Тёмный

HİDAYƏT MƏMMƏDZADƏ ENDOKRİNOLOQ, BAKU MEDİCAL PLAZA. AVTOBİOQRAFİK VİDEO. WIKIMED.AZ T'QDIM EDIR 

SAGLAM TV
Подписаться 43 тыс.
Просмотров 58
50% 1

Dr.Hidayət Məmmədzadə Ataş oğlu Həkim Endokrinoloq, Baku Medical Plaza klinikası Endokrinologiya şöbəsinin müdiri
Dr.Hidayət Məmmədzadə Cəbrayıl rayonu, Dəjəl kəndində anadan olmuşdur.
DOKTOR HİDAYƏT MƏMMƏDZADƏNİN TƏHSİLİ:
Orta məktəb
1981-1984-cü illər Cəbrayıl rayonu, Dəjəl kənd ibtidai məktəbi, 1985-
1989-cu illər Cəbrayıl rayonu, Şükürbəyli kənd orta məktəbi,
1990-1992-ci ildə Azərbaycan Tibb Universitetinin kimya-biologiya təmayüllü Respublika baza litseyini fərqlənmə attestatı ilə bitirərək
Həmin il Azərbaycan Tibb Universitetinin müalicə- profilaktika fakültəsinə qəbul olmuşdur.
1998-ci ildə Azərbaycan Tibb Universitetini bitirərək həkim ixtisasına yiyələnmişdir.
1998-1999-cu illərdə Akademik M.A.Topçubaşov adına
Respublika Elmi Cərrahiyyə Mərkəzində internatura keçmişdir.
2007-2008-ci illərdə Türkiyə Cümhuriyyəti İstanbul Sema Hospitalda
“Internal Medicine & Endocrinology Course” və İstanbul Universiteti
Cerrahpaşa Tibb fakültəsində İç hastalıkları Anabilim Dalı
“Endokrinoloji, Metabolizma ve Diyabet Bilim Dalı servisi”ndə intensiv
təkmilləşmə kursları keçmişdir.
2008-2009-cu illərdə pediatrik endokrinologiya ixtisası üzrə Türkiyə
Cümhuriyyəti Ankara Dışkapı Yıldırım Beyazit Uşaq Xəstəlikləri Təhsil
və Araşdırma Xəstəxanasında təkmilləşmə kursu keçmişdir.
2009-2013-cü illərdə Ankara Dışkapı Yıldırım Beyazıt Təhsil və Araşdırma Xəstəxanasında tireoid ultrason, elastoqrafiya, biopsiya, ümumi endokrinologiya və şəkərli diabet servisİ üzrə hər il ardıcıl
ixtisasartırma kursları keçmişdir.
2012-ci ildən ardıcıl olaraq Türkiyə Endokrinologiya və Metabolizma
Xəstəlikləri Dərnəyinin və Türkiyə Diabet Cəmiyyətinin təşkil etdiyi bütün endokrinologiya, şəkərli diabet, tireoid ultrasəs müayinə kursları, hipofiz, böyrəküstü vəzi, lipid, osteoporoz simpoziumları, endobridge, endokurs və s. beynəlxalq toplantılarda iştirakçı, mühazirəçi, panel sədri olmaqla yanaşı çoxsaylı elmi poster və çıxışlarla ölkəmizi təmsil etmişdir.
2019-cu ildən Klinik Endokrinologiya və Diabet Dərnəyinin (KEDD) hər il təşkil etdiyi konfranslarda mühazirəçi, panel sədri, eyni zamanda çoxsaylı elmi poster və sözlü sunumlarla iştirak etmişdir.
Bundan başqa, müxtəlif illərdə Türkiyə, Almaniya, Avstriya, Fransa,
Birləşmiş Ərəb Əmirlikləri, İtaliya, İsveçrə, Çexiya, Belçika,
Özbəkistan, Rusiya, Portuqaliya, Gürcüstan, İsveç, İspaniya və s. ölkələrdə keçirilən beynəlxalq əhəmiyyətli toplantı, endokrinoloji seminar və konfranslarda dəfələrlə ölkəmizi təmsil etmişdir.
Xarici və yerli beynəlxalq konfranslarda elmi məruzələr etmişdir.
Eyni zamanda, dəfələrlə Əziz Əliyev adına Azərbaycan Dövlət
Həkimləri Təkmilləşdirmə İnstitutunda “Klinik Endokrinologiya ” ixtisası üzrə tematik təkmilləşmə kursları keçmişdir və hazırda II Daxili xəstəliklər kafedrasının endokrinologiya ixtisası üzrə doktorantıdır.
Müxtəlif ölkədaxili və xarici (Türkiyə, Rusiya, Çin, ABŞ və s.)
beynəlxalq əhəmiyyətli tibbi jurnallarda məqalələri çap olunmuşdur.
“Azerbaijan Endocrinology Club”un adı ilə həkim endokrinoloqların
elmi-praktik səviyyəsinin artırılması üçün bir sıra tədbirlər, o cümlədən, ölkədə ilk dəfə bəzi simpoziumların (1-ci Pediatrik endokrinologiya,
1-ci Hamiləlik və endokrin xəstəliklər, 1-ci Neyroendokrin Törəmələr, 1-ci Osteoporoz və metabolik sümük xəstəlikləri simpoziumu və s.) keçirilməsində əsas təşkilatçı, məruzəçi və həmsədrlərdən biri olmuşdur.
-Mütəmadi olaraq kütləvi informasiya vasitələri və mətbuatda (qəzet,
jurnal, TV, radio və sosial mediya) əhalinin tibbi maariflənməsi üçün çoxşaxəli fəaliyyət göstərmişdir.

Опубликовано:

 

2 окт 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии    
Далее
Xankəndidə - ERMƏNİ İLƏ QARŞILAŞDIM
36:57
Просмотров 258 тыс.
Bruselyoz xəstəliyi insandan-insana yoluxurmu?
4:40