Тёмный

Heç kim Torpağın Altındakı bu TƏBİİ DƏRMANI Tanımır! Kaş ki Əvvəl Bilərdim... 

Bir Bax
Подписаться 662 тыс.
Просмотров 13 тыс.
50% 1

#BirBax #xalqtəbabəti #boyürtkən
Böyürtkən bitkisinin kökü, budaqları, hətta yarpaqlarından Xalq təbabətində bəzi xəstəliklərin müalicəsi zamanı istifadə olunduğunu bilirdinizmi? Xəstəliklərdən qorunmaq və ya mövcud olan xəstəlikləri qısa müddətdə bitki mənşəli vasitələrlə sağaltmaq istəyənlər bu videomuzu sona kimi izləsin. Çünki sizə heç yerdə eşitmədiyiniz məlumatlar deyəcəm.
Böyürtkən bitkisinin meyvəsini bilirəm ki hər biriniz yemisiniz, bəs onun kökündən heç çay dəmləyib içmisizmi? Yəqin ki əksəriyyətiniz yox deyəcəksiz. Böyürtkən kökü tibbi xüsusiyyətlərə malikdir. Məsələn, kişi orqanizmi üçün çox faydalıdır. İmmuniteti gücləndirir, spermanın keyfiyyətini yaxşılaşdırır, cinsi həyatın keyfiyyətini artırır.
Böyürtkən kökü antioksidant xüsusiyyətlərə sahib olması ilə məşhurdur. Bu antioksidantlar orqanizmdəki sərbəst radikallarla savaşaraq onların hüceyrələrə və toxumalara zərər vermək potensialını azaldır. Bundan əlavə, böyürtkən kökü immun sistemini də dəstəkləyir, iltihab əleyhinədir, antimikrobial kimi çıxış edir. Böyürtkən kökünü çay və ya məhlul kimi istifadə etmək mümkündür. Qaynar suya əlavə edilərək dəmlənir, sonra süzülür və içilir. Məhlulu da xüsusi forma ilə hazırlanır.
Bununla belə, unudulmamalıdır ki, böyürtkənin də əks təsirləri var. Onun istifadəsində xüsusi təlimatlara riayət etmək lazımdır. Videomuzun sonunda bu haqda məlumat verəcəm. Böyürtkən kökünün faydaları bunlardır:
Stressə qarşı mübarizə aparır. Psixoloji baxımdan insanın özünü yaxşı hiss etməsini təmin edir. Gərgin, təlaşlı anlarda böyürtkən kökü çayı içmək ruhi baxımdan insanı rahatladır;
Antibakterialdır. Böyürtkən kökü orqanizmdəki bakteriya və infeksiyaları təmizləyir. Xüsusilə, çay şəklində qəbul edildikdə qısa müddətdə bakteriya mənşəli xəstəlikləri sağaldır;
İştahı açır. Böyürtkən kökündə olan vitamin və mineral sayəsində iştahsız insanların iştahı açılır. Nizamlı və sağlam qidalanmanın önünü açan bu bitki mənşəli dəstəkdən uzaq qaçmayın;
Həzmsizliklə əlaqədar olan köpü azaldır. Mədə yanması, mədədə əmələ gələn köp, ödəm kimi problemlərə şəfa axtaranlar gecikmədən böyürtkən kökü ilə tanış olmalıdırlar. Onun sayəsində mədə problemləri qısa müddətdə həll olacaq, mədə xəstəliklərinin təsirləri azalacaq;
İmmuniteti gücləndirir. C və E vitamini ilə zəngin olan böyürtkən kökü immunitetin möhkəmlənməsinə kömək edir. Tez-tez xəstələnən insanların nizamlı şəkildə böyürtkən kökündən istifadə etməsi məsləhətdir;
Nəfəs almağı rahatladır, öskürəyi azaldır. Öskürək, bəlğəm, boğazda qıcıqlanma kimi problemlər varsa, bitki mənşəli dəstək olaraq böyürtkən kökündən yararlana bilərsiniz. Tənəffüs prosesinin rahatlanmasına, tənəffüs yolu xəstəliklərinin və öskürəyin qısa müddətdə yaxşılaşmasına kömək edir;
Qanda şəkərin səviyyəsini nizamlayır. Şəkər xəstələri həkimləri ilə məsləhətləşərək böyürtkən kökündən istifadə edə bilərlər. Onun şəkərin səviyyəsini nizamlamaq bacarığından düzgün yararlanmaq üçün istifadə şəklini də, dozanı da həkim təyin etməlidir;
Uşaqlığı möhkəmləndirir, yumurtalıqları qoruyur. Qadın sağlamlığını və cinsi hormonları qorumaq üçün böyürtkən kökündən ürəklə istifadə edə bilərsiniz. Uşaqlığı möhkəmləndirməklə yanaşı, onun tənbəlləşməsinə imkan vermir, yumurtalıqları qoruyur;
Sidikqovucudur. Böyürtkən kökü yüksək miqdarda antioksidant maddələrə sahibdir. Bu xüsusiyyəti sayəsində ödəmlərdən rahatca xilas ola bilərsiniz. Orqanizmin təmizlənməsi də böyürtkən kökünün məharətləri sırasındadır. Böyrəkdə daş əmələ gəlməsinin qarşısını alır, varsa, daşın düşməsinə kömək edir;
Yanıq yaralarının sağalmasını dəstəkləyir. Dərinin qidalanması üçün lazım olan minerallar, vitaminlər böyürtkən kökündə bol miqdardadır. Nəticədə, yaralar yaxşılaşır, yanıq yerləri tez sağalır, qaşınmalar azalır, dəri sağlamlaşır;
Böyürtkən kökünün istifadəsi: 1 çay qaşığı qurudulmuş böyürtkən kökünü 1 stəkan qaynar suya əlavə edin, 10-15 dəqiqə dəmlənməyini gözləyin. Sonra cuna ilə süzün, gündə 1-2 stəkan bu çaydan için. Böyürtkən kökü çayının acılığının azaldılması üçün ona 1 dilim limon, yaxud az miqdarda bal da qata bilərsiniz.
Böyürtkən kökünün hər hansı zərəri indiyə qədər müşahidə edilməyib. Bununla belə, hamilələrin və ya xroniki xəstəliklkər səbəbiylə dərman içənlərin böyürtkən kökü ilə ehtiyatlı olması tövsiyə edilir. Böyürtkən kökü çayını uşaqlara verməzdən qabaq həkim məsləhəti alın.

Наука

Опубликовано:

 

3 окт 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 41   
Далее
Обменялись песнями с POLI
00:18
Просмотров 535 тыс.
Китайка нашла Метиорит😂😆
00:21
Hər gün XURMA YEYİN - Bir aydan sonra...
9:47
Просмотров 6 тыс.
KƏKLİKOTUNUN İNANILMAZ FAYDASINI BİLİRDİNİZMİ
2:36
Bağayarpağının bu Faydasını 90% İnsan Bilmir!
8:38
iPhone Standby mode dock, designed with @overwerk
0:27
Распаковка Huawei Mate XT🔥
0:54
Просмотров 96 тыс.