Тёмный

İLLİK FƏALİYYƏTİN YEKUNLARI 

АЗЕРБАЙДЖАНЦЫ МОСКВЫ
Подписаться 7 тыс.
Просмотров 4,2 тыс.
50% 1

MOSKVA AZƏRBAYCANLILARI MİLLİ-MƏDƏNİ MUXTARİYYƏTİ
İLLİK FƏALİYYƏTİN YEKUNLARI
1) Moskva Azərbayanlıları Milli-Mədəni Muxtariyyəti - etnik azərbaycanlıların nəinki Rusiya paytaxtında, bütövlükdə ölkədə ən böyük birliyidir. Muxtariyyətdə radikal dəyişikliklərin kəskin zəruriliyi əslində çoxdan yetişmişdi, lakin bunu 10 iyun 2022-ci ildə reallaşdırmaq mümkün oldu - hesabat-seçki konfransının iştirakçıları tanınmış xeyriyyəçi, iş adamı və ictimai xadim Bəxtiyar Həsənovu təşkilata yeni sədr seçdilər. Təbii ki, yeni komandası və təşkilatın faktiki olaraq yenidən həyata gəlməsinin rəmzi olan yeni konsepsiyası ilə.
2) Rusiya paytaxtı hakimiyyəti ilə sıx əməkdaşlıq - muxtariyyət fəaliyyətinin prioritetidir ki, bu da təşkilatın sədri vəzifəsində Bəxtiyat Həsənovun Moskva Hökumətinin naziri, Milli siyasət və regionlararası əlaqələr Departamentinin rəhbəri Vitaliy Suçkovla və Moskva Millətlər Evinin direktoru Sergey Anufriyenko ilə ilk görüşləri ilə izah olunur. Bütövlükdə, il ərzində həm ikitərəfl formatda, həm də Moskva Hökumətində Moskva diaspor təşkilatları nümayəndələri ilə işgüzar görüşlər çərçivəsində baş tutan belə təmaslar müntəzəm xarakter daşıyıb. Qeyd etmək yerinə düşər ki, Moskva Hökuməti Departamenti rəhbərinin təbrikində Azərbaycanlıların Muxtariyyəti soydaşlarımızın cazibə mərkəzi adlandırılıb, Bəxtiyar Həsənovun onun sədri vəzifəsindəki işinə isə yüksək qiymət verilib.
Xatırladaq ki, Azərbaycanlıların Muxtariyyətinin fəal işi təşkilatın sədri Bəxtiyar Həsənovun Moskva Hökuməti nəzdindəki Millətlərlə İş üzrə Şurasının 14 dekabr 2022-ci il tarixli iclasında qeyd edilib və bu nüfuzlu yığıncaqda Moskva Azərbayanlıları Milli-Mədəni Muxtariyyətinin başçısı həmin Şuranın tərkibinə üzv seçilib.
Ümumiyyətlə, Bəxtiyar Həsənovun illər boyu hərtərəfli aktiv fəaliyyəti çoxsaylı mükafatlar, diplomlar və təşəkkürnamələrlə təltif edilib - o cümlədən də Moskva meri Sergey Sobyanin tərəfindən də. Bəxtiyar Həsənovun özünün nəinki Moskvadakı, hətta Rusiyanın digər regionlarındakı həmvətənlərimiz arasında böyük nüfuzu vardır. Sosial məsuliyyətli iş adamı kimi o həmçinin pandemiya dövründə xüsusilə geniş vüsət almış aktiv xeyriyyəçilik fəaliyyəti ilə müxtəlif kateqoriyalı moskvalılara yaxşı tanışdır. O cümlədən, Bəxtiyar Həsənovun pandemiya qurbanları olmuş və dünyasını dəyişmiş çoxsaylı soydaşlarımızın cənazələrinin Vətənə yola salınmasında xüsusi xidmətləri vardır. 9 May Qələbə Gününün geniş qeyd olunması, Böyük Vətən müharibəsi veteranlarına, təqaüdçülərə, aztəminatlı ailələrə, əlillərə, məhdud sağlamlıq imkanlı uşaqlara və əhalinin ehtiyacı olan digər qrup insanlarına yardım göstərilməsi xoş bir ənənə halını alıb.
3) Diasporun çoxşahəli Rusiya-Azərbaycan münasibətlərinin daha da inkişafı üçün effektiv körpü olmasını nəzərə almaqla Muxtariyyət yeni fəaliyyət konsepsiyası çərçivəsində rəsmi Bakı ilə təmaslarını aktiv şəkildə dərinləşdirir, iki paytaxtı konstruktiv əməkdaşlıq telləri ilə bir-birinə bağlayır. Qeyd edək ki, hələ 2022-ci ilin aprelində Bəxtiyar Həsənov 2020-ci ilin sonunda baş vermiş Vətən müharibəsi nəticəsində Ermənistanın işğalından azad olunan Azərbaycanın Qarabağ bölgəsinin ürəyi - Şuşa şəhərində Dünya Azərbaycanlılarının tarixi əhəmiyyətli Qurultayında iştirak edib. Bu təmasların məntiqli davamı kimi onun həmin ilin noyabrında Bakıda Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovla görüşü olub. Qeyd edək ki, Fuad Muradov cəmi bir il fəaliyyət göstərməsinə baxmayaraq nəzərəçarpan işləri ilə seçilən Muxtariyyəti ildönümü münasibətilə başçılıq etdiyi qurum adından təbrik edib. Təşkilatın sədri Bəxtiyar Həsənovun adına ünvanlanan, ayrılan diqqətin və verilən yüksək qiymətin təsdiqi olan təbrik məktubunda Dövlət Komitəsinin sədri Muxtariyyətin Moskvadakı Azərbaycan icmasının birləşməsində əvəsziz rolunu və iki xalq arasında milli-mədəni əlaqələrin möhkəmlənməsinə verdiyi tövhəsini xüsusi vurğulayıb. Fuad Muradovun sözlərinə görə, təşkilatın gördüyü işlər Rusiyadakı Azərbaycan diasporunun, eyni zamanda Azərbaycanda Rus icmasının potensialı iki ölkə arasında dostluğun və əməkdaşlığın inkişafına yönəlik olmuş, qarşılıqlı anlaşma və etimad mühitinin yaradılmasına şərait yaratmışdır.
Azərbaycanla əlaqələr tək rəsmi dairələrlə məhdudlaşmır. Bu müstəvidə Azərbaycanın Rus İcması ilə qurulmuş məhsuldar qarşılıqlı dost və sıx əməkdaşlıq münasibətləri xüsusi yer tutur. 10 yanvar 2023-cü ildə Bakıda Muxtariyyət rəhbərliyinin Azərbaycan Rus İcmasının sədri, Milli Məclisin deputatı Mixail Zabelinlə görüşü baş tutub, MDB məkanında millətlərarası ünsiyyət dili kimi rus dili İli və Azərbaycan xalqının ümummilli liderinin yüzilliyi ilə bağlı Heydər Əliyev İli ilə əlaqədar birgə tədbirlər planı ətraflı müzakirə edilib. Əldə olunan razılaşmaların nəticəsi olaraq 23 fevral 2023-cü ildə Bakıda iki təşkilat arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb.

Опубликовано:

 

22 июл 2023

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 14   
@user-mh9eb3nk7d
@user-mh9eb3nk7d 10 месяцев назад
❤❤❤❤
@Sabah24
@Sabah24 10 месяцев назад
Отлично
@asbay9887
@asbay9887 10 месяцев назад
Artıq bir ilə yaxındır ki, Moskva Azərbaycanlıları Milli-Mədəni Muxtariyyətinin sədri tanınmış iş adamı, xeyriyyəçi və diaspora fəaliyyətində uğurlu fəaliyyəti ilə seçilən Bəxtiyar Həsənovdur. Bu birillik dövrdə Bəxtiyar Həsənovun rəhbərliyi ilə Muxtariyyətin illik hesabatına nəzər yetirdikdə heyrətlənməmək olmur. Bu, Muxtariyyətin sədrinin və kollektivin işlərinə məsuliyyətlə və ciddiyyətlə yanaşmalarının göstəricisidir. Bir ildə iki ölkə arasında mədəni əməkdaşlığın müxtəlif sahələrinə dair bu qədər əhəmiyyətli mədəni tədbirlərin təşkili və həyata keçirilməsi doğrudan da böyük zəhmət və güclü iradə tələb edir. Bu cür uğurlu əmək fəaliyyəti və diaspora sahəsində qazanılmış nailiyyətlər onu göstərir ki, Bəxtiyar Həsənov gələcəkdə Muxtariyyətin daha da uğurlu fəaliyyət göstərməsində yaddaqalan və önəmli töhvələr verəcəkdir. Muxtariyyətin bir illik fəaliyyətini öncəki beş illə müqayisə etməli olsaq Bəxtiyar Həsənovun sədrliyi dövründə Muxtariyyətin hansı nailiyyətlər qazanmış olduğunu asanlıqla müşahidə edə bilərik. Bu bir illik fəaliyyəti dövründə Muxtariyyətin sədri Bəxtiyar Həsənova ölkəmizin və Moskvanın yüksək dairələrindən və tanınmış nüfuzlu şəxslərdən ünvanlanmış təbrik məktubları bir daha Muxtariyyətin uğurlu fəaliyyətinə və o cümlədən də sədr Bəxtiyar Həsənovun əməyinə verilmiş layiqli qiymətdir. Mən də öz növbəmdə Moskva Azərbaycanlıları Milli-Mədəni Muxtariyyətinin bütün kollektivini başda Bəxtiyar Həsənov olmaqla bir illik uğurlu fəaliyyətləri münasibəti ilə təbrik edirəm və onlara gələcək işlərində yeni-yeni uğurlar arzulayıram. Gün o gün olsun ki, fəaliyyətinizin on illiklərini təntənəli şəkildə qeyd edəsiniz.
@limrdanliyev.9385
@limrdanliyev.9385 10 месяцев назад
Həqiqətəndə əvvəlki rəhbərliklə indiki arasında müqayisə aparanda yerləçgöy qədər fərq görsənir.Bəxtiyar müəllim milli adamdır.uğurlar
@17Vahid
@17Vahid 10 месяцев назад
Mashaallah olsun ❤
@alirzaaliyev6438
@alirzaaliyev6438 10 месяцев назад
Uğurlar. Böyük işlər görülüb. Davamlı olsun. Təbriklər
@Irada_Mamedova
@Irada_Mamedova 10 месяцев назад
Moskva Azərbaycanlıları Milli Mədəni Muxtariyyətinin yaradılmasının ildönümü münasibətilə Bəxtiyar müəllimi və onun kollektivini tebrik edirem.Bəxtiyar müəllimə Xalqımız üçün gördüyü misilsiz xidmetlerinə görə öz təşəkkürümü bildirirem.İndiyə qədər Moskvada az müddət ərzində Xalqımızı belə gözəl tanıdan diaspora rehberi olmamışdı.Bəxtiyar müəllimə,Həşim müəllimə və onların kollektivinə cansağlığı, uğurlar və daha gözəl proyektlərə imza atmağı arzu edirem.🙏🇦🇿🇷🇺
@niyaziqehremanov9010
@niyaziqehremanov9010 4 месяца назад
Biz seninle qurur duyuruq qardas ugurlarin bol olsun Tebrikler
@v1974able
@v1974able 10 месяцев назад
Var olun! Gələcək işlərinizdə daha böyük uğurlar arzulayıram! ❤❤❤
@XalidMamadli
@XalidMamadli 10 месяцев назад
Çox gözəl 👍
@XalidMamadli
@XalidMamadli 10 месяцев назад
🎉
@XalidMamadli
@XalidMamadli 10 месяцев назад
🎉
@user-mh9eb3nk7d
@user-mh9eb3nk7d 10 месяцев назад
❤❤❤❤
Далее
CatNap in the cartoon Luca😈
00:16
Просмотров 3,4 млн
AMERIKAN ORDUSUNDA BIR MINGƏÇEVİRLİ
15:07
Просмотров 589 тыс.
Boşanmaların səbəbləri | Nizami Orucov
46:37
Просмотров 10 тыс.