"DEDİM BU YAĞIŞLAR NİYƏ TEZ YAĞDI..." (Qənirə Paşayevanın tamamilə əziz olan xatirəsinə) Dedim bu yağışlar niyə tez yağdı, Sən öləcəkmişsən demə bu payız... Yerin altındasan,amma uzaqdı... Bizi kövrəltməkdən yoruldu payız... Canını yaxırmış ağrının izi, Dünyanı çevirdin,bizə demədin... Biz sənə açmışdıq hislərimizi, Sən kimi sevirdin bizə demədin... Bu il tez başladı bu yağışlar da, Niyə belə olur dedim,görəsən... Gizlənib hər yerdə,yol-yoxuşlarda, Səni oğurladı,ölümə "əhsən!"... Yəqin biri vardı gül gözlədiyin, Osa yox içində bu çiçəklərin... Neçə yaşı olsa,sevmək istəyir, Bir sevda arzusu olur təklərin... Səni anlatmaqçın sözlər gəzirəm, Çətinlik çəkirəm düzüb-qoşmağa... Bilirəm hardandır səndəki bu qəm, Ölüm çox rast gəlib mənim tək sağa... Bildim bu yağışlar niyə tez yağdı, Olmayacaqmışsan qarşı qışda sən... Baxıb pəncərədən şeyir yazardın, Yəqin,sağ olsaydın,bu yağışda sən... 4.10.23.M.İ.A
@@GunayHsnova-ud9ey "DÜNYANIN QIZ QƏHRƏMANI" (Qənirə Paşayevanın tamamilə əziz olan xatirəsinə) Bu yer üzü çox qarışıq, Davası var,yox barışıq... Bu başaçılmaz dünyaya Bir qız gəldi,adı işıq!!! Qoy desinlər qadınların Vuran əli yoxdur,olmur, Qoy desinlər nə deyirlər!.. Qadın ağılsız doğulmur, Əlsiz-ayaqsız doğulmur!.. Bu an getmək lazım deyil Nə keçmiş,nə gələcəyə, Özünü sübut etməkçin Ehtiyac yoxdur heç nəyə!.. Gözümüzün qarşısında Bir qız gəzirdi pəri tək... Aydınıydı,işıqlıydı Dünyası da gözləri tək!!! Gizlənmirdi,saxlanmırdı Əzablarından həyatın, Həmişə meydanda idi!.. Heç də qorxaq deyil qadın!!! Həyatın bir sahilindən O birinə üzüb keçən, Yalannan gülüb, Üzlərə Göz yaşını süzüb keçən... Qəlbimin küçələrinə Çiçəkləri düzüb keçən... Getməyinin səbəbi nə Desəm belə,dinməz mənə... Öz ağrısın söyləməyən Bir qız vardı bu dünyada... İndən belə olmayacaq... Gözlərin qoydu dünyada, Bir də onçün sağ olsun ki, Kimsə gözsüz qalmayacaq!!! Zamanın qız qəhrəmanı, İnsanın qız qəhrəmanı!!! Ehtiyacı olanların Getdi vaxtsız qəhrəmanı... Özünü istədib getdi, Zamansız tərk edib getdi... Tək qoymadığı adamlar Bu günündə tək qoymadı Məsum,yalqız qəhrəmanı... Hamı söylədi dalınca: Hər şeyini insanlara Vəsiyyət edən qız,Sağ ol!!! Pəri tək nağıldan gəlib, İnsan tək gedən qız,Sağ ol!!! Dünyanın qız qəhrəmanı!!! 29 Sentyabr-2023.M.İ.A