Salam. Müraciətinizə cavab olaraq qeyd etmək istərdik ki, özünüməşğulluq proqramına edilən müraciətlər növbəlilik əsasında dəyərləndirilir və Məşğulluq haqqında Qanuna əsasən hüququ yaranana vətəndaşların növbəlilik prinsipi əsasında müvafiq aktivlərlə təmin edilməsi təşkil edilir. Sizin də müraciətiniz bu prinsip üzrə növbəlilik əsasında dəyərləndiriləcək və növbəniz çatdığı zaman müvafiq məlumat sizə qeydiyyatda olduğunuz rayon üzrə Regional Məşğulluq Filialı tərəfindən təqdim ediləcəkdir.
Salam. İş imkanları barədə məlumat əldə etmək üçün Bakı şəhəri üzrə müvafiq DOST mərkəzinə və qeydiyyatda olduğunuz rayon üzrə Regional Məşğulluq filialına müraciət edə bilərsiniz.
Salam. Müraciətinizə cavab olaraq qeyd edək ki, dövlətin dəstəyi ilə öz işini qurmaq istəyən işsiz şəxslər Dövlət Məşğulluq Agentliyinin təqdim etdiyi Özünüməşğulluq proqramından yararlana bilərlər. Proqramdan yararlanmaq üçün qeydiyyatda olduğunuz rayon üzrə Regional Məşğulluq Filialına və DOST mərkəzlərinə müraciət edə bilərsiniz.
Salam. İşsizlikdən sığorta ödənişi aşağıdakı hallarda təyin edilir: 1.Dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi, işçilərin sayı və ya ştatların ixtisar edilməsi əsasında əmək müqaviləsinə xitam verilmiş şəxslər - ən azı 1 il sığorta stajı olduqda, 2.Əmək müqaviləsinin müddətinin bitməsi ilə əlaqədar əmək müqaviləsinə xitam verilmiş şəxslər - işsizliyin başlanmasından əvvəlki ardıcıl gələn 36 təqvim ayı ərzində müddətli əmək müqaviləsi üzrə ən azı 24 ay sığorta stajı olduqda. Bu göstəricilərə uyğun olduğunuz halda “Məşğulluq” altsistemində qeydiyyatdan keçmək tələb olunur. Şəxs üçün münasib iş tapmaq mümkün olmadıqda ona işsiz statusu verilir və şəxs işsiz kimi qeydiyyata alındıqdan sonra sistemdə yerləşdirilmiş ərizəni təsdiq edir. Şəxsin müraciətinə 10 gün ərzində baxılır və sığorta ödənişinin təyin və ya imtina edilməsi barədə qərar çıxarılaraq bu barədə ona məlumat verilir. Ətraflı məlumat üçün İşsizlikdən sığorta haqqında Qanun: www.e-qanun.az/framework/36310
Salam, men 4 ildir mesgulluq idaresinde isaxtaran kimi qeydiyyata dusmusem, 2022-ci ilde "mektebeqeder telim ve terbiye" ixtisasi uzre imtahanda istirak etmisem, imtahada ugur qazanmisam amma hal-hazirda vakansiya olmadigindan issizem. Lakin buna baxmayaraq men hec bir sigorta odenisi elde ede bilmemisem. XAHIS EDIREM BU ISDE MENE KOMEK EDESIZ
Salam. İşsizlikdən sığorta ödənişi aşağıdakı hallarda təyin edilir: 1.Dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi, işçilərin sayı və ya ştatların ixtisar edilməsi əsasında əmək müqaviləsinə xitam verilmiş şəxslər - ən azı 1 il sığorta stajı olduqda, 2.Əmək müqaviləsinin müddətinin bitməsi ilə əlaqədar əmək müqaviləsinə xitam verilmiş şəxslər - işsizliyin başlanmasından əvvəlki ardıcıl gələn 36 təqvim ayı ərzində müddətli əmək müqaviləsi üzrə ən azı 30 ay sığorta stajı olduqda. Bu göstəricilərə uyğun olduğunuz halda “Məşğulluq” altsistemində qeydiyyatdan keçmək tələb olunur. Şəxs üçün münasib iş tapmaq mümkün olmadıqda ona işsiz statusu verilir və şəxs işsiz kimi qeydiyyata alındıqdan sonra sistemdə yerləşdirilmiş ərizəni təsdiq edir. Şəxsin müraciətinə 10 gün ərzində baxılır və sığorta ödənişinin təyin və ya imtina edilməsi barədə qərar çıxarılaraq bu barədə ona məlumat verilir. Ətraflı məlumat üçün İşsizlikdən sığorta haqqında Qanun: www.e-qanun.az/framework/36310
Salam. İş imkanları barədə məlumat əldə etmək üçün faktiki yaşayış ünvanı üzrə Regional Məşğulluq filialına və ya DOST Mərkəzlərinə müraciət edə bilərsiniz.
Salam. Xeyr, onlayn qeydiyyat aparılmır. Proqramdan yararlanmaq üçün Bakı üzrə DOST mərkəzlərinə, bölgələrdə isə qeydiyyatda olduğunuz rayon üzrə Regional Məşğulluq Filialına müraciət edə bilərsiniz.