Тёмный

Green Card Qalibləri bunu izləsin 3! Green Card üçün SOS klinikası yoxlanışı 

Jaxx.pro14
Подписаться 784
Просмотров 318
50% 1

Green Card üçün SOS klinikası yoxlanışı
Green Card Qalibləri üçün hazırladığım SOS klinikası yoxlanışı, vaksinlər, sənədləşmələr və s ilə bağlı videoda prosesin necə irəlilədiyi ilə bağlı geniş məlumat paylaşdım. Mən özüm bu prosesdən keçən zaman gördüyüm nüansları sizin üçün addım addım izah elədim. Ümidvaram hər biriniz üçün faydalı olacaqdır. Əgər hər hansı yenə çətinliyiniz yaranarsa rəydə qeyd edə bilərsiniz, və ya sosial şəbəkə hesablarımı izləyərək oradan mənə yaza bilərsiniz.
İnternational SOS in Azerbaijan web-saytı: www.internationalsos.com/loca...
İnternational SOS in Azerbaijan ünvanı: maps.app.goo.gl/CMRh772ohRgvP...
Green Card Qaliblərini bir daha təbrik edirəm.
00:05 - Giriş
00:18 - SOS klinikasi nədir?
00:51 - SOS klinikasi harada yerləşir?
01:29 - SOS klinikasi tələb edilən sənədər nələrdi?
05:04 - SOS klinikasında adres dəyişikliyi edilməlidirmi?
07:39 - SOS klinikası yoxlanış proseduru necə olur və Covid 19 vaksininə ehtiyac varmı?
13:14 - SOS klinikası xərcləri nə qədərdi?
14:26 - Yekun
Məni Sosial Media'dan izləyib, suallarınızı ünvanlaya bilərsiniz!
INSTAGRAM ► birgunameri...
TIKTOK ► www.tiktok.com/@birgunamerika....
Daim Hərəkətdə!

Опубликовано:

 

20 июн 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 27   
@azardunyaminoghlu
@azardunyaminoghlu Месяц назад
👍👍
@rasadsamadov5344
@rasadsamadov5344 Месяц назад
Salam qabaqcadan təşəkkürümü bildirirəm ailə üzvlərinin hər birindən intervyu alırlar
@birgunamerikada
@birgunamerikada Месяц назад
Salam. Müsahibədə əsas suallar qalib olan şəxsə verilir. Əgər ailədirsə hamı birlikdə pəncərəyə yaxınlaşır və konsul lazım olan sualları verir. Ehtiyac olarsa digərlərinə də sual ünvanlaya bilər. İntervyu ilə bağlı olan yekun videonu da paylaşacam.
@telmanallahverdiyev426
@telmanallahverdiyev426 Месяц назад
Təşəkkür.
@user-fp8vz3qr7w
@user-fp8vz3qr7w Месяц назад
İlk❤
@birgunamerikada
@birgunamerikada Месяц назад
Təşəkkürlər 🙌🏻
@emin24887
@emin24887 Месяц назад
Çox sağolun ətraflı izaha görə. Bəs əgər qeydiyyata olduğum klinilada peyvənd kitabçası yoxdursa nə edə bilərəm...
@birgunamerikada
@birgunamerikada Месяц назад
Salam, təşəkkür edirəm. Sadəcə arayış alırsınız ki, peyvəndlər tam şəkildə vurulub.
@rasadsamadov5344
@rasadsamadov5344 Месяц назад
SALAM SAQQALA PROBLEM ETMİRLƏR GÖRƏSƏN
@birgunamerikada
@birgunamerikada Месяц назад
Salam. Şəxsi seçimləriniz, saç və saqqal düzümü, geyim və.s səfirlik əməkdaşları üçün əhəmiyyət kəsb etmir. Sənədləriniz qaydasında olduğu müddətcə problem yoxdu. Təbii ki, səliqəli olmağınız diqqətə alına biləcək nüans ola bilər.
@rasadsamadov5344
@rasadsamadov5344 Месяц назад
SALAM. hepatit b virusu viza almaq üçün problem olmaz?
@birgunamerikada
@birgunamerikada Месяц назад
Salam. Xeyr, hətta aktiv HİV daşıyıcısı belə viza ala bilir. Əgər müalicəniz alınıb və sağalmısınızsa hər hansı problem olmur.
@bakhtiyaraliyev8801
@bakhtiyaraliyev8801 Месяц назад
Salam, melumatlar uchun teshekkurler. Allergiya xesteliyi problem yaradirmi SOS-da? Umumiyyetle allergiyanin olub-olmamasini yoxlayirlarmi?
@birgunamerikada
@birgunamerikada Месяц назад
Salam. Xeyr, aktiv tüberkloz (vərəm) kimi xəstəliyiniz yoxdursa hər hansı bir problem olmur. Allergiyalar kimi sualları sadəcə qeyd edirlər. Hər hansı o barədə yoxlanış edilmir.
@rufann
@rufann Месяц назад
Eger peyvend vurulmayibsa yada tapmaq munkun deyilse bu problem yaradir??
@birgunamerikada
@birgunamerikada Месяц назад
Salam, heç bir problem yoxdu. Bunlar formal tələblərdi. Zatən əsas məqsəd klinikadaki yoxlanışdan keçmək və oradaki peyvəndi vurmaqdı. Yəni arayış belə apara bilmirsinizsə də problem etmirlər və olunmuş kimi qəbul edirlər.
@rufann
@rufann Месяц назад
@@birgunamerikada çox sağolun❤️
@metanetbayramova4414
@metanetbayramova4414 Месяц назад
Salam..bir zəhmət Gürcüstandakı ABŞ səfirliyinin emailni bilən varsa yazsın bir zəhmət...sizə bir sualım var -gələn həftə Gürcüstana uçuram intervyuya..bu ildən yeni qayda tətbiq ediblər rus dilindən imtina ediblər ..yalniz gürcü və ingilis dilində olacaq..tərcüməçi hansı sənəd aparmalıdı...??bu haqda məlumat tapa bilmədim..
@birgunamerikada
@birgunamerikada Месяц назад
Salam, bu linkdə Gürcüstan Səfirliyinə aid tələbləri görə bilərsiniz. travel.state.gov/content/travel/en/us-visas/Supplements/Supplements_by_Post/TBL-Tbilisi.html Interpreter or Translator: Applicants may bring ONE interpreter if they do not speak English or Georgian well enough to participate in an interview. Qeyd etdiyim email adresinə də yazaraq hara və necə məlumat verməyiniz haqqında məlumat ala bilərsiniz. support-georgia@ustraveldocs.com Daha izahlı məlumat üçün isə profil formalaşdırıb online portal vasitəsilə səfirlik əməkdaşları ilə əlaqə saxlaya bilərsiniz. www.ustraveldocs.com/ge/ge-iv-visaapplyinfo.asp Tərcüməci haqqında sadəcə pasportunu və şəxsi məlumatlarını səfirliklə əlaqə saxlayaraq bildirə bilərsiniz. Səfirlikdən tərcüməçiyə aid sənədlərinizi göndərəcəyiniz email adresini də zənglə soruşsanız sizə nə etməli olduğunuzu bildirəcəklər. Tərcümə üçün dostunuzu, ailə üzvünüzü də apara bilərsiniz. Mütləq deyil ki, sənədli tərcüməçi olsun. Təhlükəsizlik üçün kimliyini bildirməniz kifayət edəcəkdir. Əlavə olaraq sizinlə birlikdə imtahana girən şəxslərdən ingilis dilində bilən var isə tərcüməçilik edilməsinə şərait yaradırlar.
@metanetbayramova4414
@metanetbayramova4414 27 дней назад
@@birgunamerikada salam bir daha..artiq intervyudan keçdim..sadəcə bilmək istəyirəm passportu özləri xəbər edir gəlib götürməyə??approved vərəqi verildi..o qədər həyacanlı olmuşam kimi passportu nə vaxt götürəcəyimi soruşmaq yaddan çıxdı..çünki,5.07 qayitmalıyam Bakıya..bilet o tarixədi.
@birgunamerikada
@birgunamerikada 27 дней назад
@@metanetbayramova4414 Salam, təbriklər. Dil ilə bağlı problem oldumu? Rus dilində də intervyuda köməklik göstəriblər? Səfirliyi yığaraq soruşa da bilərsiniz, yenidən yaxınlaşıb qapıdakı işçilərdən öyrənmələrini də istəyə bilərsiniz. Qeyd etdiyim linkə daxil olub, immigrant vizası, case nömrənizi 0-lar olmadan məsələn, 2024EU12675 olaraq yazıb, təhlükəsizlik şifrəsini də girdikdən sonra vizanızın “issued” olunmasını görə bilərsiniz. İssued olunubsa deməli vizalarınız çap edilib və gedib götürə bilərsiniz. ceac.state.gov/CEACStatTracker/Status.aspx
@metanetbayramova4414
@metanetbayramova4414 27 дней назад
@@birgunamerikada siz haqlı idiniz hər il belə deyirlər..ümumiyyətlə mənə məktubda yazdıqları ilə orda gördüyüm fərqli oldu..planımı o məktuba görə qurmuşdum..rus dili, gürcü dili və ingilis dili idi..sadəcə niyə tərcüməçi gətirməyi yazmışdılar onu başa düşmədim..amma ümumilikdə çox sakit və sivil keçdi..məsləhət edirəm ki,həyacan göstərçəyin..o qədər sadələşdirilmiş idi hər şey..hamı keçdi...ən çox Azərbaycandan idi immiqrantlar
@birgunamerikada
@birgunamerikada 27 дней назад
@@metanetbayramova4414 Tərcüməçi gətirməyi formal olaraq qeyd edirlər və rus dilinə də icazə verilir. Son bir intervyu ilə bağlı video çəkmişəm, yaxında paylaşacağam. Hər bir halda sizə uğurlar!
Далее
Kaliforniyaya Qayıtdım
15:45
Просмотров 229