Тёмный

İlkin Dövlətov & Leyla Rəhimova - Ağla (müəllif: Xanım İsmayılqızı) 

Xanım İsmayılqızı
Подписаться 5 тыс.
Просмотров 323 тыс.
50% 1

Söz və musiqi: Xanım İsmayılqızı
Aranjiman: Edgar Ravin
Katya Yonder
Orkestr: Nərgiz Əliyeva
Kamança: Elvin Novruzov
Ritm: Eyvaz Həşimov
İdeya: Nail Naiboğlu
Sözlər:
[Bənd 1]
Mən səni gec tapdım, tez də itirdim
Kaş ki biz səninlə heç görüşməzdik
Ömrümə bir sevgi payı gətirdin
Sevmək əzab imiş, bunu bilməzdik
Ömrümə bir sevgi payı gətirdin
Sevmək əzab imiş, bunu bilməzdik
Hər günün qaranlıq gecəsi də var
Ömür dediyimiz bu imiş, demə
Bir gün görüşənlər bir gün ayrılar
Ay ürək, sən də döz mənim dərdimə
Bir gün görüşənlər bir gün ayrılar
Ay ürək, sən də döz mənim dərdimə
[Nəqərat]
Ağla, ayrılığın gözünə ağla
Ağla, məhəbbətin üzünə ağla
Ağla, qəlbimdəki dözümə ağla
"Mən səni sevirəm", "Mən səni sevirəm"
"Mən səni sevirəm" sözünə ağla
"Mən səni sevirəm", "Mən səni sevirəm"
"Mən səni sevirəm" sözünə ağla
[Bənd 2]
Gecə Günəş doğmaz göyün üzünə
Sevinc gələ bilməz kədər gözünə
Hərdən ağlayıram özüm-özümə
Ürək üz çevirib baxmır sözümə
Hərdən ağlayıram özüm-özümə
Ürək üz çevirib baxmır sözümə
Hər günün qaranlıq gecəsi də var
Ömür dediyimiz bu imiş, demə
Bir gün görüşənlər bir gün ayrılar
Ay ürək, sən də döz mənim dərdimə
Bir gün görüşənlər bir gün ayrılar
Ay ürək, sən də döz mənim dərdimə
[Nəqərat]
Ağla, ayrılığın gözünə ağla
Ağla, məhəbbətin üzünə ağla
Ağla, qəlbimdəki dözümə ağla
"Mən səni sevirəm", "Mən səni sevirəm"
"Mən səni sevirəm" sözünə ağla
"Mən səni sevirəm", "Mən səni sevirəm"
"Mən səni sevirəm" sözünə ağla
[Çıxış]
Ağla, "Mən səni sevirəm" sözünə ağla
Yar... Yar, aman...
"Mən səni sevirəm" sözünə ağla
Yar...
Xanım İsmayılqızına RU-vid-da abunə ol: mikpro.az/xani...
Xanım İsmayılqızını sosial şəbəkələrdə izlə:
Instagram: mikpro.az/xani...
Bu videonun bütün hüquqları "mikpro" MMC tərəfindən qorunur. © 2024
Etiketlər:
#Xanımİsmayılqızı #Ağla #mikpro

Опубликовано:

 

12 сен 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 680   
@mirikorgmusic
@mirikorgmusic 26 дней назад
Kas bir insan 1000 beyenme ede bilerdi. Dayanmadan beyenerdim. Mohtesem ifa❤
@aynurquliyeva8097
@aynurquliyeva8097 23 дня назад
Kas👏
@user-or5mj1wh4i
@user-or5mj1wh4i 19 дней назад
👋👋👋👋👋👋👋❤️❤️❤️❤️❤️❤️🥰🥰🥰🥰😍😍😍😍👋👋👋👋👋👋👋👋
@konulhesenova7888
@konulhesenova7888 7 дней назад
Möhtəşəm
@lalababazade1645
@lalababazade1645 24 дня назад
Xanım İsmayılqızı bir dəyərdir muasir dövrümüzün əfsanəsi !!!
@GAydınlı
@GAydınlı 25 дней назад
Kaş ki, milonlara çatdira biləcək bəyənmə şansim olsaydi….möhtəşəm
@gunayors6305
@gunayors6305 12 дней назад
Mest oldum bu nedir maşallah 🙏 🌹
@aygunquliyeva1487
@aygunquliyeva1487 16 дней назад
Gün ərzində dəfələrlə qulaq asıram,ruhum dincələr. Bəstəkarada,ifaçılarada təşəkkür edirəm.
@GuluEhmedli-x2r
@GuluEhmedli-x2r 26 дней назад
Ay Allah bu nece mahnidi bunu ancag sevenler anlayar ❤
@nahidesabirli2978
@nahidesabirli2978 10 дней назад
Səslərin vəhdəti, ahəngiii...insan arada çaşır ki, oxuyan hansıdır. Bu nə gözəllik, bu nə möhtəşəmmlikkk❤
@aytenismayilova7265
@aytenismayilova7265 16 дней назад
Insan xosbextken musiqini,mutsuzken sozleri dinleyermis.Mutsuz vaxtimda denk gelen mohtesem ifa.
@endlessmusic7888
@endlessmusic7888 26 дней назад
Xanım İsmayılqızının konsertində eşidəndə başa düşdüm ki, yeni hit doğulur
@sahnazelekberova9547
@sahnazelekberova9547 26 дней назад
Qulağımız səs eşitdi şükür.... Ruhumuz qidalandı👏👍
@ayselhaciyeva9457
@ayselhaciyeva9457 23 дня назад
Buyur əsil səs əsil ürək dinləyən hər kəsə salam olsun bu ifa da gəlsin həyatda bəxti gətirməyənlərə buda bir xatirə qalsın 😢😢😢
@IronMan-fv6jx
@IronMan-fv6jx 25 дней назад
Super səs super ifa gözəl sözlər. Dərdi olan insanı bu ifa öldürər. Allah heç kimə dərd verməsin. Hər kəsə xoş dinləmələr
@İsmayılova88
@İsmayılova88 27 дней назад
Bəyənin yenə dinleyim bu möhtəşəm ifanı🙏🏼
@user-vb8dr9wg7v
@user-vb8dr9wg7v 27 дней назад
Axırki bu son illərdə möhtəşəm ifa.Yorulmusuq sesiz ifacilardan
@Elcin_Hesenov
@Elcin_Hesenov 27 дней назад
Beyenin xatire qalsin qovusmayanlara...🥀
@hecerhuseynzde
@hecerhuseynzde 3 дня назад
Qaldı xatire💔
@yutubebildirimleri
@yutubebildirimleri 22 дня назад
Harda idi ilkin dövlətzadə supersiz səhnəmizin sizin kimi gənclərə ehtiyacı var❤
@turkanaslanova1843
@turkanaslanova1843 25 дней назад
Necə içimden hıçqıraraq ağlamağa vadar elədi məni bu ifa...😢😢😢😢 Möhtəşəm əsər və möhtəşəm ifa ..əhsən...
@lt130yeniideyalar.9
@lt130yeniideyalar.9 13 дней назад
😢😢😢
@NavatIsrailovna
@NavatIsrailovna 12 дней назад
😢😢😢😢😢❤😢😢😢
@Zəkiyyəm
@Zəkiyyəm 26 дней назад
Azərbaycan musiqisini yasadan sənətkar -bəstəkar Xanım ismayılqızı ❤ Müğənnilərimizin ifası çox gözəl ❤❤
@shahlakharayeva
@shahlakharayeva 27 дней назад
İlkinin səsi🥺🥺🥺🥺
@hisslrinpoeziyas714
@hisslrinpoeziyas714 27 дней назад
Hər dəfə səsləndiyində insanın ürəyini riqqətə gətirib , sevginin ən alisinə, əlçatmazına çatdırıb,duyğulandıra bilən məhz "Ağla "əsəridir. Sevginin dərinliyini, ürəyin böyüklüyünü, ,ruhun misralarla necə yoğrulduğunu, qəhərə boğulduğunu hiss edərək musiqidə yaşayırsan. Sizi təbrik edirəm.Bizə yaşatdığınız bu hisslərə görə təşəkkür edirəm. Ruhunuza,ürəyinizə sağlıq. Var olun və heç yorulmayın 🤲
@terkidunyaa
@terkidunyaa 26 дней назад
Sonra da deyirlər ki, insanlar bayağı mahnıları sevir. Siz belə mahnılar oxudunuz bizmi sevmədik ? ❤
@tez-xbrtv4182
@tez-xbrtv4182 20 дней назад
insanları zorla cılpaqlığa, miskin həyat tərzinə alışdırmağa çalışırlar... mümkün deyil!
@HemzeIbrahimov
@HemzeIbrahimov 19 дней назад
Mahni teze mahni deyil cox oxunub
@aynurzahid
@aynurzahid 11 дней назад
Bəs hanı baxış sayı azdır, görün trendlərdə hansı mahnılar var😒
@user-xr7gh9zm7h
@user-xr7gh9zm7h 11 дней назад
Bele eserler hemise var, sadece zovq meselesidir. Bele musiqilere qulaq asan kutle hec vaxt bayagi mahnilara qulas asmaz mence.
@Ayln11gulu_Can
@Ayln11gulu_Can День назад
​@@aynurzahidCunki cox az sayda musiqi duyumu olan insanlar dinliyir bu mahnilari
@saadatagaliyeva405
@saadatagaliyeva405 25 дней назад
Xanim Ismayilqizi ureyine nefesine qelbinden gelen bu musiqiye gore cox sagolun 🙌🙌🙌🙌🙌🙌🙌🙌👏🏼👏🏼👏🏼👏🏼👏🏼👏🏼👏🏼🧿🧿🧿🧿🧿🧿
@che_085
@che_085 24 дня назад
Hər iki müğənninin qəlbinin səsidir. Xanım İsmayılqızı siz sadəcə möhtəşəmsiz. Əhsən!!!!
@NargizAliyeva-tl7zg
@NargizAliyeva-tl7zg 10 дней назад
Nə gözəl Belə musiqilər TREND olmalıdır! Dinlədikcə ruhum dincəlir İLKİN $ LEYLA təşəkkürlər XANIM İSMAYILQIZI 👏👏👏👏👏👏👏
@elifmensimova950
@elifmensimova950 16 дней назад
Şedevr müəllif, şedevr əsər ve möhtəşəm ifa👏👏👏,hər bir kəsin əməyinə sagliq
@ilahepirkisiyeva5629
@ilahepirkisiyeva5629 24 дня назад
Çoxx möhtəşəm ifaa😍insan yaşıyaraq qulaq asır😍Əməyi keçənlərə təşəkürlüyümüzü bildiririk.Sadəcə bir sözlə möhtəşəm👍🏻👍🏻👍🏻👍🏻
@xayalamammadli5731
@xayalamammadli5731 15 дней назад
Son zamanlar xalq olaraq heç bir ifadan bu qədər zövq almamışdıq....ifa birbaşa ruha xitab edir, əməyinizə min kərə, milyon kərə sağlıq❤❤❤
@mammadov.isgandar
@mammadov.isgandar 23 дня назад
Yenə möhtəşəm ifa, yenə möhtəşəm sözlər...Xanım İsmayılqızı möhtəşəmsiniz🌹
@SamsungSamsung-cf7vo
@SamsungSamsung-cf7vo 13 дней назад
Superrrrr👍👏🔥🤲🧿❤👌dinlədikcə dinlənir 👏👏👏👏🧿🔥👍
@konulqarayeva3606
@konulqarayeva3606 25 дней назад
Bilmirsen neyin lezzetini yawayasan ifanin ,sozlerin ya musiqinin 🎉 hamisi bir vehdet halinda sadece super 🌹tewekkurler
@user-nu9pl7bo9p
@user-nu9pl7bo9p 25 дней назад
Mahnı daha öncə bu qədər sevilməmişdi, möhtəşəm, bütün hisslərə toxunur❤️
@aynurquliyeva8097
@aynurquliyeva8097 21 день назад
Esl Azerbaycan musiqisi ses ifa medeniyyet Var olun Xanim Ismayilqizi 🙏👏👍
@user-jt8md1os7v
@user-jt8md1os7v 20 дней назад
Şükür Allaha gözəl səs,gözəl ifa,ruhumuza oxşadı!!!
@saidanazirova4101
@saidanazirova4101 25 дней назад
O qeder oxuyublar ki dinledikce doymuram her gun her gun
@gunesh6
@gunesh6 24 дня назад
Sevsəndə sevməsəndə bu musiqi ilə sevən, ayrılan kəslərlə sanki eyni acıyı paylaşırsan.😢😢 ne qeder sevsende yenədə AĞLA❤
@sadeinsan1742
@sadeinsan1742 22 дня назад
Xanım lsmayıl qızı möhteşem qadın sizinle fexr edirik var olun 😍 Deyerli insan 🥰yazın yaradın Allah sizi bu millete çox görmesin Amin🤲🫶👏👏👏👏👏👏👏
@nigarbayramli9978
@nigarbayramli9978 23 дня назад
Əməyi keçən hər bir kəsə təşəkkür edirəm belə gözəl ifaya görə.Nə qədər qulaq assam yorulmuram.Ruhumuz dincəlir.Bayağılaşan ifaların zamanında bu ifa susuzluğumuza sərinlik qatdı.Çox sağolun❤
@SamsungSamsung-cf7vo
@SamsungSamsung-cf7vo 13 дней назад
Ayyyyy dəhşət👍👌👏🧿❤🔥bu ifaaaaa agladir👏👌👍🧿🔥səsinizə qüvvət🤲🤲🤲🧿🧿🧿❤👌
@ZulfiyaSadixova
@ZulfiyaSadixova 27 дней назад
Möhtəşəm! Xanım xanım var olun! İlkin bəyə Leyla xanıma sadəcə bravo!
@aygunallahverdiyeva3341
@aygunallahverdiyeva3341 26 дней назад
Sözləri ayrı gözəl,musiqisi ayrı gözəl,ifa edənlər peşəkar istedadlı ❤ Xanım İsmayılqızı onsuzda möhtəşəm...Var olasınız! (amma İlhamə Quliyevaya da Allah rəhmət eləsin bu mahnını o da çox gözəl özünəməxsus ifa etmişdi)
@shabnama3796
@shabnama3796 27 дней назад
Ilkin o nece bir sesdi vicdansiz 😢🧿
@GunelAliyeva10
@GunelAliyeva10 26 дней назад
Niye soyduzki
@shabnama3796
@shabnama3796 26 дней назад
@@GunelAliyeva10 vicdansiz soyushdu?
@saadatagaliyeva405
@saadatagaliyeva405 25 дней назад
Superrrrrrrr Allahim bu ne ses Rebbim bu iki sesi qorusun Almaxanimdan sonra cox sevdiyim❤iki ses 👏🏼👏🏼👏🏼👏🏼👏🏼👏🏼👏🏼👏🏼👏🏼👏🏼👏🏼👏🏼var olun yasadin musiqini
@gunelordubadski6706
@gunelordubadski6706 7 дней назад
Bu musiqilər elə belə yazılmır.Bu musiqilər insan həyatıdır sanki.Qəlbə toxunan musiqilər hər zaman yaşayacaq.😘Təşəkkürlə oxuyanlara və Xanım İsmayılqızına💐
@sabinasamedova3786
@sabinasamedova3786 12 дней назад
Çox yaşayın və hər zaman belə gözəl əsərlər yaradın❤Xanım İsmayılqızı
@S.H24.11.
@S.H24.11. 26 дней назад
Xanım İsmayılqızı ❤. Gənclərimiz də möhtəşəm ifa ediblər ❤
@gunelqasmova3350
@gunelqasmova3350 24 дня назад
Xanım İsmayılqızı ruhunun, mənəvi dünyasının qısa icmalıdır bu mahnı🧡 Və minlərcə eyni şeyləri yaşayan, düşünən, hiss edən və bunu dilə gətirə bilməyən insanların toplandığı yerdir bura. Dünyanın fərqli yerlərindən olan insanların ruhən eyni damın altında toplanması kimi... İncəsənətin gücü də budur. Bu rəy də burda qalsın. Yaşasam, 10 il sonra qayıdıb baxmaq üçün.
@user-li3ug4cp7f
@user-li3ug4cp7f 23 дня назад
AZƏRBAYCAN MUSIGISINI VƏ GÖZƏL SƏSLƏRI IFALARI SEVƏN HARDASIZ???MILLION OLMADIR BAXIŞ.!!!ÇUNKI BU ƏSIL AZƏRBAYCAN INCƏSƏNƏDIR!!!!ALLAH YOLUNUZU AÇIG EYLƏSIN!!!
@arzuosmano
@arzuosmano 27 дней назад
İlk dəfədir ki, bir musiqini bu qədər həvəslə gözləyirdim. Bu Necə duyğulu, Necə təsirli oxumaqdır axı??? ❤❤❤
@nurlanahesimova2395
@nurlanahesimova2395 26 дней назад
İlhamə Quliyevanin ifasinda eşitmişdim ilk defe. Onun səsində də möhtəşəm alınmışdı. Indi ise bu duet möhür vurdu. Əhsən belə gənclərimizə. Xanim İsmayılqizi bəstəsi ise fərqli möhtəşəmdir. Minnətdaram size ❤
@NihatCebiyevh
@NihatCebiyevh 25 дней назад
Ne zamandı bele gözel duet yox idi.. Ugurlu olsun✌️❤️
@gunsgunash8731
@gunsgunash8731 26 дней назад
Doyuncat agladım😢Əməyi keçənlərə təşəkkür edirəm.
@houseinantalya
@houseinantalya 25 дней назад
Gözünü qapadınca insan eee haralara gedir... Möhtəşəm 💜
@eminismail8363
@eminismail8363 23 дня назад
Xanım ismayılqızı efsane möhtəşəm bəstəkardır
@redmixiomi8259
@redmixiomi8259 23 дня назад
İlahi, necə gözəl səs, necə gözəl ifa təşəkkür edirəm.
@gulnarkazimzadekazimzade6317
@gulnarkazimzadekazimzade6317 25 дней назад
Sesleri o qeder mohtesemdi ki her defe arxa arxaya dinlesem bele qulagimi beynimi ruhumu incitmir.bir sozle mohtesem👍
@ahmadahmadov1785
@ahmadahmadov1785 27 дней назад
Sadəcə möhtəşəm! Həm musiqi, həm sözlər, həm aranjiman, həm də ki, bu ecazkar ifa! Səslər möhtəşəmdir! Əhsən hər kəsə! 👏👏👏
@Pinarm14
@Pinarm14 27 дней назад
Bəzən sozlərin aciz qaldigi anlar olur ,o anlara axib ,suzulən bir əsər.....mohtəsəm ifa .....qəlbimi buraxdim❤❤❤❤❤❤
@sevincqarayeva8182
@sevincqarayeva8182 27 дней назад
Sözləri, musiqisi, ifası Möhtəşəm, təşəkkürlər hamınıza, gözəl əsər yaratmısınız ❤
@garib1997GaribOsmanli
@garib1997GaribOsmanli 24 дня назад
Ilk defedir esitdim. Bu mahnoni trend olmaga layiq mahnidir. Gozel bestekarimiza ve mugennilere, musiqicilere tesekkur
@arzusharifova4363
@arzusharifova4363 26 дней назад
Bir Xanım İsmayılqızı İlkin Dövlətov və Leyla Rəhimova şedevri 👏 Rəhmətlik İlhamə Quliyeva da möhtəşəm ifa edirdi bu mahnını 🌹
@Hesenova_10
@Hesenova_10 20 дней назад
Bu şəkil və mahnı trerdə düşüb milyon qazansin
@samaaliyeva6414
@samaaliyeva6414 25 дней назад
Gozellik,keyfiyyet,sevgi,hesret,nisgil .Daha neler var bu eserde Son zamanlar dinlediyim gozelliklerin basinda gelir
@xyallddinqz9670
@xyallddinqz9670 26 дней назад
Yenə ağlımla qəlbim arasında çıxmazlardayam...Yenə edam edir ağlım qəlbimi. Qətl edir içimdə pöhrə vurmuş arzuları. Ruhum çəkilib bir küncə qorxaq uşaq tək. Titrəyir, ağlayır için-için... Yenə qırıb ruhumun qanadını "Olmaz" deyə qadağalar qoyuram, sərhədlər çəkirəm özüm, özümə.
@xyallddinqz9670
@xyallddinqz9670 26 дней назад
Bəlkə də çoxdan ölmüşəm sənin üçün... İçində ölmüş arzularınla birgə dəfn etmisən məni də qəlbinin məzarlığına. Gözlərində sönmüş işıqla birgə ürəyində yeri buz bağlamış gənclik hərarətiylə birgə...Gələcəyə bağladığın mənli ümidlərlə birgə Sənin üçün sovrulub getmişəm bəlkə də dönüşü olmayan uzaqlara... Amma bilirəm, bu "Canlı ölü" yaşama səbəbindir hələ də.
@nargizmirzalieva3400
@nargizmirzalieva3400 21 день назад
il olacag 2100 belkede biz olmayacagiq amma bu eser yashayacag inanin ! yazdim qalsin ne vaxtsa dedi deyerler . Dinleyin qucaglariniz keyfiyyetli musigi dinlesin , onsuzda Aytaclara , Shebnemlere , Uzeyirlere qulag asan var , olacag . Azsiz 🙏🏽
@sevinjmamedova9701
@sevinjmamedova9701 26 дней назад
Bir musiqi və ifa yalnız bu qədər möhtəşəm ola bilər❤
@RenaNecefquliyeva
@RenaNecefquliyeva 26 дней назад
Təşəkkürlər sizə bu gözəl əsər üçün🤲Peşəkarlıq budur,Azərbaycan musiqisi budur.🎉
@TurajAliyeva
@TurajAliyeva 27 дней назад
Həyatda həmişə üzünüz gülsün! Həmişə sevincdən ağlayasanız! ❤❤❤İnşallah
@HüseynMəsimli
@HüseynMəsimli 3 дня назад
Bu dəqiqə Azərbaycan trendindeki mahnılardan tək dinlədiyim musiqidir 😢
@afetmirzayeva811
@afetmirzayeva811 21 день назад
Shekilde cox qeribedir.biri etdiklerinden peshman,digeri kuskun. Ifayla da sanki sevgilerini,kimin daha cox istediyini bir birlerine subut edirler.gozel ifa,ehsen👌👏
@merisultanova6304
@merisultanova6304 27 дней назад
Eziyyeti kechen her kese derin teshekkur🎉Ruhumuz dinceldi.
@elshadkubinka3290
@elshadkubinka3290 26 дней назад
Bu sənət əsəri əvəzolunmazdır.Hər kəs var olsun✍🏻
@mehdimehbaliyev4301
@mehdimehbaliyev4301 21 день назад
Mohtəsəmsiniz hər gün dinləyirəm yorulmadan səsinizə qüvvət Xanım İsmayılqızı İlhamə Quliyeva bu mahnını bu qədər sevdirə bilməmişdi bu gənclər mükəmməldilər 👏👍❤️
@user-dx9hv8ex6u
@user-dx9hv8ex6u 23 дня назад
Möhtəşəm ifa dinlədikcə doymuram .Səsinizə agziniza saglıq❤
@ekhty_
@ekhty_ 27 дней назад
Qazaxıstanda sevə sevə dinləyirəm 🇦🇿🇰🇿🥹
@CinarBehbudova
@CinarBehbudova 25 дней назад
Sanki bunlar üçün yazılmış kimi çox gözəl , duyğulu oxumuşlar.
@vusalquliyeva39
@vusalquliyeva39 26 дней назад
Çox möhtəşəm əsər. Həm müəllif. Həm ifaçılar. Çox gözəl yaşayırlar mahnını❤
@jammi83huseyn96
@jammi83huseyn96 24 дня назад
musiginin, sözün və ifalarin möhtəşəm tandemi👏🏻👏🏻👏🏻
@ByTuralrestaurantsumqayit
@ByTuralrestaurantsumqayit 16 дней назад
Bir söz deyə bilerem veslam elleriniz dərd gormesin Xanım İsmayilqizi bu insanın qəlbimdən gelen sözlərdi
@vuqarvuqar9351
@vuqarvuqar9351 12 дней назад
Belə möhtşəm ifanın baxış sayına baxanda,millətimin gənclərinə yazığım gəlir
@rashadgarashov3524
@rashadgarashov3524 24 дня назад
Sadəcə möhtəşəm, dinlədikcə dinləmək istəyir adam
@sefayaqubova7730
@sefayaqubova7730 27 дней назад
Əməyi keçən hər kəsə təşəkkür möhtəşəm ifa❤❤❤❤❤
@hzrif216
@hzrif216 13 дней назад
Həqiqətən toxundu...başqa da deyəcək sözüm yoxdu...
@ayhanarici1585
@ayhanarici1585 17 дней назад
Bunlar nasıl sözler Xanım Ismayılqızı. "Men seni sevirem sözüne ağla"... Bir gün vefasızca çekip gidenlerin bu söze ağlaması dileğiyle...
@sahnott6924
@sahnott6924 25 дней назад
Möhtəşəm səs, super mahnı, ❤
@seaflavourist1089
@seaflavourist1089 25 дней назад
Nəhayətt....ilk dəfə konsertinizdə qulag asdım canli.Qayıdan kimi yutubda axtarışa verdim.çıxmadi(( indi rast gəldim. super ifa ediblər.halal olsun👏 konsertdə sizə necə müraciət ediblərsə, mən də elə deyim, möhtəşəmsiz, Xanım müəllimə..❤insan nə qədər həssas olsunki, ürəyi titrədən şeirlər yazsın və mahnılar bəstələsin.Yaşayın və yaradın🌿
@gunayqasimova1259
@gunayqasimova1259 26 дней назад
İtirdiyim bütün duyğularım geri qayıtdı.
@ReqsaneBayramova-ny1wr
@ReqsaneBayramova-ny1wr 23 дня назад
Mahninin sozleri musiqi hamisi bir birinden gozel Ilkinin sesi de mohtesem otesi ellerinize sagliq
@habibsamedov3890
@habibsamedov3890 23 дня назад
MaasAllah ürəyə yağ kimi yayılır.
@fidanaliyeva548
@fidanaliyeva548 24 дня назад
Cox keyfiyyetli musiqi, söz və ifa!! möhtəşəm!!!
@NazaR99935
@NazaR99935 25 дней назад
Vuruldum bu mahnıya sizin ifanızda ❤ minnətdaram sevirəm hər ikinizin səsini sənətini
@xatiraaliyeva844
@xatiraaliyeva844 26 дней назад
Leyla qızım seni dinledikce ruhumuz dincelir.Ele belede davam.Bu eseri bu ikilide sevdik.Bestekara teşekkürler..Medeniyet nazirliyi bele istedadlara deyer verin.
@shaxlarzayeva
@shaxlarzayeva 26 дней назад
Möhtəşəm mahnı, möhtəşəm ifa...Gözümüz yolda qalmışdı bu ifanı tam dinkəmək üçün. HÖRMƏTLİ XANIM İSMAYIL QIZI,bu şedevr əsəri məhz bu cüflüyə verdiyiniz üçün SİZƏ sonsuz təşəkkürlər!!!❤❤❤❤❤❤
@aynurquliyeva8097
@aynurquliyeva8097 23 дня назад
Mohtesem ifa musiqi saymaqla qurtarmaz 🙏👍👏
@aytajmeherrem
@aytajmeherrem 27 дней назад
Melodiyasi bele cox gozeldi. Her seyi ile, mohtesem!!!👏🏻👏🏻👏🏻👏🏻
@KonulEliyeva-kp1zx
@KonulEliyeva-kp1zx 26 дней назад
Siz ne yaşamisiz ki, bele mohtesem eser erseye getirmisiz eziz Xanim İsmayilqizi?
@gulcohreehmedova1222
@gulcohreehmedova1222 7 дней назад
BU.IFAYA.HER.GUN.DINLEYIREM.VAR.OLUN.HER.IKI.IFACI. YASASIN.XANIM.ISMAYILQIZI.MOHTESEM.
@azuqehaciyeva6797
@azuqehaciyeva6797 27 дней назад
Möhtəşəm möhtəşəm yenədə möhtəşəm. Bu mahnını mərhum İlhamə Quliyeva ifa etmişdir. Xalq artistimiz. Bu mahnını ondanda möhtəşəm ifa etdiniz. Dinlədikcə doymuram və dəfən dəfən dinləyirəm. Səslər möhtəşəm . Əla duet. Əhsən. Ruhum sanki uçur keçmişə. İçimi titrədən ifa. İlahi söz tapa bilmirəm bu gözəlliyi ifadə etməyə. Bir sözlə əhsən ikisinədə. Allah sizi qorusun. Sizlər varsınızsa deməli mədəniyyətimizi musiqi əsərlərimizi yaşadan var. Həmişə var olasınız
@alihuseynAli-pl6gq
@alihuseynAli-pl6gq 21 день назад
İki səs bir birinə bu qədərmi yaraşar❤
@anarhaciyev9860
@anarhaciyev9860 26 дней назад
Xanım İsmayıl qızı şah əsərlər yaradan sevimli bəstəkar , İlkin Dövlətov qəlbimizə ruhumuza guygumuza yenilik gətirən səsi sənəti siması yerişi duruşu tərzi olduqca tərbiyəli ləyaqətli bir müğənni . Leylaya da ki söz ola bilməz. Mahnıya ilk çıxan gündən bugünə dək belke də 500 dəfədən çox qulaq asmışam ancaq hər gün 500 dəfə də qulaq assam doymuram . Hər birinizə ayrılıqda böyük təşəkkür 🙏🙏🙏❤️❤️❤️🧿🧿🧿
@GultacShirinova
@GultacShirinova 25 дней назад
Mahnını dinlədikcə sanki insanın ruhu təzələnir
@ozalrustemli6545
@ozalrustemli6545 13 дней назад
Çox sevib qovuşa bilməyənlərin mahnısı. Hər sözü, hər misrası kimlərisə ağladır gecələr.. Xanım İsmayılqızı siz də möhtəşəmsiniz ❤
Далее
Leyla Rehimova - Harda qaldin 2024 (Yeni Klip)
5:48
Просмотров 282 тыс.
Новый уровень твоей сосиски
00:33
Nə Yaxşı Sən Varsan
5:08
Просмотров 380 тыс.
Ağadadaş Ağayev - Gecdir Daha
5:02
Просмотров 1,9 млн
RETRO AZERBAIJANI MUSIC
21:12
Просмотров 605 тыс.
FERHAT GÖÇER - En Sevilen Şarkıları #1
18:36
Просмотров 2,3 млн
İlkin Dövlətov - Sən Gəlməz Oldun (İçtimai TV)
5:27