Тёмный

Hər icra başçısı dəyişəndə 50 ailə Sədərək rayonunu tərk edir - iddia - APA TV 

APA TV
Подписаться 350 тыс.
Просмотров 1,7 тыс.
50% 1

#APATV #sederek #Naxçıvan #suproblemi #icrahakimiyyəti #apaxeber #apaxəbər #apatvxəbər #apaxeberler #xeberler #sonxeberler #gundemxeberler #xəbərlər #sonxəbərlər #xəbərlərbugün #xəbərlərdəbugün #gününxəbərləri #xəbərləryeni #sondeqiqe #gününəsasxəbərləri #sonxeberlerbugun2023 #gundemxeber #ənsonxəbər #apa #apagündəm #apatvyenixəbər #apatvənyenixəbər #apatvxəbərlərdəbugün
Hər icra başçısı dəyişəndə 50 ailə Sədərək rayonunu tərk edir - iddia - APA TV
Naxçıvanın Sədərək rayonunda uzun illərdir davam edən su problemi hələ də öz həllini tapmır. Rayon sakinləri həm içməli, həm də təsərrüfat suyunun olmamasından əziyyət çəkir. Burada artezian quyularının çoxluq təşkil etməsinə baxmayaraq, əkilən sahələr yanır, ağaclar quruyur.
Sakinlər deyir ki, ümumiyyətlə Sədərək rayonu gözdən uzaq, könüldən iraq bir rayondur, heç kim onlarla maraqlanmır.
25 tona yaxın məhsulu məhv olan Vidadi kişi deyir ki, indiyə qədər Sədərək rayonuna təyin edilən icra başçılarının heç biri onlarla maraqlanmayıb, problemlərini həll etməyib.
Məsələ ilə bağlı Sədərək Rayon Meliorasiya və Su Təsərrüfatı İdarəsinə yollandıq. İdarənin şöbə rəisi Cəmil Babayev öncə rayonda su probleminin olmadığını, daha sonra isə problemin idarə ilə əlaqəsi olmadığını dilə gətirdi və məsələni Sudan İstifadə Birliyinin üzərinə "atdı".
Sudan İstifadə Birliyinin sədri Rəfail Qasımov isə şifahi olaraq bildirdi ki, su idarəsi suyu kanala ötürdüyü təqdirdə, sakinlər arasında su bölgüsü olur: ”Su verilmirsə, kanalda su olmursa, necə bölgü ola bilər? ”- deyə o qeyd edib.
Bəli, hər iki qurum günahı bir-birinin üstünə atır, bu hal isə yalnız əkin sahələri yanan, əziyyəti bəhrəsiz qalan təsərrüfatçıya ziyan vurur.
Vətəndaşların Rayon İcra hakimiyyəti ilə bağlı dediklərinə gəldikdə isə. İddialarla əlaqədar Sədərək Rayon İcra hakimiyyəti ilə əlaqə saxladıq. Qurumdan yazılı şəkildə bildirildi ki, rayon icra hakimiyyətinin səlahiyyətləri daxilində olan bütün məsələlər öz həllini tapır: “Rayon icra hakimiyyəti tərəfindən mütəmadi olaraq vətəndaşlarla görüş keçirdilir, iş günləri daxilində vətəndaşların şikayət və problemlərini dinləmək üçün vətəndaş qəbulu həyata keçirdilir. Mövcud problemləri aradan qaldırmaq üçün operativ şəkildə işlər aparılır -” deyə, qurumun yazılı açıqlamasında qeyd edilir.
Ceyhun Məmmədov, Əli Xudiyev, APA TV
✅ Rəsmi saytımız: apa.tv
✅ Rəsmi facebook səhifəmiz: / tvapaxeber
✅ Rəsmi instagram səhifəmiz: / apatvresmi
✅ Rəsmi twitter səhifəmiz: / apatvofficial
✅ Rəsmi teleqram səhifəmiz: t.me/apa_tv
✅ Rəsmi youtube kanalımız: www.youtube.co...
Copyright © APA TV
Videolarda yazılan rəylərə görə kanal rəhbərliyi məsuliyyət daşımır.
REKLAM TƏKLİFİ ÜÇÜN (Contact) info@apa.tv

Опубликовано:

 

13 окт 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 2   
@Kratr
@Kratr 11 месяцев назад
Dəhşətli vəziyyətdir Sədərəkdə
@salihkripto8518
@salihkripto8518 2 месяца назад
şirarxı araz hammısı boşa axrı döndədsinlər rayona su problemi həllolunar
Далее
Sədərək şəhidləri
5:52
Просмотров 4,9 тыс.
GENIUS FOOD HACKS 🍰 #shorts
00:36
Просмотров 14 млн
Свинья неудачник ( Liar's Bar )
24:01
Просмотров 683 тыс.
SƏDƏRƏK RAYONUNUN 32 YAŞI TAMAM OLUR
2:53
Просмотров 1,1 тыс.
Oğlu Əliyevə "müşavir"lik edir? | Arif Yunus
13:58
Sədərəkdə yeni mərasim evi tikilib
1:26
"MİN EV SƏDƏRƏK" filmi   1 Hissə
51:23
Просмотров 16 тыс.