Тёмный

Ermənilərin izini itirdiyi Azərbaycan mahalı - QƏRBİ AZƏRBAYCAN XRONİKASI 

Baku TV
Подписаться 1,2 млн
Просмотров 1,6 тыс.
50% 1

Ermənilərin izini itirdiyi Azərbaycan mahalı - QƏRBİ AZƏRBAYCAN XRONİKASI
“Qərbi Azərbaycan Xronikası” layihəsi çərçivəsində erməniləin müxtəlif vasitələrlə yadlaşdırmağa çalışdığı tarixi torpaqlarımızdan biri - Talın mahalı haqqında süjet hazırlanıb.
“Ermənilərin yadlaşdırmağa çalışdığı Talın mahalı” adlı süjetdə əsrlər boyu erməni millətçilərinin azərbaycanlılara qarşı məkrli planları ardıcıl, sistemli şəkildə həyata keçirildiyi, indiki Ermənistanın əhatə etdiyi, tarixən azərbaycanlıların sıx şəkildə yaşadığı coğrafi məkanların boşaldıldığı, adların dəyişdirildiyi, bəhan əvə uydurmalarla yaddaşlardan silməyə cəhd göstərildiyi vurğulanır.
Bildirilir ki, Qərbi Azərbaycanın tarixi məkanlarından biri olan Talın mahalı İrəvan əyalətinin şimal-qərb sərhədlərini əhatə edir:
“Mahal İrəvan xanlığının şimal-qərbində Ələyəz (Alagöz) dağının cənub ətəklərində yerləşir. Məşhur Talın karvansarası və Talın qalası bu ərazidədir. Mahalda mövcud olmuş 47 kənddən 27-si rus işğalı nəticəsində dağıdılıb. Talın bölgəsində Aynalı, Quldərviş, Əkərək, Aşnaq, Mehriban, İrind, Sultanabad kimi kəndlər mövcud olub”.
Diqqətə çatdırılır ki, göz oxşayan əsrarəngiz mənzərəyə, çəmənliklərə, hündür silsilə dağlara malik olan mahalın mərkəzi Talin rayonu idi. Rayon 1930-cu il sentyabrın 9-da yaradılıb: “Rayon mərkəzi Yuxarı Talın qəsəbəsi sayılıb və buradan İrəvan şəhərinə olan məsafə 74 kilometr təşkil edib. İndi Aragatz adlandırılan Talin Ermənistanın inzibati ərazi bölgüsündə rayon kimi göstərilib. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin müxtəlif fərmanları ilə 1935-ci ildən 1978-ci ilədək rayon üzrə tarixi yer adları dəyişdirilərək saxtakarlaşdırılıb. Talın mahalı əvvəl Talin rayonu, indi isə Araqaçotn rayonu adlanır”.
Süjetin sonunda qeyd olunur ki, yalan və saxtakarlıq üzərində qurulan erməni siyasəti öz işini zaman-zaman görüb: “Havadarlarına arxalanaraq başqa millətlərə qarşı xain davranan haylar daim qonşularına xəyanətkarlıq edib, kin, nifrət bəsləyiblər. Zaman gələcək “xain xəyanətinin cəzasını mütləq çəkəcək” və amansızlıqlar göstərərək didərgin saldığı qərbi azərbaycanlılar doğma Vətənlərinə qayıdacaqlar”.
Abunə ol ☛ / @bakutv
❂❂❂❂❂
• QARABAĞ XRONİKASI
• ARZUNUN VAXTI
• SONUNCU ŞAHİD
❂❂❂❂❂
t.me/bakutvxeber
/ baku.tv
/ bakutvofficial
www.baku.tv
❂❂❂❂❂
2023 © All Rights Reserved ℗ "Baku TV" LLC ™

Опубликовано:

 

9 сен 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 1   
@ceyhunhaxverdiyev304
@ceyhunhaxverdiyev304 Год назад
Çox gözəl iş görmüsünüz, əməyinizə, əziyyətinizə dəyər. Zəhmət olmasa belə verlişləri rus, ingili, erməni, fars, gürcü və digər dillərə tərcümə edib paylaşın. Yoxsa yenədə özümüz deyib, özümüz eşitməyin faydası olmayacaq.
Далее
IT'S MY LIFE + WATER  #drumcover
00:14
Просмотров 25 млн
Они захватят этот мир🗿
00:48
Просмотров 579 тыс.
IT'S MY LIFE + WATER  #drumcover
00:14
Просмотров 25 млн