Həmidə Hüseynova - Nə olar Allahım
Söz: Nüsrət Kəsəmənli
Mus: Cabbar Musayev
Aranjiman: Dj Roshka
Rejissor: İlkin Azimov
Cover: Malik Babaeff
PR.Menecer: Nadir Kərimov
"Nə olar Allahım" Sözləri
Bu ömür yolunda üz-üzə gəldik,
Zülmət bir gecədən gündüzə gəldik
Deyəsən axırda biz gözə gəldik
Nə olar,Allahım, ayırma bizi.
Duymadıq sevginin şirin dadını,
Vurma qəlbimizə hicran odunu,
Eşit sevənlərin qəm fəryadını,
Nə olar,Allahım,ayırma bizi
Bəlkə bu məhəbbət bir alın yazı,
Yoxsa bu yazıya yoxdur bir pozu,
Ayırmaq istəsən al canımızı
Nə olar,Allahım,ayırma bizi.
Həmidə Hüseynova - nın ifa etdiyi bütün audio və video məzmunlar "NK Media" tərəfindən qorunur. Nüsxələnməsi və təkrar yayımı qadağandır!
#HemideHuseynov #NeOlarAllahim #HemideNeOlarAllahim
6 окт 2022