ATV-də yayımlanan bütün mahnıları RU-vid-da izləmək üçün rəsmi kanalımıza abunə olun: bit.ly/atvmusic-subs İlkin Əhmədov - Belə gəmli dayanma BizimləSən (04.04.2018) #atvmusic #azadazerbaycan #atv
Ölürəm səsi üçün. Adamin ruhuna toxunur. Adami fikrə aparir. Var ol. Allah səni Valideyinlərivə, sevdiklərivə və biz tamaşaçilara çox görməsin. Nə yaxşi sizin kimi səsi olan, və dinqiş olmayan səhnəmizdə müğənnilər var. Səsi olmayib, və yalniz dinqişliklə qabağa gedənlər sizdən dərs götürsünlər.
Görüşünə gəlmişəm, Sən ey gözü bənövşə. Gözü nəmli dayanma, Belə qəmli dayanma. Səninlə dindi dünya, Sevin, sənindir dünya. Sevənlərindir dünya, Belə qəmli dayanma. Nəqərat: Var soyuğu, var odu, Bu yol sevgi yoludur, Ürək sözlə doludur, Belə qəmli dayanma. Könlüm, bulud deyilsən, Sınıq ümid deyilsən. Sən ki, sükut deyilsən, Belə qəmli dayanma. Səsinlə dindi dünya, Sevin, sənindir dünya. Sevənlərindir dünya, Belə qəmli dayanma. Çiçək açsın üzündə, Günəş gülsün üzündə, Bir sevinc tap özündə, Belə qəmli dayanma.
Cann Nuwabe xanm gorun ureyinuzde ne qeder boyuk aciniz derdiniz var ki dozenmediniz kovreldiniz😢😢😢ehsen Ilkin Ehnedov ses urek duyugu budur.1musiqi gozden yaw getirurse demeli esl senetkarsiz.var ol yawa yarat Senetkar.👏👏👏
Belə ifaçilari her verilişe çixartmaq lazimdir ki, televiziyanin seviyyesini qaldirsinlar.esl medeniyyet nümunesidir İlkin qardaşimiz👍yoxsa dusuklerin elinden hec neye baxmaq olmur
Məkanın Cənnət olsun🙏🏻cox dəyərli,ölməz Sənətkar🤲🏻Əsil azərbaycanlı,qürurlu,hec kimə əyilməyən.Cənətci olmaq olar,əsil insan olmaq hər adama nəsib olmur☝🏻Allah qəni-qəni rəhmət eləsin🤲🏻
Heqiqeten insan xosbext olanda uzu hec cure kederlenmir..aamma bir mahni bes edir insanin goz yasi ozunden bi ixtiyar axir gedir..size halaldi gozel ifadi super valalh 🙏🤝🤝🤝🤝💋
Bu mahninin ilk ifacisi Memmedbagir Bagirzade olub,sonra Mehebbet Kazimov(Allah her ikisine rehmet elesin).Ilkin qardawimiz da ela oxuyub,ozunemexsus terzde!Allah ona deymesin,gozel senetkar ve gozel qardawdir!
Vətən həsrətli MƏHƏBBƏT muellim.Nur icinde yat .Sənin mahnilarin ölmezdi.Ilkine de cansagli dileyirik.Ne yaxwi ki ,o yaşadir bele möhurlu mahnilari.Eşq olsun .
Allah her 2 senetkara Rehmet elesin amma bu mahninin ilk ifacisi ne Memmedbagir Bagirzade olub nedeki Mehebbet Kazimov.duzdu her 2 senetkar ozune mexsus mohur vurub amma mahnin ilk ifacisi 1976 ci ilde Dan ulduzunda Gulare Eliyevanin mushayeti ile Flora xanim Kerimova oxuyub!
ALLAH SƏSİNİ DƏ ÖZÜNÜ DƏ QORUSUN QARDAŞIM.NÜŞABƏ XANIM SİZİ ÇOOOOX SEVİRİK.SDU MƏZUN GÜNÜNDƏ XALQIMIZIN MÜGƏNNİSİ OLDUGUNU TƏSDİQ ETDİNİZ. MƏHƏBBƏT KAZIMOVUN RUHU ŞAD OLSUN
Nusabe xanimin en ince teline toxundu bu mahni.Allah dunyasini deyisenlerine rehmet etsin Nusabe xanim.Heyat insana her sey oyredir,ezabla yasamagi sebr etmeyi oyredir
Bu ifa xalq artistimiz Məmmədbağır müəllimin ifasında çox möhtəşəm idi. Məhəbbət Kazımov da özünəməxsus şəkildə gözəl ifa edib.Hər ikisinə Allah rəhmət eləsin. İlkinə də uğurlar, təşəkkürlər.