“Femida Könüllüləri” Təşkilatı tərəfindən Femida TV online platforma təsis edilib.
Femida TV-nin məqsədi hüquqi maarifləndirmə işinin aparılması, gənc hüquqşünasların, o cümlədən digər gənclərin hüquq sahəsində çalışan mütəxəssislərlə kommunikasiyasının möhkəmləndirilməsi, onların bu sahədə peşəkar fəaliyyətə marağının daha da artırılmasıdır.
Bu çərçivədə Femida TV tərəfindən hakim, vəkil və digər sahədə fəaliyyət göstərən hüquqşünasların iştirakı ilə podkast və digər xarakterli müxtəlif videoçarxların yayımlanması nəzərdə tutulur.
Layihənin ilk qonağı Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının hakimi, Hakimlər İttifaqının İdarə Heyətinin üzvü olan Abiddin Hüseynovdur.
Xoş izləmələr!
15 сен 2024