Тёмный

Geniş səkilər, asfalt səhraları və "bakılaşma" - Mingəçevirdə bir gün 

Anar Aliyev
Подписаться 15 тыс.
Просмотров 18 тыс.
50% 1

Azərbaycanın ən gənc şəhərlərdən biri olan Mingəçeviri urbanist-tətqiqatçı Bayram Axundov və vloqumun daimi qonağı Dilqəm İsmayılov ilə gəzişdik.
Ölkənin dördüncü ən iri şəhərində Azərbaycanın ən geniş səkilərinə rast gəlmək olar, amma eyni zamanda burada sovet şəhərsalmanın xüsusiyyətlərinə rast gəlmək olar - lazımsız dərəcədə geniş yollar, asfalta bürünmüş və istifadə olunmayan meydanlar.
--------
💰 Bloqa maliyyə dəstək göstərmək istəyənlər üçün:
- Patreonda abunə olun: / city4people (daha geniş videonu da Patreonda izləyə biləcəksiniz)
- Kartlara köçürmə: city4people.az/destek
- Reklam məsələləri üçün əlaqə: info@city4people.az
--------
🔔 "İnsan yönümlü şəhərlər" bloqunu sosial şəbəkələrdə izləyin:
Facebook: / city4people.az
Instagram: / city4people.az
Telegram: t.me/city4people_az
TikTok: / city4people
Twitter: / anarek
--------
Taymkodlardan istifadə edərək Sizi maraqlandıran bölməyə keçid edə bilərsiniz:
00:00 Anonslar
00:28 Biz Mingəçevirdəyik
02:20 Qonaq Bayram Axundov
04:58 Asfalt səhrasının nümunəsi
06:36 Yolayrıcısı və piyada keçidi
07:23 Mingəçevirdə avtobus dayanacağı
08:26 Dram teatrın önündəki meydan
10:04 Dilqəm İsmayılov Dram teatr haqqında
12:38 Alman əsirlərin tikdiyi binalar
13:26 Çox geniş səkilər!
14:52 "Bakılaşan" binalar
15:32 Daha bir yolayrıcısına baxırıq
18:03 Səkilərin boş hissəsindən necə istifadə etmək olar?
18:47 Mingəçevirdə həyətlər
22:17 Səsli piyada keçidi
23:26 Heydər Parkında yaşıllıq
24:55 Bulvarın önündəki binalar
26:34 Mingəçevir bulvarı
27:07 Mingəçevir sakini ilə söhbət
30:28 Kür çayının qırağı
32:11 Konstruktivizm binalarını necə korladılar?
33:27 Səməd Vurğun meydanı
35:54 Xülasə
--------
Arxa fonda səslənən musiqi:
--------
#Mingəçevir #Urbanistika #Regionlar #Dilqəmİsmayılov #BayramAxundov

Опубликовано:

 

19 июн 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 113   
@AnarAliyev
@AnarAliyev Год назад
❗Dostlar, bu cür vloqların davamlı olmasını istəyirsinizsə, sizin dəstəyinizolduqca vacibdir. Patreon-da göstərdiyiniz hətta kiçik maliyyə dəstəyiniz bizə urbanistika həsr olunan videoları müntəzəm şəkildə buraxmaq üçün əlavə stimul verir. patreon.com/city4people
@ayxanbeylerzade8132
@ayxanbeylerzade8132 Год назад
Salam. İmkanın olsa Xırdalan şəhərinə gəl. Xırdalanda olan yol problemlərini çək işıqlandır
@AZE86
@AZE86 7 месяцев назад
6:54 mən heçdə razı deyiləm. 1 dereceli sürücü kateqoriyam var ve mənim sənətim sürücüdür. Maşın sürən yox Sürücü. Buna göre yol hərərkəti nişanlarında və yol hərəkəti qaydalarında hər hansı bir problemi daha tez görə bilir sürücülər. zolaqlı piyada keçidi daha doğrudur və daha düzgündür. Açıqlama verə bilərəm. Çəkdiyiniz video üçün isə dərin təşəkkürümü bildirirəm. İşinizdə uğurlar
@AZE86
@AZE86 7 месяцев назад
31:18 səhf danışırsan.
@ruslanzeynalov8684
@ruslanzeynalov8684 Год назад
Mingəçevir çox gözəl şəhərdir. Sanki Bakının adamlarsız formasıdır. Çox sakit və rahat görünür👍👍👍
@fuhrerelvin9238
@fuhrerelvin9238 Год назад
Azərbaycanın intellektual gənclərindən nələrsə öyrənmək doğurdanda çox xoşdur. Sizinlə bilmədiyim mövzuları bilib ,artıq küçədə gəzəndə daha başqa baxış bucağından yanaşa bilirəm küçələrə. Çox sağolun uşaqlar. Minnətdaram.
@cavidisgenderli6753
@cavidisgenderli6753 Год назад
Bakını artıq itirmişik bir çox mövzuda. Piyada səkiləri daraldılıb her terefde hundur binalar tikilib ağaclar kesilb ve s. Amma Mingəcevir böyük potensiala sahib olduğu görünür. Oranı çox gözel yeniden qurmayla insan yönümlü ṣəhərə çevirmək olar.
@ouroshravandi9903
@ouroshravandi9903 Год назад
Mingecevir, gözel şeherdi!
@fakhrimammadov99
@fakhrimammadov99 Год назад
Çox sağolun, əla gəzinti oldu! Bu qədər asfalt səhralıq, zövqsüz və mənasız binaların "üzlüyünü" görmək çox üzücü haldır. Böyük potensial gördüm şəhərdə - olduğundan daha da yaşıllaşdırmaq, əlavə istirahət üçün mühit yaratmaq asanlıqla həyata keçirmək olar.
@ahuseynov86
@ahuseynov86 Год назад
Əvvəla belə vlog üçün alqışlayıram. Davamlı olsun. Amma bir Mingəçevir sakini olaraq bu çəklişinizi qənaətbəxş və yetərli saymıram. Son zamanlar salınan parklar, abadlaşdırılmış məhəllələr, məhəllədaxili uşaq meydançaları, istirahət guşələri, əvvəlki zamanlardan fərqli olaraq alkaponsuz təmir olunan binalar bu videoda heç əksini tapmayıb. Düşünürəm bir dahaki səfərinizdə rəsmi müraciət etsəniz şəhəri tam tanıyan insanlar sizlə şəhəri tamamilə fərqli formatda tanış edərlər. Ugurlar
@hilayliyeva4034
@hilayliyeva4034 10 месяцев назад
Mingəçevir çox gözəl şəhərdi hər yeri yaşəllıq sakit şeherdi ve geceside gözeldi sanki bir nağıldı
@Rustam1525
@Rustam1525 Год назад
Dram Teatr dairesinin daşla örtülmesi çox yaxşı fikirdi.
@rizvanabbasbeyli8236
@rizvanabbasbeyli8236 Год назад
Azərbaycan urbanistikasında bir ilk. Təşəkkürlər sizə
@aurelius538
@aurelius538 Год назад
Gəncəyə gəlməyinizi səbrsizliklə gözləyirik. Çox maraqlı video alınıb, belə davam edin✌🏻👍🏻
@rovsenhuseynov8368
@rovsenhuseynov8368 Год назад
Bayram bəyin izahlarını çox bəyəndim. Bilinir ki çox bilikli insandır
@yamur092
@yamur092 2 месяца назад
Mingəçevir müassir,sakit,mədəni,təmiz şəhərdi.Sizin görmədiyiniz şəhərin o qədər gözəl yerləri varki.Ancaq asfalt deyib durursunuz.Palçıqlı şəhər yaxşıdı.Şəhər görürsünüz ucqar kəndlərin yolları belə asfatdı.Geniş yollarıda çox gözəldi.Bir sözlə Mingəçevir çox gözəldi.
@aidamammedova418
@aidamammedova418 Год назад
Çox xoş bir video. Marqali alinib. Gostərdiyiniz dəvelərə yaxin olan kohnə patkda yay kinoteatrı var. Orda yayda insanlar məhəllə olaraq hamiliqla hind filmlərinə baxırdılar 👍👍👍. Mingəcevirdə coxlu fantanlar var, evvellər hamisi yayda calisirdi. Siz sagolun uşaqlar. Amma Gənceyə gəlin zəhmet olmasa, elə mərkəzi gəzib getmeyin. Arxa kucələrə də kecin. 😊😊😊. Var olun.
@Ramal_Allahverdiyev
@Ramal_Allahverdiyev Год назад
Çox dəyərli iş görürsünüz. Bəlkə bu şəhərlərin tarixi boyu onları belə incələməyibler, diqqət etməyiblər
@MorrisDn.
@MorrisDn. Год назад
Çox gözəl arxitekturası olan binaları söküb , yerində polis və Araz kursları üçün şablon binalar tikiblər. Şəhərin bədbəxt arxitektoru da başdakına demir ki belə etmək olmaz , bu tarixdir. Bəlkə də arxitektor deyil arxisökdürdü.
@_shaxeens2343
@_shaxeens2343 Год назад
Ən sevdiyim şəhər❤
@bayramibisov1320
@bayramibisov1320 Год назад
Əla, təşəkkür. Sumqayıta gəlmə iz diləyi ilə 🙂
@bilgturksoy3296
@bilgturksoy3296 Год назад
İşsizlikdir Mingəçevirdə. Hamı qaçır o şəhərdən
@MehmanAbasov
@MehmanAbasov Год назад
Çox sağolun, ləzzət elədi mənə
@mammadmahmudov6853
@mammadmahmudov6853 Год назад
Хош калмисан ❤МИНГЕЧЕВИРА
@sadiqmammadli9191
@sadiqmammadli9191 Год назад
Təqdimatınız mükəmməldi davam edin mance uğurlar sizə.
@cingizabdullayev2121
@cingizabdullayev2121 Год назад
unudulmuş şəhər.......baş planı olmayan gözəl bir şəher.
@vasifkerimov5452
@vasifkerimov5452 Год назад
Uğurlar arzulayıram
@samsunmrer1240
@samsunmrer1240 Год назад
BAŞINA DÖNÜM..İŞ YERLƏRİ OLSA YAXŞI OLAR..CAVANLAR İŞ TAPMIR.XAHİŞ EDİRİK..ZAVODLAR..MÜƏSSƏLƏR İŞLƏSƏ YAXŞI OLAR..ƏVVƏLCƏDƏN MİNNƏTDARIQ SAĞ OLUN..
@raufhesenov788
@raufhesenov788 Год назад
Mingəçevir energetiklər şəhəri,həmişə gözəl və gənc bir şəhər.❤❤❤❤❤❤❤
@fuadjafarli5121
@fuadjafarli5121 Год назад
Uğurlar. Cekilisleriniz maraglidi
@ilkinoid
@ilkinoid Год назад
Super!
@feridismayilzade7085
@feridismayilzade7085 Год назад
O ackili qardas ancaq kobud tenqidle mesgul olmaga gelmisdi deyesen. Alternative teklif elemek lazimdir arada.
@user-mo1ir9ul3k
@user-mo1ir9ul3k Год назад
Baxdım çəklişə görə çox sağ olun,səhv tutmaq istəmirəm Mingəçevir cənub şəhəri deyil!Mən tez tez oluram Mingəçevirdə çoxrahat,sakit şəhərdi.Çinarları xüsusilə,amma işıqlandırma çooox azdı,həyətlərdə ümumiyyətlə işıqlandırma yoxdu.Məncə elə olduğu kimi qalsın ,əkər orda Bakılaşma getsə,sakitliy olmayacağ!Məsələn Sumqayıtda yay aylarında səkilərlə hərəkət etmək olmur,ordan fərqli olarağ,çünki hamısı səkilər çayxana olur,..
@resulzeynalov5304
@resulzeynalov5304 7 месяцев назад
Çox maraqlı kanaldır. Videoların üzərində ciddi iş görüldüyü hiss edilir. Uğurlar...
@i_love_Azerbaijan
@i_love_Azerbaijan 7 месяцев назад
Mingəçevirdə, üzərində dəvə və fərqli arlamentlər olan bir neçə 9 mərtəbəli binalar var ki, bu arlamentlər binalara xüsusi gözəllik verir. Mingəçevir sovet dövrünün ən müasir nümunəsidi. İndiki halda şəhər üçün görülməli olan ən vacib məsələ şəhərdə iş yerlərinin açılmasıdı. Mingəçevir sənaye şəhəri olub. Əhalinin demək olar 70-80 faizi zavod və fabriklərdə çalışırdı. Sovet hakimiyyətinin çöküşündən sonra bir çox yerdə olduğu kimi, Mingəçevirdə də zavodlar fabriklər dağıldı. İnsanlar işsiz qaldı.
@arran007
@arran007 Год назад
Rusiyada Petrozavodsk şəhəri var əhalisi 230 min nəfərə olar balaca Gence boyda. Ama o şəhər bizim bakidan təmiz və səliqəli və inkişafı da yaxşıdır. İnternet də baxa bilərsiz
@shahinquliyev8773
@shahinquliyev8773 Год назад
Video çox gözəl idi Sumqayıtada gəlsəniz çox yaxşı olardı
@rizvanabbasbeyli8236
@rizvanabbasbeyli8236 Год назад
Anar bəy həyətimiz qalıb ki pisdə olsun.
@elvinmusayev1076
@elvinmusayev1076 4 месяца назад
Binalar yoldan kenardadi. Ve kuceler cox genişdi. Ne bakida ne gencede bele seliqe yoxdu. Gelin qebul edek😊
@ariftarverdiyev2213
@ariftarverdiyev2213 Год назад
Sheherin binövresin50 ci illerde alman dustaĝlari saliblar..böyük gres tikibler ve orada hetda almanlarin gebirsanliĝida var...
@cavideliyev8480
@cavideliyev8480 Год назад
Mingəçevir ❤
@ruslanracapov8486
@ruslanracapov8486 Год назад
Herşey var ama iş yokdu güzel qardasim tekstinli ye cv vermişem ama işe girmek mümkün değil çünkü hara ise girnek istesen ancak ya adamın olsun yada pulun olsun.reallikdi vallahi samimi deyirem
@gulshenadgozelzade7126
@gulshenadgozelzade7126 Год назад
30 ildi burda yasayiram mene ele ğelirki ən temiz ən ğözel sehetdi
@elminmustafayev8114
@elminmustafayev8114 Год назад
Bəzi şeyləri düz deyirsiniz, amma ki mənə qaranlıq qalan yer o olduki həmi səs çirkliliyi deyirsiniz həmidə qoca nəslin olduğu yerlərdə vaxt keçirmək üçün kofe house və ya kafe olmasını təklif edirsiniz. Yolların sürət limitinədə qalmış olsa Mingəçevirdə qəza olursa sürət həddinə görə olmur onsuzda sürət elə çox o yollarda olmur.
@AnarAliyev
@AnarAliyev Год назад
İşlər parallel olaraq görülməlidir. Həm küçələr sakitləşdirilməlidir, həm də insanlar üçün asudə vaxt keçirilməsi üçün də şərait yaradılmalıdır.
@elminmustafayev8114
@elminmustafayev8114 Год назад
@@AnarAliyev küçələr onsuzda sakitdi
@nargizpashayeva6508
@nargizpashayeva6508 Год назад
Heç komment yazmağı sevmirəm ancaq bu videoya yazacam. Birincisi yaşıllıq kifayət qədərdi,yolun ortasındada park etməyə ehtiyac yoxdu. Şəhəri salan memar inandırım ki,dahada düzgün düşünüb. Onun yerinə təklif edib Bakı boşaldıb nazirliklərin və universitetlırin bir qismini Mingəçevir və Gəncəyə köçürmək lazımdı,onda görəcəksiniz ki,o böyük yollar axır ki,öz funksiyalarını yerinə yetirəcəklər.
@interesting_world_1
@interesting_world_1 Год назад
Menim ac şerehrim
@AZE86
@AZE86 7 месяцев назад
Sən yəgin ac deyəndə özünü nəzərdə tutursan
@interesting_world_1
@interesting_world_1 7 месяцев назад
@@AZE86 Men Xaricdeyem özü de bolluqda.Amma reallığı deyirem yoldaş.
@AZE86
@AZE86 7 месяцев назад
İnanki məndə ilin 6 ayını xaricdə oluram və o qədər xaricdədə yaşamışaaaaaaam . Ancaq 100% əminəmki ölkədən gedən Azərbaycanlı yaşa dolduqca vətən üçün darıxır. Qaldıki Azərbaycanda bəzi yersiz israfları etməsən gül kimidə yaşamaq olur. Problemsiz yer yoxdu dünyada. moskvanın öz problemi var avropanın avropa problemi kanada amerika ve.s hər yerin öz problemi var. Ancaq ümumilikdə Azərbaycanda o qədər gözəlliklər var. Kimsə deyinirsə və naşükürdüsə o adamı norveçədə aparsan orda deyinəcək
@karimovulvi
@karimovulvi Год назад
Ağacların əhənglənməsi gözəllik üçün edilmir,onları zərərli həşəratlardan qoruyur,ömrünü uzadır
@dilqmismaylov9854
@dilqmismaylov9854 Год назад
Biz bunu başqa videolarda da qeyd etmişik, əhəngləmə heç bir həşəratlardan qorumaq üçün deyil. Bunun heç bir effekti yoxdur. Bu sadəcə mifdir.
@vusalmmmdov4290
@vusalmmmdov4290 7 месяцев назад
GÖZƏL ŞƏHƏRIMIZ
@M.Rustam
@M.Rustam Год назад
Mingəçevir 😢canıma darıxma gəldi 👍🔥🔥🔥
@user-qx6eb6mq5f
@user-qx6eb6mq5f 7 месяцев назад
Все тот же родной фонтан
@josefetti
@josefetti Год назад
Mingəçevirin ən mənfi cəhətləri işsizlik və gənclər üçün çox maraqsız bir şəhər olmasıdır. Halbuki Gənclər paytaxtı seçilib bu il 🗿
@vusalselim414
@vusalselim414 Год назад
Onda Bərdə lap geridə qalıb kii
@suleyman5314
@suleyman5314 Год назад
Get özüvə ağıl ver səni tussam meledecem
@AZE86
@AZE86 7 месяцев назад
Mingecevirde özünə maraq tapa bilməyən gəncin həyatı maraqsızdı düşüncə tərzi yüngül və geridə qalıb. Gənclər üçün ən gözəl səmərəli şəhərdi.
@user_em
@user_em Год назад
Baki da ağaclarla dolu idi.((( İndi hər yer bina, bina, bina, bina ve stress yaradır. Bizim məhəllə təmirsiz olsada dolu ağaclı idi. İndi obyekt tikib ağacların dibini çıxmaq şərti ilə asvalt vurublar. O biri hissəsində isə asvalt var idi futbol voleybol oynamaq üçün, amma heçnə qalmayıb.
@vanced123
@vanced123 Год назад
Kiçik sumqayıt nədi? Hər iki şəhərin ərazisi eynidi də. Özü də eyni vaxtda salınıb
@cingizabdullayev2121
@cingizabdullayev2121 Год назад
meydanları olmayan şəhər öz əzəmətini itirir.çox agg
@user-gw1hp3vv3y
@user-gw1hp3vv3y 5 месяцев назад
Bakıda da bütün dayanacaqlar dəmirdir. 😮
@Gohaz.
@Gohaz. 8 месяцев назад
Ən dar səkilərdə salyandadı
@elyaryusibov5838
@elyaryusibov5838 Год назад
Doğma şəhər
@elvinsirinzade746
@elvinsirinzade746 Год назад
Ağacların ehenglenmesi gözəllik üçün deyil. Gövdəsinin zererlilerden qorumaq üçündur
@dilqmismaylov9854
@dilqmismaylov9854 Год назад
Bunu qeyd etmişik başqa videolarda da. Bunun heç bir xeyri yoxdur. Əhəngləmə, heç bir zərərli həşəratlardan nəyisə qorumur. Təbiət özü əmin olun ki, daha yaxşı tənzimləyir.
@allfactsaboutazerbaijan
@allfactsaboutazerbaijan Год назад
💙❤💚
@savalanmustafayev3108
@savalanmustafayev3108 Год назад
Azerbaijanda esil şeher,başqası yoxdur.
@orxanmustafa9486
@orxanmustafa9486 Год назад
Sumqayıtın planı yox idi Mingəçevir tikiləndə.mənim babalarım nənələrim tikintidə çalşıb və müəyyəm yüksək vəzifəyə kimi işləyiblər.sakit təmiz geniş küçələri parkları amma işsizliyi olan şəhərdi.gənc savadlı memar olsa və ölkə rəhbərliyi səviyyəsində maraq,maliyyə ayrılsa diqqət artırılsa çox möhtəşəm şəhər olar.İlk Avropa oyunlarının bir hissəsini qəbul etmiş şəhərdi.son zamanlar beynəlxalq yarışların keçirildiyi yerdi.bu şəhərdən intellektual gənclər savadlı kadrlar yetişib.90 % i bakıda xarici ölkələrə köçüb çünki iş malliyə bunu məcbur edir.bina belədi helədi demək asandı.yenilik gətirsinlər şəhərə görkəm versinlər memarlığı dəyişsinlər şəhəri rayon imicindən çıxartsınlar.məcburi köçkünlər hamısı öz yurdlarına qayıtsa şəhər cavanlaşaruğurlar sizə işlərinizdə.
@seyruzmammad8749
@seyruzmammad8749 Год назад
Qardaş bütün şəhərlərin dogru düzgün baş planı olmalı ona əsasən şəhrlər inşa olunmalı Almanıya Hollandıya kimi ölkələrin təcrübəsi önəmidi və ən əsası işləri dogru düzgün şirkətlər inşa etməlidir
@DashginM
@DashginM Год назад
Keçən videoda da skamyalarda kürəklik olmadığını qeyd etdiz. Piyada yolları üzərində olan skamyalarda kürəklik olmur. İnsanların müvəqqəti yoldan keçərkən istirahət etməsi üçündü, ora rahat olsa insanlar uzun müddət orda oturub yolda sıxlıq yarada bilərlər. Əla proyektdi. Uğurlarınız bol olsun
@dilqmismaylov9854
@dilqmismaylov9854 Год назад
Təşəkkürlər, bro, patrona qoşul sən də, daha uzun versiyasını izləmək üçün)🙂
@DashginM
@DashginM Год назад
@@dilqmismaylov9854 artıq mən də Patreonam)
@dilqmismaylov9854
@dilqmismaylov9854 Год назад
@@DashginMTəşəkkürlər❤
@dilqmismaylov9854
@dilqmismaylov9854 Год назад
@@DashginMproektin daha da böyüməsi üçün, töhvə verdiyin üçün təşəkkürlər❤
@DashginM
@DashginM Год назад
@@dilqmismaylov9854 sizin olduğunuz proyektin uğurlu olacağına şübhəm yoxdu
@sahinhusyn
@sahinhusyn 21 день назад
Sumqayıt videosu gəlsinnn
@sadiqcafarov2775
@sadiqcafarov2775 Год назад
Bizim həyətimiz betondur😁
@mustafaturksoy
@mustafaturksoy 6 месяцев назад
Is ola guc ola, pul ola, gedib orda yasayaram.
@nagdlinagdliyev4742
@nagdlinagdliyev4742 Год назад
Elə hökümətin də istədiyi odur ki, insanlar bir yerə toplaşmasın da,..
@renaresulova3698
@renaresulova3698 Год назад
Mingəçevir adı nədən götürülüb?
@kenanrzayev4284
@kenanrzayev4284 7 месяцев назад
Hər bir şəhərimizdə universitetlər olsa, biznes mərkəzləri olsa, Düzgün şəhər salmalsr olsa, inkişaf etmiş olsa, Müasirləşmə olsa yeniki Düzgün müasir şəhər salmalar olsa çox qabağa gedə bilərik, hər kəsdə öz şəhərindən qazanc qazana bilər
@user-gw1hp3vv3y
@user-gw1hp3vv3y 5 месяцев назад
Daha doğrusu dayanacaqdakı oturacaqlar.
@user-qx6eb6mq5f
@user-qx6eb6mq5f 7 месяцев назад
Уехали в 87г,но площадь узнала,мы жили на мира
@user-qx6eb6mq5f
@user-qx6eb6mq5f 6 месяцев назад
Мы тоже жили на мира, и уехали в87в Ставрополь,жили потом на Фучика и работала воспитателем в 13 саду
@validealizade8959
@validealizade8959 10 месяцев назад
Şəhərimiz gözəldir,özünə məxsus memarlıq üslubu,yaşıllığı, təmizliyi var. "Ola bilər," "olmalıdır" demək asandır. Siz bundan özünüzə reytinq qazanmaq istədiniz? Şəhərin 74 yaşı var,və bu şəhərin keçmiş şəhər salma üslubunu bütün dünya bəyənir. Burada keçmişlə müasir memarlığın vəhdədi var.Sizdə nümunəvi bir şəhər tikib yaradın və sonra müqaisə edin.
@cingizabdullayev2121
@cingizabdullayev2121 Год назад
azerbaycanin petrbuqu ve yeni qollandiyasi...bunu peterburq-leninqradda uzun muddet yashayan birisi kimi deyirem. velosiped yollani salin artiq.bura boyuk turizim potensiyali olan bir avropa sheredi.
@ALZ._.89
@ALZ._.89 7 месяцев назад
Çox sakit bir şeherdir ,temizdir bezi kuçeleri çixmağ şertiyle ) Gunduz adam az olur kuçelerde beli. İş yerleri açilsa ,maaşlar biraz artsa daha da yaxşi olar . İnsanlarin çoxusu pulsuzluğdan kef elemeye vaxdi yoxdur orda . Dağintili kuçe ki var gosetdiyiniz yaziğlar seher gediler işe axmağ gece gelirer yaqin . İstrahet elemeye vaxti olur ki bir gozunu açsin baxsin ki podyezdi ne gundedir.(( Hamisi pulsuzduğdan baş açilir ki nese eleva birşeyde fikirleşsin.( Çox sağolin ki çekib gosedirsiniz bizlere . Men 4 ildir ki vetene getmirem ,Mingeçevir sakiniyem. Duzdur çox yaşamamişam orda.gedende de 2-3 hefde qalib qayidiriğ. Bir Mingeçevirli kimi deye bilerem ki boyuk svetofor problemi var oda ,zebra zolağlari problemleri falan …
@elminmustafayev8114
@elminmustafayev8114 Год назад
Mingəçeviri Mingəçevir edən sakitliyidir, siz deyən şeylər olsa şəhəri çox qarışıq və dolu edər.
@zippo201
@zippo201 Год назад
Indi bu videonu cekdin, das qoydun mingecevirin basina. Tokulecekler indi ora abyekt abyekt daliycan bir birinin icinde. Eliyecekler orani talkucka. Olacax baki kimi boyuk 1 talkucka.
@azadqurbanli360
@azadqurbanli360 Месяц назад
Mingəceviri Gözəl edən KÜR dü
@elim_zakir
@elim_zakir Год назад
Bölgələrdəki gənclərin Bakıya axın etməsinin səbəbi də məhz gənclərin marağını cəlb edəcək istirahət və əyləncə mərkəzlərinin olmamasıdır
@kenanrzayev4284
@kenanrzayev4284 7 месяцев назад
Düzdü Dostum, Hər bölgələrdə universitet olsa, Biznes mərkəzləri olsa, Əyləncə paketləri olmalıdır, şəhər əhalisinin sıxılması üçün, Kinoteatr, Mallar, yaxşı restoranlar, yaxşı kofe yerləri.
@heathermason6144
@heathermason6144 Год назад
Mingəçevir həyatımda gördüyüm ən depressiv və insansız şəhərlərdən biridir
@suleymanqurbanov116
@suleymanqurbanov116 Год назад
Nəyə görə belə deyirsiniz?
@heathermason6144
@heathermason6144 Год назад
@@suleymanqurbanov116 Çünki şəhər çox köhnə görünür, elə bil azı 10-15 il geridə qalıb. Şəhərdə gəncləri görmək müşkül məsələdir, nəinki yaşlıları. Günün istənilən vaxtı şəhərdə adam çox az olur. Bu dediklərimdən əlavə də onu deyə bilərəm ki, məsələn şəhərin vağzalı bərbad gündədir, çox nəzarətsiz işləyirlər, vağzalda kafe və yaxud ən azından çayxana deyilən bir şey yoxdur.
@AZE86
@AZE86 7 месяцев назад
Sənə 3ün kruqu lazımdı get ora . Xırdalana 1 nəfər qışqıranlar səs küy iy qoxu tıxac və.s. problem səndədi həyat tərzini dəyiş Mingəçevirdə problem axtarma
@noproblem5137
@noproblem5137 8 месяцев назад
Dayanacaq haqqda fikir bildirim. Mən kopyalamağı təbliğ etmirəm və bunada qarşıyam, bunu "orda elədir, bzidədə belə olsun" üçün yazmıram. Mən Almaniyada yaşayıram, burdakı dayanacaqlar 1-1 Mingəçevirdə göstərdiyiniz ilə eynidir (reklam və dəmir oturacaq). Mingəçevirdəki dayanacağın tam problemini anlamadım, bəlkədə sizin dediyiniz yol daha yaxşıdır.
@dilqmismaylov9854
@dilqmismaylov9854 8 месяцев назад
Metal oturacaqlar qışda soyuq olur, yayda isə qızır. Ona görə də narahatdır. Metal oturacaqların, müasir şəhərsalma prinsipləri ilə qoyulması qəbuledilən deyil. İnfrastruktur insan üçün rahat olmalıdır.
@user-uh6wu3xx2f
@user-uh6wu3xx2f Год назад
АЙ ОГУЛ ОРДА МИНГЕЧЕВИРИН ДЕЙИШИРИКЛЕРИНИ ЙОХ ОРДАКЫ ЕШЕК БАШ МЕМУРЛАРЫ ВЕ ПРЕЗДЕНТ ИЛХАМЯНЫ ДЕЙИШМЕК ЛАЗЫМДЫР🤣🤣🤣🤣🤣🤣
@tunzalebeylerova727
@tunzalebeylerova727 7 месяцев назад
Mingəçevirdəki Heydər Əliyev parkını n birdəki Bakıdakı Heydər Əliyev mərkəzini eyni insan certyojunu verib
@akifmehraliyev4946
@akifmehraliyev4946 9 месяцев назад
Insanlarin yayin qizmar caginda serinlene bildiyi yegane sheher cimerliyini hasara alib, orada FHN-nin kazarmalarini tikdirmek , orani ZEBT ETMEK niyyeti deyilmi ???
@o....4243
@o....4243 2 месяца назад
Sen canı şəhərin geniş yollarıyla işiniz olmasın
@akifmehraliyev4946
@akifmehraliyev4946 9 месяцев назад
Ora kecmis univermaqdir. Men , univermaqdan sonra bir az once cekdiyiniz meydana teref qalxdiginizda, 2 mertebeli evler var ,orada boyumusem !! Teessufler olsun ki , her gelen icra bascisi ,budceden pul""silmek "" ucun ucuz Cin eksteryer mallari ile MINGECEVIRIMIN gozelliyini pozmusdur !!
@winterseason38
@winterseason38 Год назад
Bizim binanın həyəti zibilxanadır.Ancaq maşın hərəkət eləmək olmur.Şeron 63 mtk Xırdalan.binanın dələduz mühasibi ilqar adlı canlı satıb talayır hər yeri.gözündə hər şeyi pul görür
@mikayilsuleymanov3757
@mikayilsuleymanov3757 16 дней назад
Elə ne qalıbsa sovetdən qalıbda, yolu niyə daraltsınlarki? Səkilər də genişdi. Dağıdıb söküb daşıyıb yeyib anasını ağladıblar. Məsləhətdir ki, azı 40 yaşı olan şəhəri yaxşı tanıyan adamla gəzinti edəsiniz
@senanqurbanov9433
@senanqurbanov9433 Год назад
МИЛЕТЕ ЗАВОД ФАБРИК ЛАЗЫМДЫ ИШЗИЗЛИК БАШ АЛЫФ ГЕДИР ЧАВАНЛАР БИЛМИР НЕЙННЕН МЕШГУЛ ОЛСУН.РЕСПУБЛИКА БАТЫР.
Далее
Это база
00:16
Просмотров 183 тыс.
SUALIM VAR. Mingəçevir
1:06:08
Просмотров 7 тыс.
Real Vətən - MİNGƏÇEVİR
38:16
Просмотров 104 тыс.
Gəzməyə Vətən Yaxşı - Mingəçevir   09.07.2022
42:38
Deutsche Geschichte VIII. - Der erste Weltkrieg
3:53:49
Это база
00:16
Просмотров 183 тыс.