Тёмный

İki balası yadigar qalan şəhid kəşfiyyatçı Nazir Xurşudovun anım mərasimi-Xaçmaz-28/10/2021 

YuEl
Подписаться 80 тыс.
Просмотров 3,5 тыс.
50% 1

Xaçmaz rayonunun Çaykənarı kəndində Vətən müharibəsi şəhidi kiçik çavuş Nazir Xurşudovun xatirəsini əbədiləşdirmək məqsədilə şəhadətinin ildönümündə abidə-bulaq kompleksi istifadəyə verilib.
Kompleksin açılış mərasimində Milli Məclisin deputatı Sevil Mikayılova, Xaçmaz Rayon İcra Hakimiyyətinin, yerli hüquq-mühafizə orqanlarının rəhbər şəxsləri, şəhidin döyüş yoldaşları, ailə üzvləri və kənd sakinləri iştirak ediblər.
Anım mərasimdə şəhidin abidə-bulaq kompleksi qarşısında ucaldılan büstü önünə gül dəstələri düzülüb, xatirəsi ehtiramla anılaraq ruhuna dualar oxunub.
Tədbirdə çıxış edənlər 35 illik ömrünün 11 ilini Vətənə xidmətə həsr edən qəhrəman döyüşçünün göstərdiyi şücaətdən, Vətən müharibəsində qazanılan şanlı Zəfərdən bəhs ediblər.
Nazir Müxənnət oğlu Xurşudov 1985-ci il fevralın 1-də Xaçmaz rayonunun Çaykənarı kəndində anadan olub. Ailədə üç qardaş, bir bacı olublar. Milli Qəhrəman Yavər Şahbazov adını daşıyan tam orta məktəbi bitirən Nazir uşaqlıqdan idmana maraq göstərib və bir sıra yarışlarda qalib.
Orta məktəbi başa vurduqdan sonra hərbi xidmətə yollanıb. Murovda və Gədəbəydə kəşfiyyat bölüyündə xidmət edib. Əsgərliyini bitirdikdən sonra öz istəyi ilə yenidən ordu sıralarına yazılan Nazir Xurşudov bir müddət Azərbaycan Sülhməramlı Qüvvələrində xidmət edib. Qorxmaz hərbçi Əfqanıstan, Pakistan və Bolqarıstanda xüsusi kurslara da qatılıb. Daha sonra xidmətini Qusar rayonunda yerləşən hərbi hissənin kəşfiyyat bölüyündə davam etdirib.
Nazir Xurşudov 2016-cı ilin Aprel döyüşlərində və ötən ilin iyul ayında baş verən Tovuz döyüşlərində də düşmənə qarşı savaşıb. Bu döyüşlərdə göstərdiyi şücaətə görə medal və fəxri fərmanlarla təltif olunub.
Vətən müharibəsinin ilk günündən döyüşə atılan qorxmaz kəşfiyyatçı Ağdam, Füzuli, Cəbrayıl və Xocavənd rayonları uğrunda qəhrəmanlıqla savaşıb. Oktyabrın 21-də Xocavənd istiqamətində gedən döyüşlər zamanı qəhrəmancasına şəhid olub. Şəhid kəşfiyyatçı oktyabrın 28-də doğulduğu Xaçmaz rayonunun Çaykənarı kəndində dəfn edilib.
Nazir Xurşudov ailəli idi. 12 yaşlı Şahin və 11 yaşlı Asiman adlı oğlanları yadigar qalıb.
Ölümündən sonra “Cəbrayılın azad olunmasına görə” və “Vətən uğrunda” medalları ilə təltif olunub.

Опубликовано:

 

4 окт 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 25   
@mrelxanyusifli
@mrelxanyusifli 2 года назад
Xaçmaz rayonunun Çaykənarı kəndində Vətən müharibəsi şəhidi kiçik çavuş Nazir Xurşudovun xatirəsini əbədiləşdirmək məqsədilə şəhadətinin ildönümündə abidə-bulaq kompleksi istifadəyə verilib. Kompleksin açılış mərasimində Milli Məclisin deputatı Sevil Mikayılova, Xaçmaz Rayon İcra Hakimiyyətinin, yerli hüquq-mühafizə orqanlarının rəhbər şəxsləri, şəhidin döyüş yoldaşları, ailə üzvləri və kənd sakinləri iştirak ediblər. Anım mərasimdə şəhidin abidə-bulaq kompleksi qarşısında ucaldılan büstü önünə gül dəstələri düzülüb, xatirəsi ehtiramla anılaraq ruhuna dualar oxunub. Tədbirdə çıxış edənlər 35 illik ömrünün 11 ilini Vətənə xidmətə həsr edən qəhrəman döyüşçünün göstərdiyi şücaətdən, Vətən müharibəsində qazanılan şanlı Zəfərdən bəhs ediblər. Nazir Müxənnət oğlu Xurşudov 1985-ci il fevralın 1-də Xaçmaz rayonunun Çaykənarı kəndində anadan olub. Ailədə üç qardaş, bir bacı olublar. Milli Qəhrəman Yavər Şahbazov adını daşıyan tam orta məktəbi bitirən Nazir uşaqlıqdan idmana maraq göstərib və bir sıra yarışlarda qalib. Orta məktəbi başa vurduqdan sonra hərbi xidmətə yollanıb. Murovda və Gədəbəydə kəşfiyyat bölüyündə xidmət edib. Əsgərliyini bitirdikdən sonra öz istəyi ilə yenidən ordu sıralarına yazılan Nazir Xurşudov bir müddət Azərbaycan Sülhməramlı Qüvvələrində xidmət edib. Qorxmaz hərbçi Əfqanıstan, Pakistan və Bolqarıstanda xüsusi kurslara da qatılıb. Daha sonra xidmətini Qusar rayonunda yerləşən hərbi hissənin kəşfiyyat bölüyündə davam etdirib. Nazir Xurşudov 2016-cı ilin Aprel döyüşlərində və ötən ilin iyul ayında baş verən Tovuz döyüşlərində də düşmənə qarşı savaşıb. Bu döyüşlərdə göstərdiyi şücaətə görə medal və fəxri fərmanlarla təltif olunub. Vətən müharibəsinin ilk günündən döyüşə atılan qorxmaz kəşfiyyatçı Ağdam, Füzuli, Cəbrayıl və Xocavənd rayonları uğrunda qəhrəmanlıqla savaşıb. Oktyabrın 21-də Xocavənd istiqamətində gedən döyüşlər zamanı qəhrəmancasına şəhid olub. Şəhid kəşfiyyatçı oktyabrın 28-də doğulduğu Xaçmaz rayonunun Çaykənarı kəndində dəfn edilib. Nazir Xurşudov ailəli idi. 12 yaşlı Şahin və 11 yaşlı Asiman adlı oğlanları yadigar qalıb. Ölümündən sonra “Cəbrayılın azad olunmasına görə” və “Vətən uğrunda” medalları ilə təltif olunub.
@olum_meleyi8814
@olum_meleyi8814 2 года назад
Allah rəhmət eləsin Məkanı cənnət olsun Qəbri nurla dolsun şəhidlər olmasaydı bizdə ölmüşdük baş əyirəm şəhidlərin qabağında şəhid analara balalarına bacılarına allah səbr versin yenədə sağ olsaydı yaxşı olardı 💔💔💔💔😓😓😓😥😥😥
@azerqhrmanov2412
@azerqhrmanov2412 2 года назад
Allah Şəhidlərimizə rəhmət eləsin.Balaları ürək daglayır Allahdan aylısinə balalarına səbir diləyirəm.Sənədə təşəkkür edirəm Elxan bəy xoşbəxt olasan.
@lalealiyeva3150
@lalealiyeva3150 2 года назад
Butun Sehidlerimize Allah rehmet etsin .
@sakitxursudov1289
@sakitxursudov1289 2 года назад
Allah sene rehmet elesin şehidim😢
@mrelxanyusifli
@mrelxanyusifli 2 года назад
Allah rəhmət eləsin!
@mehmanibrahimov6324
@mehmanibrahimov6324 2 года назад
Nur içində yatasan nur üzlü qardaşım.Ruhub şad olsun
@birkims2949
@birkims2949 2 года назад
Allah bütün Şəhidlərimizə rəhmət eləsin.Allah ailələrinə səbr versin.🥀🥀Onlar hər zaman qəlbimizdə yaşayacaq.ŞƏHİDLƏR ÖLMƏZ VƏTƏN BÖLÜNMƏZ!!!🇦🇿🇦🇿🇦🇿
@mrelxanyusifli
@mrelxanyusifli 2 года назад
Amin
@operator7496
@operator7496 2 года назад
Allah rəhmət eləsin məkanı cənnət olsun 😭
@rafaelocaqli996
@rafaelocaqli996 2 года назад
Allah Şehidimize rehmet elesin. Mekanı Cennet olsun. Allah ballarına ve Ailesine mohkem sebir versin. 😥😥🇦🇿🇦🇿🇦🇿
@ulkereliyev8952
@ulkereliyev8952 Год назад
Allah rəhmət edisin bütün ölənlə allah rəhmət edsin
@vuqarhaciyev7611
@vuqarhaciyev7611 Год назад
Allah rəhmət eləsin.
@nurlanarzumanov6424
@nurlanarzumanov6424 2 года назад
Allah rəhmət eləsin cəmi sehidlermize
@mrelxanyusifli
@mrelxanyusifli 2 года назад
Amin
@elmar8094
@elmar8094 2 года назад
Allah rəhmət eləsin..
@ramalagayev821
@ramalagayev821 2 года назад
Mekani cennet olsun insallah,eyni herbi hissede xidmet etmisiy yaxsi oglan cox.
@pervizxursudov3633
@pervizxursudov3633 2 года назад
Allah Rehmet elesin Şəhid Əmi oğluya🥲
@mrelxanyusifli
@mrelxanyusifli 2 года назад
Amin
@fatimhmdova1701
@fatimhmdova1701 2 года назад
Balalarımızı gözü yaşlı qoyanların balaları mələr qalsın
@Daglaroglu1234
@Daglaroglu1234 2 года назад
Can qardaş Allah sənə rəhmət eləsin
@VASYA_DAVYDOV_FISHING
@VASYA_DAVYDOV_FISHING 2 года назад
привет. Лайк 13 от меня!!!
@mahazimmagzodn3564
@mahazimmagzodn3564 2 года назад
Allah rəhmət eləsiz
@Гуо-г1э
@Гуо-г1э Год назад
Цапар терг хьуй я Аллагь
@indiraumarova2032
@indiraumarova2032 2 года назад
Vətən sağ olsun deyir. Vətən kimin üçün sağ olsun? Mə'mur və nazin balalar üçünmü? Niyə onların balaları ölmür, niyə kasıb balası ölməlidir?
Далее
Xankəndidə - ERMƏNİ İLƏ QARŞILAŞDIM
36:57
Просмотров 284 тыс.
Women’s Free Kicks + Men’s 😳🚀
00:20
Просмотров 4,1 млн
Məktəbdə "Anım Günü".
7:23
Просмотров 18 тыс.
"Öncə Vətəndir" I BƏDİİ FİLM - 20.09.2024
23:11
ŞƏHİD HACIYEV DAVUD ( XAÇMAZ ) HD
13:03
Просмотров 1,5 тыс.