Тёмный

Gənc müğənnini sevdiyi üçün partiyadan çıxarılan, ailəsini atıb cavan qızla evlənən Emin Sabitoğlu 

TV11
Подписаться 46 тыс.
Просмотров 10 тыс.
50% 1

Yazıçı ailəsində doğulmağı onun gələcəkdə bir sənətkar kimi yetişməsində müstəsna rol oynayacaqdı. Evlərinə daim məşhur şairlər, yazıçılar, sənətkarlar gələrdi.
Bu adam Sabit Rəhmanın oğlu olsa da, atasından geri qalmayan, hətta bir çox müstəvilərdə onu önləyən bəstəkar Emin Sabitoğludur.
Emin Sabitoğlu 2 noyabr 1937-ci ildə Bakı şəhərində
anadan olub. Yazıçı Sabit Rəhmanın və İsmət xanım İrəvanskinin oğludur. Musiqişünas Ceyran Mahmudovanın atasıdır.
Emin Sabitoğlu indiyə kimi 600-dən çox mahnı, 9 musiqili komediya, 40-a yaxın filmə musiqi bəstələyib. Bəstəkarın tamaşalara yazdığı o qədər çox musiqisi var ki, özü də sayını dəqiq deyə bilmirdi.
Orta təhsilini musiqi məktəbində bitirdikdən sonra Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq şöbəsinə - dahi bəstəkar Qara Qarayevin sinfinə qəbul olunub. İki ildən sonra isə P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasında təhsilini davam etdirərək görkəmli rus bəstəkarı, professor Y.Şaporinin sinfini uğurla bitirib.
Hələ gənc ikən çalışmağa başladığı ilk müğənnilərdən biri Şövkət Ələkbərova olub. Şövkət xanıma mahnılar bəstələyib. Həmin mahnılara görə “Komsomol mükafatı” qazanıb.
Bəstəkarın mahnıları Şövkət Ələkbərova, Flora Kərimova, Rəşid Behbudov, Yalçın Rzazadə, Hüseynağa Hadıyev, Zeynəb Xanlarova, Mirzə Babayev, Akif İslamzadə, Anatollu Qəniyev, Azər Zeynaov kimi nəhəng sənətkarların repertuarında mühüm yer tutub.
Emin Sabitoğlu iki dəfə ailə həyatı qurub. İlk həyat yoldaşı Cəmilə xanımla Bülbül adına məktəbdə sinif yoldaşı olublar. Dostluqları tezliklə sevgiyə çevrilib. Cütlük məktəbi bitirəndən sonra konservatoriyaya daxil olurlar və evlənirlər.
Bu evlilikdən bir qızları olub. Adını Ceyran qoyublar. Bəstəkar qızını öz sənəti, peşəkarlığı, musiqiyə münasibəti və həyata baxışı ilə tərbiyə edib.
İkinci həyat yoldaşı o dövrün tanınmış müğənnisi Xədicə Abbasova olub. Elə Cəmilə xanımdan ayrılmağına səbəb də Xədicə xanım olub. Emin Sabitoğlu birinci həyat yoldaşından ayrılsa da qızı ilə heç vaxt əlaqəni kəsməyib.
Xədicə Abbasova ilə evlənəndə bəstəkarın 50, xanımın 30 yaşı vardı. Aralarında 20 yaş fərq olub.
Faktların davamı ilə TV11-in "Bu adam" verilişində tanış ola bilərsiniz.

Опубликовано:

 

15 фев 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 27   
@TV11-azerbaijan
@TV11-azerbaijan 5 месяцев назад
Rəylərdə etik qaydalara riayət etdiyiniz üçün təşəkkür edirik.
@bakubaku5112
@bakubaku5112 5 месяцев назад
Mən də Xəducə Abbasovanı çox sevirdim, məni ona, Kəmalə Rəhimliyə oxşadırdılar! Deyirdilər onun balaca bacısısan?🤦🤦🤦 Lakin Xədicə Abbasova Eminin ailəsini dağıtqıqdan, sonra Xədicədən zəhləm getdi! 😬 Emin ailəsini atıb Xədicə ilə birlikdə Türkiyəyə Ali məktəbdə işləməyə getdi! Türkiyədə Ali ocaqların birində dərs deyəndə, Xədicəni də orada müəllim işləməyə,yəni dərs deməyə düzəltdi! Uzun müddət orada birlikde dərs dedilər! Ay Jurnalist niyə demirsən Emin xəstələnib yatağa düşəndə Xədicə "Mən işləyirəm , ona qulluq etməyə vaxtım yoxdur!"-demişdir! Emin ortada qaldı, o zaman onun 1-ci həyat yoldaşına zəng edib ona xəbər verdilər! O belə cavab verdi: " Mən özüm də yaşlanmışam, xəstəyəm, Emin artıq mənim həyat yoldaşım olmasa da ilk növbədə uşaqlarımın atası, 2-ci Azərbaycanın məşhur Bəstəkarı kimi mən ona ömrünün axırına qədər baxaram!😪 Onu zəhmət olmasa bizə gətirin, ömrünün sonuna qədər Eminə baxdı və evindən onu dəfin edildi!" Kişilər belədir, cavan qadın görən kimi öz xanımını unudur, başa düşmürlər ki, cavan xanım ondan istifadə edib o xəstələnib yatağa düşəndə ondan İMTİNA edib, yarı yolda qoyacaq!☝️☝️☝️Bir Sənətkar haqqında məlumat verəndə, hər şeyi olduğu kimi demək lazımdır!😬 Yəqin Xədicə sağ olduğu üçün çəkinmisən!😬 Axı həqiqəti gizlətməklə Eminə ömrünün sonuna qədər qulaq edən Həyat yoldaşının HAQQINA GİRDİYİNİ BAŞA DÜŞMÜRSƏN?☝️☝️☝️
@fatmaismayilova3740
@fatmaismayilova3740 Месяц назад
O qadın birinciyə yaşatdıqlarının hamısını yaşıyacaq
@user-ks8cz8yp7s
@user-ks8cz8yp7s 5 месяцев назад
Təşəkkür edirəm.
@Partizan-bh8oz
@Partizan-bh8oz 5 месяцев назад
Ailə dağıtmaq yaxşı iş deyil. Adamın öz ailəsi də olmur.
@faridahaciyeva6339
@faridahaciyeva6339 4 месяца назад
Zehlem gedir Xedice Abbasovadan ne zibildi ki ondan otru Emin Sabitoglunun gul kimi temiz ailesi dagilib Bele pozgunlardi yaxsi kisileri aldadib yoldan cixaranlar
@abgggg1659
@abgggg1659 4 месяца назад
Xedice xanımın sesine heyranam, gerçekden gözel oxuyur. Heyat bezen insanı ele dalqalara atırki.... baxırsanki batmısan 😢
@samsunggalaxya5056
@samsunggalaxya5056 5 месяцев назад
Ев йыханын еви олмаз дейерлер .
@nuranagasanova7326
@nuranagasanova7326 5 месяцев назад
Sevgi, məhəbbət gözəl hissdir. Evlilik türmə deyil. Başqasını sevdisə , Azadlıq vermək lazımdır həm qadına həm kişiyə
@nrmnrza7939
@nrmnrza7939 4 месяца назад
Sevgi, məhəbbət gözəl hissdi
@lalequliyeva2067
@lalequliyeva2067 3 месяца назад
Yaşlı xəstə vaxtında Eminə baxmadı atdı köhnə ailəsinin üstünə
@user-ks8cz8yp7s
@user-ks8cz8yp7s 5 месяцев назад
Allah fəhmət eləsin.
@serdaramin1910
@serdaramin1910 5 месяцев назад
💛💛💛💛💛💛
@TV11-azerbaijan
@TV11-azerbaijan 5 месяцев назад
Kanalda kimin haqqında veriliş görmək istərdiniz?
@AnarShahmuradov-ho7lm
@AnarShahmuradov-ho7lm 5 месяцев назад
Leyla Bədirbəyli
@femidaMN
@femidaMN 4 месяца назад
Var ol, bəy. Çox isərdik Elza İbrahimova haqqında da belə bir videorolik hazırlayasız.
@TV11-azerbaijan
@TV11-azerbaijan 5 месяцев назад
TV11-ə dəstək olmaq istəyirsinizsə, kanala abunə olmağınız kifayətdir.
@YarasaYarasa-ix4jy
@YarasaYarasa-ix4jy 5 месяцев назад
Xədicə də yaxşı müğənnidir, Emin Sabitoğlu da möhtəşəm bəstəkardı. Ancaq kaş evlənməzdilər.
@bakubaku5112
@bakubaku5112 5 месяцев назад
Yaxşı müğəni olub nə edib, Eminin bir silsilə yazdığı mahnıları ilə ortaya çıxıb daaa! Onu qınayanlara: "Mən Emini ata kimi sevirəm deyirdi! Amma sonra atasının ailəsini dağıdıb ona ərə getdi!😬😬😬 Qadının ilk növbədə əxlaqı təmiz olmalıdır, təmiz olmasa, onun küçə qadını ilə nə FƏRQİ var?😬😬😬 "Ağılsız Gözəl, Qaşı Düşmüş Üzüyə Bənzər!"☝️☝️☝️Özgənin bədbəxtliyi üzərində Ailə quranı Allah heç vaxt Xoşbəxt olmağa QOYMAZ!☝️Ona görə də 2 dəfə 🤰 hamilə olsa da, hamiləliyi yarımçıq qalıb və bir daha uşağa qalmayıb!😬😬😬
@user-az5119
@user-az5119 4 месяца назад
Yəni deyirsən Xədicə Emini yerə yıxıb, boğazına bıçaq dirəyib, sonra ona ərə gedib? Özgələrinin həyatına burnunuzu soxmayın. Səhvdirmi, düzdürmü, özləri bilər. Bizim millət özgələrinin problərini elə "çözür" ki, guya 50 illik psixoloqluq stajı var.​@@bakubaku5112
@dursunrzabeyli5456
@dursunrzabeyli5456 5 месяцев назад
😇
@user-ht4sc9cv5v
@user-ht4sc9cv5v 5 месяцев назад
🎉
@user-sy2hr
@user-sy2hr 5 месяцев назад
100 defe bunu esidmisik .Sizde xemise yaxsi verlis olur ,ammabulari bilirik .Yeneda ,saqolun.
@faridahaciyeva6339
@faridahaciyeva6339 4 месяца назад
Siz allah bu sekli yigisdirin etim tokulur bu cur bestekari mundarlamayin
@zaurz7411
@zaurz7411 5 месяцев назад
Xədicə eminə görə tanınıb necə olur ki tanınmış müğənni olubağlı çaşanda bilmirdi qoca kişidi?
@bakubaku5112
@bakubaku5112 5 месяцев назад
@zaurz7412 Nahaq yerə deməyib: "Həyatda ən Tez UNUDULAN ŞEY YAXŞILIQDIR!"☝️☝️☝️
@SerdArt
@SerdArt 5 месяцев назад
*******
Далее
Kəmalə Əhmədova - Retro Azerbaijan Music  | Vol. 1
12:16
Emin Sabitoğlu haqqında | "Musiqi karvanı" ©
27:16
Просмотров 4,8 тыс.
Emin Sabitoğlu-80
4:39
Просмотров 26 тыс.