Тёмный

Hz.Məhəmməd Peyğəmbərin 34 qızıl kəlamı 

Wolf
Подписаться 78
Просмотров 5 тыс.
50% 1

Məhəmməd Peyğəmbər[qeydlər 1] (ərəb. مُحمّد‎‎ ( tələffüzü);[qeydlər 2] təxmini 570, Məkkə - 8 iyun 632, Mədinə)[1] - dini, sosial, siyasi lider və islamın qurucusu.[2] İslam təliminə əsasən, Adəm, İbrahim, Musa, İsa və digər peyğəmbərlərin monoteist təlimlərini təbliğ etmək və təsdiqləmək üçün göndərilmiş peyğəmbər.[2][3][4][5] Məhəmməd islamın bütün əsas qollarında Allahın sonuncu elçisi olaraq qəbul edilir. O, həmçinin Ərəbistanı müsəlman hakimiyyəti altında birləşdirməyi bacarmışdır.
Məhəmməd təqribi olaraq 570-ci ildə (Fil ili) Ərəbistan yarımadasında yerləşən Məkkə şəhərində doğulub. O, altı yaşından etibarən yetim qalmışdır.[7] Məhəmməd babası Əbdülmütəllibin himayəsi altında böyümüşdür. Babasının ölümündən sonra isə əmisi Əbu Talibin himayəsinə keçmişdir.[8]
Məhəmməd vaxtaşırı Məkkə yaxınlığındakı Hira adlanan mağaraya gedərdi. O, 40 yaşında Cəbrail tərəfindən ziyarət edildiyini[9][10] və Allahdan ilk vəhyni aldığını bildirdi. Üç ildən sonra, 613-cu ildə,[11] Məhəmməd bu vəhyləri təbliğ etməyə başladı.[12] O, elan etdi ki, "Tanrı birdir",[13] Tanrıya təslimiyyət (İslam) doğru həyat yoludur[14] və digər İslam peyğəmbərləri kimi o da Tanrının elçisidir.[15][16][17]
Başlanğıcda, Məhəmmədin ardıcılları az idi və onlar məkkəli politeistlərin düşmənçiliyinə məruz qalırdılar. O, 615-ci ildə ardıcıllarını təqibdən qorumaq üçün onlardan bəzilərini Aksum Krallığına göndərdi. 622-ci ildə isə özü və ardıcılları Məkkədən Mədinəyə (əvvəl Yəsrib olaraq adlandırılırdı) köç etdilər. Bu hadisə, hicri təqvimi olaraq da bilinən "İslami təqvimin" başlanğıcı sayılır. Həmin il Məhəmməd Mədinədəki qəbilələri Mədinə müqaviləsi ilə birləşdirdi. Səkkiz il məkkəli qəbilələrlə aralıqlarla davam edən müharibələrdən sonra Məhəmməd 10.000 müsəlman əskərlə birlikdə Məkkə şəhərinə doğru hərəkətə başladı. Fəth böyük ölçüdə müharibəsiz keçdi və Məhəmməd şəhərə az qırğınla daxil ola bildi. Məhəmməd vida həccindən qayıtdıqdan bir neçə ay sonra, 632-ci ildə, xəstələndi və vəfat etdi. Ölümünə qədər Ərəbistan yarımdasının əksəriyyəti İslam dinini mənimsədi.[18][19]
Tanrı tərəfindən Məhəmmədə göndərilən vəhylər Quran ayələrini meydana gətirmişdir. Vəhylər müsəlmanlar tərəfindən "Allahın kəlamı" adlandırılır və dinin əsası olaraq qəbul edilir. Qurandan başqa, Məhəmmədin hədislərdə və siyərlərində yer alan təlimləri və tətbiqləri (sünnə) İslam hüququnun mənbələri olaraq dəstəklənir və istifadə edilir (bax: Şəriət).
Məhəmməd tarixdə 100 ən nüfuzlu şəxs siyahısında birinci sıradadır.
Məhəmməd adı Quranda dörd dəfə keçir və "tərifə layiq" mənasına gəlir.[20] Həmçinin, Quranda Məhəmmədə ikinci şəxs olaraq müxtəlif adlarla müraciət edilir: elçi, peyğəmbər, Allahın qulu, xəbərçi (bəşir), şahid, müjdəçi (mübəşşir), xəbərdarlıq edən (Nazir), xatırladan (müdhəkkir), Tanrıya dəvət edən, Nur və işıq saçan lampa.
Məhəmmədin həyatı ilə əlaqədar əhəmiyyətli məlumatlar müsəlman erasının 2-ci və 3-cü əsr müəlliflərinin tarixi əsərlərində tapıla bilər (b.e-nın 8-ci 9-cu əsrləri).[26] Bunlar Məhəmmədin həyatı haqqında əlavə məlumatlar ehtiva edən ənənəvi müsəlman bioqrafiyalarıdır.[27] Ən erkən siyər (Məhəmmədin bioqrafiyası və sözləri) İbn İşaq tərəfindən təqribi olaraq 767-ci ildə yazılmış "Tanrının elçisinin həyatı" adlı əsərdir. Lakin əsər sonradan itirilmişdir. Əsər itirilməməmişdən öncə İbn Hişam tərəfindən böyük ölçüdə, əl-Təbəri tərəfindin isə kiçik ölçüdə istifadə edilmişdir.[28][29] İbn Hişam əsərdən böyük ölçüdə istifadə etsə də, İbn İşaqın yazdığı bioqrafiyadan bəzi bölümləri çıxartdığını da qeyd etmişdir.[30] Məhəmmədin həyatı haqqında digər erkən tarixi mənbələrə əl-Vaqidi tərəfindən yazılmış "Məhəmmədin səfərbərliklərinin tarixi" və onun katibi İbn Səd əl-Bağdadinin əsərləri də daxildir.[26]

Опубликовано:

 

27 мар 2021

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 4   
@lsgrabdullayev13
@lsgrabdullayev13 Год назад
Allahummə salli alə Muhəmmədin və ali Muhəmməd
@user-ei8xq9lf4s
@user-ei8xq9lf4s 3 года назад
Allah yolumuzu peygemberin yolu elesin amin
@FunnyVideos-ou3kc
@FunnyVideos-ou3kc 3 года назад
God is great and I love him
@Papatya95896
@Papatya95896 Год назад
Zatən tərk etdim
Далее
Həzrəti Əli (ə) kəlamları.
39:26
Просмотров 299 тыс.
World Record Tunnel Glide 🪂
00:19
Просмотров 22 млн
Wait for it 😇
00:45
Просмотров 9 млн
Seyid AğaRəşid - Xanım Rübab (s,ə)
14:00
Просмотров 1,1 тыс.