Тёмный

Haça Qaya - duaların qəbul olunduğu yer 

Reaksiya TV
Подписаться 391 тыс.
Просмотров 127 тыс.
50% 1

BİZƏ DƏSTƏK OLMAQ ÜÇÜN KANALA ABUNƏ OLMAĞI VƏ BİLDİRİŞ BUTONUNU AÇMAĞI UNUTMAYIN!
Tovuzla Gədəbəy arasında yerləşən Haçaqayaya Xınna dərəsindən qalxan yol Keşkənd yolu ilə çox sərt yamacdan keçir. İnzibati olaraq Tovuz rayonuna aid olsa da, buraya nisbətən rahat yolla yalnız Gədəbəyin Slavyanka kəndi ərazisindən keçərək getmək mümkündür. Slavyankadan 21 kmlik məsafədəki pirə maşınla 2 - 3 saatlıq yoldur. Yol boyu bulaq suları, möhtəşəm dağ mənzərəsinin m…üşaiət etdiyi bu yer Qərb zonasının ən böyük ziyarətgahıdır. Yüksəklərə qalxdıqca yaylaq camaatının qurduğu alaçıqlar çıxır qarşınıza. Yerlilər bu yaylaq evlərinə “binə” deyirlər.
Haçaqaya təbiət abidəsidir. Sanki iki yerə bölünüb. Yaxınlığında kümbəz deyilən bir yer var. Bir qaya parçasının üzərində əl və ayaq izləri var ki, bunların Həzrəti Əliyə aid olduğuna inanırlar. Buna görə də daşa ehtiram göstərirlər. Ziyarətgah may - oktyabr aylarında ziyarətçilərin axınına uğrayır. Elə ki, havalar soyuyur, ziyarətgaha gələnlərin də arası kəsilir. 2200 metr yüksəklikdə yerləşən ziyarətgaha ilk qar oktyabr ayında düşür.
Təbiət abidəsi olan Haçaqaya möcüzə hesab edilir. Əfsanəyə görə, qayanı Həzrəti Əli qılıncı ilə parçalayıb, daha sonra burada namaz qılıb və Allaha dua edib. O vaxtdan yerin adı Haçaqaya qalıb, yəni iki yerə parçalanmış dağ. Adla bağlı ən geniş yayılmış əfsanə belədir.
Bir gün Həzrəti Əliyə xəbər çatır ki, Tovuz - Qazax ellərində, Salsal adında bir pəhləvan müsəlman camaata zülm edir. Əli atı Düldülə minir. İndiki Haçaqaya dağlarında Salsal pəhləvanla üz - üzə gəlir. Qılıncı ilə pəhləvana zərbə endirir. Amma qılınc Salsalı kəsmir. Hz. Əli hirslənərək qılıncı dağa çırpır. Dağ iki yerə paralanır. O, əllərini göyə qaldırıb: “İlahi, bu nə möcüzədir?” deyə soruşur. Göydən səs gəlir ki, onun əynində 124 min peyğəmbərin adı yazılmış libas geyinib. Ona görə qılınc onu kəsmədi. Belə olan halda Əli Salsalı başının üstünə qaldırıb Zəyəm çayına tullayır və həmin yerdə namaz qılır. Buraya ziyarətə gələnlər həmin qayanı qırar, bərəkət, ruzi olsun - deyə evlərinə apararlar.
Camaatın Allaha dua etmək üçün üz tut-duğu məkandır. Qayanın üstünə çıxıb, ordan yarığın içinə də girmək 400 pilləlik xüsusi dəmir pilləkənlər vasitəsilə mümkündür. Haçaqayanın içərisinə daxil olanı vahimə basır. Qayaların arasında adam özünü qarışqa kimi hiss edir. Sanki divarlar indi üstünə uçacaq. Qaya divarlarının arasından yay - qış həmişə su damcılayır. Qılıncın zərbəsindən ağlamağa başlayan qayanın gözyaşı olduğuna inanırlar. Bu ziyarəti tamamlamaq xeyli yorucu, amma olduqca maraqlıdır. Ziyarət sonrası fiziki və ruhani rahatlıq hiss edilir.
©ReaksiyaTV
Bu kanal 1 iyul 2018-ci il tarixdə "Reaksiya Media Group" MMC - nin təsisçiyi ilə yaradılmış, Kanalda ictimai - siyasi məsələlərə MİLLİ REAKSİYA verilir. Hər bir izləyicidən xahiş edirik ki, kanalımıza ABUNƏ OLaraq, bizə dəstək olun!
Öncədən hər birinizə minnətdarlığımızı bildiririk! BİZ BİRLİKDƏ DAHA GÜCLÜ OLURUQ!
"Reaksiya Media Group" MMC 07.07.2015-ci ildə Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınaraq, 1701807301 saylı şəhadətnamə verilmişdir. Həmin vaxtdan da reaksiya.az informasiya portalı kimi fəaliyyət göstərir. 01.02.2016 - cı ildən isə RMG 5 dilli Karabakh.Today Elektron Jurnalını da təsis edib.
Xüsusi qeyd: Şərh bölməsində yazılan təhqir və söyüşlər silincək. ReaksiyaTV olaraq hörmətli izləyicilərimizdən xahiş edirik ki, tənqid yazmağı təhqir yazmaqla qarışdırmasınlar və heç kimi aşağılayıcı ifadələrlə təhqir etməsinlər!
MƏLUMATLARDAN İSTİNADSIZ İSTİFADƏ ETMƏK QƏTİ QADAĞANDIR! ƏKS TƏQDİRDƏ, VİDEOLARIMIZI İSTİNADSIZ YAYAN SƏHİFƏ VƏ KANALLAR ŞİKAYƏT OLUNARAQ, BAĞLANACAQ!!!
▌▌►Website: reaksiyatv.com/
Facebook Official Page: / reaksiya.az
Twitter: / reaksiya
/ reaksiya.tv
© ReaksiyaTV [ Azərbaycanın hadisələrə milli reaksiya verən internet televiziyası ]

Опубликовано:

 

1 окт 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 540   
Далее
Deşikli daş piri - din, yoxsa mövhumat? - Baku TV
7:11
Sərdar Cəlaloğlu ilə GÜNDƏM - SİYASİ REAKSİYA
54:26
# Rural Funny Life Wang Ge
00:18
Просмотров 760 тыс.
ОБЗОР НА ШТАНЫ от БЕЗДNA
00:59
Просмотров 391 тыс.
🛑самое главное в жизни!
00:11
Просмотров 67 тыс.
Sovetski. Məhlə bizim məhlədü.
46:25
Просмотров 149 тыс.
🔴QIŞLIQ ÇOBAN SALATININ hazırlanması😋
9:50
Behruzerle Kecmis Gelecek 50 - Hacaqaya
57:23
Просмотров 29 тыс.
# Rural Funny Life Wang Ge
00:18
Просмотров 760 тыс.