İnşallah tezliklə bütün qaşqin və məcburi köçkunlər öz ata baba yurduna dönəçəklər.
@isaisasoy9175
@isaisasoy9175 2 года назад
Can
@ferhatteknikedgex4997
@ferhatteknikedgex4997 Год назад
Çok üzücü
@yamankhalk2932
@yamankhalk2932 Год назад
Qardaş sən helə azərbaycandaydında ((
@Redmia-pd7wb
@Redmia-pd7wb 9 месяцев назад
Kəlbəcər
@lalmmmdova6322
@lalmmmdova6322 Год назад
💔😢
@user-fw2ih7ls1z
@user-fw2ih7ls1z 5 месяцев назад
Ужас😱😱😱
@user-ry9jo8fk4n
@user-ry9jo8fk4n 8 месяцев назад
😢
@glcat5041
@glcat5041 Год назад
Nənə bilibdə gələcəy nəsilin 15-20 yaşında olan uşaglarnın bir yarsini mərmi aparıb + ayaga durub erməni digasnın başnı kesdi🇦🇿🇦🇿🇦🇿
@zezzez922
@zezzez922 7 месяцев назад
😢😢😢
@serxanaslanlichannel3298
@serxanaslanlichannel3298 Год назад
Azerbaycan Milli ordusunun qehremanlari Kelbecer seherini azad eledi qani qanla yuduq namusumuz temizlendi !
@teraneteymurova2290
@teraneteymurova2290 2 года назад
😭😭😭
@nahidqasimov5605
@nahidqasimov5605 Год назад
Allah wehidlermize rehmed elesin qardaw Allah alenize sebir versin indi hamnln qisasl alndl
@elcinabisov4765
@elcinabisov4765 Год назад
Hemise bu kadira baxanda gozlerim dolurdu deyirdim bu usaqin talehi nece oldu goren
@namiqnamiq2567
@namiqnamiq2567 7 месяцев назад
Qeyretli qadin arzularin cin oldu ruhin qarsisinda bas eyirem qeyretli anam
@muradmurad5665
@muradmurad5665 2 года назад
😔😔😔
@user-kf2qk4cz8x
@user-kf2qk4cz8x 8 месяцев назад
Zabil görəsən bilir orda kimlər əsir duşub mənim əmim itkin idi kəlbəcərdə 1993 də itkin düşdü😢
@_gunay1030
@_gunay1030 4 месяца назад
😢😢😢😢
@kskskakkkjjjiajghshshsy7996
Bu dəqiq həmin oglandi mən hər dəfə bu kadrlara baxanda deyirdim gorəsən o oglanin axiri necə oldu
@ehmedagamemmedov4655
@ehmedagamemmedov4655 2 года назад
AYDAA GORR MEN HEMISE BU VIDEONUN AXIRI NECE OLDU BU USAGIN AXIRI NECE OLDU ONU BILMEY ISDIYERDIM
@sabinaceferova2422
@sabinaceferova2422 Год назад
Ayyyy cann hemise meraq eliyirdim giresen o usaga nooldu
@kamalorucov9408
@kamalorucov9408 Год назад
Şükür ki saq salamatdl Allah can sağlığı versin
@fizulihbibzad7591
@fizulihbibzad7591 2 года назад
Gedersiz.insallah.torpaqda.daha.size.hucum.edenmezler.guclu.ordumuz.var.allah.uslerinde.olsun
@user-bo7zq5dx4m
@user-bo7zq5dx4m 7 месяцев назад
😢😢😢😢😢😢😢😢
@vvnbvnmmcmmmnjk2201
@vvnbvnmmcmmmnjk2201 2 года назад
ALLAH onlara lanat elasin can qardaş o kadira baxdim ALLAH sanin canini sag elasin
@user-fq9cj4hg9c
@user-fq9cj4hg9c Год назад
Жесть!!!
@user-fq9cj4hg9c
@user-fq9cj4hg9c Год назад
Алла. Я. Алла!! 23 и 12. И. 2022 г
@ramilibiszade6321
@ramilibiszade6321 Год назад
😢😢😢😢😢
@hasanturkov
@hasanturkov 7 месяцев назад
😢🇦🇿
@gulsum7113
@gulsum7113 2 дня назад
Ayyyy ben o cocugun kayboldugunu sanmistim.
@freedom2386
@freedom2386 2 года назад
İndi isə vətəniniz azaddır köçüb yaşayıb erməni dığalarına göz dağı verə bilərsiniz.
@azetre9390
@azetre9390 2 года назад
SALAM İNŞALLAH QARDAŞIM SƏBİRSİZLİKLƏ GÖZDÜYÜRÜK
@user-uq6ph2yc9u
@user-uq6ph2yc9u 8 месяцев назад
Гардаш Ченаб Президент бизе йени хайт багышлады хеч кимин Ганы йерде галмады Аллах Азербайджан шехилерине рехмет елесин мир кор олмушду ермени хийлесине гоз йунмушду оларын гозлерини чыхартдык
@abc7147
@abc7147 9 месяцев назад
O videoya ayrica baxmag istiyenler kelbecerden esir goturulenler yazin cixir o videolar
@ngarhesenovahasanova1695
@ngarhesenovahasanova1695 2 года назад
men her defe o videoya baxanda deyirdim goren o neneye ne oldu eh
@CemilRustemli
@CemilRustemli 7 месяцев назад
Salam Zabili Taniyan var,?
@Whoisme4210
@Whoisme4210 2 года назад
Coox xais edirem bunun butov videosuna nece baxa bilerem
@museyibceferov8302
@museyibceferov8302 2 года назад
Baxmasan yaxwıdı sacın agarar ,üreyin xestelik tapar😔😖
@rasimnecefov1181
@rasimnecefov1181 2 года назад
Ordaki qocalırın sonu nece oldu
@lalmmmdova6322
@lalmmmdova6322 Год назад
Bnənə aanafan şiriin olur .Nənəni gözünün gabagında öldürddü? 😢🇦🇿
@user-hj5bv9rf6n
@user-hj5bv9rf6n 9 месяцев назад
Azerbaycanlilar ayaq yalin basi acidqac susuz esir dùwdùler 1992 ci il
@cesur5873
@cesur5873 2 месяца назад
Həmmişə maragli gəlirdi o nənənin axiri nə oldu deyə .
@user-xd9db1zk8j
@user-xd9db1zk8j Год назад
😥😥🇦🇿🇦🇿
@elvinibrahimov3190
@elvinibrahimov3190 Год назад
Buzim millete el uzadanin elin dilin soyun qurutmag lazimdi
@user-os9il4od4p
@user-os9il4od4p Год назад
Nenevin qusasını akdınmı? Onda uşaq idin ,kőmeksiz çaresizdin, 2 ci muharibede yeqin ki, iştirak etmisen. Vicdanın temizdir , rahatsan indi. Heç kime doğmalarının gőzű őnűnde ŏldürülmesini arzu etmirem. Allah milletmizi ,xalqımızı qorusun. Şehidleimizin ruhu şad olsun.
@nicat365
@nicat365 Год назад
Danisanda dedi. Televizorda izleyirmis
@intiqamkerimov6818
@intiqamkerimov6818 10 месяцев назад
​@@nicat365😂
@qabbar1141
@qabbar1141 2 года назад
Heç Erməni öldürüb Qisas almısanmı Yəqin ki yox? Sənin kimilər çoxdu.
@iorudj489
@iorudj489 2 года назад
Полжэ
@faiqadigozelov3606
@faiqadigozelov3606 3 месяца назад
Bəs niyə müharibə başlayanda gedib öz qisasını almamadın?Deməli oğraşsan,qorxaqsan.Gözlədin azad eləsinlər sonra bəlkə qayıdasan .Qarabağlıların çoxu sənin kimidirlər.Hamısı yox.Biqeyrətlər
@user-vu9ic2wi2s
@user-vu9ic2wi2s Год назад
Heç kim pis başa düsməsin amma əğər əlində silah varsa əsir düsürsənsə.o döyüşçü deyil .mən belə fikirləşirəm.yaralı əsir düşənləri başa düşmək olar.ona ğörə 41 45 də stalin əsir qayıdanları ğüllələtdirirdi
@abc7147
@abc7147 9 месяцев назад
Bu adam hemin vaxt uṣag idi.videosu da var ayrica balaca oglan usagiydi.nenesinnen ayirib masina mindirirler nene ne qeder yalvarir ayirmiyin onu mennen yene ayirirlar ve neneni oldururler
@azrcbrayll2170
@azrcbrayll2170 2 года назад
Azər Cəbrayıllı
@Pravda-kavkaza
@Pravda-kavkaza 3 месяца назад
Перевод делайте на русский для себя не рассказывайте.
@user-vt3sz5yd4z
@user-vt3sz5yd4z Год назад
🇦🇿🤝🤲🤲
@bobbibobbi4897
@bobbibobbi4897 10 месяцев назад
Erməni dilini bilir bu???
@nurturk2369
@nurturk2369 Год назад
Zorluyublarda təcavüz ediblər diyən yoxdu
@1971ilhamealtin
@1971ilhamealtin 10 месяцев назад
Necə desinləreee her seyi deməy olmur
@user-bi5xy7sd3z
@user-bi5xy7sd3z 9 месяцев назад
35 илди Азербайджан страдает от Армения
@user-rj5xc2qs9t
@user-rj5xc2qs9t 2 года назад
Бунларын хамысыны индия гедер ния гостярмирдиляр. Миллеттен гиздедирдиляр.Джынжыр миллетинин ганны ичмек лазымды. Терджюме етмек лазымды бютюн диллере. Дюняя салмаг лазымды. Аллах кокюню кессин ермянилярин
@raufrauf5679
@raufrauf5679 Год назад
Aqsaclı Anaların ahı yerde qalmadı min lenet olsun ermeni rusa 🤲
@user-mk4xm6zw3d
@user-mk4xm6zw3d 6 месяцев назад
Qoy. Bunu. Tarix. Bilsin. Kelbecer. Soy. Qırımı. Olanda. Biz. Türükiyede. Komek. İsdediler. Ama. Çox. Efsuslar. Olsunki. Türükiye. Komek. Etmedi. Ama. Russlar. Ermeniye. Komek. Etiler. 2. Ci. Korpü. Meselesi. Oldu.
@user-fk2sq3xv2t
@user-fk2sq3xv2t 9 месяцев назад
Ерменилери гырмах лазымыйды ханкендинде ,йох лазым дейил итлерин мейди ниганы бизим торпага токулсун ,йахшы говдулар ити гован кими 🙏🙏🙏
@elwanqarayev9917
@elwanqarayev9917 2 года назад
Bu şərəfsiz millətin,, Azərbaycandakı qohumları yaşayacaq eyni aqibəti...
@zaminaliev5231
@zaminaliev5231 2 года назад
Ерменин ганыны
@vvnbvnmmcmmmnjk2201
@vvnbvnmmcmmmnjk2201 2 года назад
ALLAH onlara lanat elasin can qardaş o kadira baxdim ALLAH sanin canini sag elasin
Далее
Kəlbəcərdə dinc əhali mühasirəyə düşür
13:54
Kəlbəcəri belə satdılar(arxiv Az tv)
6:59
Просмотров 370 тыс.
Kəlbəcərin işğalının ilk dəqiqələri
10:06
Просмотров 190 тыс.
Pəncərə (1991)
1:19:16
Просмотров 276 тыс.