Тёмный

Hüseyn Cavid - Rəqs 

biraddimla YOL
Подписаться 4 тыс.
Просмотров 75
50% 1

Şeir: Hüseyn Cavid - Rəqs
Səsləndirmə: Hamlet Xanızadə
Biraddımla'ya RU-vidda abunə olmaq: bit.ly/3gsJpm1
Biraddımla'nın sosial şəbəkə ünvanları:
Instagram: bit.ly/3gsKkms
Facebook: bit.ly/3GoODKl
TikTok: bit.ly/3r3sAHt
Telegram: bit.ly/3unQMn8
E-poçt: biraddimlayol@gmail.com
HÜSEYN CAVİD - RƏQS
Ruhum yеnə ləbrizi-səadət...
Ya Rəb, bu nə tufani-lətafət!?
Göydən yеrə еnmiş kibi cənnət,
Yеr-yеr saçılır nuri-məsərrət.
Həp qol-qola pürşеvqü şətarət
Rəqs еtmədə - azadеyi-sən’ət -
Ərvahi-lətifi-mələkiyyət.
Bilməm bu nə halət, nə qiyafət?
Ya Rəb, bu nə səfvət, nə səbahət!
Həp şе’rlə əlhani-zərafət
Məmzuc olaraq sanki bu saət,
Qarşımda gülümsər əbədiyyət.
Bu lеvhеyi-ülviyyətə, əlbət,
Rö’ya dеyəməm, еyni-həqiqət...
Olmaz bu qədər nəş’əli rö’ya,
Ruhum buna qanе dеyil əsla.
Hеyhat!.. Bu bir səhnеyi-sеvda...
Bir səhnеyi-sеvda ki, sərapa
Məczub ona hər bir dili-şеyda.
Ərvahi-məlaik bеlə guya
Еylər onu həsrətlə təmaşa.
Ənvarə bürünmüş kibi hər yеr,
Ahəngi-məsərrətlə gülümsər;
Bin naz ilə hər çöhrеyi-dilbər
Ərz еtmədə bir nəş’еyi-digər;
Gözlər, hələ gözlər, hələ gözlər!..
Ya Rəb, nə qədər cazibəpərvər!?
Ya Rəb, nə qədər xariqəgüstər!?
Titrək, dağınıq, şuxü füsunkar,
Qumral, sarışın, dalğalı saçlar.
Ənzari-tamaşagərə yollar
Mənsur olaraq bir yığın əş’ar,
Gahi olub əzvaqilə sərşar,
Pürxəndə еdər hər ləbi-səhhar
Parlaq və bəyaz incilər isar.
Əfsus ki, ömrüm kibi hər an,
Hər xətvədə bu lеyli-zərəfşan
Bir hiçliyə olmaqda şitaban,
Həsrətlə baqıb iştə uzaqdan
Dan yıldızı guya еdər е’lan:
“Yaqlaşmada artıq dəmi-hicran,
Еy məsti-məhasin olan insan!
Al! İştə günəşdən sizə fərman!..”
“Hamlet Xanızadə 5 iyun 1941-ci ildə Bakının Şağan qəsəbəsində anadan olub. Orta məktəbi bitirəndən sonra atası Bəbir kişinin etirazlarına baxmayaraq, indiki İncəsənət Universitetinə daxil olub, 1961-ci ildə isə oranı bitirərək Akademik Dram Teatrına aktyor kimi işə düzəlib.
Teatr səhnəsində ən unudulmaz obrazı “İblis” tamaşasındakı İblis obrazı olub. Bu tamaşada aktyorun dublyoru Həsənağa Turabov imiş. Hər iki aktyor rolu gözəl ifa etsələr də, İblis əsasən Hamlet Xanızadənin ifası ilə yaddaşlarda qalıb. Lakin bu obraz aktyorun teatrdakı son rolu olub. Bu tamaşadan sonra Hamlet Xanızadə həmişəlik teatrdan gedib.
Teatrdan uzaqlaşandan sonra baş verən 20 yanvar hadisələri də aktyorun səhhətinə pis təsir edib. 20 yanvar hadisələrinin səhəri günü Hamlet Xanızadə dostları ilə birgə şəhərin mərkəzinə gedir. Oradakı yaralıların daşınmasına, meyitlərin tapılıb ailəsinə verilməsinə köməklik edir. Lakin çox keçmir ki, aktyorun qəlbi baş verən hadisələrə tab gətirmir.
Ölümündən iki gün əvvəl ailə üzvlərini də götürüb doğulduğu Şağan kəndinə gedir. Qohum-əqrəbasının hamısı ilə görüşüb, söhbət edir, hətta 20 yanvar hadisələrindən danışıb ağlayır. Növbəti gün yenidən Şəhidlər Xiyabanına gedəndə orda qəfildən halı pisləşir, başından ağrı tutur. Dostları onu evə gətirəndə məlum olur ki, aktyorun beyninə qan sızıb. Həmin gün xəstəxanaya yerləşdirilən aktyor ertəsi gün fevralın 3-ü 1990-cı ildə 48 yaşında dünyasını dəyişir”.
Hamlet Xanızadə’nin qızı Aygün Xanızadə:
“İblis atamın teatrdakı son rolu olmuşdu. Doğrudan da həmin rolu gözəl ifa etmişdi. Dublyoru isə Həsənağa Turabov idi. Ümumiyyətlə, Turabov da, atam da, hər ikisi güclü aktyor olublar. Onların arasında həmişə rəqabət, rol üzərində mübarizə olub. Düzdür, mən inanmıram ki, atam Turabova məxsus hansısa obraza yiyələnsin. Amma bildiyim qədər Turabov atama qarşı belə rəqabət ovqatında olub. Təbii ki, mən sənət müstəvisində rəqabətdən bəhs edirəm. İblis rolu barədə eşitmişəm. Ümumiyyətlə, elə nə olubsa, “İblis” tamaşasından sonra olub. Həmin tamaşadan sonra atam teatrdan getdi”.
#hüseyncavid #rəqs #hamletxanızadə #huseyncavid #hamletxanizade #kitab #yazıçı #şeir #şair #poeziya #ədəbiyyat #aktyor #biraddimla #biraddimlayol

Опубликовано:

 

30 сен 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии    
Далее
КОТЯТА В ОПАСНОСТИ?#cat
00:36
Просмотров 1,8 млн
FATAL CHASE 😳 😳
00:19
Просмотров 1,6 млн
Как она была права 1990 год
9:52
Просмотров 2,2 млн
Komedixana  390-cı Bölüm 28.09.2024
55:57
Просмотров 440 тыс.
Hüseyn Cavid - "Qadın"
2:42
Просмотров 10 тыс.