Тёмный

Gəncənin icra başçısını güllələyən Yunis Səfərova hökm oxundu - Baku TV 

Baku TV
Подписаться 1,2 млн
Просмотров 11 тыс.
50% 1

Gəncənin icra başçısını güllələyən Yunis Səfərova hökm oxundu - Baku TV
Gəncənin sabiq icra başçısı Elmar Vəliyev və polis əməkdaşlarına qarşı əvvəlcədən planlaşdırılmış terror aktı törətməkdə təqsirləndirilən Yunis Səfərov və 12 nəfərlik dəstəsinin məhkəməsi yekunlaşıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə Yunis Səfərova ömürlük həbs cəzası verilib. Hökmə əsasən, dəstənin digər üzvləri Mahir Əzizov, Akif Əliyev, Rasim Mustafayev 20 il, Hamlet Abbdullayev, Firudin Zeynalov, Vüqar Məmmədov və Ceyhun Salahov 19 il, Ceyhun Qurbanov və Cəfər Zalov isə 18 il azadlıqdan məhrum edilib. İş üzrə təqsirləndirilən şəxslərdən Anar Bağırov və Rza Sərxaninin vəfat etməsi ilə bağlı onlara cəza təyin olunmayıb.
Xatırladaq ki, 2018-ci ilin iyulun 3-də Yunis Səfərov xarici dövlətlərdə fəaliyyət göstərən radikal dini dairələri təmsil edən mütəşəkkil dəstə tərkibində Gəncədə Şəhər İcra Hakimiyyətinin başçısı və polis əməkdaşına qarşı əvvəlcədən planlaşdırılmış terror aktı törədib. Cinayət işi üzrə Gəncənin sabiq icra başçısı Elmar Vəliyev və daha 5 nəfər zərərçəkən şəxs qismində tanınıb.
Kanalın əsas məqsədi dünyada və ölkədə baş verən ən vacib və maraqlı xəbərləri azərbaycan və rus dillərində geniş auditoriyaya çatdırmaqdır.
Baku.Tv ölkədə və dünyada baş verən ən aktual və maraqlı hadisələr barədə operativ videosujetlər hazırlayaraq auditoriyaya təqdim edir.
Facebookda səhifəmiz:
/ www.baku.tv
/ __baku_tv__
baku.tv
Kanalda bütün müəllif hüquqları qorunur.
#BakuTv #Azerbaycan #trend

Опубликовано:

 

7 сен 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 122   
Далее
Прохожу маску ЭМОЦИИ🙀 #юмор
00:59
Мама знает где все документы
00:21
AZƏRBAYCANIN ƏN YAXŞI 10 UNİVERSİTETİ / 2024
4:42
Прохожу маску ЭМОЦИИ🙀 #юмор
00:59