Тёмный

Fındıqçı: "Zaqataladakı ən iri zavod Mehriban Əliyevanındır" 

Meydan TV
Подписаться 618 тыс.
Просмотров 26 тыс.
50% 1

Azərbaycana fındıq tədarükünün böyük hissəsi Zaqataladan gəlir. Hər il mövsüm yetişəndə təsərrüfatçılar işə başlayır.
“Əziyyəti çoxdur, amma qiyməti yoxdur. 3 manata fındıq kilosu…”
Yığımda təsərrüfatçılara fəhlə qrupları da kömək edir. Səhərin 6-da işə başlayan fəhlələrə bir fındığı belə gözdən qoymaq olmaz.
“Buraya 6 nəfər gəlmişik. Başqa yerə 15 nəfər göndərmişik, digər yerə 8 nəfər. Gecədən bizə zəng edib deyirlər ki, bu qədər adam gətirin” - işçi Nərminə İbrahimova danışır.
Onlar ağaclardan yerə səpdikləri məhsulu xəzan vaxtı yarpaqların arasından əllə seçirlər.
“Həvəs ola, gələsən bağa baxasan, sulayasan ki, yığıb-yığışdırandan sonra əldə pul qalacaq. Fındığın qiyməti olmayanda adam dönüb baxmaq da istəmir. Şəxsən mən bu il birinci dəfədir bağa gəlirəm. Yay fındığı yığılanda qiymət 1 manat 70 qəpik idi. O adama məhsulu indiyə qədər saxlamaq da sərf eləmir, ona görə satır, gedir. Həmin vaxt artıq bilirik ki, fındığın qiyməti sentyabrın axırına qədər aşağı olacaq” - fermer Tahir Hüseynov bildirir.
Bu il Zaqatalada zavodlar fındığın 1 kiloqramını ortalama 2 manat 80 qəpikdən alır. Ötən il isə bu qiymət 4 manat olub. 30 ildir fındıq təsərrüfatı ilə məşğul olan Fatma Abdullayeva deyir ki, fındıq bağlarının suvarılması, gübrələnməsi fermərin çiynindədir. Dövlətdən hansısa bir dəstək yoxdur.
“İstəyərdik ki, fındığın qiyməti bizim əziyyətimizin öhdəsindən gəlsin. Mən özüm evdar qadınam. Marketlərdən alış-veriş edəndə görürük ki, pulumuzda bərəkət qalmayıb. Lazımi səviyyədə alış-veriş edə bilmirik və kənarda heç bir şey yığa bilmirik ki, pulumuzu başqa bir şeyə də istifadə edə bilək. Çox bahalıqdır. Bu bahalığın qarşısında fındığın qiymətinin belə aşağı olması heç əl vermir” - fermer Fatma Abdullazadə deyir.
Fermerlər düşünür ki, qiymətin aşağı enməsinə rayonda fəaliyyətə başlayan iri fındıq zavodu da təsir göstərə bilər. Bu il Zaqatalada fəaliyyətə başlayan yeni zavod “Agrorca” MMC-nin törəmə şirkəti olan “Aqrovest” MMC-yə məxsusdur. Yerli mediada bu dünyanın ikinci ən böyük fındıq zavodu kimi təqdim olunur. Bəs 20 min ton fındıq emalını hədəfləyən zavod kimə məxsusdur?
“Agrorca” MMC şirkəti Paşa Holdinqlə eyni ünvanda - məşhur Neftçilər prospekti 153-də qeydiyyatdan keçib. Prezident İlham Əliyevin qızları Leyla və Arzu Əliyeva Paşa Holdinqdə ən böyük paya sahibdirlər.
Rayondakı digər bir zavod - Zaqatala fındıq emalı zavodunun sözçüsü isə deyir ki, bu il dünyada fındığa tələbat azdır. O, qiymətlərin aşağı olmasını buna bağlayır.
İlboyu işləyib fındıq sezonu yetişəndə zəhmətlərinin bəhrəsini görmək istəyən təsərrüfatçılar builki maddi qazancdan ümidli deyillər. Buna rəğmən, fındıq iməciliyi zamanı bir arada xoş vaxt keçirmək onlara qalan mənəvi qazancdır.
“Biz 35 ildir ki, ailə qurmuşuq. Bu 35 ildə bir müəllimə kimi mənim yadıma gəlmir ki, fındıqdan aldığımız pulla gedib istirahət edə bilək. Hər il avqustun 1-i məzuniyyətə çıxıram. Məzuniyyətimi özüm bu vaxta salıram ki, bununla ailəmin problemlərini həll edə bilim. Mənim istirahətim burada keçir” - fermer Fatma Abdullazadə deyir.
Axşam saat 5-dir. Günlük fındıq yığımı yekunlaşıb. Fəhlələr zəhmət haqlarını almağa, təsərrüfatçılar da toplanan fındığı zavodlara satmağa tələsirlər. Çünkü məhsulun əllərində qalan hər gün daha da dəyəri itə bilər.
Kanala abunə ol - goo.gl/TcM9Fm
Bizə maddi dəstək ol cutt.ly/destek
WebSite: www.meydan.tv
Facebook: MeydanTe...
Twitter: / meydantv
Google+ plus.google.co...
İnstagram: / meydantv
__________________________________________________________________
Xəbərdən çox xəbər var. Çəkin göndərin yayımlayaq - Whatsapp : +4915777662277

Опубликовано:

 

28 сен 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 93   
@NURLAN9991
@NURLAN9991 Год назад
Hamisinin uzunden nur yagir. Zaqatala camaati choox yaxshi camaatdi Allah bereket versin
@eaglenest6701
@eaglenest6701 2 года назад
Keçən il 1 ,5 ton fındıgım oldu , 4 manatdan satmışam , həvəsə gəlib baga qulluq eledim bu il 2,7 ton oldu , amma nolsun 2 manata da götürmüllür heç .Manapolya yıxır camaatın evini
@magababayev5579
@magababayev5579 Год назад
Qardaw bir agac nece kq mehsul verir?
@eaglenest6701
@eaglenest6701 Год назад
@@magababayev5579 baxır agaca , deqik deye bipmerem çünki hamı agacın sayına baxıb fındıq mehauluna çeki verir , herede bir cürdü ortam statistika yoxdu .
@Edit_Queennn1
@Edit_Queennn1 3 месяца назад
​@@magababayev5579 90 ci illerde bir aqac 30 kq mehsul verirdi,indi ise her aqac üc,maksimum sekkiz kilo bar verir
@pryvaa_1890
@pryvaa_1890 Год назад
Doğrudan biyarbıçılıqdı, fındığın qiymətinin belə olması. Bu qədər gözəl məhsulun dəyəri budurmu? Bu sektor çox önəmli sektordu. Lakin bəzi insanlar ancaq öz xeyrini güdür. Ayıb olsun...
@Orkhan_Timur
@Orkhan_Timur 2 года назад
İnsanlar zəhmətinin bəhrəsini görməyincə, gördüyü işlərdən haqlı olaraq soyuyur təəssüf...
@afaqqasimova021
@afaqqasimova021 2 года назад
Tek findiq deyil ki , orqan biznesi , qadin biznesi , pomidor biznesi hamisi mehribanindi
@Edmeri-uk4jk
@Edmeri-uk4jk 2 года назад
Can can millet. Maaş da üz güldürmür. Allah belasını versin guldur hakimiyyetin. Adı milletin, dadı oğruların.
@adminilham344
@adminilham344 Год назад
Meydan tv Kanali Halal olsun size Siz Bele Seyleri Cekip Paylasirsuz
@sntyolu.artroad8894
@sntyolu.artroad8894 2 года назад
Hələ indi bilirsiz?(az petpol findiq zavodu) tikilib 15 ildən coxdu.
@huseynh.5073
@huseynh.5073 Год назад
Bircə bura girişməmişdilər, bura da əl qoydular. Monopoliya bütün sahələri məhv edir.
@66-BL-949
@66-BL-949 Год назад
Elə bil ac qalıblar , camaatın dolanacagi hardandisa tələsik qarşısını alırlar . O zavod acilinca fındıq 4_5 manat idi, indi 3 manata satan sevinir.
@rovshannasirov5139
@rovshannasirov5139 2 года назад
Findiq oldu artiq kq qiymetin saldilar 1.70 azn
@Anonymous-010
@Anonymous-010 Год назад
Azərbaycan vətəndaşı layiq olduğu hakim zümrə tərəfindən idarə olunur! Layiq olduğu həyat yaşayır!
@vuqarisrafilov2952
@vuqarisrafilov2952 2 года назад
ZAVODU ACANIN ACDRANIN DA HEC KİM ÖZ POZNU YEMİR
@vuqarisrafilov2952
@vuqarisrafilov2952 2 года назад
NOLSUN FNDIQ PULA GETMİR HAMI FINDIQ BAĞLARNI MƏHV EDİLƏR KƏSİRLƏR
@mhmmdmmmdov4352
@mhmmdmmmdov4352 Год назад
Məhv eliyəndə nə olurdki?
@ricad6503
@ricad6503 Год назад
cox ucuzdu bele getse camaat baglari legv edib bugda yonca ekecey basqa bir sey ekecey.Turkiyede uje coxu findiq baglarini legv edib
@resadqeniyev6653
@resadqeniyev6653 7 месяцев назад
Hami kəsir agaclari. Xacmazda demey olarki heckim əkməy istəmir. Hektara 3000 pul almisdiq 2000 xərcinə fəhləyə suya budama peyin dərman arx atma ot bicme ..... Demey olarki pul qalmir.
@ЗАГАТАЛА06262
@ЗАГАТАЛА06262 Год назад
Olarin zati uzulsun lazimdi bize yixdilar bizi
@GultekinAbbasova-k7y
@GultekinAbbasova-k7y Год назад
Zehmətkeş millətim halaldl size yorulmuyaslz
@Edmeri-uk4jk
@Edmeri-uk4jk 2 года назад
Allah bu aileye yox yerden derd getirsin. İşğslçı görmemişler
@fatmaalieva7512
@fatmaalieva7512 Год назад
Allah.doyursun.
@qalibsoltanov8695
@qalibsoltanov8695 Год назад
Findiq zavod tikilen kimi findigin qiymetini saldilar pasayev zavodu
@mehemmedmemmedov5347
@mehemmedmemmedov5347 Год назад
Men kesdim pula getmir
@ТахаМосковский-л7в
Аллах огры гулдыр диктатор президент айлесина о ганы ермени ганынан олан мехрибана ве ариф пашаевлар кланына 1000 нехлет еласин гунда.О шарафсиз айле о паша холдинг о Азербайджан 🇦🇿 Халгын меф едиб артыг милети ачынан гырыр.Анчаг о ач гоз айлени 🐕 говмаг лазымды олкедан о диктатор Назарбаев кими
@ФахрияАхмедова-й3р
YAZIQ KƏNDĆLƏR ÖLƏ , ÖLƏ YIGIRLAR .AXIRDA HEÇ NƏ .
@turalmemmedov9239
@turalmemmedov9239 Год назад
Фындыг ела бил.маhсулдар.агац.дейил.меhрибанын.заводу.козуна.кирсин халгын ишыг калан тарафина папаг атырлар нефтин калири бəс.етмадими.индида.халгын.зулум чакиб бецəрдийи.мəhсула.тамаh.салырсыз.шарафсизлар
@g5lg8a54
@g5lg8a54 Год назад
Hm
@vuqarvaliyev3290
@vuqarvaliyev3290 9 дней назад
Yorulmuyaslz
@shahnazaliyeva6562
@shahnazaliyeva6562 4 месяца назад
Findig yigan sezonda bel agrisi ayag agrisindan gece yatamirsan.gerek bunun giymeti 10m olsun .negeder eziyyeti var
@cebraylcebraylov3324
@cebraylcebraylov3324 2 года назад
Bes taxıl sahelelerini fındıq salanda taxılın qiymeti bu qeder qalxanda otun qiymeti qalxanda bilmrdiniz hamı taxıl ot sahelere fındıq əkirdiniz niye
@skay9071
@skay9071 2 года назад
Fındığ dağda olur taxıl isə aranda...zaqatala hara taxıl hara ..sehv salırsan neise
@cebraylcebraylov3324
@cebraylcebraylov3324 2 года назад
Qağa sef salırsan dağda palıd ağagı ağgaqayın ağacı olur ekilen fındıq saheleri Qebele Oğuz Şeki Qax Zaqatala Balaken fındıq sahelerini gəz gör dağlıq yerdedi meger sizde taxıl eçilmirdi
@siyavussiyavus3050
@siyavussiyavus3050 Год назад
@@cebraylcebraylov3324 Şəkinin harasındansan?
@PervizMustafayev-j8d
@PervizMustafayev-j8d 10 месяцев назад
Eziyyeti coxdur findigin
@azerbaycan.azerbaycan2795
@azerbaycan.azerbaycan2795 Год назад
Bu il ucuz oldu 10 ildi 4manata 5 manata satirsiz
@fanidunya748
@fanidunya748 Год назад
Siz deyəsən əzyət nədir görməmisiz fındıq çubuğu gözümədə batdı zülüm çəkirəm xərcidə əvəz eləməz insafla danışın heç olmasa
@rstunmmmdov8303
@rstunmmmdov8303 2 года назад
Qoy ucuz olsun hami alib yeyə biısin
@eaglenest6701
@eaglenest6701 2 года назад
Uzagı 1 kilo yeyessen , adam Var 6 ton veren flndıx bagı , 3-4 min manat xerc cekir qulluq edip o nece pulunu çıxartmalıdı ? Kilisunu 2 manatdan alıb xaricde 10-12 manata sarlrlar .
@rstunmmmdov8303
@rstunmmmdov8303 2 года назад
@@eaglenest6701 onda50mata satin hec kim ala bilməsin
@theemilnovruz8127
@theemilnovruz8127 2 года назад
Güya Fermerler Baha satırki? Bizlər 1kg fındığı 2AZN’dən satmışıq ama bunu alan Zavodlar qişta vətəndaşa allah bilir neçədən satacaqlar
@elisemedov4900
@elisemedov4900 Год назад
Axı hər şeyin qiyməti qalxıb yəni fındığında qiyməti digər məhsullarla paralel olmalıdı
@siyavussiyavus3050
@siyavussiyavus3050 Год назад
@@rstunmmmdov8303 A kişi elə söz deyənsən? İşığın, qazın çörəyin, yağın qiymətinin aşağı olmasını istə. Yoxsa gəlmisən fındığın qiymətindən danışırsan.
@sevdahuseynova5507
@sevdahuseynova5507 2 года назад
hardasa nəsə olan kimi camaat başlayır prezidentlə hansısa nazirlə əlaqələndirməyə. araşdırılsa görülər ki heç əlaqəsi yoxdur bu insanlarla sadəcə camaat məsələləri böyütməyi sevir. fındığı aşağı qiymətə alırlarsa satmasınlar burda nə var ki başqa alıcı tapsınlar məhsul üçün. hər halda ümumi iqymət müəyyənləşir hər yerdən bu qiymətə alınırsa bu insanlardan da bu qiymətə alınır kim baha alar ki ucuz varkən
@sahinseferov5945
@sahinseferov5945 2 года назад
Hə, get indi qepik quruşuvu al dombal. Sabunsuz götə girən xalaşka.
@АсланГасиев-д4с
Фундук,это проклятие для жителей этого региона. Все пастбище и индивидуальные сады фундука местных жителей приобретено властными структурами. А для содержание скотины не имеется. Они монопольно держать низкие закупочные цены,сами продают по высокой цене.
@nsjsksksljskslslaka9214
@nsjsksksljskslslaka9214 2 года назад
Fındıx yeyib qarnımız doymur azı biz yemirik yaşamax üçün satırıx 1.70 qəpiyə
@xqanisirmmmdov5966
@xqanisirmmmdov5966 Год назад
Allah sənə ömür versin, ay dayı. Zəhmətkeş insanlar, gözəl insanlar.
@elmiraismayilova1485
@elmiraismayilova1485 Год назад
İnsanlar birneçə il zəhmətinin bəhrəsini gördü.4 -4-30 satdı. mehiban əliyeva bağ saldıqdan işi ələ aldıqdan sonra qiymət aşağı düşdü.qoymurlar bu millət bir ağ günə çıxsın.
@turalmemmedov8296
@turalmemmedov8296 Год назад
Allah subhanəhu və təalə, bərəkət versin. Əmin 🤲
@aidenpearce2583
@aidenpearce2583 2 года назад
Gehbe ayile gelib zaqatalayada catdi
@elvinaliyev180
@elvinaliyev180 2 года назад
Bu mehriban biznesmendi nedi olkeni manopolya edibler
@firuddinibrahimov7346
@firuddinibrahimov7346 Год назад
QOZ ZAVODU ŞABALID ZAVODU DA AÇSALARDA GÖZLƏRİ DOYMAZ NEFTDƏN QAZDAN DOYMAYAN KİSƏÇİLƏR FINDIXDAN DOYARRRRR.
@kamilceferov826
@kamilceferov826 2 года назад
Saxlasinlar qişa bəlkə qiyməti qalxa
@Gulmcadml.299
@Gulmcadml.299 7 месяцев назад
Biz Sumqayitda findigi 7man aliriq.bes biz neyleyek
@Адвокат-х2и
@Адвокат-х2и 4 месяца назад
Зейнеб ханларова депутат😂 дейир закатала балакен жамата пенсии вермейин фындыг вар😂
@TEXNOAZERBAYCAN
@TEXNOAZERBAYCAN Год назад
Findiğ edilmeli ağac deyil eksende 5 ağac bele özünun yeməyi üçün qazanclı bir meyvə deyil fəhlə bağban çox qazanir
@yusuferdal4627
@yusuferdal4627 2 года назад
Türkiyede fındık alım fiyatı 53 tl Türkiyeye gönderin
@NURLAN9991
@NURLAN9991 Год назад
Polsha da Italiya da alir daha yuksek fiyata
@Албаномар
@Албаномар 11 месяцев назад
😂😂😂
@zaminsguseinovs2832
@zaminsguseinovs2832 2 месяца назад
Kim icaze verer ki Ihracata bura Azerbaycandir
@umidliyev7471
@umidliyev7471 Месяц назад
ALLAH İŞLƏRİNİ AVAND ELƏSİN ZAVOD AÇIBLARDA CAMMAT PUL QAZANIR PİSDİY ELƏMİRLƏRKİ
@elgunvahabov2808
@elgunvahabov2808 Год назад
Fubuğun qiyməti dövlət tərəfindən tənzimlənməlidir.
@etibarsahveledov
@etibarsahveledov Месяц назад
ÇİXARİB ATIN ONU
@Албаномар
@Албаномар 11 месяцев назад
Миллетин хейинде 10 тонларнан хурма батыр 😢 Мехрибан шекер завод тикин хеч олмаса хурманы версинлер завода
@azeribrahimov4906
@azeribrahimov4906 2 года назад
Findiqi ele vezyete qoyduzki
@user-ie9xe2nk9d
@user-ie9xe2nk9d 2 года назад
Kimse bir kq fındıx yesin deye biz il boyu ac qalax,gelirimiz ancax odu,başqa iş yeri yoxdu
@elihuseynov6016
@elihuseynov6016 Год назад
İndi fındığın qiyməti 5manatdan aşağı deyil. Əkinçi cəfasın çəkir, alıb satan amma səfasın...
@imranqurbanliyev4267
@imranqurbanliyev4267 Год назад
0:24 əsas cümlə
@СарханГаджиагалы
Mehribanin zavadu 😂😂😂😂arvad yandirdi ozunu
@SYAhero1117
@SYAhero1117 8 месяцев назад
Açılan zavodda Qaxdan və Zaqataladan işçilər işləyir. Evinə ruzi aparır. Agrarco zavodu kasıbın pulunu yemir kasıblarada, əkənlərədə gələcəyinə kömək edir və edəcək. Agrarco bağ sahələrində çox sayda işçi işləyir evinə ruzi aparır. Bunlarıda deyində
@isfndiyarmlikov5651
@isfndiyarmlikov5651 2 года назад
Men duwunmurem ki findigin qiymetinin awagi duwmesinde zavodun nese bir tesiri olsun. Bu xan mallarinin qiymetinin enib qalxmasi normal bir weydir. Adi goturek xiyari bir gun qiymeti 15 qepik olur geceyenen qalxib 50 qepik oldugu vaxtlarda olub
@kamaleabbaszade5945
@kamaleabbaszade5945 2 года назад
Başa düşmürəm ki, zavodun kimə məxsus olmasının nə dəxli var?? Məhsul dəyərlidirsə, iridirsə, içi doludursa, onda qiyməti də baha olur. Xırda fındığa necə baha qiymət versinlər?? Bunların yığdığına baxıram hamısı bap balacadır. Hələ 3 manat verirlər sağol desinlər. İri fındıq olsa baha qiymətə alarlar.
@kingfromanother99
@kingfromanother99 Год назад
Kimə aid olduğununun çox dəxli var bilmirsiz danışmayın boş boş fındıq nədi bilmirsiz hələ yorum yazırsız
@alifaracov5736
@alifaracov5736 2 года назад
utanmırsız insanların əsassız xəbərlər ilə aldadırsız bunun kimi yalanlar ilə əlinizə nə keçir heçnə anlıya bilmirəm məncə ilk öncə bir məlumatı tam şəkildə araşdırın sonra paylaşın
@eyvazusub
@eyvazusub 2 года назад
Əsassız xəbər nədir ki? Heç olmaya sən də o insanların çəkdiyi əziyyətdən utan. Keflərindən şikayətlənirlər sanki
@sviyylivideolar5280
@sviyylivideolar5280 2 года назад
@@eyvazusub Bunlara cavab vermeyin. Mehribanın Trollarıdı
@fatmaalieva7512
@fatmaalieva7512 Год назад
Caggal.esasiz.xeber.nedi
Далее
Ənənə Boğçası -  Zaqatala (Saxurlar) 19.12.2020
38:46
Se las dejo ahí.
00:10
Просмотров 661 тыс.
1 şəhər və 24 saat - Zaqatala - 12.07.2020
23:16
Просмотров 91 тыс.
Kəndimiz-Kolanı
38:42
Просмотров 21 тыс.
Se las dejo ahí.
00:10
Просмотров 661 тыс.