Тёмный

Gəncədə şəhid mayor Sərxan Muxtarovun barelyefinin açılışı olub. 

Ganja Tv
Подписаться 5 тыс.
Просмотров 825
50% 1

Qırx dörd günlük Vətən müharibəsində şəhid olmuş mayor Muxtarov Sərxan İlqar oğlunun yaşadığı evdə barelyefinin açılışı olub.
Açılış mərasimində şəhidin ailə üzvləri, Milli Məclisin deputatı Naqif Həmzəyev, Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının əməkdaşları, Nizami və Kəpəz rayon bələdiyyələrinin sədrləri, şəhidin yaxınları, dostları və içtimaiyyət nümayəndələri iştirak ediblər.
Mərasimdə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan Qələbədə şəhid olan əsgərlərimizin cəsarətindən danışılıb, Vətən qarşısında öz borclarını ləyaqətlə yerinə yetirənlərin xatirəsinin xalqımız tərəfindən daim əziz və uca tutulacağı söylənilib.
Millət vəkili Naqif Həmzəyev çıxış edərək bildirib ki, Azərbaycan 44 günlük Vətən müharibəsində bir yumruq olaraq düşmənin başını əzib və ərazi bütövlüyünü bərpa edib. Ölkəmizin dünyada nüfuzu və layiqli yeri Vətən müharibəsindəki Zəfərdən sonra daha da möhkəmlənib. Vətən üçün canından keçən qəhrəmanların, Sərxan kimi şəhidlərimizin əziz xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq.
Sonra barelyefin açılışı olub, önünə tər gül dəstələri düzülüb.
Şəhid Sərxan Muxtarovun ailəsi onlara göstərilən diqqət və qayğıya görə Müzəffər Ali Baş Komandan İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürünü bildirib.
Qeyd edək ki, Azərbaycan Silahlı Qüvvələrinin mayoru, Vətən müharibəsi iştirakçısı Sərxan Muxtarov Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil alıb. Füzulinin, Cəbrayılın, Qubadlının, Laçının və Zəngilanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşub. Müharibə bitdikdən sonra Qubadlı rayonunda xidmətini davam etdirən tabor komandiri Sərxan Muxtarov 12 yanvar 2021-ci ildə həmin yerdə vəzifə başında minaya düşərək şəhidlik zirvəsinə ucalıb.
Muxtarov Sərxan İlqar oğlu Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

Опубликовано:

 

5 окт 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 4   
@umidismayilov1894
@umidismayilov1894 2 года назад
Allah rehmet elesin qohum
@sevincmemmedova7042
@sevincmemmedova7042 2 года назад
Allah rehmet elesin..
@mayoreminsuleymanov8017
@mayoreminsuleymanov8017 2 года назад
Qismətə bax . Məqamın ucadır !
@seymurimamrzatursabanov5826
@seymurimamrzatursabanov5826 2 года назад
Ünvanları haradı?
Далее
Gəncə adlı salnamə - Dəli Alı
31:23
Просмотров 8 тыс.
Gərginlik! Xüsusi təyinatlılarla erməni üz-üzə
35:27
Menzil: Bir tarikatın anatomisi I Fayn - Özel Dosya
33:53