Тёмный

İlham Rəsul- Bakı 

Подписаться
Просмотров 92
% 10

Həmişə demişəm,bu dəfə də deyirəm,mən qiraətçi deyiləm. Bunu səsli şəkildə bir əzizimə yollayırdım,özüm çox bəyəndim,hətta ağladım,dedim bir video düzəldib o cür paylaşım. Səsimdə problemlər ola bilər,o hissəsini keçərsiniz. Rəydə fikirlərinizi yazarsınız,zəhmət olmasa. (Yazıda bəzi mesajlar da var)
Bakıdayam,əzizim.
Həmən Bakıdır yenə.
Burda nələr olmur ki;
qəlb sındırmaq ənənə...
Analar yaralıdır,
uşaqlar dizi sıyrıq.
Bizlər də isti çayla
günümüzü sayırıq...
Süpürgəçi xalalar
beziblər əməllicə.
Maaşından pul çıxır
Məmur, əldə dəftərçə.
Atalar da küsdü ee
qızının arzusuna...
Pulu da güclə çatır
övladın ruzusuna (ruzisinə)
Sən de görüm,əzizim,
orda işlər necədir?
Biz bir ipdə gəzirik,
ipimiz də incədir...
O ip dönür, dolaşır,
dırmaşır boynumuza...
Əzizim,burda intihar,
Yazılıb alnımıza...
O gün bazar yanırdı
nalə-fəğan fonunda...
Bakı gözəl şəhərdi,
zayı çıxdı bunun da...
(Ay nəhayət...sonunda)
İlham Rəsul
14 Aprel 2019 ; 13:40

Опубликовано:

 

14 апр 2019

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии