Тёмный

İlahi al məni bunun əlindən 

Miraz
Подписаться 9 тыс.
Просмотров 976
50% 1

Bilmirəm hayandan tapdı ömrümü
Bir dəlisov at kimi çapdı ömrümü
Dağlara daşlara çırpdı ömrümü
Qədrimi bilmədi bu adam mənim
İlahi, al məni bunun əlindən.
Kaş mənim ömrümü bu yer üzündə
Bir özgə adama tuş eləyəydin
Lap məni adam yox-quş eləyəydin,
Lap belə bir qara daş eləyəydin.
Məni bu adama sən necə qıydın?
İlahi, al məni bunun əlindən.
Al məni,ver məni ,özgələrə ver,
Sınıq aynalara, güzgülərə ver.
Bölünüm yüz tikə, min tikə olum
Bu adam üzümə baxa bilməsin.
Məni aynaların qırıqlarından
Toplaya bilməsin, yığa bilməsin.
İlahi, al məni bunun əlindən.
Bölünsəm dərdim də bölündü bəlkə,
Hər dərdim yüz tikə, min tikə oldu.
Bir dərdim qalmadı özümdən yekə ,
Bütün dərdlərimdən mən yekə oldum.
İlahi, al məni bunun əlindən.
İlahi keyfinin xoş saatında
Yenidən yadına düşürsən məni,
Yenidən toplasan qırıqlarımı,
Sınıq əllərimi, ayaqlarımı,
Ağzımı ,burnumu,qulaqlarımı.
İlahi təzədən toplasan məni,
Təzədən yollasan dünyaya məni
Bu adam olmaram-özgəsi ollam.
İlahi, al məni bunun əlindən...

Опубликовано:

 

22 май 2023

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 3   
@user-ph5ok7ur1p
@user-ph5ok7ur1p Год назад
İlk
@Babazadeh_222
@Babazadeh_222 Год назад
Əliağa Vahiddən də bir qəzəl səsləndirin zəhmət olmasa
@faiqhesenov637
@faiqhesenov637 Год назад
QEDRINIZI MEN BU HEYATDA COX COX COX LAP COX BILEREM CUNKI MEN SIZI EN COX SEVEN BIRIYEM. SIZI S*E*V*I*R*E*M SEVIREM YENEDE SEVIREM MILYON DEFE SEVIREM. OZUNUZ SESINIZ GOZEL NUKEMMEL MOHTESEMDI. GOZELLIYINIZDE HEYRAN EDIB MEFTUN EDIB MENI❤❤❤❤❤💘💘💘💘💘💞💞💞💞💞💓💓💓💓💓❤❤❤❤❤💘💘💘💘💘💘💞💞💞💞💞🎁💌💍👫👨‍👩‍👦
Далее
小天使和小丑离家出走#short #angel #clown
00:36
Çin əsilli azərbaycanlı Aygün Lin
20:18
Просмотров 28 тыс.
HEÇ VAXT EVLENMEYEN MEŞHURLAR
4:41
Просмотров 1,2 млн
"Gedirəm" - Şamil Ənvəroğlu 💜
1:42