Тёмный

Hər gün 2 MİXƏK Çeynədim - 11 Xəstəliyim Sağaldı 

Bir Bax
Подписаться 656 тыс.
Просмотров 38 тыс.
50% 1

#BirBax #xalqtəbabəti #mixək #гвоздика
Hər gün 2 dənə mixək yesəniz, 11 xəstəlikdən özünüzü qoruya bilərsiniz. Çoxlarınıza gülməli kimi səsləndə də, bu həqiqətdir. Qədimdə indiki kimi kimyəvi dərmanlar olmayıb. İnsanlar özlərini bitkilərin şəfaverici gücü ilə müalicə ediblər və daha sağlam olublar. Bu gün həmin möcüzəvi vasitələrdən biri olan mixəkdən danışacam. Videomuza sona kimi baxsanız, onun doğru istifadə qaydaları haqda da məlumat alacaqsınız. Diqqətiniz bizdə olsun.
Hər gün nizamlı şəkildə 2 mixək yemək fiziki və psixoloji sağlamlıq üçün olduqca faydalıdır. Bəs faydalar bələrdir? Gəlin onlardan danışım.
1. Təzyiqi aşağı salır. Aparılan elmi araşdırmalar sübut edib ki, mixək yağı ilə masaj edilən zaman əzələlər rahatlayır, damarlar genişlənir, nəticədə, təzyiq aşağı düşür;
2. Cinsi istəyi artırır. İstər qadın, istər kişi olsun, mixək cinsi sağlamlığı dəstəkləyir. Antioksidant və mikrob əleyhinə olan xüusiyyətləri bir yana, mixək kişilərdə spermanın keyfiyyətini yüksəldir, afrodizyak kimi təsir edərək cinsi istəyi artırır;
3. İnfeksiyanı önləyir. Mixək stafilokok və E.coli (bağırsaq çöpləri) kimi bakteriyalarla mübarizə aparmaq qabiliyyətinə malikdir. Eyni zamanda, göbələk infeksiyalarından qoruyur;
4. Xərçəngin əmələ gəlməsinə mane olur. Mixəyin tərkibindəki birləşmələr orqanizmi xərçəng kimi xroniki xəstəliklərdən qoruyur. Həmin birləşmələr sərbəst radikalların toxumalara zərər vurmasına da imkan vermir;
5. Ağrını azaldır. Evgenol (eugenol) mixəkdəki birləşmələrdən biridir. Diş ağrılarını və iltihablanmanı azaltmaqda mahirdir. Diş ağrısı şiddətlidirsə, bir parça pambıq götürün, üstünə bir neçə damcı mixək yağı damızdırın. Pambığı ağrıyan dişə basdırın. Ağrı azalacaq, diş həkiminə gedənədək rahat olacaqsınız;
6. Ağızdakı pis qoxunun qarşısını alır. Antiseptik olmasıyla məşhur olan mixək təbii aromaya malikdir. Ağız qoxusunu yox etmək üçün ideal vasitələrdəndir. Bu məqsədlə mixək çeynəmək, ya da mixək çayı ilə ağızı qarqara etmək kifayətdir;
7. Həzmi dəstəkləyir. Həzm sistemini rahatladan mixək mədəni və bağırsaqları dəstəkləyən fermentləri aktivləşdirir ki, nəticədə, ishalın qarşısı alınır. Bundan əlavə, qaz problemində də orqanizmin köməyinə çatır. Dən lobya, brokoli və ya gül kələmdən hazırlanan yeməklərin üstündən mixək çayı içsəniz, daha rahat olarsınız;
8. Sağalmanı sürətləndirir. Dəriyə tətbiq edilən mixək yaraların sağalmasını tezləşdirir. Buna o, iltihabı azaltmağı və antiseptik xüsusiyyəti ilə nail olur;
9. Əzələləri rahatladır, yorğunluğu aradan qaldırır. Mixək yağını masaj yağına qataraq əzələləri ovmaq bədənin yorğunluğunu azaldır, əhval-ruhiyyəni yaxşılaşdırır. Mixək əsaslı geli əzələlərin ağrıyan yerlərinə çəksəniz, ağrılar qısa zamanda yoxa çıxacaq;
10. Öskürəyi azaldır. Uzun sürən öskürək, bronxit və soyuqdəymə varsa, mixək müalicəvi vasitə kimi köməyə çatır. Antibakterial, iltihab əleyhinə və ekspektorant xüsusiyyətə malik mixək tənəffüs yollarını təmizləyir, bəlğəmgətirici kimi çıxış edir;
11. Diş əti xəstəlikləriylə mübarizə aparır. Bayaq da qeyd etdiyim kimi, tərkibindəki evgenol sayəsində mixək ağız boşluğu, diş və diş əti problemlərinin aradan qaldırılmasında effektivdir. Mixək çayı ilə ağızı qarqara etmək, mixək çeynəmək diş ətinin sağlamlığını qoruyur, mövcud xəstəlikləri sağaldır;
Mixəyi şirniyyatlara, şorbalara qata bilərsiniz. Ən gözəli isə mixək çayıdır.
1 xörək qaşığı mixək götürün, üyüdün. 1 litr qaynamış suya qatın və ağzını örtərək 20 dəq dəmlənməsini gözləyin. Sonra çayı cuna ilə süzün. Artıq 4 stəkan mixək çayınız var! Zövqə görə, isti, ilıq və ya soyuq halda içə bilərsiniz.
Mixəyin bir başqa özəlliyi də ağcaqanad əleyhinə vasitə olmasıdır. 1 limonu ortadan kəsin. Bir neçə mixəyi limonun lətinə sancın. Masaya qoyun. Oturduğunuz yerə ağcaqanad yaxınlaşmayacaq.
Dərinizə mixək yağı çəkməklə, mixək yağını limon yağı və kokos yağı ilə qarışdıraraq losyon hazırlayıb bədəninizə sürtməklə də ağcaqanadlardan xilas ola bilərsiniz.
Müxtəlif mədəniyyətlərdə mixəklə bağlı miflərin sayı da çoxdur.
Hind mifologiyasında mixək “təmizlik və müqəddəslik” rəmzidir. Dini mərasimlərdə məbədlərdə mixək yandırmaq arınma ritualıdır. İnanılır ki, mixək tüstüsü Tanrı Şiva başda olmaqla bir çox Tanrıya edilən ibadəti bir qat daha qudsallaşdırır. Və tanrılar mixəyin ətrinə xatir insanların günahlarını sıfırlayır, onları çıxılmaz problemlərdən xilas edir.
Çin mifologiyasında mixəklə bağlı əhvalatların hamısında sağlamlıq və qorunma nüanslarına toxunulur. Qədimdə Çin imperatorları və yüksək rütbəli şəxslər mixək çeynəmək vərdişinə malik idi. Həm nəfəsləri təravətlənirdi, həm də, onlar mixək vasitəsilə xəstəliklərdən qorunduqlarına inanırdılar. Ruhani rəhbərlər mixək tozunu insanın paltarına səpirdilər ki, şər qüvvələr onun ruhuna toxunmasın. Həmçinin, məbədlərin, evlərin qapısından içəriyə doğru üfürülən mixək tozu da eyni missiyanı daşıyırdı: şər qüvvələri uzaq tutmaq.

Опубликовано:

 

8 сен 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 63   
@fuadhamishayev2096
@fuadhamishayev2096 Месяц назад
Çox düzgün . Təşəkkürlər . Hər bir evdə mixək , darçın , sarı kök , qara və qırmlzl bibər , zəncəfil , zeytun və zeytun yagı , zəfəran , iri və təmiz duz , xalis bal , sarımsaq , alma , təmiz və şəffav su , limon , lavanda otu , yagı və ətiri , çay yagı , yaşıl çay mütləq olmalıdır
@user-iv4cl2uj3g
@user-iv4cl2uj3g 26 дней назад
Cooox sağ olun.Allah razı olsun, sizi qorusun 🤲🤲👍❤
@Ummu_Aksa
@Ummu_Aksa Месяц назад
Çox sağolun , faydalı məlumatlara göre amma bu hindlilerin tanrılar mövzusu xoşuma gelmedi , bir tek tanrı Uca Yaradandır vessalam.
@birbaxkanal
@birbaxkanal Месяц назад
fərqli ölkələrdə fərqli inanclar mövcuddur...
@seyyarmuhasib1472
@seyyarmuhasib1472 Месяц назад
Gözəl qızım, çox sag ol.Gözəl məsləhətlərinə görə təşəkkür edirəm.Allah köməyiniz olsun.Amin.
@user-rc8ec2lk4x
@user-rc8ec2lk4x Месяц назад
Salam bir bax kanalının əməkdaşları sizin verdiyiniz faydalı məlumatları dəyərləndirirəm ammaki mifalogiyadan misal l gətirməyi izi xoşlamadığı cünki bizim müqqəddəs səmavi Qurani-Kərim kitabımız var və biz AllahuTalanın birliyinə inanırıq bu cür miflər insanlar arasında caşqınlıq yaradır belə söhbətlər ancaq günh qazandırır
@fuadhamishayev2096
@fuadhamishayev2096 Месяц назад
Nə boş-boş yazırsınız burda . Qurani -Kərimin nə dəxli var bu məsələyə ? Burda kifayər qədər sizdən qat-qat savadlı , bilikli , elmlı adamlar var .Sizin heç dünyadan xəbəriniz yoxdur. Xəbəriniz olsaydı bilərdiniz ki , mixək hələ lap qədimlərdən insan saglamlıgına şəfa verən bir ədviyyatdır . Yoxsa mif belə gəldi , mif belə getdi Bildiyiniz , anladıgınız , başınız çıxan şeylərdən yazın .
@user-xw9dy6tz9z
@user-xw9dy6tz9z Месяц назад
@@fuadhamishayev2096 Əssəlamu əleykum. ✋
@user-xw9dy6tz9z
@user-xw9dy6tz9z Месяц назад
@@fuadhamishayev2096 Əssəlamu əleykum.✋ Sən kəs səsini, otur yerində!!!
@Ummu_Aksa
@Ummu_Aksa Месяц назад
Tamamile düz qeyd etmisiniz , çox sağ olun.
@user-pz7tt7pt1l
@user-pz7tt7pt1l Месяц назад
Ay insan heç fikirləşirsən nə danışırsan cahil olmayın mixəki də hər bitkini də Allah yaradıb və bizlərə tövsiyyə edib deyib mənim yaratdıgım bitkilərdən müalicə olunun özüm namaz gılıram 20 ildən artıg və bunlardan faydalanıram diş agrımı mixək çeynəyib sagaltdım yani Qurani-Kərimi gatmayın bura
@vusalnbiyeva5837
@vusalnbiyeva5837 Месяц назад
Təşəkkürlər.
@z.agasoy1442
@z.agasoy1442 Месяц назад
Qəbizlik yaradır mixək yemək,ishala qarşı çox təsirlidir
@asifesgerov3284
@asifesgerov3284 Месяц назад
Coxlu coxlu sag olun.
@mirzeyevasehla3011
@mirzeyevasehla3011 Месяц назад
Tesekur bu gozel meslehete gore ☝🙏🏿👏👏👍
@birbaxkanal
@birbaxkanal Месяц назад
Çox sağ olun. Sağlam və gümrah olun.
@kemaleallahverdiyeva8351
@kemaleallahverdiyeva8351 Месяц назад
Teşekkürler
@bayramresulol9611
@bayramresulol9611 Месяц назад
👍👍👍🙏Təşəkkürlər.
@hetemrzayev8894
@hetemrzayev8894 Месяц назад
Çox sağ ol gızım.Allah sizi xoşbəxt eləsin.Faydalı məsləhətinə görə allah sizdən razı olsun.Hətəm müəllim.
@birbaxkanal
@birbaxkanal Месяц назад
Çox sağ olun. Sağlam və gümrah olun.
@emioglu
@emioglu Месяц назад
Hətəm müəllim, ALLAH BÖYÜK HƏRFLƏ YAZÌLÌR!!!
@kamalaaliyeva489
@kamalaaliyeva489 Месяц назад
Allah razı olsun men çayda çox işledirem amma mixey yağını bilmirdim size çox tşk edirem sağ olun ✋️✋️🙏🙏🥰🥰❤️❤️🌹🌹🌹
@rnasadqova7673
@rnasadqova7673 Месяц назад
Mixək yağını hardan almaq olar əvvəlcədən təşəkkür edirəm
@user-ou8iq4bo3v
@user-ou8iq4bo3v Месяц назад
Mən də çox isfifadə edirəm və faydasını görürəm. Yagʻından və çayından
@pakvillage888
@pakvillage888 Месяц назад
Nice information
@user-pz7tt7pt1l
@user-pz7tt7pt1l Месяц назад
Çayımı mixəksiz dəmləmirəm hər yeməyimə mütləg sarıkök gatıram
@Hgigt-ji2jv
@Hgigt-ji2jv Месяц назад
ƏGƏR SÖYLƏDİYİNİZ FİKİRLƏR DÜZDÜRSƏ MÜXƏNG ÇEYNƏMƏK ÇOX YAXŞIDIR.ONUN YAĞI İLƏ BƏDƏNİNİZİ MADAJ EDİN.AĞRILARI GÖTÜRÜR.
@gulzarhumbtova4064
@gulzarhumbtova4064 Месяц назад
Çox sağolun allah razı olsun sizdən təşəkkür
@allahverdiyevaallahverdiye7430
@allahverdiyevaallahverdiye7430 Месяц назад
Cox sagolun
@user-ne9mt6yv7r
@user-ne9mt6yv7r 23 дня назад
Чох саг олун.
@SeyranKrimova
@SeyranKrimova Месяц назад
Çox sağ olun Allah sizdən razı olsun❤❤❤
@birbaxkanal
@birbaxkanal Месяц назад
Çox sağ olun. Sağlam və gümrah olun.
@TuralPawayev
@TuralPawayev Месяц назад
Çox sağ olun
@fazil7016
@fazil7016 Месяц назад
Mixek xanim❤😊
@Ezize-yy1fu
@Ezize-yy1fu Месяц назад
FAYDALI VIDEODIR ÇOX SAĞOLUN
@validlibyova2076
@validlibyova2076 Месяц назад
ALLAH SİZDƏN RAZI OLSUN AMİN
@birbaxkanal
@birbaxkanal Месяц назад
❤ Təşəkkür edirik
@denizden_bir_damla.7203
@denizden_bir_damla.7203 Месяц назад
Əməyi keçən hər kəsdən Allah razı olsun
@user-hk1jk7rb9k
@user-hk1jk7rb9k Месяц назад
Çox sağolun
@QRəna
@QRəna Месяц назад
Çox da dışləri deşir 🎉
@nargilememmedova6730
@nargilememmedova6730 Месяц назад
Meraba
@birbaxkanal
@birbaxkanal Месяц назад
Salam. Bizi haradan izləyirsiz?
@user-tr4if6rs4i
@user-tr4if6rs4i Месяц назад
❤❤❤❤
@birbaxkanal
@birbaxkanal Месяц назад
Fikirləriniz bizim üçün dəyərlidir. Bütün videolarda şərhlərinizi gözləyirik.
@zahraseven701
@zahraseven701 Месяц назад
🌹
@user-wk7ks3bw2q
@user-wk7ks3bw2q Месяц назад
Tezqi qaldırır müxek
@Ummu_Aksa
@Ummu_Aksa Месяц назад
Bes deyir tezyiqi salır axı
@VahidunAhad1
@VahidunAhad1 Месяц назад
​@@Ummu_Aksasalam aleykum uxti, salır inşəAllah narahat olmayın.
@albinaseyfullaeva7563
@albinaseyfullaeva7563 Месяц назад
Михекли чай иченде давление менде галхыр
@QRəna
@QRəna Месяц назад
Ağız qoxusuna faydadır
@birbaxkanal
@birbaxkanal Месяц назад
Bəli
@sebnem3049
@sebnem3049 Месяц назад
Hamileler de iki mixek çeyneye biler?
@user-pi6sp8vy1e
@user-pi6sp8vy1e Месяц назад
Cox alcidiye men hec birin ceyneye bilmedim
@birbaxkanal
@birbaxkanal Месяц назад
biraz acıdır
@teymurlngteymurlng2906
@teymurlngteymurlng2906 Месяц назад
Hanı mixək yagı.? Hec adi tımiz yag tapıb yeyə bilmirik.
@kamalagafarova7937
@kamalagafarova7937 Месяц назад
Mixək yağını özünüz də düzəldə bilərsiniz. Bir az təmiz soyuq sıxma zeytun yağını balaca bankaya tökün, içinə mixək atın. Balaca qazanın içinə parça sərin , su tokun, yağ olan bankanı suyun içinə qoyun, qaynadın. Sonra qazanın altını söndürüb soyumağa buraxın. Soyuduqdan sonra yağı başqa bankaya tənzifdən süzün. Bu da sizə mixək yağı.
@user-of9sq5ru2x
@user-of9sq5ru2x Месяц назад
Çox acıdı çeynəmək olmur
@mehmanmahmudov2348
@mehmanmahmudov2348 Месяц назад
ALLAH köməyiviz olsun
@emioglu
@emioglu Месяц назад
Seksi səhnələrə nə ehtiyac var ki,sözlə demək bəs eləmir?
@teymenshukurlu546
@teymenshukurlu546 Месяц назад
Teşekkürler
@birbaxkanal
@birbaxkanal Месяц назад
❤ Təşəkkür edirik
@elseneliheyderov9393
@elseneliheyderov9393 Месяц назад
Çox sağ olun
Далее
Böyrəkdə Problem Varsa - 10 ƏLAMƏTƏ DİQQƏT!
10:35
🛑 ты за кого?
00:11
Просмотров 75 тыс.
OG Buda - Сабака (A.D.H.D)
02:19
Просмотров 134 тыс.
Beş əlamət kimdə varsa Allah onu sevir deməkdir!!!
29:50
Barmaqları şəbəkə etmək icazəli deyil!!!
13:04
Просмотров 3,1 тыс.