Тёмный

Hədəf Konsepti 1. Dəyərlər 

Şəmil Sadiq
Подписаться 659
Просмотров 35
50% 1

DƏYƏRLƏR
Hədəf bir Azərbaycan brendidir və hər yanaşmasında Azərbaycan dəyərlərinə sadiqdir. Dəyər isə bir millətin vazkeçilməzidir. Qloballaşan dünyada hər bir millət sadəcə öz dəyərlərinə sadiq qalmaqla varlığını yaşada bilər, əks təqdirdə digər hegemon dövlətlərin dəyərləri içərisində əriyib gedər. Dəyərlər milli və bəşəridir. Əgər bir millətin dəyərləri bəşəri dəyərlərə rəng qata bilirsə, bunu yaşatmağa və təbliğ etməyə məcburdur. Biz milli dəyərlərimizi bəşəri dəyərlərlə bərabər yaşatmalı və onunla fəxr etməliyik. Bunun üçün Hədəf Konsepti bəşəri ideyalarla zəngin olan dəyərlərinə sadiqdir və bunu balabilgələrə təbliğ etməyi qarşısına məqsəd qoymuşdur.
Məhz bunu daha yaxşı ifadə etmək üçün konseptimizdə “Dəyərlər həftəsi” adlı termindən istifadə edilir. Bu o deməkdir ki, ümumbəşəri dəyərlər anlayışı ilin həftələrinə ad olaraq verilmiş, balabilgənin qeydləri kitabında qeyd edilmiş, məktəbin müxtəlif yerlərindən afişa şəklində asılmışdır. Hər bir dəyər balabilgəyə müxtəlif yollarla aşılanmalı, işləməsi üçün münbit şərait yaradılmalıdır. İnsanı təbiətin digər varlıqlarından fərqləndirən əsas əlamətlərdən biri də dəyərlərdir. Hər bir toplumun sahib olduğu və qorumalı olduğu dəyərlər var ki, onlar vazkeçilməz olmalıdır. Bu dəyərlər heç bir halda ümumbəşəri dəyərləri tapdalamamalıdır. Azərbaycan-Türk xalqının da əsrlərdən bəri günümüzə qədər gələn dəyərləri vardır. Biz tədrisdə bunları izah etməli, öyrətməliyik. Bunun üçün də hər həftənin birinci günü məktəbin girişində olan böyük lövhədə dəyərin adı və onu ifadə edən aforizm və ya atalar sözü yazılır, həftənin birinci günü səhər toplanışında məktəb rəhbərlyinin təyin etdiyi müəllim balabilgələr qarşısında dəyər haqqında məlumat və tapşırıqlar verir. Həftənin birinci günü sinif rəhbəri və ya köməkçi müəllim, balabilgələrə həftənin adı haqqında ətraflı danışır, onlara bu həftə boyunca adıçəkilən dəyər haqqında müşahidələrini toplayıb bir esse halında yazmasını tapşırır.

Опубликовано:

 

15 окт 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии    
Далее
Qələbəyə Dəstək Hərəkatı
8:53
Просмотров 56
Biz təhsildən nə gözləyirik?!
10:25
Просмотров 70
Million jamoasi - Amerikaga sayohat
12:37
Просмотров 350 тыс.
İnteraktiv Elm Muzeyi | Elçin Abbasov
16:33
Просмотров 1,3 тыс.
tələbə həyatı | universitet, ucuz əyləncə.
10:32
Türk İnteqrasiya Olimpiadası - 2024
5:47
Boşanmaların səbəbləri | Nizami Orucov
46:37
Просмотров 29 тыс.
Hədəf STEAM Liseyi - Onlayn Valideyn İclası
13:05
Просмотров 1,2 тыс.