Тёмный

Hansı amillər insanı ölümdən qorxudur? İnsan niyə ölümdən qorxur? - Hacı Şahin - Çox Təsirli Sozler 

ISLAM TV Official
Подписаться 246 тыс.
Просмотров 13 тыс.
50% 1

Ölüm qorxusunun müxtəlif səbəbləri vardır. Bir baxışla insanları üç hissəyə bölmək olar: naqislərə, mötədillərə və kamillərə.
Naqis insanlarda ölüm qorxusu belə olur ki, insan fitrətən cavidanlığa meyl etdiyi üçün yoxluqdan nifrət edər. Ölümü yox olmaq kimi qəbul etdiyindən ölümə nifrət edərlər.
Allah buyurur: “Bizim ölüb-dirildiyimiz (bir dəstənin ölüb, digər bir dəstənin dirildiyi və ya bir dəstənin öldüyü və onların ruhlarının digər bir dəstənin cismində dirildiyi) bu dünya həyatından başqa bir həyat yoxdur və biz heç vaxt dirildilən deyilik”. (“Muminun” 37).
Mötədillərin axirət aləminə imanları kamil deyildir. Axirətdən qafil olmaq və dünya həyatına diqqət etməkləri onları ölümdən qorxudur. İmam Sadiq (ə) buyurur: “Bir gün bir nəfər Əbuzərin yanına gəlir və deyir: “Bizim niyə ölümdən kərahətimiz var?” Əbuzər cavab verir: “Ona görə ki, siz dünyanızı abad etmisiniz, axirətinizi isə xarab. Ona görə abadlıqdan xarabaya girməyə qorxursunuz””.
Bu qəflətin kökü nəfsani istəklərin ardınca getmək, Allahla müxalifətlik etmək və uzun arzulardır. İnsan bu həyatda iki şeydən daha çox qorxmalıdır: havayi-nəfsinin ardınca getməkdən və uzun arzulardan.
Mötədillər o qədər ölümdən qafildirlər ki, İmam Əlinin (ə) sözləri ilə desək sanki dünyadakı ölüm ancaq başqalarına aiddir, ona deyil. Ölənlər də sanki qısa bir müddət gedib qayıdacaqlar, müsafirlərdir. Onları qəbirlərinə qoyur və miraslarını yeyirlər. Sanki özləri bu dünyada cavidan qalacaqlar.
Ancaq üçüncü qrup kamil insanlardır, yəni həqiqi möminlər. Bu insanlar ölümdən deyil, Allahın əzəmətindən və izzətindən qorxarlar. Onların qorxusu maddiyyatçıların qorxusu kimi deyildir. Allah İlahi övliyaların qəlbində təcəlli edər, şövqə düşərlər. İki sevən insan uzun zaman bir-birindən ayrılandan sonra görüşmək istəyəndə necə həyəcanlanırlar, bu şövq də o cürdür. Bütün bədənini iztirab və qorxu, həyəcan bürüyər.
Allahın aşiqləri Allah ilə görüşən zaman həyəcanlanar və dəhşətə gələrlər. Çünki uzun müddət gözlədiyi Məşuquna qovuşmuşdur.
“Hansınızın əməlcə daha gözəl olduğunu sınamaq üçün ölümü və həyatı (siz insanlar üçün) yaradan Odur. O, yenilməz qüdrət sahibi və bağışlayandır”. (“Mulk” 2). Onların nəzərində ölüm - böyük İlahi imtahandır. Qorxar ki, bu imtahandan yaxşı qiymət almayacaqdır. Həqiqətən kamil insanların imtahanı çox ağır olur. Hətta onun dərki belə, bizim üçün çətindir.
Bu deyilənlərdən belə nəticə çıxartmaq olur ki, hər bir insanın ölüm qorxusu fərqli olur. Əgər ölüm qorxusu qəflətə görə olarsa, ağılsızcasına bir qorxu olar. Gərək onun amilini aradan qaldırsın ki, bu da dünya sevgisidir. Ancaq əgər bu qorxu Allahın əzəmətinə görə olarsa, müsbət bir qorxudur və eşqdən irəli gəlir.
1. Ölümə olan qorxumuzu aradan qaldırmaq üçün ölümü düşünməliyik, xəlvətdə düşünməliyik. Ölüm əməl evindən savab evinə keçid körpüsüdür. İnsan həmçinin əgər düşünsə ki, tez və fani olan bu dünya üçün xəlq edilməmişdir, o zaman ölüm qorxusu bir qədər azalar. İnsan əbədi dünya üçün xəlq edilmişdir, ölüm də bu həyata keçiddir.
2. Qəbirləri ziyarət etmək və xüsusilə də dağılmış qəbirlərə diqqət edək. İnsan əgər düşünsə ki, bir gün yaşayırdı, ancaq artıq bir torpağa çevrilmişdir, onu artıq heç kim xatırlamır, qarışqaların yeminə çevrilmişdir, ölüm qorxusu azalar.
3. Cənazə mərasimlərində iştirak etmək və bunu xatırlamaq ki, bizim də bir gün belə bir günümüz gəlib çatacaqdır, rəftar və əməllərimizi dəyişdirməyə bizə yardım edər.
4. Ölümə və Qiyamətə aid ayələri oxumaq və onun haqqında düşünmək də insanda olan ölüm qorxusunu azaldar.
5. Ölüm yoxluq və məhv olmaq demək deyildir. Bəlkə böyük bir aləmə bir pəncərədir. Allah bizi ölüm vasitəsilə imtahan dünyasından haqq-hesab aləminə gətirər. O kəs ki, dünyada imanla yaşamış və saleh əməl görmüşdür, qəbri cənnət məkan olar, əgər dünyasını imansız və pis əxlaqla başa vurubsa, bu zaman əbədi cəhənnəm olar. Əlbəttə insan qəbirləri zahirdə bir-birinə bənzəsələr də, batinləri fərqlidir. Ya behiştdir, ya da cəhənnəm.
O kəs ki, saleh əməl sahibidir, ölümü onun üçün müjdə olar. Çünki ölümü onu əbədi səadətə çatdırar. Ancaq pis əxlaq sahibi isə elə bu dünyada cəhənnəmdə olar. Ancaq dünya malına məst olduğu üçün bunu dərk etməzlər. Ölüm mələyi gələn zaman huşa gələr və həqiqətləri dərk edərlər.
Abunə ol bit.ly/2uR7dZv
Kanala ABUNƏ ol: bit.ly/HaciShahin
Rəsmi Veb-səhifəsi: www.hacishahin.az/
Rəsmi Facebook səhifəsi: / hacishahinha. .
Mənbə: RU-vid Hacı Şahin Həsənli Abunə ol - bit.ly/2LnaLx0
Dəyərli izləyicilər əgər videolar xoşunuza gəlsə bəyənin Kanala Abunə olun və şərhlərinizi əlavə edin.Dəstəyiniz üçün hər birinizə ayrı-ayrı minnətdaram
● Videoları paylaşmağa izin verdiyi üçün Hacı Şahinə təşəkkür edirəm.
✆Whatsapp Dini Videolar Official|+994-055-586-54-25 Bayram
⬇️Sosial şəbəkələrdə bizə qoşulun və izləyin⬇️
Rəsmi facebook səhifəmiz:goo.gl/tqQiKS
Rəsmi ok.ru səhifəmiz:goo.gl/SyoSTx
Rəsmi instagram səhifəmiz:goo.gl/Di6VuX

Опубликовано:

 

7 июл 2019

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 73   
@zuleyxamemmedova1540
@zuleyxamemmedova1540 5 лет назад
Men olumden qorxmurm Allahin cezasindan qorxuram Allah ehlibeyt hormetine gunahlarimizi bagiwlamamiw bu dunyadan aparmasin Amin inwallah
@kerbelayiyaallah6257
@kerbelayiyaallah6257 5 лет назад
ALLAHDAN DİLƏYİREM Kİ BİZLƏRİ BAĞIŞLAMAMIŞ QEBİR EVİNE APARMASIN.REBBİMƏ ŞÜKÜRLƏR OLSUN REBBİM MƏNİ ÇOX SEVİR.MƏNİ GÜNAHLARDAN ÇƏKİNDİRDİ MƏNƏ GÖZƏL MƏQAMLAR BƏXŞ ETDİ.MƏNDƏ ÇALIŞIRAM Kİ BU MƏQAMI QORUYUM.GÖZƏL REBBİM HƏR KƏSƏ KÖMƏK OLSUN AMİN
@fatimememmedli7308
@fatimememmedli7308 2 года назад
Amin inşallah 🤲
@rovshenmemmedov1022
@rovshenmemmedov1022 Год назад
Amin
@eleloglu438
@eleloglu438 3 года назад
Ömürü,də bəxti də, taleyi də verən o Gözə, görünməz Uca Allahdır ((Kim harda, haçan, necə, nə, vaxt, nə, şəkildə, niyə, nəyə, görə öləcək? Ancaq ALLAH bilir.!!! İNŞALLAH ALLAH bizlərə şəfa versin canımızı salamat eləsin ağıl kamal versin ruzi bərəkət uzun ömür nəsib eyləsin bu dünyamızıda o dünyamızıda xeyirli eyləsin amin İNŞALLAH🙏🙏🤲🤲
@ceyranhuseyinli6463
@ceyranhuseyinli6463 4 года назад
Allah seni qorusun gözel insan varol 😢😢😢😢
@rafiqeliyev2019
@rafiqeliyev2019 4 года назад
Allah butun insalari hifs elesin
@ismayilmehdizade6720
@ismayilmehdizade6720 3 года назад
Allah sizdən razı olsun gözəl insan
@nuradinkazimov6068
@nuradinkazimov6068 Год назад
Amin
@user-mc8bf4mq4z
@user-mc8bf4mq4z 5 лет назад
Cox sagolun Hacı var olasız Allah size kömey olsun her zaman amin 🙏
@leylasoinova4644
@leylasoinova4644 5 лет назад
Yaşa haci
@leylasoinova4644
@leylasoinova4644 5 лет назад
Sene qulak asram aqlyram bezen hönkür hökür sen çoxlarni hidayet etmisen Allahin izniyle
@cnntvchnnm966
@cnntvchnnm966 5 лет назад
Mən ölümdən qorxmuram.Amma günahlarımdan çox qorxuram.Atdıgımız hər addımımızda günah var bilirik.😔
@sirinekberov9919
@sirinekberov9919 6 месяцев назад
Allah rəhmət eləsin sizə😢❤
@rashidarafig732
@rashidarafig732 5 лет назад
Qulaq asarkən gözlərim dolur ən böyük günahı özüm bilə-bilə edirəm hazırlıqlara gedirəm deyə namaz qıla bilmirəm və bu məni dəhşətli dərəcədə qorxudur birdən ölərəm qıla bilmərəm necə olar bu? 😰
@kerbelayiyaallah6257
@kerbelayiyaallah6257 5 лет назад
Allah yardımcınız olsun .Allah size kömək olsun.İnşallah tezliklə çəkinərsiz günahlardan ve ibadete başlayarsız namaza başlayarsız.
@rashidarafig732
@rashidarafig732 5 лет назад
@@kerbelayiyaallah6257 İnşAllah🤲Allah hər kəsin qəlbən etdiyi ibadətləri qəbul etsin
@babasixamirov3035
@babasixamirov3035 4 года назад
😕
@taranamammadli3371
@taranamammadli3371 4 года назад
SALAM. NAMAZ ÇOX VACIBDIR. AMMA NAMAZ HER SEYI HELL ELEMIR. NAMAZLA BERABER INSANIN QELBI GOZEL OLMALIDIR
@nergisemedova1016
@nergisemedova1016 4 года назад
Gunahlarima baxiram ölumnen qorxuram ölumnen allaha qovuşacamsa sevinerem ona heqiqi qul olaram insallah
@orxanagayev2732
@orxanagayev2732 4 года назад
dunyanin sonu var HEYATIN sonu yoxdur
@beyimxanimyusifova5542
@beyimxanimyusifova5542 3 года назад
Tam əksi məndə baş verib uşaqlıqdan. Həyata gördüyümə inanırdım qəlbimdən tam əksi gələrdi istək məni qəlbə serükləyərdi. Elə utanıb gizləyərdim ki yəqin xəstəyəm. Sonra vərdiş halı aldı.özümü tapdım. Həmd olsun qədəriyazana!
@csurqehremanl4340
@csurqehremanl4340 3 года назад
DÜZ SÖZ.
@senansohleyev1363
@senansohleyev1363 5 лет назад
Allah gunahlarimizi bagislasin her kese cennet kismet elesin insallah Haci Allah caninizi sag elesin cox gozel danisirsiz
@hekayetmemmedova4464
@hekayetmemmedova4464 4 года назад
Sagol heci
@decelqiz8553
@decelqiz8553 4 года назад
Ölümden qorxmuram ölümden sonraki heyat qebir sorgu suali o xecaletdiy Allaha layiqli qul olmadan ölüb rebbimin hüzuruna getmey qorxudur meni mehv edir meni😞😞😞😞
@abimuslumova6709
@abimuslumova6709 3 года назад
Qardawlerim
@seidqahramanov224
@seidqahramanov224 5 лет назад
ölüm çağırırmamış qonaqdı hamımız öıəcəyik
@natiq..a.340
@natiq..a.340 Год назад
🤲🕋🤲
@zemaz6702
@zemaz6702 4 года назад
😢😢😢😢😢😢
@kenanshahbazov1560
@kenanshahbazov1560 4 года назад
Qorxuram amma istəyirəm həmdə çox heç olmasa qızım 10 yaşına catdirim
@ceyranhuseyinli6463
@ceyranhuseyinli6463 4 года назад
😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢
@gunka9969
@gunka9969 3 года назад
Tək günahım namaz qılmamaqdır
@user-ml9sz7oj9l
@user-ml9sz7oj9l 3 года назад
Həqiqətən ALLAHDAN adam utanir
@iyibirdost9155
@iyibirdost9155 5 лет назад
Salam əleykum.mən qəbrdən çox qorxuram.hər yadıma düşəndə haldan gedirəm.Amma istəmirəm qorxum.nə edim ?Çünki ilk gün ruh cismə qayıdır deyirlər
@allahiseviremallahimmuqedd4134
@allahiseviremallahimmuqedd4134 3 года назад
Məndə eləyəm Vallah hər gözmu bağliyanda ölu adamlar görəm elə biləm yanimda adam var məni aparir özunnən ölumə ki getdik sən ölursən daha elə ollam inan yerimə huzurla girəmmrəm yermə girəndə öləcəyimdən qorxuram derəm bu saat məndə öləcəm yermə girəndə öləcəm elə bil sabaha qalmiyacam elə bil öz özmə derəm ki niyə yermə huzurla girəmmrəm niyə ki huzurla yatamram ama sora derəm ki boş ver əşşi sən əksinə Allahin sinağindasan Allah səni ölumlə ölum qorxsya sinayir ki Mən Varam qorxma mən səninləyəm yervədə huzurla salacam zamaninda səni Vallah hərdən özmu öldrmək dərəcəsnə gəlirəm ki canim qurtarsin ama edəmmrəm çunku gunahdi sağalacağim gunu gözdrəm bu fikirlərdə məni sxr ölmək fikri qəbr fikri qəbrə girmək fikri məni sixir Vallah elə biləm ki bu saat öləcəm urəyim sancr səndə bu curmu olsan????Yerovə huzurla girə bilsənmi
@samirahesenova4977
@samirahesenova4977 3 года назад
@@allahiseviremallahimmuqedd4134 Salam.Eynen mende bu curem.Bu ele bir haldir ki senden asili bir şey deyil.içimdeki bu qorxunu def etmeyi bacarmiram.bu gunu gunden mene ezab verir.Allah bize komek olsun.
@nicatpiriyev8327
@nicatpiriyev8327 2 года назад
Salam məndə çox qorxuram bu gecə yatmamışam elə bildimki bu dəyqə əzraili görəjəm gözüm pəncərədə qapıda qalırki bu dəqiqə görəjəm qan tərə batıram halsız oluram.
@fatimememmedli7308
@fatimememmedli7308 2 года назад
@@allahiseviremallahimmuqedd4134 Salam məndə eləyəm fikirlər hər gün düşür yadıma Sonra deyirəm boş ver Allah səni qoruyur Allaha dua edirəm zikr edirəm kecir Allahın köməkliyi ilə yaxşı olacaq siz indide beləsiz?😔???
@R.R.A.....
@R.R.A..... Год назад
@@allahiseviremallahimmuqedd4134 salam.ay mən də eyni sizin kimiyəm,yazın indi necəsiz?
@user-mv8sc5yz6g
@user-mv8sc5yz6g 4 года назад
mende olumden cox qorxuram gece gozumu yumub yatanda deyirem sehere ayilmayacam
@taranamammadli3371
@taranamammadli3371 4 года назад
SALAM. NARAHAT OLMA. OLENDEN SONRA ONSUZ DA HEÇ NE HISS ETMEYECEKSEN.
@afiliask6825
@afiliask6825 4 года назад
@@taranamammadli3371 salam yeni yalandi deyilenler xais edirem cavab yazasiz
@taranamammadli3371
@taranamammadli3371 4 года назад
@@afiliask6825 SALAM NƏYƏ CAVAB VERIM ??
@afiliask6825
@afiliask6825 4 года назад
@@taranamammadli3371 bu yazdiqin mesaji deyirem yeni deyirsen ruh yoxdu
@taranamammadli3371
@taranamammadli3371 4 года назад
@@afiliask6825 MEN HARADA YAZDIM RUH YOXDUR
@taranamammadli3371
@taranamammadli3371 4 года назад
BELE YASAMAQDANSA TEZ ÒLSEM YAXSIDIR
@eleloglu438
@eleloglu438 3 года назад
((ALLAH eləməsin)) 100 yaşa inşallah amin🙏
Далее
Hacı Şahin - Aglin Elameti - Yeni 2019
17:52
Просмотров 56 тыс.
What is going on? 😂 (via haechii_br/IG) #shorts
00:15
Армия США вошла в Зангезур
04:17
Просмотров 263 тыс.
Qadın ona atılan böhtana səbr edərsə
18:51
Просмотров 2,7 тыс.
Haci Sahin - Ölüm anı moize
12:19
Просмотров 27 тыс.
"Ərşin ahı" 1-ci buraxılış (02.08.2024)
50:04
Просмотров 3,2 тыс.
KƏRBƏLA NİYƏ BAŞ VERDİ
33:46
Просмотров 19 тыс.
Hacı Ramil  - Niyə insanlar belədir (Mütləq dinlə)
20:16