Тёмный

Filter Suyu Faydalıdır? Ən Sağlam Su Hansıdır? 

Bir Bax
Подписаться 640 тыс.
Просмотров 14 тыс.
50% 1

#BirBax #su #filter
Salam dəyərli izləyicilərim. Fikir verirsinizsə, son dönəmlərdə su filterləri dəbə düşüb. Hamı istəyir ki, filtrlənmiş su içsin. Görəsən düzmü edirik? Krant suyu, filter suyu, bulaq suyu-bunların hər biri fərqlidir və hər birinin içilməsinin üstünlükləri və mənfilikləri də var. Bu gün sizə bu suaların fərqindən danışacam. Videomuza sona kimi baxanlar hansı suyun faydalı olduğunu biləcəklər. diqqət ekrana.
Krant suyu da evimizə gəlib çatanadək bəzi filtrasiya prosedurlarına məruz qalır, xlorlanır. Beləcə, bizə gəlib çatan krant suyunda, uzağı, bağırsaq çöplərinə rast gəlinir. Təbii ki, bağırsaq çöpü olan suyu içmək düzgün deyil. Lakin suyun mütəmadi olaraq xlorlanmasına etiraz edərkən bu çöplər haqqında düşünməliyik. Xlor məhz onları məhv etmək məqsədilə istifadə edilir.
Bəs, suya vurulan xlor orqanizmə faydalıdır, yoxsa zərərli? Əvvəlcə, bildirməliyəm ki, xlorlu suyun orqanizmə ziyan vurduğu haqqında heç bir məlumat yoxdur. Lakin yüksək miqdardakı xlorun orqanizmi zəhərlədiyini hamı bilir. Hətta xlor qəbulu ilə əlaqədar yaranan bəzi xəstəliklər haqqında da məlumat tapmaq mümkündür.
Burdan çıxan nəticə belədir: krant suyunu içə bilərsiniz, ondakı cüzi miqdardakı xlor orqanizmə ziyan vurmaz. Lakin bir şeyi də unutmayın: binamızın su sistemindəki borular paslı ola bilər. Bunu bilmək üçün sistemə gələn suyu 1 sutka ərzində bağlı saxlayın. Sonra açın. Əgər krantdan paslı su gəlirsə, demək, borular paslıdır. Yəni xlor sayəsində bağırsaq çöplərindən xilas olduq, amma indi də pas içirik. Neyləməliyik? Təcili şəkildə boruları dəyişdirmək barədə düşünməliyik.
Çarəni filterdə axtaran da var. Belə ki, ümumi sistemdə yenilənmə işi aparmaqdansa, bir su filteri alır, suyun evə girən yerinə quraşdırır, vəssalam! Təbii filterləmə prosesinə üz tutanlar da var. Başqa ölkələrdə kömürdən, kokos qabığından istifadə edirlər, bizdə isə əksər evlərdə palstik qaba qoyulmuş pambıq filterlər dəbdədir. Bu filtrləmə mexanizmləri nəticəsində bizə gəlib çatan su sağlam su deyil. Bəli, təəccüblənməkdə haqlısınız, amma belədir. Çünki suyun tərkibindəki minerallar da zərərli maddələrə qarışaraq filterin içində qalır; gəlib orqanizmə çatmır. Halbuki babalarımız orqanizmin ehtiyac duyduğu mineralların əksəriyyətini su vasitəsilə qəbul edirdilər. Biz isə məcburən maqneziumu, kalsiumu, sinki, flüoru qida əlavəsi kimi qəbul edirik; suyumuz filterdən keçib axı.
Ən faydalı su bulaq suyudur. Çünki onun tərkibi minerallarla zəngindir. Torpağa, qayaya təmas edə-edə gəlib bizə çatan su orqanizmin əksər mineral ehtiyacını ödəyir. Bəs, şəhərin mərkəzində yaşayan insanlar bulaq suyunu necə əldə etsinlər? Bunun da çarəsi var. Evə gələn suya filter taxın, amma filterdən keçmiş suya mineral su əlavə edin. Beləcə, tərkibi zəngin su əldə edəcəksiniz. Ən azından, maqneziumun, kaliumun bir qismini təbii yolla-su ilə qəbul edin.
İndi mənə sual verəcəksiniz ki, niyə mineral suyu adi suya qataq? Onu hər gün alıb içə bilmərikmi? Bəli, hər gün mədən suyu içən insanlar da var. Bu zaman orqanizmdə mineral artıqlığı yaranır. Yəni balanslı şəkildə qəbul edilməlidir. Mineral və adi su qəbulunu növbələşdirməlisiniz.
Bulaq suyu filterə ehtiyac duymur; onun təbii filteri var-torpaq. Marketdə satılan bulaq suları ilə bulağın gözündən içilən su arasında fərqi hiss etdiyiniz olub? Səbəb odur ki, həmin bulaq suyu süfrələrimizə gələnədək müəyyən prosedurlara məruz qalır. Yəni bulaq suyunda hansısa mikrob ola bilər, amma təmizlənməyə məruz qalmış bulaq suyunda bunlar olmaz.
Bir də, suyu hansı qabda almaq məsələsi var. Plastik qabdakı suyun içində mikroplastik olması ehtimalı böyükdür. Şüşə qablardakı suları almağa üstünlük versəniz, yaxşı olar. Əgər plastik qabdakı suyu almısınızsa, çalışın, onu günəş işıqlarından uzaq tutasınız. Günəş işığına məruz qalan plastik qabdakı suya yüksək miqdarda mikroplastik qarışır. Hərdən istehsalçılar insaflı çıxır, şüşələrin üstündə yazırlar: “sərin və qaranlıq yerdə saxlayın.” Bu xəbərdarlığa əməl etmək isə sizə qalıb.
Mikroplastiklər xərçəng növlərinin əmələ gəlməsini sürətləndirir, ürək-damar sistemində tıxanıqlıq yaradır, diabeti ağırlaşdırır. Estrogen səviyyəsini yüksəltməsi ilə bağlı araşdırmalar isə son illərdə aparılıb. Və nəticə heç də ürəkaçan olmayıb…
Qısaca desəm, şüşə qabda marketdən alınmış bulaq suyu krant suyundan da, filterdən keçmiş sudan da, hətta bulağın gözündən içilən sudan da daha faydalıdır.
İnsan orqanizminin pH-ı 7,4-dür. İçdiyimiz suyun pH-ı 6,7 ilə 7,0 arasındadır. Gün ərzində 2-2,5 litr su içməliyik ki, orqanizmimizin pH dəyəri çox dəyişməsin. Amma suyun miqdarını azaltdığımızda, yaxud “maye” təsəllisiylə şirələr, ayran, digər içkilər içdiyimizdə orqanizmimiz qocalmağa tələsir. Gənc qalın, faydalı su için, ən əsası, sağlam olun!

Наука

Опубликовано:

 

9 окт 2023

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 56   
@melahetsariyeva9450
@melahetsariyeva9450 2 месяца назад
Faydalıdır daş suyu.içinə yod əlavə elən 1litrə 2 ya 3 damcı iodo alın .texniki yod yox.minerallaşdırmaq üçün bir stəkan suya bir çimdik naxçıvan duzu atın.təmiz alma sirkəsi 1 stəkan suya 1 x qaşığı qatıb içməkdə çox faudalıdır profilaktik olaraq
@asifesgerov3284
@asifesgerov3284 9 месяцев назад
Gözəl məsləhətdi Gözəl izah etdiyiniz ūcūn coxlu coxlu sag olun
@birbaxkanal
@birbaxkanal 9 месяцев назад
Siz sağ olun
@AnarCavadov-nn2cq
@AnarCavadov-nn2cq 3 месяца назад
Kranan gələn suyu yoxlasanız görərsiz ki o suyu heyvana verməy təhlükəlidir (ppm 280-290)
@jibjibam
@jibjibam Месяц назад
Əhmıdlidə ppm 400+
@zahraseven701
@zahraseven701 9 месяцев назад
Faydalı məlumatlara görə təşəkkür edirəm.
@birbaxkanal
@birbaxkanal 9 месяцев назад
Mən təşəkkür edirəm gözəl sözlər yazan hər kəsə
@abdurahmanrustamli5821
@abdurahmanrustamli5821 9 месяцев назад
tesekkurler ❤
@birbaxkanal
@birbaxkanal 9 месяцев назад
Biz təşəkkür edirij
@saidebayramova2629
@saidebayramova2629 9 месяцев назад
Tesekkurler👍👍👍💖💖💖
@birbaxkanal
@birbaxkanal 9 месяцев назад
BİZ TƏŞƏKKÜR EDİRİK
@Ezize-yy1fu
@Ezize-yy1fu 9 месяцев назад
Faydalı videodır çox sağolun
@birbaxkanal
@birbaxkanal 9 месяцев назад
SİZ SAĞ OLUN
@selimmusayev9437
@selimmusayev9437 9 месяцев назад
Sağ olun ki zəhmət çəkib bizləri marifləndirirsiz təşəkkür edirəm
@birbaxkanal
@birbaxkanal 9 месяцев назад
BİZ TƏŞƏKKÜR EDİRİK
@user-yi4kp7dz7o
@user-yi4kp7dz7o 19 дней назад
Salam pambiqla suzulen sudan melumat vererdiz🤲
@f.xanoglu.9999
@f.xanoglu.9999 9 месяцев назад
Təşəkkürlər. Allah razı olsun
@birbaxkanal
@birbaxkanal 9 месяцев назад
Sizdən də
@user-cn7og4ci9h
@user-cn7og4ci9h 9 месяцев назад
Çox sağollll 🤩💕💕💞💞😊😍🤗🤩🙂☺
@birbaxkanal
@birbaxkanal 9 месяцев назад
SİZ SAĞ OLUN
@VusalMeherremov-ci1rj
@VusalMeherremov-ci1rj Месяц назад
Sirab ən sevdiyim sudur
@yusifsadiqov2971
@yusifsadiqov2971 3 месяца назад
Salam pamgigdan suzulme su haqqinda melumat verərdiz zehmet olmasa
@elsevereliyev2303
@elsevereliyev2303 8 месяцев назад
@birbaxkanal
@birbaxkanal 8 месяцев назад
Təşəkkür edirik. Bizi haradan izləyirsiniz?
@user-vd4ll2yn9q
@user-vd4ll2yn9q 9 месяцев назад
Xahiş edirəm deyəsiniz kecmişdəki qara su daşından süzülmüş su faydalıdı ya yox cavab gözləyirəm zəhmət olmasa.
@clilovarubab4780
@clilovarubab4780 9 месяцев назад
COX ÇOX SAG OLUN. SİZDƏN COX SEY ÖYRƏNİRİK. HORMƏTLİ XANİM BİZ SƏHƏRDƏ YASAYİRİQ. AMA İÇMƏLİ SUYU YAXIN KƏNDDƏN GƏTİRİRİK YƏNİ YERDƏN ÇIXAN SUDAN. BİLMİRİK BU YAXŞI SUDUR YA YOX?
@birbaxkanal
@birbaxkanal 9 месяцев назад
Kiçik aparat var satışda. Əsasən filtr firmalarının özlərində də olur. Suyun keyfiyyətin yoxlayır. həmin aparatdan alıb yoxlaya bilərsiniz.
@KenanMemisov-oh6fk
@KenanMemisov-oh6fk 9 месяцев назад
Zəhmət olmasa deyin butulka pambıqdan süzülmüş su necə ziyanlıdı yoxsa xeyirli
@user-cn7og4ci9h
@user-cn7og4ci9h 9 месяцев назад
💕💕💕💕
@birbaxkanal
@birbaxkanal 9 месяцев назад
TƏŞƏKKÜR EDİRİK
@user-cn7og4ci9h
@user-cn7og4ci9h 9 месяцев назад
@@birbaxkanal 😘
@selcikavsarelli6727
@selcikavsarelli6727 5 месяцев назад
Video üçün çox sağolun. Suyun keyfiyetin nece yoxlaya bilerik ?
@birbaxkanal
@birbaxkanal 5 месяцев назад
Siz sağ olun
@Samin_M
@Samin_M 5 месяцев назад
🌴💧🌴GÖZƏL TÖVSİYƏLƏRİNİZƏ GÖRƏ TƏŞƏKKÜR EDİRİK. MİNERAL SU DEDİKDƏ QAZLI SU NƏZƏRDƏ TUTURSUZ YA NECƏ? DEYƏRDİZ ZƏHMƏT OLMASA NƏ QƏDƏR SUYA NƏ QƏDƏR MİNERAL SU ƏLAVƏ EDİLMƏLİDİR?
@birbaxkanal
@birbaxkanal 5 месяцев назад
nineral su qazsız da ola bilir
@Samin_M
@Samin_M 5 месяцев назад
@@birbaxkanal Aydindir. Yeni filtirden kecmemis bulaq suyunu nezerde tutursuz demeli.
@sweetgrandma
@sweetgrandma 9 месяцев назад
Tam haqlısınız. Filter suyu faydalı deyil
@birbaxkanal
@birbaxkanal 9 месяцев назад
Təşəkkür edirəm
@nizamisfrov8840
@nizamisfrov8840 15 дней назад
Əksinə..baxır hansı filtrdir
@xedicebs9888
@xedicebs9888 8 месяцев назад
🎁🎀 *_FRİDA AKSESUAR ♾️ALFA KOMANDASI_*🔰 ☀️ *RƏSMİ İŞ*✅ ☀️ *AZƏRBAYCANDA İLK AKSESUAR BİZNESİ*✅ ☀️ *İLK AYDAN MAAŞ*✅ ☀️ *AKTİVLİK 30 MANAT*✅ ☀️ *SATIŞ* ❌ ☀️ *NƏFƏR GƏTİRMƏK ŞƏRTİ*❌ ☀️ *QOL ŞƏRTİ*❌
@Mehtizade021
@Mehtizade021 4 месяца назад
Xlor bir basa insana ziyandir.bunun elmi neticeleri var
@fikretosmanov1527
@fikretosmanov1527 24 дня назад
FİLTR suyu bədəndəki bütün meneralları yuyub aparır
@birbaxkanal
@birbaxkanal 23 дня назад
🥲
@bayanno2906
@bayanno2906 3 месяца назад
Mineral su qazlı sudur?
@birbaxkanal
@birbaxkanal 3 месяца назад
xeyr, mineral su faydalıdır, şəkərsiz olması əsas şərtdir
@metacisahbaz5025
@metacisahbaz5025 7 месяцев назад
Su ilə bağlı Bütün suallarıma cavab tapdım ...yorulmayasız. ❤
@birbaxkanal
@birbaxkanal 7 месяцев назад
Siz sağ olun ❤
@user-kq8ix9uh7j
@user-kq8ix9uh7j Месяц назад
ümumiyətlə Azərbaycanda keyfiyətli faydalı su yoxdur .
@user-ry6lq1ze6g
@user-ry6lq1ze6g 9 месяцев назад
Bes ne icek webeke suyu xlorludu
@birbaxkanal
@birbaxkanal 9 месяцев назад
Bəli, bulaq suyu tapmırıqsa, çarə videonun sonunda dediyim kimidir
@ezizovvuqar1892
@ezizovvuqar1892 9 месяцев назад
Hansı plasmas sulardan danışırsan zirzəmidə bağlanan adını da qoyurlar bulağ suyu 90 faiz krant sularıdı
@asifxasmemmedov5521
@asifxasmemmedov5521 9 месяцев назад
havamız kirlu suyumuz kirli yediyimiz ərzaqlar kirli hansı sağlamlıqdan söz edirsiz bugunumuzədə şukur biz dpzumlu xalqıq dözmuşuk dözəgəyik
@birbaxkanal
@birbaxkanal 9 месяцев назад
DİQQƏTLƏ QULAQ ASSANIZ, BİLƏCƏKSİNİZ
Далее
Ən ÇİRKLİ və Ən TƏMİZ SU? @SeyfullaGasimov
20:17
아이들은 못말려 〰️ With #짱구
00:11
Просмотров 410 тыс.
Sabaha saxlamayaq - 07.11.2019 -"Su filtrləri"
1:12:36
Просмотров 4,4 тыс.
Gör nə deyirəm, bu suyu içməyin
2:49
Просмотров 70 тыс.
Acer Predator Тараканьи Бега!
1:00
Просмотров 285 тыс.