Əziz dostum məndən küsüb, incidi, Ayrılıb yad kimi çıxdı evimdən. Gəldiyi yolları ot basıb indi O gedib qalmışam həsrətində mən. Necə nəğmə qoşum, necə dillənim Dost gedib özümə gələ bilmirəm. Elə bil əllərim yox olub mənim, Gözümün yaşını silə bilmirəm. Çaldığım o sazı gətirin mənə, Görün ki, çalmaqda necə mahirəm. Əlim dəyən kimi bircə telinə Simlər haray çəkib qırılır o dəm. Necə nəğmə qoşum necə dillənim, Dost gedib özümə gələ bilmirəm. Elə bil əllərim yox olub mənim, Gözümün yaşını silə bilmirəm... Tofiq Bayram
Salam mence sozlerin sehv duz olmasina diqqet olsa musiqi ile mesqul olmaq isteyen gelecek nesil ucun de yaxsi olar ele baxanda iki sehvi men tapdim orda bir setirde yazilib ki , o geden yollari od basib indi evvela od yox ot cunki od basqa menadi ot basqa yolu ot basa biler ikincide ele bil ellerim yox olub evezine yoh olub yazilib duzgun olsa ela olar ya da bele qenaqete geldim ki bu karaokebi turkler hazirlayib