Тёмный

Hərkəsin gözlədiyi Müctəs Bəhri | Pünhan Alatavalı & Hacı Səbuhi Xırdalanlı | Meyxana Gecəsi 2024 

Punhan Azim
Подписаться 18 тыс.
Просмотров 99 тыс.
50% 1

Nərimanov Meyxana Gecəsi 07.07.24
Müctəs Bəhri
Könül bu fani cahanın vəfasın axtarma
Cəfası olmayan eşqin səfasın axtarma
Pünhan Alatavalı
Səbuhi Xırdalanlı
Çəkiliş Qrupu: Orxan Kərimli
Punhan Azim Rəsmi RU-vid kanalına xoş gəlmisiniz.
Kanalımız Pünhan Azimin nəzarəti altında xiridarı tərəfindən idarə olunur.
Kanalda yerləşdirilən bütün video və audio materialların müəllif hüquqları qorunur.
Paylaşılan materialların başqa kanallara yüklənilməsi qəti qadağandır, əks halda kanalınız RU-vid tərəfindən şikayət olunaraq bağlanacaq.
®️Punhan Azim
©️Esa Muzik
#meyxana #punhanalatavali #punhanazim #sebuhixirdalanli #trending #2024
_________________________________________
Pünhan Alatavalı (Azim)
Qanadlan aləmi seyr eylə üz səmalarda
Səmavi şövq ilə rəqs eylə süz səmalarda
Sədaqətin yeri göylərdi gəz səmalarda
Könül bu fani cahanın vəfasın axtarma
Cəfası olmayan eşqin səfasın axtarma
_________________________________________
Oyatdı aləmi ey sərvərim mətin qədəmin
Təbərrükünlə mübarək təxəllüsünlə əmin
Viladətinlə gözəlləşdi asimanü zəmin
Cahan üzün günəşindən münəvvər olmuşdur
Səba saçın qoxusundan müəttər olmuşdur
Səba yeli əsəli sünbülün diyarından
Məşami-əhli-məhəbbət müəttər olmuşdur
Nəsimi ey şəhi-xuban cəmalını görəli
Gözündə sürəti-rəhman müsəvvər olmuşdur
Sədaqət əhlidir aşiq riyasın axtarma
Özündən özgə könül aşinasın axtarma
(İmadəddin Nəsimi)
_________________________________________
O gün ki odlu məhəbbətlə qovrular könlüm
Sirişki-alim ilə badətək dolar könlüm
Füzuli şeirinə məhz onda ram olar könlüm
Yürütmüyün ərəqi məclis içrə badə ilə
Haramzadəni qoymun həlalzadə ilə
Mənə zaman ilə Məcnun müqəddəmm olsa nola
Oyunda şah bərabər deyil piyadə ilə
Məni saqınma Füzuli qəm içrə məcnun tək
Ki mən ziyadəyəm ondan qəmi-ziyadə ilə
Ziyadə dərdimin artıq dəvasın axtarma
Biraz da şiddətin artır şəfasın axtarma
(Məhəmməd Füzuli)
_________________________________________
Gözün gözəlliyi sakitcə ağlayışlarıdır
Səmimi baxmağı məsumca yalvarışlarıdır
Bu dilbərin məni heyran edən baxışlarıdır
Bu dilbərin nə gözəl aşiqanə gözləri var
Nə yaxşı can alıcı məhrəmanə gözləri var
Bütün gözəllər içində bu nazənin gözəlin
Gözəlliyindən əlavə yeganə gözləri var
Bir özgə dilbərə Vahid deyilməmiş bu qədər
Bu afətin nə gözəl şairanə gözləri var
Nə ondan özgə könül baş bəlasın axtarma
Nə məndən özgədə bəxtin qərasın axtarma
(Əliağa Vahid)
_________________________________________
Duası xilqətə məxsusi güc verən qüvvət
Məqami-izzəti dünyaya bəxş edib izzət
Ayağı altına baş qoy ki ordadır cənnət
Cahanda yox elə bir qüvvə baş əyim ona mən,
Fəqət nə güclü, zəif bir vücud var, yahu,
Ki, hazıram yıxılıb xaki-payinə hər gün, Öpüm ayağını əcz ilə. Kimdir o? Nədir o?
Ana! Ana! O adın qarşısında bir qul tək Həmişə səcdədə olmaq mənə fəxarətdir, Onun əliylə bəla bəhrinə yuvarlansam,
Yenə xəyal edərəm bəzmi-istirahətdir.
Uçurtma qəlb evini bədduasın axtarma
Rızası olmasa haqqın rızasın axtarma
(Cəfər Cabbarlı)
_________________________________________
Hacı Səbuhi Xırdalanlı
Gələndən aləmə divanəyəm məhəbbətdən
Vüsalə çatmadı qəlbim usandı həsrətdən
Məhəbbətin məni yandırdı saldı taqətdən
Bu hüsnilə gözəlim güllü zarə bənzərsən
Vəfaki səndə yoxdu ruzigarə bənzərsən
Təhəmmul eylə açılma qolumdan ey zəncir
Fəda olum sənə, sən zülfi-yarə bənzərsən
O qədri dərdi verib namiqa dövran
Cavan yaşında qoca ixdiyarə bənzərsən
Cavanlıq ötdüsə cismin ziyasın axtarma
Qocalmısan daha eşqin havasın axtarma
(Namiq Şəfai)
_________________________________________
Bu doğma eldə qərib bir məkan olub getdi
Həmin çəməndəki güllər tikan olub getdi
Qəminlə gülşəni ömrüm xəzan olub getdi
Çatıbdı vaxtı, gedir son baharı gəncliyimin
Yubanmağa daha yox ixtiyarı gəncliyimin
Sənə yetişmək üçün ki, özün fəda elədi
Gərək qapında qazılsın məzari gəncliyimin
Neçin bu Fəhmini tək qoydun intizar içrə
Sənə yetişmədimi ahu-zari gəncliyimin
O köhnə sevgimizin can fədasın axtarma
Sınıq neyin səsi çıxmaz nəvasın axtarma
(İlqar Fəhmi)
_________________________________________
Gəl ey ürəklərin ilhamı, gəl ki hamı görə
Bir intizarı çəkir hamı, gəl ki hamı görə
Gəl ey könüllərin aramı, gəl ki hamı görə
Üzün gülür gülər üzlüm üzündə güllər açıb
Gözün gülür qara gözlüm gözündə güllər açıb
Gəl ey gül üzlülərin şahı yolların bəzənib
Ayağın öpməyə xatir izində güllər açıb
O lalə üzlü qış ilhamına bahar gətirib
Vüqar səbəb budu sözsüz sözündə güllər açıb
O gəlməyincə bu ruhun qidasın axtarma
Ədalət ummağa ondan səvasın axtarma
(Vüqar Biləcəri)
_________________________________________
Xəyalımın gücü yetməz təsəvvür eyləməyə
Apardı xəlvətə halım təfəkkür eyləməyə
Qalıb əzalarım aciz təşəkkür eyləməyə
İçimdə şükr ola Ya Rəbb inandığım nəsə var
Bəqa xəzinəsi mislində sandığım nəsə var
İtirməyim belə əslində bir səadətdir
İtirməsəm nə bilirdim qazandığım nəsə var
Bu aşiqanə qəzəldən tutan tutur Pünhan,
Məhəbbət alemi haqqında qandığım nəsə var
Təfəkkür olmasa eşqin bəqasın axtarma
Bəqaya çatdısa aşiq xətasın axtarma
(Pünhan Alatavalı)

Опубликовано:

 

7 сен 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 383   
@punhanazim
@punhanazim Месяц назад
Hərkəsə salam əziz izləyicilərimiz. Açıqlama bölməsində istifadə olunan qəzəllərin sözləri və müəllifləri dəqiqliklə qeyd olunub. Əziz insanlar Pünhan va Hacı Səbuhinin dedikləri Məhəmməd Füzulinin, İmadəddin Nəsiminin, Əliağa Vahidin, Namiq Şəfainin, Cəfər Cabbarlının, İlqar Fəhminin, Pünhan Azimin (Hacı Səbuhi dediyi) va Vüqar Biləcərinin qəzəlləridir. Əlbəttə qəzəlləri əzbər bilmələri normaldır, çünki onlar ədəbiyyatı mütaliə edirlər, özləri də müasir şairlərdir. Pünhan va Hacı Səbuhi misralardaki qəzəlləri deməmişdən əvvəlki misralar Pünhan va Hacı Səbuhinin beyinlərinin məhsuludur və sonda qəzələ birləşdirib bədahətən deyib tamamlıyırlar yəni bu əzbər deyil. Əsl xiridarlar, videoya baxıb anlam çıxara bilər və söhbətin nədən getdiyini başa düşən məncə. İnsanları qınamaq da düzgün deyil, çünki insanlar meyxananın bu tərəfinə öyrəncəli deyillər. Bəzi insanlar meyxananın yalnız Muzikalni Meyxanadan ibarət olduğunu zənn edirlər. Ümid edirəm ki, Müctəs Bəhri də digər meyxanalar kimi hər məclisdə açılar va inların beyni, gözü, qulağları buna öyrəşər va başa düşərlər. Ümid edirəm ki, fikrimi ətraflı şəkildə izah edə bildim. Anlayışı olan hərkəsə təşəkkür edirəm.
@TalehAbdullayev90
@TalehAbdullayev90 Месяц назад
Qəzəlləri axırıncı öz fikirləri olan bəndlə əlaqələndirmək daha çətindir zənnimcə
@razimquliyev690
@razimquliyev690 Месяц назад
@@punhanazim Allah elmlərini kamil etsin.Müctəs məclislərə açılsa təbii ki, fikir eşitmək istəyənlər üçün çox gözəl olar.
@NihadIsazade-hl3nz
@NihadIsazade-hl3nz Месяц назад
Cox gözel izah eledin yaxşıki punhan var yoxsa bele şeyler eşide dinleye bilmeriy Allah razı olsun
@nurlanmemmedov3155
@nurlanmemmedov3155 Месяц назад
Salam. Mən gənc xiridaram , Pünhan Əzimin özünə və sənətinə böyük hörmətim var. Onun fikirləri həmişə beynimi yandırıb. Necə ki , Rəhmətlik Kəbleyi Vüqar kimi. Lakin burda mənim bir sualım var şairə ünvanlamaq istədiyim. Şair burda deyir ki , "Özündən özgə könül aşinası axtarma". Xpert ve Ryan ilə dediyi "Darvish" parçasında isə "İlahi vəsf edən gözəl könüllər aşinasıdır" demişdi. Belə çıxır ki , şair hər kəsin özü üçün gözəl olduğunu iddia edir ? Və yalnızca özünü "gözəl" və "könül aşinası" adlandırır? Bu komentimi görüb cavab versəz çox xoşbəxt olaram. Və bu sual artıq başımı qarışdırmaz. Əvvəlcədən təşəkkürlərimi bildirirəm. Həmçinin şairimizə və onun sənətinə olan hörmətimi bir daha dilə gətirirəm.
@RamilQarabagli_02_777_ru
@RamilQarabagli_02_777_ru Месяц назад
ƏLEYKUM SALAM VƏ RƏHMƏTULLAH VƏ BƏRƏKƏT✋ƏHSƏN HƏR İKİNİZƏ KƏRBƏLAYİ.ZƏMANƏMİZİN ƏN NÜMUNƏVİ,ƏN GÖZƏL MEYXANƏSİ. ALLAH SİZLƏRƏ CAN SAĞLIĞI VERSİN🤲MƏQAMINIZI UCA,AQİBƏTİNİZİ XEYİRLİ ELƏSİN 🤲 ZÖVQÜMÜZÜ OXŞADIĞINIZ ÜÇÜN ALLAH HƏR İKİ DÜNYADA SİZLƏRDƏN RAZI OLSUN🤲
@RamilAgayev-br2cc
@RamilAgayev-br2cc Месяц назад
Bu işin Azerbaycan gencliyine böyük faydasi var.Bele getse dövletimiz mütleq bu senetkarlara ad verecey çünki her ikiside buna laiqdiler👏🏻
@user-qh1lm1cd8t
@user-qh1lm1cd8t Месяц назад
Paxıllar imkan versə hə
@zaurheydrov7430
@zaurheydrov7430 Месяц назад
Belə şayirlər qədrin bilən yoxdu ancağ paxlığ eliylər bizim azərbaycan belədi
@azikovichh
@azikovichh Месяц назад
Sənin dövlətindən nəsə ad almaq üçün yaxşı sənətkar olmağa yox, götə girməyə ehtiyac var.
@emilmusaev31
@emilmusaev31 17 дней назад
Əlbəttə... Meyxanaya küçə sənəti deyirlər qoduğlar. Lakin mektəblərdə vorovskoy mahnı qoyub uynıyırlar
@sebuhixirdalanli406
@sebuhixirdalanli406 Месяц назад
Gözel şerhlerinize göre her kese coc sagol deyirem öz adımdanda,Pünhan qardashımın adındanda.her kes paylaşa biler isdedyi,sevdiyi bendleri.Allah sizleri qorusun gözel xalqımız.🇦🇿🇦🇿🇦🇿
@Ismail_hesenoglu.
@Ismail_hesenoglu. Месяц назад
Çox sağolun gözəl insan gözəl sənətkar eşq olsun sizə
@ibrahimliss6019
@ibrahimliss6019 Месяц назад
Allah səni qorusun Adaş sənətkarsan Var ol 👍
@elcinalizade5401
@elcinalizade5401 Месяц назад
🙏🙏🙏🙏🙏
@voyn3139
@voyn3139 Месяц назад
Allah sizi her iki dunyada xowbext elesin in sa Allah qardaşım cox gozel lezzet eledi
@amilmeherrem3049
@amilmeherrem3049 Месяц назад
Sayənizdə kimin və nəyin xiridarı olduğumuzu kəşf etdik. Var olun şair.
@user-zh7nc6qp8b
@user-zh7nc6qp8b Месяц назад
Bizde basi cixanlar kimi qulaq asiriq
@nurlanbaxsiyev4956
@nurlanbaxsiyev4956 Месяц назад
Deyir axtarmadə ,nə var ki burda)
@anarqasmov224
@anarqasmov224 Месяц назад
@@nurlanbaxsiyev4956😂😂😂
@edilhesenov6670
@edilhesenov6670 Месяц назад
😂​@@nurlanbaxsiyev4956
@VusalQuliyev-i9d
@VusalQuliyev-i9d 27 дней назад
Öz aduva daniş
@subhankerimov4222
@subhankerimov4222 7 дней назад
​​@@VusalQuliyev-i9dzor dedun qardaş
@UlviMemmedov-zi4xo
@UlviMemmedov-zi4xo Месяц назад
Meyxana tarixinde bu cur ela iş heç vaxt gören olmuyub Halal olsun ikisinede
@ibrahimliss6019
@ibrahimliss6019 Месяц назад
Pünhan sən bu sənətə gələn ən böyük şəxsiyyətlərdən birisən Əhsən Sənə Allah səni qorusun👍🤲 Səbuhi də Xırdalan məktəbindən çıxıb sənətkardı.. eşq olsun Hər İkinizə
@namiqofficial
@namiqofficial Месяц назад
Azerbaycanda bu bir ilkdi. Çox gözel elmli exlaqlı eser yaradılıb. Her iki şaire çox sagol demeliyik. Heci Sebuhi ve Punhan Azim var olun qardaşlar 👍🏻👍🏻👍🏻
@7akmedoov
@7akmedoov Месяц назад
Pünhanın qədrini biləy qərdeşlər ❤
@coskunibrahim8187
@coskunibrahim8187 Месяц назад
Bir söz var deyirlər filankəs qızıl xırdalayır. Bunlardı o qızılı xırdalayan. Əhsən şairlərə. Öpürəm hər ikinizin alnından. 👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏
@eminceferi313
@eminceferi313 21 день назад
یا حسین ع Əssələmu Ələl Huseyn Və Əla Əliyyibnil Huseyn Və Əla Övladil Huseyn Və Əla Əshabil Huseyn Və Əla Zəvvaril Huseyn Və Əla Ənsarul Huseyn.
@user-uc1gr2bh7o
@user-uc1gr2bh7o Месяц назад
Bəh bəh bütün beytlər öz yerində Nəsiminin Beyti Bir Başqa Aləmdi Azərbaycan Gəncliyinə belə marifləndirici işlər lazımdı bir söz əhli kimi Ruhum dincəldi Əhsən gözəl iş alınıb
@ramiznovruzov4060
@ramiznovruzov4060 Месяц назад
Vuqara Allah rəhmət eləsin xiridarlarda darıxır. Amma Pünhan da sevirik👍yaxın dost
@AsifHsnHsn
@AsifHsnHsn Месяц назад
Ala bu nə sözlərdir deyirlər? Söz tapa bilmirəm. Çox möhtəşəm Deyir zənciri qolumdan çıxarma. Sevgilimin saçı kimidir bəh bəh bəh❤
@punhanazim
@punhanazim Месяц назад
Salam Dostlar Logomuzun Videomaterialın üzərinə gözçarpıcı şəkildə vurulmasının səbəbi, ondan ibarətdir ki, kanalımızda paylaşılan bu tip materialları başqa şəxslər öz Tiktok, İnstagram və digər sosial şəbəkə hesablarında paylaşarkən videonu yaxınlaşdıraraq həm videonun keyfiyyətin azaldırlar, həm də logomuzu itirirlər. Bu səbəbdən logomuz videomaterialların üzərində gözə çarpıcı şəkildə vurulur. Diqqətiniz üçün təşəkkürlər 🙏🏻
@yaallaheshqiali1888
@yaallaheshqiali1888 23 дня назад
Ehsen shairlerime Kim ki deyir Meyxana deyen shair deyil,sehv edir.Bu ne gozel sheiriyyatdi,ne gozel meclisdir bele.👍
@ElnuR214
@ElnuR214 Месяц назад
Punhanin her bir kelmesi menali bir kitabdi
@pervizbaba5769
@pervizbaba5769 Месяц назад
Lap Rəşadın sözü düşdü yadıma: Məndəki təb kakain dozasıdır Cüzi miqdarı qızıldan bahadır Bu tamam başqa doza idi, ay Pünhan. Dəhşət idi sadəcə. Əhsən
@Ulvi.absv01
@Ulvi.absv01 Месяц назад
Pünhan Allah sənə uzun ömür versin şair Allah həmişə üstündə olsun Əhsən min kərə Əhsən
@ErsinYekin-yl4fo
@ErsinYekin-yl4fo Месяц назад
Meyxana tarixində belə gözəl, belə təcrübəli meyxana deyən olmamışdı. Bütün müyxanaçılar belə desə, meyxanaya dil uzadan dılğırlar azalar!!!!!!!!!!!!!
@ceramikcity2158
@ceramikcity2158 Месяц назад
Rizasi olmasa Heqqin rizasin axtarma .......Beynim yandi
@mnsurmiraslanl381
@mnsurmiraslanl381 Месяц назад
Cəfər Cabbarlının Ana şeirindəndir. Orda "Rızası olmasa, Haqqın rızasın axtarma" deməklə, ilk öncə ananın rızası alınmalı olduğuna işarə edir. Yəni Anan səndən narazıdırsa, Haqqın (Allahın) razı olduğunu ağlına da gətirmə)
@vusalgulmemmedov4384
@vusalgulmemmedov4384 Месяц назад
Sagol Pünhan.sənə heç kim heç kim tay deyil meyxanada.....Sən Əliağa Vahid sən
@famil.qerib014
@famil.qerib014 Месяц назад
Ustad Pünhan Azim🧡, Hacı Səbuhi🧡 Gözlədiyim gəldii😍, var olun şairlər. Mən də orda idim
@Sözü_Xatir
@Sözü_Xatir Месяц назад
*Punhan Azimi bəyənməmək mümkün deyil Allah sizi qorusun şair 🖤*
@user-cs3ru9zh1c
@user-cs3ru9zh1c Месяц назад
Punhan deryadi, Halal olsun! Punhan Piterde gözduyenlər coxdu seni
@EhmedMemmedzade-st7pv
@EhmedMemmedzade-st7pv Месяц назад
Möhteşemdi trend olmalidi.Halal olsun Heciyede Punhanada
@fazilhaciyev2313
@fazilhaciyev2313 Месяц назад
meyxanaya pis baxan tupoylar baxin görün meyxana ne demekdir!!!!!!!eger başiniz varsa bunu düşünmeye.Allah sizleri qorusun coxxxxxx superrrr👍👍👍👍👏👏👏👏
@SebuhiEhmedzade-qw7jv
@SebuhiEhmedzade-qw7jv Месяц назад
Xoş halıva ki anlaqlı dinləyicisən,dərk edirsən nə dediklərini 👏
@relaxmeditation5584
@relaxmeditation5584 Месяц назад
Halal olsun ezber de olsa uygunlasdirib sairlerin misralarinnan istifade ederek bele bir sey demek sadece gozeldi. Ehsen
@ilkinbileceri
@ilkinbileceri Месяц назад
Allah canuzu sağ eləsin🤲🏼❤.Ama Çox Təəssüfki Belə Şairlərin Qədri Ölənnən Sora Bilinir🍂🥀😑
@AsifHsnHsn
@AsifHsnHsn Месяц назад
Ay MaşaAllah. Çox möhtəşəm. Vahid də hoqqa veribe. Fəhmin ( Allah can sağlığı versü) deyir gəncliyimin məzarını qapunda qazım gərey. Hardan gəlir buların beyninə belə sözlər? Möhtəşəme. Ələ👍
@namiqofficial
@namiqofficial Месяц назад
Allah can sağlığı versin 🤌
@Hasimov0
@Hasimov0 Месяц назад
Allah omur versin sene sair sende getsen senet başsız qalacaq
@user-hk3mo7pw4y
@user-hk3mo7pw4y Месяц назад
Hər şey gözəl ❤, amma ritmi dəyişdirsəz qüsursuz olar, məncə❤
@joiningjoining1643
@joiningjoining1643 Месяц назад
Sebuhiye ayrica halaldir, Punhana ayrica halaldir. Bezileri yazir ki, ezber deyirler. Ezber deseler bele, bu terzde seir yazmag her adamin isi deyil. Bu deqiqe uzde olan terifli meyxanacilarin bele. Cahangest, Punhan, Sebuhi, Kerim abi ve s. Bu kimi dahi meyxanacilar var ki, hem de cox istedadli sairldirler. Allah rehmet elesin Mesedibabaya, Vuqara ve Aydina. Onlar da, bu siyahiya aiddir. Digerleri ise, sadece cox gozel ve ugurlu meyxanacidirlar.
@bozqurd415
@bozqurd415 16 дней назад
Punhan qardasin sesin rehmetliy vuqarin sesine oxsatdim
@MuhemmedEli-km8ps
@MuhemmedEli-km8ps Месяц назад
Bu şairlerin her ikiside meyxanin böyüy sütünlarinandi lezzet eledi vallah
@mel1kova.o18
@mel1kova.o18 Месяц назад
Əvvəl qulağ asırdım meyxanaya sonradan buraxdım bu Balaəlidən sonra, Pünhan olmasa heç dinləmərəm.
@SebuhiEhmedzade-qw7jv
@SebuhiEhmedzade-qw7jv Месяц назад
Füzulinin 100 illiyinde görək İnşAllah yeni işlərinizi uğur olsun əhsən🙌
@rahimisayev8534
@rahimisayev8534 Месяц назад
Var olun şairlər Allah vüqara rəhmət etsin Allah cəmi yaxşıların qapısını açsın rəşad qardaşda onların içində
@roshenblackman8774
@roshenblackman8774 Месяц назад
Bu partdayacaq yerimizi tutaq, arada bəyənin gəlib dinləyək.Zövq alaq
@elnurzimov272
@elnurzimov272 Месяц назад
Əhsən Pünhan.Bu sənətdə yeniliklər edirsən özüdə sənətin inkişafı naminə. Düzdü bilinirki hazrlaşıblar amma çox çətin bəhrdi. Heç əzbər deməyə adamın nefəsi çatmir.
@user-sq7re7nd4e
@user-sq7re7nd4e Месяц назад
@@elnurzimov272 sənin əmin oğlu bunun bunu bədahətən yol gedə gedədə deyir😂😂Soruş deyəcək)
@thekazmovv
@thekazmovv Месяц назад
Gözün gözəlliyi sakitcə ağlayışlarıdr, Səmimi bağmağı, məsumca yalvarışlarıdır, Bu dilbərin məni heyran edən baxışlarıdır Bu dilbərin nə gözəl aşiqanə gözləri var, Nə yaxşı can alıcı, məhrəmanə gözləri var! Bütün gözəllər içində bu nazənin gözəlin, Gözəlliyindən əlavə yeganə gözləri var Bir özgəyə, Vahid, deyilməmiş bu qədər, Bu dilbərin nə gözəl şairanə gözləri var! Nə ondan özgə məhəbbət bəlasın axtarma, Nə məndən özgədə bəxtin qərasın axtarma.
@ElnuR214
@ElnuR214 Месяц назад
Beh beh sagol Ay Punhan deyerli şairsen . ilk qupletlerin satlarla deyilen menasiz deyersiz meyxana meclislerini evez etdi .
@eminqurbanov5152
@eminqurbanov5152 Месяц назад
Əzəlinən belədi dünya evi məhbəsdi Necə ki bülbül olan yerin adı qəfəsdi Ey bəndə ömür gedir günün sənin əbəsdi Yagışda göz yaşıdı küləydə ki, nəfəsdi Na məhrəmə baxma sən əzasın axtarma Cəfası olmuyan eşqin səfasın axtarma.
@elmirqurbanov8965
@elmirqurbanov8965 Месяц назад
👍🏼🖤
@cupidon770able
@cupidon770able Месяц назад
Pünhanla Sabuhi,bu sənətin pik nöqtəsidir!Cənlər ki var heç bir qəzəkxanı tanımır,bilərlərki Fuzuli,Nəsimi,Vahid bunları indi heç kimlə bir tutmaq olnaz.onlar dahi olublar.Sizə uğurlar!
@asimekberov9625
@asimekberov9625 Месяц назад
Şair biz artığ birinci "qanadlan" sözündən qanadlandığ
@cavidnehmetov7681
@cavidnehmetov7681 Месяц назад
Ərsəyə gətirilən bu iş və deyilən qəzəllər üçün şair sağ olun..Pünhan var ol hər zaman..🤙
@Nagdaliyevh
@Nagdaliyevh Месяц назад
Bu meyxanada trend olacaq o biri müzarə bəhri kimi)) sözsüz Səbuhi ilə Pünhandırsa❤
@ixtiyarelizade1370
@ixtiyarelizade1370 Месяц назад
Beh beh ruhu dincelir adamin....Allah qorusun...
@Royalqurban
@Royalqurban Месяц назад
Sözün haqqini verenlerin haqqin özü qorusun.Her ikivizede ehsen masAllah❤
@suleymanmirzyev-8911
@suleymanmirzyev-8911 Месяц назад
9:00 Cəfər Cabbarlı "Ana" şeiri 👏🏻👏🏻
@agilqasimi6470
@agilqasimi6470 Месяц назад
Cox dehşetdi pünhanin tebi söz tapa bilmirem .
@arazceferov108
@arazceferov108 Месяц назад
Meyxanadan gözəl qəliz və çətin sənət yoxdur Hər adama nəsib olmayan İlahi vergisidir
@Shemkirli
@Shemkirli Месяц назад
Cəfər Cabbarlı şeiri..Ana..Sagol Pünhan
@elsevarabduyev5459
@elsevarabduyev5459 Месяц назад
Allah rəhmət eləsin Vüqara allah sizi qorusun Azerbaycanm ləli cəvahiratları ❤🇦🇿♥️
@ResadCeferov-sr8le
@ResadCeferov-sr8le Месяц назад
Nə oyun çıxardıllar ala bular. Can sizi verənə şükür.
@nazimagayev1003
@nazimagayev1003 28 дней назад
Pünhan Allah sizlərin var eləsin inşallah
@lisukurov7069
@lisukurov7069 Месяц назад
Allah sizləri qorusun gözəl ustadlar, Mən də sizin məclislərdə böyük həvəs və hörmətlə qonaq olmaq istərdim
@muzik_0436
@muzik_0436 Месяц назад
Can qardaslar allah sizi qorusun kövrəldim😢
@simamammadova2794
@simamammadova2794 Месяц назад
Ela Ela Ela azı 20 defe qulaq asdim ve cooox beyendim.Vuqardan sonra tesellimiz Punhandi.41 kes maşallah. Allah vergisi bele olur.esas sesi sakit ve sözleri temiz teleffüs edir.aydin başa düşmek olur. Turkiyeden Mövlane şeheri Konyadan size salamlar.Allaha emanet olun ❤😊 Azerbaycan xalqinin menevi serveti şairimiz Punhan Alatava....
@user-lj9fu9dq2m
@user-lj9fu9dq2m Месяц назад
Punham ve sebuhi ne vaxt meyxana desez inci kimi soz duzursuz cumlelere halal olsun şairlerimize
@feridhuseyni7332
@feridhuseyni7332 Месяц назад
Punhanin qedrin biley deyer verek ona canli efsanedi kişi😊
@CavidYolcu
@CavidYolcu Месяц назад
Səbuhi illərdi sənətdə yoxdur ama təbin qoruyub saxlayıb. Köhnələrdəndir 🔱
@afqanrasulov1136
@afqanrasulov1136 Месяц назад
Vallah dediklerinizi üzdən oxumaqda adam çətinlik çəkər, nəinki sinədən deməyə. Halal olsun istedadlı, gənc şairlərimizə. Allah hər ikinizə can sağlığı versin.
@elxanxirdalan
@elxanxirdalan Месяц назад
GÖZƏL MƏNZƏRƏ,,,,HƏR İKİSİDƏ GÖZƏL SƏNƏTKAR, YAXŞI İNSAN, MEHRİBAN İNSAN,,, ÖPÜRƏM MƏNİM QAQASLARİM
@feqanmemmedov4986
@feqanmemmedov4986 Месяц назад
Masallah olsun❤, meyxanaya yeni nefes, yeni imic getirirsiz, oturub sizlere qulaq asiram
@yazarpubg
@yazarpubg Месяц назад
Maşallah ❤
@eminmusevi5906
@eminmusevi5906 Месяц назад
Can ay Səbuhi,sadəliyə baxeee qəzəllərdə köməy edərsən deyir,səhv olsa Halal olsun
@TahirQurbanov-y3n
@TahirQurbanov-y3n Месяц назад
Sebuhuş üreydi çox sade insandi vallah Heci ureydi❤
@mehdihuseynov1200
@mehdihuseynov1200 Месяц назад
Pünhan özü vüqari özünə ustəd görüb hemese o sahibəriz idi
@neneneveler8408
@neneneveler8408 Месяц назад
Haci Səbuhi hər şeydə hər yerdə birdənədi❤❤❤
@EminHuseynov-mw8ou
@EminHuseynov-mw8ou 22 дня назад
Cox gozəl səsinzə quvət❤️
@IboshOliqarx-nq6vu
@IboshOliqarx-nq6vu Месяц назад
Maşallah əhsən alqışlara layiqdir❤❤❤
@yusif237
@yusif237 Месяц назад
Bəh bəh əla Allah can sağlığı versin sizə Vüqarın qəzəli olmazsa olmaz bu bəhrdə Allah rəhmət eləsin şairə
@TahirQurbanov-y3n
@TahirQurbanov-y3n Месяц назад
Çox gözel proyektdi.Senet üçün xalq üçün sevenleri üçün hazirlaşmalari yenilikler getirmekleri o qeder deyerli ve gözeldir ki heqiqeten ehsen size.
@davoud.iran.ardabil
@davoud.iran.ardabil Месяц назад
Saqul şayir bomba ifa❤❤❤❤
@BAKUONLINE
@BAKUONLINE Месяц назад
Sabuhi 👍
@NamilAliyev-z9m
@NamilAliyev-z9m Месяц назад
Bu ne idi dinledim beynim error verdi😅Deyirem Sebuhi qardaşim neçe ildi senetde yoxdu.Amma tebi helede genc ve möhtşem qalib.Bir insan bir işi buraxanda be qeder peşekar olsada iller sonra o işi görende yadirgayir.Sebuhi qardaşima halal olsun nece var ele qalib hetda deye bilerem dahada üstüne artirib var ol qardaşim.Ikivizde opurem ve her zaman destekleyirem.
@user-fj9ks4od2g
@user-fj9ks4od2g Месяц назад
Ehsen her iki ustada👍👍Haci Sebuhinin mehribanciligina ayrica ehsen 👍👍
@Agjjjhggjiiijgfghjj
@Agjjjhggjiiijgfghjj Месяц назад
Bəh bəh bəh. Maşallah, maşallah!
@YusifImanov-i1q
@YusifImanov-i1q Месяц назад
Men bu şaileri başqa seviremde vallah ikiside çox semimi sade ve çox istedadli adamlardi halal olsun sizlere
@elsevereliyev9430
@elsevereliyev9430 Месяц назад
Yenə gəldi beynimi yandırmağa
@lmdarasrov5021
@lmdarasrov5021 Месяц назад
Ay Maşallah olsun Allah ömür versin
@vuqarbileceriofficial
@vuqarbileceriofficial Месяц назад
Allah sizə ömür versin,var olasız❤
@Ruslan84
@Ruslan84 Месяц назад
Bir sözlə... Mükəmməl
@amilmeherrem3049
@amilmeherrem3049 Месяц назад
Halal olsun şairlərə. Səmimilik və sadəlik görünür.
@riyaziyyatvq9301
@riyaziyyatvq9301 Месяц назад
Çox gözəl möhtəşəm
@coolpanda8494
@coolpanda8494 24 дня назад
Qardaw sene tewekkur edirem senetive göre
@Rasimliyev-rg3eo
@Rasimliyev-rg3eo Месяц назад
Vay vay 👍👍
@SukranNecefov-hq1kj
@SukranNecefov-hq1kj Месяц назад
müzahirə müzahirə gəlsin 🖤
@user-xb6ct2ml4v
@user-xb6ct2ml4v Месяц назад
Super Masllah Punhan dahisen
@IdrisBedelov
@IdrisBedelov 17 дней назад
ALLAH ÖMÜR VERSİN❤❤❤❤❤
@NemetAlizadeOfficial
@NemetAlizadeOfficial Месяц назад
👏🏻👏🏻👏🏻
@CENAB_Y
@CENAB_Y Месяц назад
Sadece möhtəşəm
@user-wc2fs7kf9i
@user-wc2fs7kf9i Месяц назад
Caaaaan Punhan❤
@Ra1000_
@Ra1000_ Месяц назад
Pünhan dahidir,dahi
@seymuryehyayev7210
@seymuryehyayev7210 Месяц назад
Var olun👏👏👏
@aqilqarayev7667
@aqilqarayev7667 7 дней назад
Var olu şairlər əla👍👍👍👍
@user-ou3be5st4k
@user-ou3be5st4k Месяц назад
Söz düzülüşü möhtəşəm punhan yek
@cennetim3573
@cennetim3573 Месяц назад
Halaldı vallah
@vugarsalimov1053
@vugarsalimov1053 Месяц назад
O biri qardawda yaxsi dedi..Punhan ana haqqinda dediyi halaldi
@orxannecefov6495
@orxannecefov6495 Месяц назад
Bu tekrardi yazanlar iki cumleni dalbadal danisa bilmiyen insanlardi mence bu sairlerin qedrin bilek❤
Далее
кого отпустят гулять чееек
00:53
Vüqar Bileceri - Zloy təb
18:51
Просмотров 53 тыс.