Тёмный

Hər Gün 1 XİYAR YEYİN! - Görün Sizə Nə Edəcək... 

Bir Bax
Подписаться 641 тыс.
Просмотров 27 тыс.
50% 1

#BirBax #xalqtəbabəti #xiyar
#огурец #hiyar
Xiyarın bəzi xəstəliklər zamanı müalicəvi təsirə malik olduğunu bilirdizmi? Qaraciyər xəstəlikləri, böyrək daşı problemi, şəkərli dibaet hətta mədə-bağırsaq xəstəlikləri zamanı bu tərəvəz sizin köməyinizə çata bilər. Bu gün xiyarın faydalarından, müalicəvi reseptlərdən danışacağam. Siz də elə indi, bu videonu yaxınlarınıza göndərərək, onların sağlamlığını qoruya bilərsiniz.
Xiyar bəşəriyyətə 6000 ildən çoxdur ki, məlumdur. Tərəvəzin vətəni Hindistanın tropik, subtropik bölgələri və Himalay dağlarının ətəkləri hesab olunur. Bu yerlərdə xiyar, hələ də, təbii şəkildə böyüyür. Avropada ilk dəfə xiyarı yunanlar, ardından isə romalılar tanıyıb. Böyük Karlın dövründə xiyar Avropada geniş yayılıb. Hazırda xiyar bütün dünyada yetişdirilir.
Xiyarın növləri çoxdur. Yabanı xiyar kiçik olur, bəzi növlərinin acılığından ona yaxın düşmək çətindir. Yer kürəsində ən çox xiyar yetişdirilən ölkə Çindir. Dünya bazarına çıxarılan xiyarın ¾-ü Çin mənşəlidir. Bəs Xiyarın faydalı xüsusiyyətləri nələrdir? İndi ondan danışım.
Xiyar oynaqların vəziyyətini yaxşılaşdırır, podaqra və artrit ağrılarını aradan qaldırır. Çünki o, birləşdirici toxumanı gücləndirən silisium ilə zəngindir. Tərəvəzdə A, B1, B6, C, D vitaminləri, kalsium, maqnezium, kalium və fol turşusu var. Xiyar şirəsi yerkökü şirəsi ilə qarışdırıldıqda sidik turşusu səviyyəsini azaltmağa, podaqra və artrit ağrılarını aradan qaldırmağa kömək edir.
Diabet zamanı. Xolesterolu azaltmaq və qan təzyiqini idarə etmək üçün xiyar şirəsi istifadə edilir. Xiyar şirəsi mədəaltı vəzi hüceyrələrinin insulin istehsalı üçün lazım olan sterolları ehtiva edir. Araşdırmalara görə, tərəvəzin tərkibindəki sterollar qanda xolesterinin səviyyəsini azaltmağa, lif, kalium və maqnezium isə qan təzyiqini normal saxlamağa kömək edir;
Xiyar toksinlərin çıxarılmasında mahirdir. Xiyarın tərkibindəki su orqanizmdən bütün zibilləri süpürgə kimi süpürüb atır. Tərəvəz müntəzəm olaraq yeyildikdə böyrək daşlarını əritməyə də kömək edir;
Qastrit zamanı və mədə xorasının kəskin mərhələsində, turşuluq çox olan zaman gündə 2 dəfə, yeməkdən 40-60 dəqiqə əvvəl yarım stəkan təzə xiyar şirəsi içmək və ya bal ilə təzə xiyar qəbul etmək məsləhətdir;
Qaraciyər xəstəlikləri, o cümlədən, sarılıq zamanı acqarına gündə 1-2 dəfə yarım stəkan təzə xiyar şirəsi içilir. Davamlı qəbizlik zamanı yumşaldıcı olaraq, bal ilə təzə xiyar köməyə çatır. Həmçinin, səhər acqarına 1 stəkan xiyar şirəsi və ya xiyar turşusunun suyunu içə bilərsiniz;
Piylənmənin profilaktikası və müalicəsi zamanı xiyarlı oruc günləri təyin edilir. Bu dietada gün ərzində 2 kiloqram xiyarı yemək lazımdır. Amma hamısı birdən yox ha, 5 dəfəyə... Çalışmaq lazımdır ki, porsiyalar eyni olsun;
Ürək xəstəlikləri zamanı xiyarları yuyun, sürtgəcdən keçirdin, şirəsini cuna ilə süzün. Üzərinə kahı yarpaqları şirəsi sıxın. Yaxşıca qarışdırmaq və səhər acqarına 1 stəkan içmək lazımdır;
Xiyarın zərərləri və əks göstərişləri.
Xiyar zəhərlənməyə səbəb ola bilər. Ona görə də, həddindən artıq yeməmək vacibdir. Hamımız nə vaxtsa acı xiyar dadmışıq. Acılıq o deməkdir ki, tərəvəzin tərkibində toksin var. Acı xiyarları yeməmək daha doğrudur.
Tənəffüs xəstəlikləri zamanı da xiyardan uzaq durmaq yaxşıdır. Əgər sinusit və ya hər hansı digər xroniki tənəffüs xəstəliyindən əziyyət çəkirsinizsə, xiyar yeməkdən çəkinməlisiniz. Bunun səbəbi xiyarın soyuducu təsirə malik olmasıdır. Qısa zamanda xiyarın bu təsiri tənəffüs problemlərinin vəziyyətini pisləşdirərək fəsadlara gətirib çıxaracaq.
Zərərli mum örtüyündən ehtiyat edin. Xiyar olduqca kövrəkdir və asanlıqla zədələnə bilər. Təbii ki, bu, istehsalçıları qane etmir. Onların əksəriyyəti becərmə və ya yığım mərhələsində xiyarların qabığına mum çəkirlər. Mum örtüyü xiyarları həşəratlardan qoruyur və daşınma zamanı zədələnmə riskini minimuma endirir. Bu addımın pis tərəfi isə odur ki, örtük üçün istifadə edilən mum etil spirti, sabun və kazein kimi birləşmələrdən ibarətdir.
Turşu və duzlu xiyar qaraciyər xəstəliklərindən, hipertoniyadan, aterosklerozdan və su-duz mübadiləsindən əziyyət çəkənlər, tiroid funksiyası azalanlar, nefrit olanlar üçün, həmçinin, hamiləlik zamanı zərərlidir.
Qeyri-mövsümi xiyarları yeməyin. Soyuq qışda təzə xiyarın ətrinə kim müqavimət göstərə bilər? İstər-istəməz əl ona doğru uzanır. Lakin hər kəs bilir ki, qeyri-mövsümi tərəvəzlər özlərində xoşagəlməz sürprizləri gizlədə bilər. Statistikaya əsasən, xiyar tərkibində pestisidlərin və nitratların miqdarına görə 50 meyvə-tərəvəz arasında 9-cu yeri tutur. Daha çox qazanmaq arzusuyla istehsalçıların istifadə etdiyi yüksək miqdarda nitrat və digər gübrələr erkən yetişən xiyarları sağlamlıq üçün təhlükəli edir. Tərəvəzin zərərli təsirini azaltmaq üçün nitratların toplaşdığı qabıqları soymaq, xiyarların hər iki ucundan 2-3 santimetr kəsmək məsləhətdir. Yaxşı olar ki, 3 yaşına qədər uşaqlara qeyri-mövsümi xiyar verilməsin.

Наука

Опубликовано:

 

4 июл 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 36   
@asifesgerov3284
@asifesgerov3284 5 дней назад
Coxlu coxlu sag olun .Artıq xiyarın sazonudu bolluca yeyirik
@birbaxkanal
@birbaxkanal 5 дней назад
Nuş olsun
@juliya3076
@juliya3076 17 часов назад
Teşekkürler ❤❤❤🙏
@raya4525
@raya4525 5 дней назад
Çox sağ olun faydalı məsləhətinizə ğörə
@user-wq5rd5vj6p
@user-wq5rd5vj6p 5 дней назад
VAllah 3 gündüki, mağazadan aldığmız xiyardan yarım dene yedim ve anında zeherlendim(( iyne vurandan sonra bir az özüme gelirem. O qeder qusdumki, elden düşdüm, tualetdeki bez astanovqa🤦‍♀️🤦‍♀️
@gulzarhumbtova4064
@gulzarhumbtova4064 День назад
Təşəkkürlər
@birbaxkanal
@birbaxkanal День назад
var olun
@ZarifaSafarova-xg4un
@ZarifaSafarova-xg4un 5 дней назад
Teşekkürler. Bir. Bax❤
@birbaxkanal
@birbaxkanal 5 дней назад
Biz təşəkkür edirik
@Elmidinivideolar-rv9tj
@Elmidinivideolar-rv9tj 3 дня назад
Adam qardaşın yeyər😂😂
@qadamkarimova8750
@qadamkarimova8750 День назад
Çox sağ olun Xəyalə qızım ❤
@birbaxkanal
@birbaxkanal День назад
Çox sağ olun. Sağlam və gümrah olun.
@Ezize-yy1fu
@Ezize-yy1fu 5 дней назад
FAYDALI VIDEODIR ÇOX SAĞOLUN
@birbaxkanal
@birbaxkanal 5 дней назад
Biz təşəkkür edirik
@SeyranKrimova
@SeyranKrimova 5 дней назад
Çox sağ olun gözəl xanım❤
@birbaxkanal
@birbaxkanal 5 дней назад
Biz təşəkkür edirik
@billurverdiyeva7976
@billurverdiyeva7976 4 дня назад
Salam mən bir yox bir neçəsini yeyirəm gündəlik mövsümündə.
@agayunusov1219
@agayunusov1219 4 дня назад
Remotoid artrid xestesiyem hansi terevezleri yeye bilmerem qabaqcadan tewekkurler❤
@resmiyyehesenova6103
@resmiyyehesenova6103 4 дня назад
❤❤❤
@elchinaliyev774
@elchinaliyev774 5 дней назад
İspaniya da xiyarı ədədlə alırıq,həm baha və dadsızdır.bizim meyvə və tərəvəzlər çox keyfiyyətlidir.
@birbaxkanal
@birbaxkanal 5 дней назад
Bəli
@user-xf1yt3pv9b
@user-xf1yt3pv9b 5 дней назад
Xiyari cox sevirem amma bazardan alnan xiyarlarn lezeti yoxdur
@birbaxkanal
@birbaxkanal 5 дней назад
Marketdən alırsız?
@nusrt3904
@nusrt3904 5 дней назад
👍
@birbaxkanal
@birbaxkanal 5 дней назад
🙏🏻🌹
@mextilecavadova6930
@mextilecavadova6930 5 дней назад
Тэшэкур.. супэр.. бэйрэк.. учун.. муличивэли.. бирдэ.. дэрсиз
@birbaxkanal
@birbaxkanal 5 дней назад
İzlədiyiniz üçün təşəkkürlər
@resmiyyehesenova6103
@resmiyyehesenova6103 4 дня назад
Size coxxxx tesekurumuzu bildiririk .Gozel faydali meslehetleriniz cun.dogrusu bilmirdim ki xiyar qanda sidik tursusunu azaldir🙏
@user-yq3gx4kd1y
@user-yq3gx4kd1y 5 дней назад
Xiyar dönəcəksiniz!😂
@Studyyislovee
@Studyyislovee 5 дней назад
Xiyar ariqladir ?
@birbaxkanal
@birbaxkanal 5 дней назад
Bəli
@user-pv3hc1nl5z
@user-pv3hc1nl5z 5 дней назад
Тешеккурлер))) Чох мараглы ве онемлидир!
@birbaxkanal
@birbaxkanal 5 дней назад
Biz təşəkkür edirik
@f.xanoglu.9999
@f.xanoglu.9999 5 дней назад
Yerli xiyar yox, xaricdən gətirilmiş xiyar mənə allergiya verir.
@birbaxkanal
@birbaxkanal 5 дней назад
Tərkibindəki dərmana görə
Далее
XİYAR TURŞUSU / QIŞA HAZIRLIQ
9:43
Просмотров 519 тыс.
ОСКАР И ДЖОНИ БРОСИЛИ НАС 😭
01:00
Who has won ?? 😀 #shortvideo #lizzyisaeva
00:24
Просмотров 30 млн
Qarpız haqqında bunları bilirsinizmi?
11:05
Просмотров 17 тыс.
Yuxu Kimi 166.Bölüm  FİNAL
2:19:48
Просмотров 435 тыс.
Ekiz balalar
1:27
Просмотров 28 тыс.
Так ли Хорош Founders Edition RTX 4080 ?
13:00
Так ли Хорош Founders Edition RTX 4080 ?
13:00
899$ vs 360$ which one will you choose ? #iphone #poco
0:18