Eyyub Yaqubovun "Xatirələr" adlı mahnısı artıq onlayndır.
Eyyub Yaqubova RU-vid-da abunə ol: mikpro.az/eyaqubovyt
Musiqi: Vüqar Mirzəyev
Söz: Orxan Mürvətli
Aranjiman: Rövşən Yusifov
Miksinq və masterinq: Oruc Məmmədov
Eyyub Yaqubov sosial şəbəkələrdə:
Facebook: mikpro.az/eyaqubovfb
Instagram: mikpro.az/eyaqubovig
Genius: mikpro.az/eyaqubovgn
Eyyub Yaqubov rəqəmsal platformalarda:
Keçid: mikpro.az/eyaqubov.dinle
Sözlər:
[Bənd 1]
Baxıram bəzən keçmişə
İllərin həsrətindəyəm
Qədim, köhnə dalanların
Yolların həsrətindəyəm
O yollar məni aparaydı kaş
Uşaqlıq çağlarıma
Saf gülüşlərim qonaydı yenə
Körpə dodaqlarıma
O yollar məni aparaydı kaş
Uşaqlıq çağlarıma
Saf gülüşlərim qonaydı yenə
Körpə dodaqlarıma
[Keçid]
Məktəb illəri, çiynimdə çanta
Yelləyərək qolları
Gedərdim səhər, gələrdim gündüz
Hər gün eyni yolları
Məktəb illəri, çiynimdə çanta
Yelləyərək qolları
Gedərdim səhər, gələrdim gündüz
Hər gün eyni yolları
[Nəqərat]
Haradasan, ey uşaqlığım?
Nə olar, qayıt mənə
Toxunum sənə, sarılım sənə
Böyüyüm səninlə yenə
Haradasan, ey uşaqlığım?
Nə olar, qayıt mənə
Toxunum sənə, sarılım sənə
Böyüyüm səninlə yenə
[Bənd 2]
Ürəyimdəki arzular
Közərərdi hər gün tək-tək
Belə tez ötüb keçməzdi
Gözəl illər, aylar, gərək
Ata qayğısı, ana laylası
Bürünəydi qəlbimə
Yadıma düşür həmən doğma ev
Hər baxanda təqvimə
Ata qayğısı, ana laylası
Bürünəydi qəlbimə
Yadıma düşür həmən doğma ev
Hər baxanda təqvimə
[Keçid]
Bu yollar məni aparaydı kaş
Uşaqlıq çağlarıma
Saf gülüşlərim qonaydı yenə
Körpə dodaqlarıma
Bu yollar məni aparaydı kaş
Uşaqlıq çağlarıma
Saf gülüşlərim qonaydı yenə
Körpə dodaqlarıma
[Nəqərat]
Haradasan, ey uşaqlığım?
Nə olar, qayıt mənə
Sarılım sənə, toxunum sənə
Böyüyüm səninlə yenə
Haradasan, ey uşaqlığım?
Nə olar, qayıt mənə
Toxunum sənə, sarılım sənə
Böyüyüm səninlə yenə
Sarılım sənə, toxunum sənə
Böyüyüm səninlə yenə...
Eyyub Yaqubov tərəfindən ifa olunan "Xatirələr" parçasının rəsmi videosu. Bu videonun bütün hüquqları “mikpro” MMC tərəfindən qorunur. © 2024
Etiketlər:
#EyyubYaqubov #Xatirələr #mikpro
29 фев 2024