Bəstə: Tağı Salehoğlu
İfaçı: Fərid Əhmədzadə
Cover: Fərid Zirvə
Aranjıman: Fərid Əhmədzadə
Pr Manager: Vüqarlı Media
Ağlama (Sözləri)
Göz yaşının axıb gedən giləsi,
Ürəyimdən qopub gedir, ağlama. (x2)
Divanə olaram qəmin əlindən,
Qəlbimi alovlar didir, ağlama. (X2)(x2)
Ağlama, yaşım sel oldu,
Ürəyim yandı, kül oldu,
Həsrətin yaşı il oldu,
Ağlama, gülüm, ağlama. (x2)
Qaşlarını hər çatılmış görəndə,
Həyat eşqi yoxa çıxır sinəmdə. (x2)
Kipriklərin nəmli-nəmli enəndə,
Halımı pərişan edir, ağlama. (X2) (x2)
Ağlama, bitər bu həsrət,
Vüsal olar bizə qismət,
Unudulmaz ilk məhəbbət,
Ağlama, gülüm, ağlama. (x2)
Bəzən umu-küsdü oldu arada,
Zaman keçər, sağalar bu yara da. (x2)
Tərlan könlüm birdən düşsə tora da,
Eşqimizi hicran güdür, ağlama. (X2) (x2)
Ağlama, yaxın gəl barı,
Ömrüm-günüm olub yarı,
Unutma əhdi, ilqarı,
Ağlama, gülüm, ağlama. (x3) (X2)
#feridehmedzade #ağlama #newsong
Bütün müəllif hüquqları "Vüqarlı Media" tərəfindən qorunur! Audio və video-vizual materialların nüsxələnməsinə icazə verilmir office@vuqarlimedia.com / vuqarlimedia.com
© 2020 [Vüqarlı Media]
Official All copyrights reserved by Vüqarlı Media Azerbaijan
5 июн 2023